Məhkəmə qərarları › İş №2(107)-158/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-158/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-158/2022 04.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC "xxxx" Bankın Cavabdeh Tanrıverdi oğluna qarşı 13.02.2014-cü il tarixli **********64014 saylı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, iddiaçı ASC "xxxx" Bankın nümayəndəsi X4, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı ASC "xxxx" Bankın Cavabdeh Tanrıverdi oğluna qarşı “13.02.2014-cü il tarixli **********64014 saylı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə Yevlax rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsindən Cavabdeh Tanrıverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 13.02.2014-cü il **********64014 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 25 % (iyirmi beş) faiz ödənilməsi şərtilə 5000 (beş min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li əlavəsi olan Annuitet ödəniş cədvəlinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh qətnamə çıxarıldığı tarixə 1446.48 manat məbləğində vaxtı keçmiş əsas borc, 13.02.2016-cı il tarixdən 30.05.2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 319.87 manat məbləğində zərərin əvəzi, 30.05.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 172.53 manat məbləğində penya, cəmi 1938.88 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat: "xxxx" Bank ASC-nin nümayəndəsi Ə. N. Qədirov iddia ərizəsi ilə məhkəməyə lərək, Cavabdeh 13.02.2014-cü il tarixli, **********64014 saylı kredit müqavləsi üzrə 1446.48 manat məbləğində vaxtı keçmiş əsas borc, 13.02.2016-cı il tarixdən 30.05.2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğində illik 19 faiz dərəcəsi ilə hesablanmış 319.87 manat məbləğində zərərin əvəzi, 30.05.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 172.53 manat məbləğində penya, 07.04.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış 172.53 manat məbləğində penya, cəmi 1938.88 manat və 30.05.2017-ci ildən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan penya və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankın nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 13.02.2014-cü il **********64014 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 25 % (iyirmi beş) faiz ödənilməsi şərtilə 5000 (beş min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li əlavəsi olan Annuitet ödəniş cədvəlinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin 08.11.2016-cı il tarixində bitməsinə baxmayaraq kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə Cavabdeh Kreditor qarşısında 1938,88 (bir min doqquz yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat borcu yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 13.02.2014-cü il tarixli **********64014 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 25 % (iyirmi beş) faiz ödənilməsi şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Hal-hazırda borc məbləği 1938,88 manat təşkil edir.\ Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu bardədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsinə (hakim Vəzirxan Məlikov) əsasən Cavabdeh 13.02.2014-cü il tarixli, **********64014 saylı kredit müqaviləsi üzrə 1446.48 manat məbləğində vaxtı keçmiş əsas borc, 13.02.2016-cı il tarixdən 30.05.2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğində illik 19% dərəcəsi ilə hesablanmış 319.87 manat məbləğində zərərin əvəzi, 30.05.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 172.53 manat məbləğində penya, cəmi 1938.88 manat və 30.05.2017-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427, 442, 445, 448, 449, 470, 472 və 739.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan "xxxx" Bank ASC ilə X1 arasında bağlanmış 13.02.2014-cü il tarixli, **********64014 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh şəxsi məqsədi üçün 24 ay müddətinə illik 25% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, 30.05.2017-ci il tarixə cəmi borcun məbləği 1938.88 manat, o cümlədən əsas borc 1446.48 manat, cərimə 172.53 manat, illik 19% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda 319.87 manat olmuşdur. Qətnamədən narazı qalan Cavabdeh Tanrıverdi oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Tanrıverdi oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni rəsmi qaydada almamışdır, qətnamədən xəbəri olmamışdır, yalnız 2021-ci ilin iyun ayının 25-də icra məmuru vasitəsi ilə qətnamədən xəbəri olmuşdur. Hesab edir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Prezidentinin fərmanının və AR MPM-in 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, o, Cavabdeh 13 fevral 2014-cü ildə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 24 ay müddətinə, illik 25 faiz dərəcəsi olmaqla 5000 manat məbləğdə kredit götürmüşdür. O, götürdüyü krediti tam olaraq ödəmişdir. Lakin, buna baxmayaraq iddiaçı Xalaq Bank” ASC ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmış, məhkəmə isə bankın iddiasını əsassız olaraq təmin etmişdir. Halbuki, 19 aprel 2021-il il tarixdə "xxxx" ASC-nin Mingəçevir filialından ona təqdim olunmuş 12 oktyabr 2017 – 07 sentyabr 2020-ci il tarixləri əhatə edən dövr ərzinin şəxsi hesabdan çıxarışın surətindən görünür ki, onun banka heç bir borc məbləği yoxdur. Lakin, iddiaçı banka hazırda Yevlax Rayon icra və Probasiya Şöbəsindən ona qarşı borcun ödənilməsini qanunsuz olaraq tələb edir. Halbuki, o Azərbaycan Respublikasının Prezidentinin devalivasiyaya aid verdiyi sərəncamın təsiri altına da düşə bilərdi. Lakin, o, pulu könüllü şəkildə ödəyə bilmək iqtidarında olduğu üçün bankdan yenidən restrukturuzasiya müqaviləsinin bağlanmasını tələb etməmişdir və bank da prezidentin sərəncamını yerinə yetirməmişdir. Əli Mikayılov ilə bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Lakin, buna baxmayaraq iddiaçı cavabdeh Əli Mikayılov ilə restrukturuzasiya müqaviləsi bağlamamışdır. Bunun səbəbi isə başa düşülən deyil. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacaaı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. Yevlax Rayon Məhkəməsinin 12 sktyabr 2017-ci il tarixli, 2(039)-2670/2017 saylı qətnaməsi ləğv olunmalıdır. Belə ki, o, kredit müqaviləsi üzrə nəzərdə tutulmuş borc məbləğini tam şəkildə ödəmişdir. Buna baxmayaraq, iddiaçı qərəzli olaraq ondan ödədiyi puldan əlavə pul tələb edir. Hesab edir ki, Prezidentin sərəncamına əsasən o, əlavə və güzəştlərə düşdüyü üçün artıq pul ödəməməlidir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)- 2670/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC "xxxx" Bankın nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı ASC "xxxx" Bankın nümayəndəsi X8 eyni zamanda məhkəmə kolelgiyasına təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır. Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istfadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il 2(035)-744/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 25 fevral 2021-ci il tarixli 9/9203 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh Tanrıverdi oğlu ilə "xxxx" ASC arasında bağlanmış 13.02.2014-cü il tarixli, **********64014 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 11.03.2021-ci il tarixə əsas borc üzrə...........................- 0,00 manat faiz borcu üzrə-------------------------0,00 manat artıq ödəniş məbləği-------------- 99,06 manat. Məhkəmə kollegiyası ekspert rəyində cavabdehin borcunun 0 manat göstərilməsi ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, iş materiallarından da görünür ki, hazırki iş üzrə qətnamənin qəbul olunduğu 12 oktyabr 2017-ci il tarixdə Cavabdeh Tanrıverdi oğlunun "xxxx" ASC-yə iddia tələbində göstərilmiş həcmdə borcu olmuşdur. Apellyasiya şikayətinə əlavə olunmuş qəbzlərdən görünü ki, həmin borclar 2020-2021-ci illər ərzində ödənilmişdir. (i/v 75-80) Bu da onu göstərir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul olunan vaxt üçün iddianı təmin etməkdə haqlı olmuşdur. Hazırda borcların ödənilmiş olması ilə bağlı məsələ isə qətnamə icra olunan zaman borcların ödənilməsi ilə bağlı qəbzlər icra məmuruna təqdim edilməklə həll edilə bilər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh Tanrıverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Tanrıverdi oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(039)-2670/2017 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar