Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1559/2020 11.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-37/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-37/2020 nömrəli (hаkim Pərviz Hacıyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş hasar və bünövrə cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsində Cavabdeh tərəfindən qazılmış quyu cavabdehin vəsaiti hesabına doldurularaq torpaq sahəsi tikinti materiallarının təmizlənməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissəsi təmin edilməməsini, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh Məsim oğlundan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi, 41 (qırx bir) manat mütəxəssis xərci Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin «xxxxxxxxxxxx» ASC-nin Xətai Filialında Kod:200071, VÖEN **********, Müxbir hesab:AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X, VÖEN **********, Hesab AZ23AİİB******************** hesaba ödənilməsi qət etmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apelyasiya şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş hasarın və bünövrənin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsində Cavabdeh tərəfindən qazılmış quyunun cavabdehin vəsaiti hesabına doldurularaq torpaq sahəsinin tikinti materiallarının təmizlənməsi və Cavabdeh mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsindən çıxarılaraq cavabdehin hesabına torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Şəki rayonu Aşağı Şabalıd kənd bələdiyyəsi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı X5 tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasənmülkiyyətində Şəki rayonu İnçə kəndində 0.08 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, həmin torpaq sahəsində tikinti işləri (hasar çəkmiş, bünövrə və dərin quyu qazdırmış, əraziyə çay daşı və qum-çınqıl tökmüş) aparmışdır. O, dəfələrlə cavabdehə bu özbaşınalıqlarına son qoymasını, qanunsuz tikililəri sökməsini, torpaq sahəsini tikinti materiallarından təmizləyərək əvvəlki vəziyyətə qaytarmasını və torpaq sahəsindən çıxmasını xahiş etsə də, sonuncu onun bu xahişlərini nəzərə almamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı və onun vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı X5 tərəfindən verilmiş çıxarışa əsasən Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Belə ki, torpaq sahəsi bələdiyyə tərəfindən ona təqdim olunmuş, o da həmin torpaq sahəsində tikinti işləri aparmışdır. Məhkəmə prosesi gedişində ona məlum olmuşdur ki, çıxarışa əsasən ona məxsus torpaq sahəsi 3-4 pay kənarda yerləşir. İndiyədək apardığı tikinti işlərinə çoxlu xərc çəkmişdir. Əgər çəkdiyi xərclər iddiaçı tərəfindən qarşılanarsa, torpaq sahəsini boşaltmağa etirazı yoxdur. Odur ki, bütün bunları nəzərə alaraq qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki rayonu Aşağı Şabalıd kənd bələdiyyəsinə birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Şəki rayonu Aşağı Şabalıd kənd bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X1 göstərdi ki, uzun müddət Şəki rayonu İnçə-Zunud – Aşağı Şabalıd kənd bələdiyyəsinin sədri olmuşdur. İddiaçı və cavabdehə verilən torpaq sahələri bələdiyyə tərəfindən onlara satılmışdır. Lakin Cavabdeh yanlış olaraq iddiaçıya məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. Mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılmışdır. Məhkəmə prosesi gedişində ƏMDK yanında DƏDRX-nin yerli ərazi nümayəndəsinin iştirakı ilə tərəfindən iddiaçı və cavabdehin iştirakı ilə yerli baxış təşkil olunmuş, iddiaçı və cavabdehə özlərinə məxsus torpaq sahələrinin koordinatları göstərilmişdir. İddiaçı və cavabdehə verilmiş torpaq sahələrinin sərhədləri onların adlarına qeydiyyata alınmış mülkiyyət sənədləri ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsinin məhkəməsi tərəfindən sorğu verilərək alınmış və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X5 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İnçə bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin məhkəməsi tərəfindən sorğu verilərək alınmış və iş materiallarına əlavə edilmiş İnçə bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2018ci il tarixli, 4Ə-412 reyestr nömrəli alqı-satq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İnçə bələdiyyəsi Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsi 560 manata İddiaçı satmışdır. Müqaviləni satıcı – İnçə bələdiyyəsi adından bələdiyyə sədri X1, alıcı – İddiaçı imzalamışdır. Birinci instansiya məhkəməsinin məhkəməsi tərəfindən sorğu verilərək alınmış və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X5 tərəfindən xx xxxx 2018-ci il tarixli, **********38 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin məhkəməsi tərəfindən sorğu verilərək alınmış və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X5 tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 6299 saylı mütəxəssis rəyindən görünür ki, Şəki rayonu İnçə kəndində Cavabdeh tərəfindən tikilmiş hasar, bünövrə və quyu ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, **********38 saylı reyestrdən torpaq sahəsinin plan və ölçü sənədində qeyd edilən koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin sərhədləri daxilindədir. Tədqiqatın dəyəri 41 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 21562 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Hümbət Aydəmirovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Şəki rayonu İnçə kəndində Cavabdeh tərəfindən tikilmiş hasar, bünövrə və quyu ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, **********38 saylı reyestrdən torpaq sahəsinin plan və ölçü sənədində qeyd edilən koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin sərhədləri daxilindədir. Tədqiqatın dəyəri 50 manat təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayəti verərək qeyd etmişdir ki, hazırki iddia tələbinə Şəki rayon Məhkəməsində xx xxxx 2020-ci il tarixdə baxlıaraq 2(075)-37/2020 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş hasar və bünövrə cavabdehin hesabına sökülməsi, torpaq sahəsində Cavabdeh tərəfindən qazılmış quyu cavabdehin vəsaiti hesabına doldurularaq torpaq sahəsi tikinti materiallarının təmizlənməsi və Cavabdeh İddiaçı mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-37/2020 nömrəli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı X5 tərəfindən verilmiş çıxarışa əsasən Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi bələdiyyə və müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə sərhədləri göstərilərək ona təqdim olunmuş, o da həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. Lakin məhkəmə prosesi gedişində ona məlum olmuşdur ki, çıxarışa əsasən ona məxsus torpaq sahəsinin koordinasiyaları müvafiq icra hakimiyyəti orqanının mütəxəssisləri tərəfindən düzgün göstərilməmiş və ona satılmış sahə 3-4 pay kənarda yerləşir. Halbu ki, həmin ərazi onun istifadəndə 2011-ci il tarixdən olmuş və o, bələdiyyəyə müraciət edərək həmin yerin ona satılmasını xahiş etmişdir. Bələdiyyə ilə qarşılıqlı razılıq əsasında həmin torpaq sahəsini özgəninkilədirilmiş və torpaq sahəsinin sərhədləri göstərilməklə ona təqdim edilmişdir. Habelə qeyd edir ki, iddiaçı ona tikinti ilə hər hansı bir müraciət etməmişdir. Ona təqdim edilmiş torpaq sahəsinin sənəd üzərində ona məxsus olmamasını bilsə idi həmin ərazidə tikinti işləri aparmazdı. İndiyədək apardığı tikinti işlərinə çoxlu xərc çəkmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-37/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıyam. Belə ki keçmiş bələdiyyə sədri Qafqaz qeyd edilən ərəzidə tikili tikdirmişdir. Daha sonra isə həmin ərazini İddiaçı vermişdir. Mən istəyirəm ki, mənə dəyən maddi ziyan tam olaraq bələdiyyə tərəfindən ödənilsin. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, bələdiyyə sədri ilə anlaşılmazlıq olmuşdur. Torpaq sahəsi mənim olduğu halda bu torpağı ona göstərmişdir. Alqı-satqı olunub cavabdeh elə bilmişdir ki, mənim torpaq sahəmi almışdır. Əvvəl onunla razılaşmaq istədim, sonra razı olmadım. Ona görə də məhkəməyə müraciət etdim ki, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-37/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 21562 saylı ekspert rəyi ilə Şəki rayonu İnçə kəndində Cavabdeh tərəfindən tikilmiş hasar, bünövrə və quyu ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, **********38 saylı reyestrdən torpaq sahəsinin plan və ölçü sənədində qeyd edilən koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Şəki rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin sərhədləri daxilində olduğu müəyyən edilmişdir. Ona görə də kollegiya qeyd edir ki, cavabdehin apelyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-37/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-37/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1559/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1559/2020
11.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver