Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1563/2020 19.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 iştirakı ilə, İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər X16 və X17 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəli qətnaməsindən üçüncü şəxslər X16 və X21 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov)iddianın təmin edilməsi, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş tərəflər arasında xx xxxx 2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, xx xxxxxxx 2017-ci il tarixli 2V371 nömrə ilə reyestrdə qeydə alınmış, xx xxxxx 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və xx xxxxx 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə- 651 saylı xx.xx.2017- ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli X16 və X12 adına aparılmış qeydiyyatların ləğv edilməsiqət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər X16 və X17 qarşı Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş xx xxxx 2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, xx xxxxxxx 2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış, xx xxxxx 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və xx xxxxx 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə- 651 saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli X16 və X12 adına aparılmış qeydiyyatlar ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinici instansiya məhkəməsinin iclasında iddia tələbini belə əsaslandırmışdır ki, Zaqatala rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 1966-cı il tarixdə doğulmuş X26 ölmüş elan edilmiş. X28 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Zaqatala rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. X26 onun doğma qardaşıdır və o, hal-hazırda İtaliyada yaşayır. O, qardaşı ilə mütəmadi olaraq əlaqə saxlayır. Anası X14 xx xxxxxx 2014-cü ildə, atası X22 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra Zaqatala rayonu Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha torpaq sahəsi miras qalmışdır. Atası Zaqatala rayon məhkəməsindən anası ilə faktiki nikah münasibətində olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair xx xxxx 2017-ci il tarixdə qətnamə əldə etmişdir. X28 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Zaqatala rayon məhkəməsinin xx xxxx 2017- ci il tarixli qətnaməsi ləğv edilmişdir. X29 ölmüş elan edilməsinə dair qətnamə qəbul ediləndən sonra atası X22 onlardan xəbərsiz olaraq notariusa müraciət edərək xx xxxxx 2019-cu il tarixli 2V-479 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Eyni zamanda X7 vərəsəsi kimi X18 xx xxxxx 2019-cu il tarixli 2V-479 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Atası bütün bunları onlardan xəbərsiz etmiş və onun məqsədi həmin torpaq sahələrini satmaq olmuşdur. Onu Ramin adlı şəxs aldadaraq torpaq sahələrini almaq üçün məhkəməyə və notariusa aparmışdır. X29 ölmüş elan edilməsi və atası ilə anası arasında rəsmi nikah qeydinin olması faktına dair Zaqatala rayon məhkəməsinin qətnamələri ləğv edildiyindən yuxarıda qeyd edilmiş şəhadətnamələr etibarsız hesab edilməli, və bu şəhadətnamələr əsasında ələdə edilmiş alqısatqı müqavilələri və Çıxarışlar ləğv edilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinici instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil1 oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinici instansiya məhkəməsinin iclasında üçüncü şəxs X16 və X12 nümayəndəsi Vəkil2 iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu birinci instansiya məhkəməsinə məktub ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn üçüncü şəxslər X16 və X21 аpelyаsiyа şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər X16 və X21 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 7/2020 iş nömrəli qətnaməsini aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edirlər. Belə ki, iş materiallarından da göründüyü kimi onlar vicdanlı alıcıdırlar. Onların Zaqatala rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, nə də xx xxxxxxxx 2018-ci il tarixli qətnamələrindən, o cümlədən, tərəflər arasındakı həmin problemlərdən xəbərləri olmamışdır. Onlar qeyd olunan daşınmaz əmlakları alan zaman iş üzrə iddiaçı da həmin proseslərdə iştirak etmiş və onlara heç bir irad və etiraz bildirməmişdir. Məhkəmənin diqqətini ona da cəlb edirlər ki, Mülki Məcəllənin 157-ci maddəsi belə vəziyyətlərdə hüququ pozulmuş əsl mülkiyyətçiyə vindikasiya iddiası və ya neqator iddia vasitəsi ilə hüquqlarını bərpa etmək imkanı yaradır.Əmlakı qanunsuz özgəninkiləşdirəndən əldə edən şəxsləri isə, onların əqdlə bağlı faktiki hallara subyektiv yanaşmasmdan asılı olaraq, qanunverici fərqləndirir və uyğun olaraq, onlar tərəfindən zərərin ödənməsi ilə bağlı fərqli nəticələrin törənməsi imkanları təsbit olunur. Sonuncu məsələyə münasibətdə qanunverici "vicdanlı sahib" və "vicdansız sahib" kateqoriyalarmı fərqləndirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 140 və 182-ci maddələrinin mənasına görə əmlakı özgəninkiləşdirən onun mülkiyyətçisi olmadığı, əldə edənin isə bunu bilmədiyi hallarda əldə edən "vicdanlı alıcı", yaxud "vicdanlı sahib" hesab olunur. Əgər əldə edən özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmadığını bilmişsə və ya bilməli idisə, o, "vicdansız əldə edən" hesab olunur. Qəsdin və ya kobud ehtiyatsızlığın bir subyektiv yanaşma kimi hazırki vəziyyətə münasibətdə mövcudluğunun təsdiq olunması üçün müəyyən edilməlidir ki, onlar alqı-satqı müqaviləsi bağlanılarkən X13 torpaq sahələrini qanunsuz yolla əldə etməsini bilmişlər, yaxud bunu bilməsələr də kifayət qədər diqqətli olsaydılar bunu bilərdilər. Hesab edirlər ki, onlar X13 hansısa qeyri-leqal qaydada əmlakı öz adına keçirməsindən xəbər tutsaydı belə, həmin vaxt mülkiyyət hüquqlarının qeydiyyatı barədə qüvvədə olan çıxarışın mövcudluğu səbəbindən X13 mübahisəli əmlak üzərində mülkiyyət hüququnun qanuniliyinə şübhə ilə yanaşa bilməzdilər. Bu fikirlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı madəsi ilə əsaslandırlar. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşmmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutub, sözügedən əmlakların alqı-satqı yolu ilə bizə satıldığını nəzərə alaraq hesab edirlər ki, iddiaçının mübahisəli daşınmaz əmlaka iddia etdiyi hər hansı hüququnun pozulması halı, alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən bizlərin (üçüncü şəxslərin) hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməz və iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlakı satana qarşı ayrıca iddia qaldırmaqla mübahisə aça bilər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı". Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.N.Məmmədovamn şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizlivi barədə şübhə varanmadıqda. o vicdanlı alıcı qismində qəbul olunur.Bu mövqeyimizə X15 üzrə Avropa Məhkəməsinin presedentləri işığmda da aydınlıq gətirmək istəyirik. Belə ki, həmin məhkəmə "Qladışeva Rusiyaya qarşı" iş üzrə qəbul etdiyi xx xxxxxx 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının "vicdanlılıq" məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq qeyd etdi ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan "ictimai maraq"la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan "fərdi maraq" arasmdakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır. Ən nahayət bu tip işlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin növbəti qərarı vardır. Belə ki, "Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, "daşınmaz əmlaka dair hüquqlarm dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanm, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakm təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik üququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Qeyd edilməlidir ki, əşyanm özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adma qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanm ipoteka qoyulması halı üçün də tətbiq edilir.Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət revestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri- dəqiqliyinə dair qeyd reyestrə daxil edilməvibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Qeyd olunanları cəmləşdirərək belə qənaətə gəlmək olur ki, onlar mübahisələndirilən alqı-satqı müqavilələrinə münasibətdə vicdanlılıq nümayiş etdirdiklərinə görə artıq bu məsələ onların xeyrinə həll olunmaldır. O ki, qaldı daşınmaz əmlakın dövlət reystrində əldə edlmiş çıxarışların ləğvi məsələsinə, hesab edirlər ki, nə qədər ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməzsə, onda sözügedən çıxarışlar da ləğv edilməməlidir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-257/2020 iş nömrəli qətnaməsinin ləv edilərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddianın rədd edilməsi (təmin edilməməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasındaüçüncü şəxs X21 bildirdi ki, İddiaçı torpağın ona satılmasından xəbəri olmuşdur. Belə ki, onun mübahisəli torpaq sahəsinuin alması ilə baglı İddiaçı ona “xeyirli olusun” da demişdir. Bundan başqa qeyd edir ki, İddiaçı alqısatqıdan xəbərinin olmaması mümkün deyildir. Belə ki, aldığı torpaq sahəsiləri İddiaçı qonşu ərazidə yerləşir. Həmin torpaq sahəsinə ev tikmək üçün bir neçə maşın daş tökmüşdür.O, özünü vicdanlı alıcı hesab edir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-257/2020 iş nömrəli qətnaməsinin ləv edilərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddianın rədd edilməsi (təmin edilməməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında əvvəlcə atasının xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən torpaq sahələrini üçüncü şəxslər X16 və X4 xəbəri olmadığını qeyd etsə də, sonradan o, torpaq sahələrinin atası tərəfindən X1 xəbəri olduğunu bildirdi. Bundan başqa qeyd etdi ki, 2017-ci ildə atası ona torpağı satacağını bildirmişdir. Belə ki, etibar etdiyi bir şəxsin olduğunu, onun da Ramin olduğunu bildirmişdir. Mübahisə olunan torpaq sahəsinin X16 və X12 istifadəsində olduğundan məlumatı olmuşdur. Bununla bağlı atası X3 atası cavabında ona “sənlik deyil” –deyə cavab vermişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-257/2020 iş nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X16 və X12 vəkili Vəkil2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-257/2020 nömrəli qətnaməsinin ləv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi, üçüncü şəxs X27 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, üçüncü şəxslər X16 və X21 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər X16 və X17 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İşdə olan Şəki Apellyasiya məhkəməsinin 2(107)-2253/2019 saylı xx xxxxxxx 2019- cu il tarixli qətnaməsinin surətindən görünür ki, Zaqatala rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş. ərizəçi X13 xx xxxxxx 2014-cü ildə vəfat etmiş X14 ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməsi müəyyən edilmişdir. İşdə olan Şəki Apellyasiya məhkəməsinin 2(107)-2267/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Zaqatala rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X13 xx xxxxxx 1966-cı ildə doğulmuş oğlu X20 ölmüş elan edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməsi müəyyən edilmişdir. İşdə olan xx xxxxx 2019-cu il tarixli 2V-479 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X22 xx xxxxxxx 2018-ci il tarixdə X8 verilmiş **********18 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakdan 1/1 hissədə pay almalıdır. İşdə olan xx xxxxx 2019-cu il tarixli 2V-479 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X22 xx xxxxxxx 2018-ci il tarixdə X23 verilmiş **********18 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakdan 1/1 hissədə pay almalıdır. İşdə olan Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş X20 ölümü haqqında məlumat ləğv edilmişdir. İşdə olan Zaqatala RİHB-ın Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən veirlmiş xx xxx 2019-cu il tarixli 382 saylı arayışından görünür ki, X13 vəfatından sonra oğlu İddiaçı, qızı X24, qızı X19 və oğlu X26 vərəsəsi qalmışdır. İşdə olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X14 xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. İşdə olan doğum haqqında arayış və şəhadətnamənin surətlərindən görünür ki, X26 xx xxxxxx 1966-cı ildə, İddiaçı xx xxxxxx 1963cü ildə doğulmuşdur. İşdə olan Zaqatala RİHB-ın Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx xxxxx 2019-cu ildə vəfat etmişdir. İşdə olan 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X22 mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,10 ha torpaq sahəsini X5. İşdə olan 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X22 mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,01 ha torpaq sahəsini X5. İşdə olan 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X22 mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,05 ha torpaq sahəsini X5. İşdə olan 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X22 mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsini X5. İşdə olan 4Ə-651 saylı xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X22 mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,3545 ha torpaq sahəsini X6. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək hesab edilmişdir ki, artıq mərhum Laçın Məmmədova verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız olduğundan həmin şəhadətnamələr əsasında aparılmış alqı-satqı müqavilələri də öz-özlüyündə etibarsız hesab olunmasını ehtiva edir. Məhkəmə tələbin alqı-satqı müqaviləsi əsasında torpaq sahələrinin üçüncü şəxslərin mülkiyyətinə keçməsinə dair iş materiallarında olan çıxarışlar üzrə qeydiyyatın ləğv olunması hissəsinə münasibətdə də tələbi əsaslı hesab edir. Belə ki, dövlət reyestrində qeydə alınmasına əsas olan alqı-satqı müqavilələri etibarsız hesab edildiyindən reyestrdə aparılmış qeydiyyat ləğv olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilməsi ilə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında əvvəlcə atası Lacın Məmmədovun xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli alqısatqı müqavilələrinə əsasən torpaq sahələrini üçüncü şəxslər X16 və X4 xəbəri olmadığını qeyd etsə də, sonradan o, torpaq sahələrinin atası tərəfindən üçüncü şəxslər X16 və X1 xəbəri olduğunu bildirdi. Bununla bağlı qeyd etdi ki, atası ona torpağı satacağını bildirmişdir və həmin etibar etdiyi bir şəxsin olduğunu, onun da Ramin olduğunu bildirmişdir. Bundan başqa İddiaçı atasından mübahisəli torpaq sahələrinin üçüncü şəxslər X16 və X2 və istifadəsində olması ilə bağlı atası X3 atası cavabında ona “sənlik deyil” –deyə cavab vermişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X21 izahatında bildirdi ki, İddiaçı torpağın ona satılmasından xəbəri olmuşdur. Belə ki,İddiaçı ona “xeyirli olusun” da demişdir. Bundan başqa qeyd etdi ki, İddiaçı alqı-satqıdan xəbərinin olmaması mümkün deyildir. Belə ki, aldığı torpaq sahələri İddiaçı qonşu ərazidə yerləşir. Həmin torpaq sahəsinə ev tikmək üçün bir neçə maşın daş tökmüşdür.Onun torpaq sahəsi alan zaman iş üzrə iddiaçı da həmin proseslərdə iştirak etmiş və onlara heç bir irad və etiraz bildirməmişdir.O, özünü vicdanlı alıcı kimi hesab edir. Məhkəmə kollegiyası mülki iş üzrə tərəflərin verdiyi izahata münasibət bildirərək qeyd edir ki, İddiaçı tərəfindən atası Laçın Məmmədova mübahisəli torpaq sahələrinin 2017-ci il tarixdən üçüncü şəxslərin istifadəsində olmasının və bu barədə üçüncü şəxslərin istifadəsində səbəbini soruşduqda atası isə ona “sənlik deyil” cavab verməsi ona əsas verir ki, İddiaçı atası Laçın Məmmədovun xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli alqısatqı müqavilələrinə əsasən torpaq sahələrini üçüncü şəxslər X16 və X4 xəbəri olmuş, bununla bağlı üçüncü şəxslərə hər hansı bir irad və ya etirazını bildirməmişdir. Üçüncü şəxslər daşınmaz əmlakları alan zaman torpaq sahələri Laçın Məmmədovun əsl mülkiyyətçisi olmadığını və qanunsuz yolla əldə etməsini bilməmişlər çünki torpaq sahələri onun adına dövlət revestrindəki qeydə alınması mübahisəli əmlak üzərində mülkiyyət hüququnun qanuniliyinə şübhə ilə yanaşa bilməzdilər, onların vicdansız hesab etmək üçün öz hərəkətlərinə münasibətdə kobud ehtiyatsızlıq və ya qəsd formasında təqsirinin olması barədə hər hansı bir əsaslı faktlar yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Laçın Məmmədov tərəfindən üçüncü şəxslərə xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə mübahisəli torpaq sahələrini satılması barədə İddiaçı məlumatın olmaması inandırıcı deyildir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, idddiaçı mübahisəli torpaq sahələrini üçüncü şəxslərə satılması ilə bağlı xəbərdar olmuşdur. Bundan başqa mülki iş üzrə üçüncü şəxslər Laçın Məmmədovun mübahisə predmetinin əsl mülkiyyətçisi olmadığını bilmədiyindən vicdanlı əldə edən hesab edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitutsiyasının və qanunların şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin qərara əsasən, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericilikdə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Bununla baglı qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcı əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı kimi qəbul olunur. Bundan başqa əldə edilmiş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Onuda qeyd etmək lazımdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində vicdanlı alıcı olma ilə bağlı 3-cü şəxslərin dəliləri əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinin əsasən Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır (birinci bənd) İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir.(ikinci bənd) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. -182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” Kollegiya hesab edir ki, üçüncü şəxslər X16 və X21 mübahisəli torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldığından vicdanlı alıcı statusunu daşıyır. Məhkəmə kollegiyası tərəfindən aparılmş araşdırmalarla müəyyən olunmuşdur ki, hazırkı işin faktiki halları qeyd olunan normanın təsiri altına düşür. Ona görə də apelyasiya şikayətin dəlliləri əsaslı olduğundan təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəliqətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər X16 və X21 ilə X22 arasında bağlanan alqı-satqı müqavilələri üzrə üçüncü şəxslər X16 və X21 vicdanlı alıcı qismində çıxış etmişlər və iddia tələbi onların torpaq sahələri üzərində hüquqlarına təsir etməli deyildir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslardandır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəliqətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Üçüncü şəxslər X16 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəliqətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər X16 və X17 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1563/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1563/2020
19.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver