Məhkəmə qərarları › İş №2(107)-1584/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1584/2021

15.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1584/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı Cavabdeh İB-nin X7 İstismar İdarəsinin əməkdaşları tərəfindən yazılmış aktın və cərimənin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(019)-1255/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(019)-1255/2018 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz" İstehsalat Birliyinə qarşı Cavabdeh İB Zaqatala X6 idarəsinin mütəxəssisləri tərəfindən üzərinə qoyulmuş 1561.40 (bir min beş yüz altmış bir manat 40 qəpik) manat cərimənin ləğv edilməsi və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ‘Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İB Zaqatala X6 idarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş ******* saylı Aktın, bunun əsasında üzərinə qoyulmuş 1561.40 (bir min beş yüz altmış bir manat 40 qəpik) manat cərimənin ləğv edilməsi və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1255/2018 nömrəli 03 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddia tələbinə Cavabdeh İB Zaqatala X6 idarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş ******* saylı Aktın ləğv edilməsi hissəsində xitam verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən şəhərində yaşayır. Qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi onun da evinə qaz sayğacdan gəlir. Qaz sayğacı rayon Qaz istismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 20-30 metr kənarda, həyətyanı sahəsinin Jışsaimm üzərinə yol tərəfdən yerləşdirilmişdir. Uzun illərdir ki, qaz istifa d əçisidir, indiyə q ə d ə r onun istifadəsində olan qaz sayğacında qüsur olmamışdır, h ə m ç inin, qazın istifad ə s i ilə bağlı ödənişləri müntəzəm olaraq etmişdir. 17 may 2018-ci il tarixdə Azəriqaz İB Zaqataİa X6 idarəsinin işçiləri tərəfindən istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğac çıxarılaraq yoxlanılması üçün aparılmışdır. İstifadəsinə yeni sayğac verilmişdir. Yalnız bu tarixdən 2 ay sonra “A zə riqaz” tərəfindən evinə ödəniş bildirişi göndərilərkən ona məlum olmuşdur ki, 1561 manat 40 qəpik cərimə olunmuşdur. Bununla bağlı Cavabdeh İB-nin Balakən rayon şöbəsində maraqlanarkən ona bildirmişdilər ki, barəsində “təbii X4nın pozulması barədə” ******* saylı Akt tərtib olunmuşdur. Aktla maraqlandıqda ona bildirilmişdir ki, istifadəsində olmuş sayğacın qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda əzik, qırıq izlər var. Cərimə olunduğu barədə bildikdən sonra o qaz idarəsinin məsul işçilərinə bildirmişdir ki, sayğaca o və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Qaz sayğacı evindən kənarda yerləşir. Onun mühafizəsinə özü və ailə üzvləri cavabdeh deyillər. Qaz istifadəsi ilə bağlı ödəmələri vaxtında etmişdir. Müntəzəm olaraq da Qaz idarəsinin işçiləri tərəfindən sayğaca nəzarət edilmişdir. Cərimə olmağı qanunsuzdur. Cərimənin silinməsini Cavabdeh İB Balakən rayon şöbəsindən tələb etmişdir. Lakin orada ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də barəsində tərtib edilmiş Akt və cərimə ilə razı olmadığından məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə; baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən şəhərində yaşayır. Qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi onun da evinə qaz qaz sayğacından gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 20-30 metr kənarda, həyətyanı sahənin hasarının üzərinə yol tərəfdən yerləşdirilmişdir. Uzun illərdir ki, qaz istifadəçisidir, indiyə qədər onun istifadəsində olan qaz sayğacında qüsur olmamışdır, həmçinin qazın istifadəsi ilə bağlı ödənişləri müntəzəm olaraq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X4»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Onun yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda-küçə tərəfdə quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına onun tərəfindən müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Ona görə də, Balakən Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(019)- 1255/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və "Azəriqaz" İB Zaqatala Regional Q az İstismarı idarəsinin mütəxəssisləri tərəfindən üzərimə qoyulmuş 1561 .40 (bir min beş yüz altmış bir manat 40 qepik) manat cərimənin ləğv edilməsi və dövlət rüsumu olaraq ödədiyim 30 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(019)-1255/2018 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı 1561.4 manat cərimənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı adına yazılmış 1561.4 manat cərimə silinməli, dövlət rüsumu olaraq ödənilmiş 30 manat Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq İddiaçı verilməlidir. İşdə olan Cavabdeh Zaqatala X6 İdarəsi tərəfindən verilmiş biidiriş-xəbərdarlıqaan görünür ki, İddiaçı Cavabdeh İB-nin Zaqatala RQli-nə 1534.40 manat məbləğdə borcu mövcuddur. İşdə olan təbii X4nın pozulması haqqında ******* nömrəli - aktdan görünür ki, baxış keçirilən zaman Balakən rayonu Qazma kəndində yaşayan İddiaçı məxsus G4 markalı ******* saylı məişət qaz sayğacının onun sadəcə zədələndiyi deyil, ona müdaxilə olunduğu, xətalar normaya uyğun deyil, kənar təsir nəticəsində sayğacın plasmas qapağının yan tərəfi əzilməsi, daxili qulaqcıqlarında əzik, qırıq izləri müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X4”nın 3.2.2 və 5.5-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinin tələbinə görəi öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X4”nın 3.2.2-ci maddəsinə görə istehlakçı qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. “X4”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasmda qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 2018-ci ilin may ayında Cavabdeh İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən sonuncunun iştirakı ilə onun istifadəsində olan qaz sayğacına baxış keçirilmiş, həmin sayğacda qüsur aşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün istehlakçının iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17.05.2018-ci il tarixli ******* saylı akt tərtib olunmaqla sayğac çıxarılmış və akt tərəflər arasında imzalanmışdır. Dövlət yoxlamasından keçirilmiş G4 markalı ******* nömrəli qaz sayğacının texniki vəziyyəti ilə bağlı ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi rəy verərək göstərmişdir ki, sayğacın; plasmas qapağının yan tərəfi əzilib və daxili qulaqcıqlarında əzik, qırıq izləri vardır. Bununla da müəyyən edilmişdir ki, İddiaçı yaşadığı evdə X4nı pozmaqla təbii qazdan istifadə etmişdir. Buna görə ona 1564.40 manat məbləğində borc hesablanmış, lakin o, borcu ödəməmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus sayğaca kənar təsirlə müdaxilə edilməsini, sərfiyyatın az qeydə alınması üçün sayğaca müdaxilə edilməsinin yalnız iddiaçının mənafeyinə uyğun olmasını, bunun başqa şəxs tərəfindən törədilməsinin inandırıcı olmamasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv olunmasına, iddianın təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında qazın alqısatqısı barədə müqavilə imzalanmışdır. 2018-ci ilin may ayında Cavabdeh İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən sonuncunun iştirakı ilə onun istifadəsində olan qaz sayğacına baxış keçirilmiş, həmin sayğacda qüsur aşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün istehlakçının iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17.05.2018-ci il tarixli ******* saylı akt tərtib olunmaqla sayğac çıxarılmış və akt tərəflər arasında imzalanmışdır. Dövlət yoxlamasından keçirilmiş G4 markalı ******* nömrəli qaz sayğacının texniki vəziyyəti ilə bağlı ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi rəy verərək göstərmişdir ki, sayğacın; plasmas qapağının yan tərəfi əzilib və daxili qulaqcıqlarında əzik, qırıq izləri vardır. Bununla da hesab edilmişdir ki, İddiaçı yaşadığı evdə X4nı pozmaqla təbii qazdan istifadə etmişdir. Buna görə ona 1564.40 manat məbləğində borc hesablanmış, lakin o, borcu ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "Azəriqaz" İB-nin X7 İstismar İdarəsi İddiaçı yaşadığı ünvanda yerləşdirilən qaz sayğacına müdaxilənin sonuncu tərəfindən edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdikləri ilə razılaşır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(019)-1255/2018 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı 1561.4 manat cərimənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı adına yazılmış 1561.4 manat cərimə silinməli, dövlət rüsumu olaraq ödənilmiş 30 manat Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(019)-1255/2018 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı 1561.4 manat cərimənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı adına yazılmış 1561.4 manat cərimə silinsin. Dövlət rüsumu olaraq ödənlmiş 30 manat Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq İddiaçı verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar