Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1564/2020 05.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı qanunsuz tikilinin sökülməsi və maddi zərər və sair tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyətində maneəsiz istifadə hüququnun təmin olunması, mülkiyyətində olan 0,18 ha həyətyanı torpaq sahəsindəki özbaşına tikilinin cavabdehlər tərəfindən sökülməsi, Cavabdeh1 ilə onun həyətinə gələn yolun bağlanması, cavabdehlərin onun sahəsinə qanunsuz müdaxiləsi və istifadələrinə son qoyulması, 2011-2019-cu illər ərzində ona vurduqları 15 000 manat maddi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-451/2020 qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyətində maneəsiz istifadə hüququnun təmin olunması, mülkiyyətində olan 0,18 ha həyətyanı torpaq sahəsindəki özbaşına tikilinin cavabdehlər tərəfindən sökülməsi, Cavabdeh1 ilə onun həyətinə gələn yolun bağlanması, cavabdehlərin onun sahəsinə qanunsuz müdaxiləsi və istifadələrinə son qoyulması, 2011-2019-cu illər ərzində ona vurduqları 15 000 manat maddi zərərin əvəzinin ödənilməsitələbinə dair mülki iş üzrə icraata xitam verilməsi müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-451/2020 saylı qərardadından narazı qalan İddiaçı həmin qərardadın ləğv edilməsini, işinə yenidən baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsi qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh3 və Cavabdeh4 izahatlarını, şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-451/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iclasında işə mahiyyəti üzrə baxılarkən müəyyən olunmuşdur ki, hazırkı tələbin mülkiyyətinə verilmiş 0,18 ha torpaq sahəsindəki özbaşına tikilinin cavabdehlər tərəfindən sökülməsi, Cavabdeh1 ilə onun həyətinə gələn yolun bağlanması, cavabdehlərin onun sahəsinə qanunsuz müdaxiləsi və istifadələrinə son qoyulması hissəsi ilə bağlı iddiaçı Zaqatala rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxx 2019-cu il tarixli 2(033)258/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)2889/2019 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçıİeyni zamanda hazırkı tələbində maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə də məhkəməyə müraciət etmiş, onun 5000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi ziyan tələbinə dair iddiası məhkəmənin xx xxx 2019-cu il tarixli 2(033)-481/2019 saylı qətnaməsi ilə təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İşin bu faktiki halları iş materiallarında olan qətnamələrlə təsdiq olunur. Beləliklə məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı hazırkı tələbində göstərilənlərlə bağlı məhkəmədə qaldırdığı iddialara baxılmış, yekun məhkəmə qərarı çıxarılaraq qanuni qüvvəsini almışdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyətində maneəsiz istifadə hüququnun təmin olunması, mülkiyyətində olan 0,18 ha həyətyanı torpaq sahəsindəki özbaşına tikilinin cavabdehlər tərəfindən sökülməsi, Cavabdeh1 ilə onun həyətinə gələn yolun bağlanması, cavabdehlərin onun sahəsinə qanunsuz müdaxiləsi və istifadələrinə son qoyulması, 2011-2019cu illər ərzində ona vurduqları 15 000 manat maddi zərərin əvəzinin ödənilməsitələbinə dair mülki iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Ona görə də qeyd olunan əsaslara görə iddiaçının iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatətinin təmin edilməsi haqda qərardad çıxarılması işin faktiki hallarına uyğun deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-451/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-451/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1564/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1564/2020
05.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver