Məhkəmə qərarları › İş №2(107)-1576/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1576/2021

29.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1576/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Ramazanov Şaban Məməcan oğlu, Cavabdeh2 Məməcan oğlu, onun nümayəndəsi X2 və vəkili Vəkil2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Ramazanov Şaban Məməcan oğlu, Cavabdeh2 Məməcan oğluna qarşı qanun üzrə vərəsəlik hüququ üzrə miras əmlakdan payın müəyən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tаrixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Zаqаtаlа Rаyоn Məhkəməsinin (hаkim T.Həsənov) 15.10.2019-cu il tаrixli 2(033)- 885/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ üzrə miras əmlakdan payın müəyyən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması, mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddiası təmin edilməmişdir. işin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atalarından qalmış miras əmlak-ünvan 1 evin 1\6 hissəsinə İddiaçı1, 1\6 hisəsinə isə İddiaçı2, 1\6 hisəsinə isə İddiaçı3 payı müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, onların ünvan 1 evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Zaqatala rayonu Aşağı Tala kəndi, Fərman Sulxayev küçəsi 2 saylı ev ataları Ramazanov Məməcan İsmayıl oğluna məxsus olmaqla onun adına dövlət reyestrində rəsmiləşdirilmişdir. Həmin mənzildə mərhum ataları Ramazanov Məməcan İsmayıl oğlu, məhrum anaları, onlar, yəni onun özü, iddiaçılar İddiaçı1, İddiaçı3 və qardaşları Cavabdeh1, Cavabdeh2 və X12 birlikdə yaşamışlar. Məhrum anaları X13 20 avqust 1997-ci il tarixdə, mərhum ataları Ramazanova Məməcan İsmayıl oğlu 20 aprel 1990-cı il tarixdə vəfat etmişdir və həmin vaxtdan faktiki olaraq orada yaşayaraq mirası faktiki qəbul etmişlər. Beləliklə də atalarına məxsus miras əmlakı vərəsələrdən faktiki hər biri yəni 6 övlad qəbul etmişlər. Zaqatala rayon 2 saylı Notariat Kontoruna vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişlər. Zaqatala rayon 2 saylı Notariat Kontoru Azərbaycan Respublikası MM-nin 1291-ci maddəsini əsas gətirərək miras şərikləri arasında ixtilaf olduğunu bildirərək, vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Mübahisənin məhkəmədə həll olunması tövsiyə edilmişdir. Onların ünvan 1 ünvanda yerləşən atalarından onlara miras qalmış və vərəsələr tərəfindən qəbul olunmuş daşınmaz əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi haqqında ərizələrinə Zaqatala rayon 2 saylı Notariusu vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. Bütün hüquqi normativ aktlarda birinci növbəli vərəsələrin payları qanun üzrə bərabər müəyyənləşdirilmişdir. Bu səbəbdən də Notariat orqanının miras paylarının müəyyənləşdirilməsi zaman vərəsələrin razılığını tələb etmiş cavabdehlər razılığını verməmişdir. Azərbaycan Respublikası MM-nin mirasa mülkiyyətin əmələ gəlməsi haqqında 1255-ci maddəsində aşağıdakılar qeyd olunur. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunvericilikdə əmlakın müxtəlif növləri üzərində mülkiyyət hüququnun yaranması əsasları müəyyən edilmişdir. MM-in 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz amlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. MM-in 181-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququ onun verilməsi ilə yaranır. Şərh olunan maddədə ümumi xarakterli bu hüquqi normalardan fərqli olaraq miras əmlak üzərində mülkiyyət hüququnun yaranmasının xüsusi əsasları müəyyən edilmişdir. Belə ki, maddəyə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məlumdur ki, MM-in 1246-cı maddəsinə əsasən, vərəsə mirası miras açıldığı gündən altı ay ərzində qəbul edə bilər. Göründüyü kimi, miras əmlak, bir qayda olaraq, onun açıldığı gündə deyil, daha gec - yəni həmin gündən sonra keçən altı ay ərzində qəbul edə bilir. Miras əmlak kimi qəbul edilmiş daşınmaz əmlakı dövlət qeydiyyatından keçirmək üçün də müəyyən vaxt tələb edilir. Beləliklə, miras əmlak vərəsəyə miras açıldığı gün deyil, daha gec verilir. Buna baxmayaraq, şərh olunan maddəyə əsasən, həmin miras əmlaka mülkiyyət hüququ onun vərəsəyə faktiki verildiyi gündən deyil, daha əvvəl baş vermiş mirasın açıldığı gündən yaranır. Qeyd etmək lazımdır ki, göstərilən ümumi xarakterli normalarla xüsusi xarakterli normanın arasında ziddiyyət yoxdur. Burada miras əmlakın xüsusiyyətləri ilə bağlı zəruri dəqiqləşdirmə aparılmışdır. Belə ki, miras açıldığı andan qəbul olunanadək miras əmlakın mahiyyətcə mülkiyyətçisi olmur. Buna görə də həmin dövr ərzində miras əmlakın mülkiyyətçisi, şərh olunan maddəyə əsasən, mirası qəbul etmiş vərəsə hesab olunur. Lakin vərəsəlik qaydasında öz mülkiyyətinə daşınmaz əmlakı qəbul etmiş vərəsə, onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Miras əmlak Azərbaycan Respublikası M.M.-nin 1255 və 1157-ci maddələrinə əsasən, qəbul edilmiş miras, onun açıldığı gündən vərəsələrin mülkiyyəti sayılır. Sözügedən miras əmlak yuxarıda göstərilən əsaslarla 23 aprel 1990-cı ildən vahid əmlak şəklində vərəsələrə mənsub olmuşdur. 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş miras əmlaka dövlət komissiyası tərəfindən qəzalı rəyi vermişdir. Qəzalı vəziyyətdə olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsi ilə tənzimlənir. Həmin tarixdə sözügedən daşınmaz əmlak onlar, vərəsələrin yuxarıda göstərilən əsaslarla mülkiyyəti sayıldığından onların vərəsəlik üzrə mülkiyyət hüquqları da bərpa olunmuş əmlaka keçmişdir. Qeyd olunan yaşayış evinin yox olması və yaxud məhv olması Azərbaycan Republikası M.M.-nin 150-ci maddəsinə əsasən, məhkəmə qərarı ilə müəyyənləşdirilməlidir. Belə ki, 2012-ci ildə baş verən zəlzələ zamanı sözü gedən ev vahid əmlak şəklində onlara mənsub olduğundan, onların ev üzərində olan hüquqları yeni bərpa olunan evə keçmişdir. Bu səbəbdən də miras əmlakdan vərəsələrin payları müəyyənləşdirilənə qədər və miras əmlakdan payların həcmi, vərəsələrin dairəsi müəyyənləşdirildikdən və paylar əsasında vərəsələrə düşən əmlak bölüşdürüldükdən sonra, dövlət reyestrində vərəsələrin hər birinə düşən əmlak yenidən qeydiyyata alınanadək miras əmlak üzərində mövcüd olan hüquqverici sənədlər öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası M.M.-nin 1155.2-ci maddəsinə əsasən, miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır. Yuxarıda qeyd olunanlara əsasən, hər bir vərəsəyə miras əmlakdan düşən əmlakın həcmi müəyyənləşdirildikdən sonra yeni qeydiyyat şəhadətnaməsi alınmalıdır. Miras əmlakda yalnız cavabdehlərin deyil, onların, yəni İddiaçı1, İddiaçı2, İddiaçı3 payı müəyyənləşdirilməli, bununla da, onların vərəsəlik hüquqları məhkəmə qaydasında müdafiə edilməlidir. Cavabdehlər notariat kontoruna gəlməmiş, mirasa dair vərəsəlik şəhadətnaməsi verilməsinə razılıq verməmişlər. Onların həmin evdə yaşamalarına hər vəclə maneə olmağa çalışırlar. Onlar miras əmlakı qəbul etdiyikləri andan mərhum atalarına məxsus ünvan 1 evdə rəsmi qeydiyyatda olmuşlar. Göründüyü kimi, qanunun tələbinə əsasən onlar həmin mənzilə istifadə hüququ əldə etmişlər. Hazırda cavabdehlər həmin mənzildə yaşayır, onları həmin mənzilə buraxmamağa çalışırlar. Eyni zamanda onların ünvan 1 evdə yerləşən mənzilə istifadə hüquqları tanınmalıdır, həmin mənzilə köçürülməlidirlər. Həmçinin onların mənafeyi nəzərə alınmaqla mənzildən istifadə qaydası məhkəmə qaydasında müəyyən olunmalıdır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi İddiaçı2 izahatına uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbinin dəlilləri ilə razılaşmır, atalarının 29 aprel 1990-cı il tarixdə vəfatından sonra mübahisə predmeti olan miras daşınmaz əmlaklar o və qardaşı Cavabdeh1 tərəfindən faktiki qəbul edilmişdir. Həmin əmlakı bugünədək onlar idarə edirlər. Mübahisə gedən fərdi yaşayış evi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən bibiləri Şamama Ramazanovanın adına qeydiyyata alınmış, torpaq sahəsinin isə 0,08 ha hissəsi qardaşı Cavabdeh1 verilmişdir. Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən onların mübahisəli evə köçürülmələri qət edilmişdir. Hazırda yeni tikilmiş evin ikinci mərtəbəsində Cavabdeh1 ailəsi ilə birlikdə, evin birinci mərtəbəsində isə o, ailəsi ilə birlikdə yaşayır. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X2 ayrı-ayrılıqda izahat verərək və Cavabdeh2 vəkili Vəkil2 isə çıxış edərək iddia tələbini qəbul etmədiklərini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1812/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı1 mərhum atasından qalmış miras əmlak-ünvan 1 evin 1\6 hissəsinə payının müəyyən edilərək, həmin paya onun mülkiyyət hüquqlarının tanınması, onun ünvan 1 evə istifadə huququnun tanınması və həmin evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, İddiaçı1 mərhum atasından qalmış miras əmlak-ünvan 1 evin 1\6 hissəsinə payı müəyyən edilməsi, həmin paya onun mülkiyyət hüquqlarının tanınması, onun ünvan 1 evə istifadə huququnn tanınması, İddiaçı1 ünvan 1 evə köçürülməsi, iddiaçılar İddiaçı2 və İddiaçı3 apelyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə, yəni iddiaçılar İddiaçı2 və İddiaçı3 mərhum atalarından qalmış miras əmlak-ünvan 1 evin 1\6 hisəsinə payının müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, onların ünvan 1 evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələrinin rədd edilməsi hissəsində və 10 manat dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1812/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh2 oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.05.2021-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1812/2020 nömrəli iş üzrə 12.11.2020-ci il tarixli qətnaməsi İddiaçı1 iddiasının təmin edilmiş hissəsində və İddiaçı3 iddiasının rədd edilməsi hissəsində ləğv edilərək həminhissələrdə iş yeni baxışa göndərilmişdir. Qətnamə İddiaçı2 iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, onların atalarından miras qalmış evə münasibətdə mülkiyyət hüquqları pozulmuş, cavabdehlər onların həmin evdə yaşamalarına mane olur və oradan məcburi çıxardırlar. Mübahisəli ev zəlzələdən sonra inşa edilsə də atasına məxsus evin yerində dövlət tərəfindən inşa edilmiş və həmin mirasda payları olan şəxslərin hüquqları pozulmamlıdır. Həyət tikilisinə mütəxəssis tərəfindən baxış keçirilməsini və yaşayış üçün yararlı olub-olmamasını tələb etmiş, bu tələbi təmin edilməmişdir. X18 həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Məhkəmə qətnaməsində bu hala əks yanaşma qeyd edilir. Bundan əlavə iddiaçılar hamısı mərhum ataları Ramazanov Məməcan İsmayıl oğlunun keçmiş ailə üzvləri olması məhkəmənin diqqətindən yayınmışdır. Bundan başqa birinci instansiya məhkəməsi 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını da düzgün tətbiq etməmişdir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən onlar keçmiş mülkiyyətçinin ailə üzvləri hesb edilir.Qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnаməsi ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2, digər İddiaçı3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tаrixli, 2(033)- 885/2019 saylı qətnаməsinin ləğv edilməsini, iddia tələbinin yeni təqdim edilmiş formada təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkil Cənnətov X35 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı evin 1\4 hissəsinə paylarının müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, onların ünvan 1 evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 əlavə olaraq izahatında ailə həyatı qurduqdan sonra X55 köçdüyünü, iki həftədən sonra yoldaşı ilə birlikdə atası evinə köçüb orada yaşamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun vəkili Vəkil2 və nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər. İddiaçı1 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.05.2021-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1812/2020 nömrəli iş üzrə 12.11.2020-ci il tarixli qətnaməsi İddiaçı1 iddiasının təmin edilmiş hissəsində və İddiaçı3 iddiasının rədd edilməsi hissəsində ləğv edilərək həminhissələrdə iş yeni baxışa göndərilmişdir. Qətnamə İddiaçı2 iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Rayonlararası Texniki inventarizasiya Bürosu tərəfindən 24.02.1988-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Ramazanov Məməcan İsmayıl oğlunun adına 1967-ci ildə daşdan tikilmiş Zaqatala rayonu Aşağı Tala kəndində 1600 kv.m. torpaq sahəsində yerləşən 2 otaqlı “s çokolnom etajom” yaşayış evi qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayonu Aşağı X57 tərəfindən 30.09.1960-cı il tarixdə verilmiş İE seriyalı 819794 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 25.05.1960-cı il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Onun atası Ramazanov Məməcan İsmayıl oğlu, anası X4r. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21.01.2016-cı il tarixdə verilmiş arayışdan görünür ki, iddiaçı X19 23.04.1968-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Onun atası Ramazanov Məməcan İsmayıl oğlu, anası X4r. İşdə olan Zaqatala Rayonu Aşağı X57 tərəfindən 09.06.1964-cü il tarixdə verilmiş A3 seriyalı 643228 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 05.06.1964-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Onun atası Ramazanov Məməcan İsmayıl oğlu, anası X4r. İşdə olan Zaqatala rayonu Aşağı Tala ərazi nümayəndəliyi tərəfindən 24.07.2009cu il tarixdə təkrar verilmiş AZ-1 seriyalı 361664 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Ramazanov Məməcan İsmayıl oğlu 23.04.1990-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.04.1990-cı il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İşdə olan Zaqatala rayonu Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən 26.09.1997- ci il tarixdə verilmiş 1V-JQ seriyalı 480078 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 29.08.1997-ci ii tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.09.1997-ci il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 08 iyul 2019-cu il tarixli 909 nömrəli arayışından görünür ki, mərhum Ramazanov Məməcan İsmayıl oğlu rəhmətə gedən günədək (20.04.1990-cı il) İddiaçı2 Zaqatala rayonu Aşağı Tala kəndində yaşamışdır. Mərhum öldüyü gündən, hazıradək onun adları qeyd olunan varisləri vardır: X16 qızı-doğum tarixi 1958, 1986-cı ildən qeydiyyatdan çıxıb, qızı-İddiaçı1-doğum tarixi 1960, qeydiyyatdadır, oğlu- Cavabdeh1- doğum tarixi 1962, qeydiyyatdadır, qızı-İddiaçı2-doğum tarixi 1964, Bakı qeydiyyatında olsa da, atası evində yaşayır, oğlu-Cavabdeh2- doğum tarixi 1966, qeydiyyatdadır, qızı X19-doğum tarixi 1968, 1999-cu ildən qeydiyyatdan çıxıb. İşdə olan Zaqatala RİHB-in Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 08 iyul 2019-cu il tarixdə verilmiş 907 nömrəli arayışdan görünür ki, mərhum Ramazanov Məməcan İsmayıl oğlundan miras qalmış ev 2012-ci ildə baş vermiş məlum zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən baxış keçirilən zaman evə qəzalı rəyi verilmişdir. Həmin ev sökülərək, əvəzinə yeni 2 mərtəbəli fərdi yaşayış evi mərhum Ramazanov Məməcan İsmayıl oğlunun bacısı X5 adına yazılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 22 avqust 2019-cu il tarixdə verilmiş **********53 nömrəli məktubdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin kimin adına qeydiyyata alınması və Cavabdeh1 və Cavabdeh2 Məmməcan oğlunun adlarına fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində və keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 12 oktyabr 2019-cu il tarixli 121 nömrəli arayışından görünür ki, 2012-ci ilin may ayının 7-nə qədər və zəlzələ hadisəsindən sonra Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Ramazanov Məməcan İsmayıl oğluna məxsus fərdi yaşayış evində aşağıda adları qeyd olunan şəxslər yaşamışdır. X3 – doğum tarixi 1958, 1986-cı ildən qeydiyyatdan çıxıb, qızı-İddiaçı1 – doğum tarixi 1960, qeydiyyatdadır, oğlu Cavabdeh1 – doğum tarixi 1962, qeydiyyatdadır, ailəlidir, qızı İddiaçı2 – doğum tarixi 1964, Bakı qeydiyyatında olsa da, həmin evdə yaşayır, oğlu-Cavabdeh2 – doğum tarixi 1966, qeydiyyatdadır, ailəlidir, qızı-X19 – doğum tarixi 1968, 1999- cu ildə ərə köçüb. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2014-cü il tarixli 2-1(84)- 400/2014 nömrəli qərarından görünür ki, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinə, Zaqatala Rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Cavabdeh1, X9, X25 qarşı Zaqatala RAİK-in 04.12.1997-ci il tarixli 64 nömrəli qərarının, JN - 1281A və JN-1540A KOD 40200028 nömrəl torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, Zaqatala RAİK-in 04.12.1997-ci il tarixli 64 nömrəli qərarı X6, Cavabdeh1, X9, X25 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv edilmişdir. Həmin qərarla həm də JN - 1281A və JN- 1540A KOD 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ləğv edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli, 2(033)- 213/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 arvadı X2, uşaqları X21 və X26 birlikdə ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 5 otaqlı yaşayış evinin birinci mərtəbəsinə köçürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2(107)-638/2015 nömrəli qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli, 2(033)- 213/2015 nömrəli qətnaməsi qismən, X2 və X5 ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 5 otaqlı yaşayış evinin birinci mərtəbəsinə köçürülmələri hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2(107)-638/2015 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli, 2(033)- 213/2015 nömrəli qətnaməsi qismən, qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması hissəsində ləğv edilmiş, “qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması” müddəası qətnamədən xaric edilmiş, qətnamə iddiaçı Cavabdeh2 və onun yetkinlik yaşına çatmamış qızı-03 may 2003-cü ildə anadan olmuş X10 ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(033)- 823/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X2 və X1 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı ünvanda yerləşən yaşayış evinə köçürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli, 2(107)-174/2016 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(033)-823/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar X2 və X1 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı ünvanda yerləşən evə köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(102)- 2341/2016 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli, 2(107)- 174/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(033)-7/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mərhum atalarından miras qalmış daşınmaz əmlakdan paylarının naturada bölünməsi, paylar naturada ayrılanda onlara eyni torpaq sahəsindən və yaşayış evində eyni mərtəbədə paylarının ayrılması, Cavabdeh2 və iddiaçıların köçürüləcəyi sahənin giriş-çıxışının naturada müəyyənləşdirilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək mərhum ataları Ramazanov Məməcan İsmayıl oğlundan miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 ünvanında yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, əvəzinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən tikilmiş ümumi sahəsi 190,5 kv.m., yaşayış sahəsi 115,8 kv.m., yardımçı sahəsi 74,7 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evinin naturada bölünərək, 1-ci mərtəbəsi üzrə - sahəsi 16,3 kv.m. (3,7mx4,4m), hündürlüyü 2,85 kv.m. olan 1 saylı mətbəx otağı İddiaçı1 və sahəsi 18,5 kv.m. (4,2mx4,4m), hündürlüyü 2,85 kv.m. olan 3 saylı yaşayış otağı İddiaçı3, 2-ci mərtəbəsi üzrə - sahəsi 22,9 kv.m. (4,4mx5,2m), hündürlüyü 2,85 kv.m., olan 6 saylı yaşayış otağı İddiaçı2 mülkiyyətinə mirasdan pay olaraq verilməsi, mərhum ataları Ramazanov Məməcan İsmayıl oğlundan miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 ünvanında yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, əvəzinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən tikilmiş fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə-sahəsi 30,8 kv.m. (4,4mx7,0m), hündürlüyü 2,85 kv.m. olan 2 saylı yaşayış otağında Cavabdeh2 və 2-ci mərtəbəsi üzrə sahəsi 25,1 kv.m. (4,4mx5,7m), hündürlüyü 2,85 kv.m. olan 7 saylı yaşayış otağında Cavabdeh1 ailəsi ilə birlikdə yaşamalarının nəzərə alınması, mərhum ataları Ramazanov Məməcan İsmayıl oğlundan miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 ünvanında yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, əvəzinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən tikilmiş fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə- sahəsi 19,8 kv.m. (4,4mx4,5m), hündürlüyü 2,85 kv.m., olan 4 saylı dəhliz otağı, sahəsi 9,40 kv.m. (2,0mx4,7m). olan 5 saylı açıq eyvan, pilləkən və pilləkən meydançaları, o cümlədən, girişçıxış da daxil olmaqla, binanın ümumi əmlakı kimi binada yaşayanların ümumi istifadəsində saxlanılması. həmin fərdi yaşayış evinin 2-ci mərtəbəsi üzrə-sahəsi 19,8 kv.m. (4,4mx4,5m), hündürlüyü 2,85 kv.m. olan 9 saylı dəhliz otağı, sahəsi 9,40 kv.m. (2,0mx4,7m) olan 10 saylı açıq eyvan, pilləkən və pilləkən meydançaları ikinci mərtəbədə yaşayanların ümumi istifadəsində saxlanılması, mərhum ataları Ramazanov Məməcan İsmayıl oğlundan miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 ünvanında yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin naturada bölünərək, 0,0734 ha hissəsi mirasdan pay olmaqla, qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilsin. İddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 0,0734 ha həyətyanı torpaq sahəsinin ölçüləri və koordinatları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Yerqurluşu Layihə-Tədqiqat İdarəsinin 17.05.2017-ci il tarixli 28 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş sxemlər üzrə müəyyən edilməsi, mərhum ataları Ramazanov Məməcan İsmayıl oğlundan miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 ünvanında 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən 135,9 kv.m. sahəsi olan altıaçığın naturada bölünərək, 67,95 kv.m. hissəsi giriş-çıxışı fərdi yaşayış evinin arxa sağ hissəsindən olmaqla, mirasdan pay olmaqla, qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilməsi, mərhum ataları Ramazanov Məməcan İsmayıl oğlundan miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 ünvanında 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən miras əmlak 42,0 kv.m. sahəsi olan mal damı fərdi yaşayış evində payları 1/6 hissədən az olduğuna görə qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçılar İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, İddiaçı2 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli 2(107)- 2426/2017 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mərhum atalarından miras qalmış daşınmaz əmlakdan paylarının naturada bölünməsi, paylar naturada ayrılanda onlara eyni torpaq sahəsindən və yaşayış evində eyni mərtəbədə paylarının ayrılması, Cavabdeh2 və iddiaçıların köçürüləcəyi sahənin giriş-çıxışının naturada müəyyənləşdirilməsi tələbi barədə iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(102)- 2604/2018 nömrəli qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli 2(107)- 2426/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həyət darvazasından daxil olduqda həyətin axırında sol tərəfdə tikili var, həmin tikili 2 otaqdan ibarətdir. İddiaçıların dediklərinə görə həmin tikili 1981-ci il tarixdə tikilib, orada İddiaçı1 və İddiaçı2 yaşayır. Həmin tikili ilə üzbəüz FHN tərəfindən tikilmiş 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi vardır. Həmin evin birinci mərtəbəsində 2 otaq, bir mətbəx var, orada Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır, ikinci mərtəbəsində isə Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Lakin evdə olmadıqlarından otaqlara (üç bağlı qapı var) baxılması mümkün olmadı. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin ataları Ramazanov Məməcan İsmayıl oğlunun ünvan 3 ünvanında yerləşən, 1966-cı ildə tikilmiş, yaşayış sahəsi 80 kv.m olan iki mərtəbəli, 4 otaqlı yaşayış evi olmuşdur. Ramazanov Məməcan İsmayıl oğlu 29 aprel 1990-cı ildə, arvadı Xanım Ramazanova isə 20 avqust 1997-ci ildə ölmüşdür. Məməcan Ramazanov 29 aprel 1990-cı ildə ölərkən ondan miras qalmış yaşayış evinə miras açılmışdır. Ancaq onun vərəsələrindən heç biri mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Miras əmlakla bağlı vərəsələrin dairəsi müəyyənləşməmiş, lakin iddiaçılar məhkəməyə müraciət edərək 1/6 paylarının müəyyən edilməsini, mülkiyyət hüquqlarının tanınmasını və evə istifadə hüquqları tanınmaqla köçürülmələrini xahiş edirlər. Cavabdehlər isə iddianı qəbul etməmişlər. Vəkil1 tərəfindən məhkəmə kollegiyasının iclasına təqdim edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı mənzil-kommunal təsərrüfatı departamenti səbail rayon mənzil kommunal təsərrüfat birliyi təərfindən verilmiş 902 nömrəli arauışa əsasən İddiaçı3 akı şəhəri Səbail rayinu, 5-ci Buxta döngəsi 3, ev 9 nömrəli evdə yaşayır. Vəkil2 tərəfindən məhkəmə kollegiyasının iclasına təqdim edilmiş, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC-nin 05 may 2021-ci il tarixli məktubuna əsasən İddiaçı1 FHN tərəfindən rayonda baş vermiş təbii fəlakət (zəlzələ) nəticəsində Aşağı Tala kənində yerləşən yaşayış evinin təmiri üçün 5000 (beş) min manat vəsait ödənilmişdir. Zaqatala Rayon Dövlət Arxivinin 26 iyul 2021-ci il tarixli 28 nömrəli məktubuna əsasən Zaqatala rayonu Aşağı Tala kənd XDS İ/K-nin 1986-1990-cı illərin təsərrüfat başına kitablarında Aşağı Tala kənd sakini X14 ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur.

1. X32, a.başçı, kişi, 04.10.1964, azərb,

2. İddiaçı3, yoldaşı, qadm, 23.04.1968, azərb.,

3. X22, qızı, qadm, 13.03.1987, azərb.

4. X27, qızı, qadm, 20.02.1989, azərb Həyətyanı torpaq sahəsi 0,06 ha, Əsas: 1986-1990-cı illərin t/başına kitabı № 20, səh 27, № 7,ş/h № 1586 Fond № 37, siyahı № 2, s/v-413 Zaqatala Rayon Dövlət Arxivinin 26 iyul 2021-ci il tarixli 28 nömrəli məktubuna əsasən Zaqatala rayonu Aşağı Tala kənd XDS İ/K-nin 1986-1990-cı illərin təsərrüfat başına kitablarında Aşağı Tala kənd sakini Cavabdeh2 ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur.

1. X15, a.başçı, kişi, 06.03.1929, azərb, 23.04.90-cı ildə vəfat edib,

2. X21, bacısı, qadın, 01.07.1926, azərb

3. X13, h/yoldaşı, qadın, 01.07.1937, azərb.

4. X20, qızı, qadın, 01.10.1958, azərb., Yevlaxda yaşayır

5. İddiaçı1, qızı, qadın, 25.05.1960, azərb.

6. Cavabdeh1, oğlu, kişi, 19.04.1962, azərb., t/aynlıb № 1560

7. İddiaçı2, qızı, qadın, 05.06.1964, azərb., Yevlax şəhərində işləyir 1980-ci il

8. Cavabdeh2, oğlu, kişi, 03.05.1966, azərb., 25.11.1984-06.1987 orduda

9. X19, qızı, qadın, 23.04.1968, azərb., Yuxan Talaya köçüb 03.05.1986

10. X2, gəlini, qadın, 20.07.1967, azərb.

11. X23, nəvəsi, qadın, 23.02.1990, azərb. Yaşayış evi tikilib 1966-cı ildə, ümumi sahəsi 80 kvm, ondan yaşayış sahəsi 1986-1988ci illər 80 kvm, 1989-1990-cı illər 60 kvm Mal damı 1966, altı açıq 1980 Həyətyanı torpaq sahəsi 0,16 ha, 1986-1989-cu illər, 1990-cı il 0,08 ha ondan tikilialtı 0,02 ha Əsas:Aşağı Tala kənd XDS İ/K-nin 1986-1990-cı illərin t/başına kitabı № 12, səh. № 7,ş/h№ 1020 Fond № 22, siyahı № 2, s/v-237 Zaqatala Rayon Dövlət Arxivinin 26 iyul 2021-ci il tarixli 28 nömrəli məktubuna əsasən Zaqatala rayonu Aşağı Tala kənd XDS İ/K-nin 1991-1995-ci illərin təsərrüfat baına kitablarında Aşağı Tala kənd sakini Cavabdeh2 ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur.

1. X13, a.başçı, qadm, 10.10.1937, azərb

2. X21, baldızı, qadm, 01.07.1926, azərb.

3. X28, qızı, qadm, 25.05.1960, azərb. ərə köçüb Zaqatala Şəhəri 05.1991, gəlmişdir 10.1994

4. Cavabdeh2, oğlu, kişi, 03.05.1966, azərb.

5. X7, gəlini, qadm, 20.07.1967, azərb., boşanıb ş/H 1761, təsərrüfata qayıdıb 05.1995

6. X23, nəvəsi, qadm, 23.02.1990, azərb.

7. X50, gəlin, qadm, 01.01.1965, azərb, 26.07.92 1319 nömrəli t/ta keçib

8. X21, nəvəsi, qadm, 04.12.1995, azərb Yaşayış evi ümumi sahəsi 80 kvm, ondan yaşayış sahəsi 60 kvm həyətyanı torpaq sahəsi 0,08 ha ondan tikilialtı 0,02 ha Əsas:1991-1995-ci illərin t/başına kitabı № 14, səh. 90, ş/h № 7,ş/h№ 1314 Fond № 22, siyahı № 2, s/v-267 Zaqatala Rayon Dövlət Arxivinin 26 iyul 2021-ci il tarixli 28 nömrəli məktubuna əsasən Zaqatala rayonu Aşağı Tala kənd XDS İ/K-nin 1991-1995-ci illərin təsərrüfat başına kitablarında Aşağı Tala kənd sakini İddiaçı3 ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur.

1. X32, a.başçı, kişi, 04.10.1964, azərb,

2. İddiaçı3, yoldaşı, qadm, 23.04.1968, azərb.,

3. X22, qızı, qadm, 13.03.1987, azərb.

4. X27, qızı, qadm, 20.02.1989, azərb

5. X33, qızı, qadm, 13.04.1993, azərb Yaşayış evi ümumi sahəsi 48 kvm, 1994-1995-ci illər Həyətyanı torpaq sahəsi 0,06 ha ondan tikilialtı 0,02 ha Əsas:1991-1995-ci illərin t/başına kitabı № 15, səh 72, № 7,ş/h № 1380 Fond № 37, siyahı № 2, s/v-431 Zaqatala Rayon Dövlət Arxivinin 26 iyul 2021-ci il tarixli 28 nömrəli məktubuna əsasən Zaqatala rayonu Aşağı Tala kənd XDS İ/K-nin 1996-2000-ci illərin təsərrüfat baına kitablarında Aşağı Tala kənd sakini Cavabdeh2 ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur.

1. X13, a.başçı, qadm, 10.10.1937, azərb., vəfat edib 20.08.97,

2. X21, baldızı, qadm, 01.07.1926, azərb.

3. X28, qızı, qadm, 25.05.1960, azərb.

4. Cavabdeh2, oğlu, kişi, 03.05.1966, azərb.

5. X7, gəlini, qadm, 20.07.1967, azərb.

6. X23, nəvəsi, qadm, 23.02.1990, azərb.

7. X21, nəvəsi, qadm, 04.12.1995, azərb. Yaşayış evi tikilib 1967, ümumi sahəsi 80 kvm, ondan yaşayış sahəsi 60 kvm. Həyətyanı torpaq sahəsi 0,08 ha, o cümlədən tikilialtı 0,02 ha Əsas: 1996-2000-ci illərin t/başına kitabı № 16, səh. № 43,ş/h№ 1567, Fond № 22, siyahı № 2, s/v-289 Zaqatala Rayon Dövlət Arxivinin 26 iyul 2021-ci il tarixli 28 nömrəli məktubuna əsasən Zaqatala rayonu Aşağı Tala kənd XDS İ/K-nin 1996-2000-ci illərin təsərrüfat başına kitablarında Aşağı Tala kənd sakini İddiaçı3 ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur.

1. X32, a.başçı, kişi, 04.10.1964, azərb,

2. İddiaçı3, yoldaşı, qadm, 23.04.1968, azərb.,

3. X22, qızı, qadm, 13.03.1987, azərb.

4. X27, qızı, qadm, 20.02.1989, azərb

5. X33, qızı, qadm, 13.04.1993, azərb Əsas: 1996-2000-ci illərin t/başına kitabı № 24, səh 61, № 7,ş/h № 2062 Fond № 37, siyahı № 2, s/v-466 Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı mənzil-kommunal təsərrüfatı departamenti səbail rayon mənzil kommunal təsərrüfat birliyi təərfindən verilmiş 902 nömrəli arauışa əsasən İddiaçı3 Bakı şəhəri Səbail rayinu, 5-ci Buxta döngəsi 3, ev 9 nömrəli evdə yaşayır. Məhkəmə kollegiyasının iclasına iddiaçılar tərəfindən təqdim edilmiş iddia ərizəsinə əlavəyə əsasən onlar ünvan 1 evin 1\5 hissəsinə paylarının müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, onların ünvan 1 evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X18 həmin ünvanda qeydiyyatda olmaqla mübahisəli evdə yaşamışdır. Beləliklə də miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(033)-823/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X2 və X1 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı ünvanda yerləşən yaşayış evinə köçürülmələri ilə bağlı cavabdeh X11 və qeyrilərinə qarşı iddia qaldırmışlar. Kollegiya qeyd etməyi lazım bilir ki, X18 həmin ünvanda yaşamasaydı iddia tələbi ona qarşı yönələ bilməzdi. İşin bu halı X8 həmin evdə fakitiki olaraq yaşadığıdını cavabdehlərlə birgə təsərrüfat apardığını təsdiqləyir. Məhkəmə kollegiyası hesab edir ki, miras İddiaçı1 tərəfindən faktiki qəbul edilmişdir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur (ikinci hissə). Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (üçüncü hissə). Lakin məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 miras əmlakdakı payı 1/6 hissədə müəyyən edilməli deyil. Belə ki, miras açılan zaman qüvvədə olan Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakda pay müəyyən edilərkən miras əmlakın neçə vərəsə tərəfindən qəbul edilməsi müəyyən edilməklə, miras əmlak həmin şəxslər arasında bərabər payda müəyyən edilməlidir. Hazırki iş üzrə miras qoyanın 6 uşağı olsa da, miras əmlak onu qəbul edən vərəsələr arasında bərabər payda müəyyən edilməli və İddiaçı1 miras əmlakdakı payı 1/3 hissədə təmin edilməlidir Digər tərəfdən mülki mübahisənin İddiaçı3 ilə bağlı hissəsinə əsasən yuxarıda adı çəkilən Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, İddiaçı3 atasının ölümündən 6 ay ərzində faktiki olaraq miras əmlakda yaşayıb-yaşamaması faktı ətraflı araşdırılaraq, müəyyən edilmiş fakta əsasən onun tələbi yenidən qiymətləndirilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki Zaqatala Rayon Dövlət Arxivi tərəfindən Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh2 adına 13.01.2015-ci il tarixdə verilmiş 154 nömrəli arxiv arayışına əsasən, Zaqatala rayonu Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında ailə tərkibi və sair aşağıdakı kimi olmuşdur: 1.X13-ailə başçısı, 01.07.1937-ci il təvəllüdlü, 20.08.1997-ci il tarixdə ölüb, 2.X21-baldızı, 01.07.1926-cı il təvəllüdlü, pensiyaçı, 3.iddiaçı X29-25.05.1960- cı il təvəllüdlü, 4.Cavabdeh2-03.05.1966-cı il təvəllüdlü, X2- 20.08.1967-ci il təvəllüdlü, gəlini, X23-23.02.1990-cı il təvəllüdlü, nəvəsi və 7.X21- 04.12.1995-ci il təvəllüdlü, nəvəsi. Yaşayış evi 1967-ci ildə ikilib, yaşayış sahəsi 60 kv.m.dir. Həyətyanı torpaq sahəsi 0,08 ha, o cümlədən, tikilialtı 0,02 hektardır. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasındakı ailə münasibətləri artıq kəsilmiş, İddiaçı3 ailə həyatı quraraq yaşayış yerini dəyişmiş, digər İddiaçı2 Bakı şəhərində qeydiyyatdadır, 1996-cı ildə həmin evdən çıxmışdır. Fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunvericiliyə görə mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Hazırkı halda işin faktiki halları və tərəflərin izahatlarından görünür ki, digər iddiaçılar vərəsəlik açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddət ərzində mirasın qəbul edilməsi ilə əlaqədar öz hüquqlarından istifadə etməsi, miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməsi və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirməsi iş materialları ilə sübut olunmadığından məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılar vərəsəlik hüquqlarını itirmişdir. Eyni zamanda iddiaçılar Mənzil Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan ümumi təsərrüfat aparmaq vəzifələrini də icra etməmişlər. Mənzil Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı3 apelyasiya şikayət əsassızdır. Kollegiya həmçinin İddiaçı3 izahatında ailə həyatı qurduqdan sonra X55 köçdüyünü, iki həftədən sonra yoldaşı ilə birlikdə atası evinə köçdüyünü və orada yaşadığını desə də cavabdehlər tərəfindən bu qəbul olunmamış, İddiaçı3 isə bununla bağlı əsaslı sübüt təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, miras əmlak üç vərəsə tərəfindən qəbul edildiyindən alleyasiya şikayətləri qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı1 mərhum atasından qalmış miras əmlak-ünvan 1 evin 1\6 hissəsinə payının müəyyən edilərək, həmin paya onun mülkiyyət hüquqlarının tanınması, onun ünvan 1 evə istifadə huququnun tanınması və həmin evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tаrixli, 2(033)- 885/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı1 mərhum atasından qalmış miras əmlakünvan 1 evin 1\6 hissəsinə payının müəyyən edilərək, həmin paya onun mülkiyyət hüquqlarının tanınması, onun ünvan 1 evə istifadə huququnun tanınması və həmin evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı1 mərhum atasından qalmış miras əmlak - ünvan 1 evin 1\3 hissəsinə payı müəyyən edilsin. Həmin paya onun mülkiyyət hüquqları tanınsın. Onun ünvan 1 evə istifadə huququ tanınsın. İddiaçı1 ünvan 1 evə köçürülsün. İddiaçı3 apelyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə, yəni İddiaçı3 mərhum atalarından qalmış miras əmlak-ünvan 1 evin 1\6 hisəsinə payının müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, onların ünvan 1 evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələrinin rədd edilməsi hissəsində və 10 manat dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar