Məhkəmə qərarları › İş №2(107)-1597/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1597/2020

01.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1597/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh2 və vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəki Regional “Asan Xidmət Mərkəzində Notariat ofisi və Cavabdeh2 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-585/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-585/2020 nömrəli qətnaməsi ilə (hakim C.İmanov) iddianın qismən təmin edilməsi, İddiaçı2 və İddiaçı1 tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə vəfat etmiş mərhum övladları X10 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə miras əmlakın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəki Regional “Asan Xidmət Mərkəzində Notariat ofisi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mərhum oğlu X10 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət mirasın onlar tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia tələbinin artırılması və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onların mərhum oğlu X10 miras qalmış “Kia Serato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət mirasın yalnız onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-in 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 onun gəlini olmuşdur. Bildirmişdir ki, Günay övladı X13 həyat yoldaşı olmuşdur. Belə ki, onlar arasındakı nikah xx xxxxxxxx 2005-ci ildə rəsmləşdirilmiş və birgə nikahdan iki uşaqları anadan olmuşdur. Onlar daima mehriban və səmimi ailə mühiti şəraitində yaşamışlar. Lakin övladı X13 qəfil tutulmuş ağır xəstəlikdən sonra xx xxxxxxx 2015-ci ildə Şəki şəhərində ölmüşdür. Övladı vəfat etdikdən sonra da gəlini olmuş cavabdeh və nəvələri təxminən 2 il müddətində onlarla birlikdə yaşamışdır. Lakin, sonradan təxminən 2017-ci ildən sonra cavabdeh azyaşlı nəvələrini də götürərək ata evinə getmişdir. Onlar birgə nikahda olan zaman təxminən 2012-ci ilin qış aylarında oğlu və gəlini avtomobil almaq üçün ondan borc pul istəmişdir. Razılaşaraq onlara 10 000 manat borc pul vemişdir. Lakin oğlu Rəşad ona avtomobilin seriya nömrəsinin Bakı şəhəri olması üçün Bakı şəhərində qeydiyyatda olan həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Buna da etiraz etməmiş və oğluna “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşın almışdır. 2017- ci il tarixdə Cavabdeh2 evi tərk edərək Bakı şəhərinə atası evinə gedərkən həmin avtomobili onda qalmış, hal-hazırda da ondadır. Həmin vaxtdan da qeyd edilən mübahisəli avtomobil onun və yoldaşı Səlamətin sahibliyində olmuşdur. Belə ki, hər ikisinin sürücülük vəsiqəsi var və buna görə də keçən müddət ərzində avtomobildən istifadə edərək ona xidmət göstərmişlər. Əksinə cavabdehin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi belə yoxdur. Beləliklə oğullarının vəfatından sonra o, oğlundan miras qalmış həmin avtomobilə sahiblik etməyə və daşınar əmlakı idarə etməyə başlamışlar. Beləliklə onlar oğullarından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. Lakin onlar 2019-cu ilin oktyabr ayında oğullarından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şəki Regional “ASAN XİDMƏT X12 müraciət etsələr də Şəki Regional “ASAN XİDMƏT" X8 xüsusi notariusu xx xxxxxxx 2019-cu il tarixli 3009 nömrəli məktubu ilə bundan imtina edilmişdir. Həmin məktubda göstərilmişdir ki, mərhum oğlu X10 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras qoyanın ölüm şəhadətnaməsi, nəqliyyat vasitəsinin hüquqmüəyyənedici sənədinin (qeydiyyat şəhadətnaməsinin) əsli və mərhumun vərəsələri barədə müvafiq arayışı təqdim etməklə notariat ofisinə müraciət etdiyiniz halda ərizənizdə qeyd olunan məsələyə baxılacaqdır. Lakin Cavabdeh2 X13 ölüm haqqında şəhadətnaməsini, nəqliyyat vasitəsinin hüquqmüəyyənedici sənədinin (qeydiyyat şəhadətnaməsinin) əslini özü ilə aparmış və onlara verməkdən imtina etmişdir. Oğlu vəfat etdikdən sonra sözügedən avtomobili o idarə edir və qulluğunda durur. Qeyd edilən avtomobilin hal-hazırda onda olmasını cavabdehin iddiası üzrə çıxarılmış Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-42-2020 saylı qətnaməsi də sübut edir. Belə ki, həmin qətnamədə qeyd edilənm mübahisəli avtomobilin ondan alınaraq Günaya verilməsi qət edilmişdir. Hesab edir ki, iddia əsaslıdır. Mərhum oğlu X10 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət mirasın yalnızo və İddiaçı1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 və İddiaçı2 vəkili X5 da İddiaçı2 ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 xx xxxx 2020-ci il tarixdə məhkəməyə vəsatət göndərərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)- 42-2020 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyindən hazırki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, məhkəmə göstərilən qaydada qətnamə qəbul etməklə onların hüquqlarını pozmuşdur. Bu zaman məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, miras əmlak olan avtomobil yalnız onlar tərəfindən qəbul edilmiş, hal-hazırda da həmin avtomobil onların istifadəsindədir. Bu müddət ərzində avtomobilin bütün xərcləri onlar tərəfindən qarşılanmışdır. Cavabdeh və onun övladları tərəfindən həmin miras faktiki olaraq qəbul edilməmişdir və cavabdeh miras əmlakın onlar tərəfindən qəbul edilməsi barədə heç bir sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-585/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin avtomobil onun mülkiyyətindədir və birgə nikah dövründə alındığından həmin əmlakın yarısı onundur. Qalan yarısı isə mərhum həyat yoldaşının vərəsələri kimi onun, ovladlarının və mərhumun valideynlərinin payına düşür. Odur ki, Odur ki, apelyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-585/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan 05/Q-2111/70 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X16 və X6 nikahı haqqında xx xxxxxxxx 2005-ci il tarixdə 276 nömrəli aktın qeydi tərtib edilmişdir. İş materiallarında olan 05/Q-1944/70 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X16 xx xxxxxxx 2015-ci ildə Şəki şəhərində ölmüşdür. Ölüm haqqında xx xxxxxx 2015ci ildə 412 nömrəli akt qeydi tərtib olunmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X25 tərəfindən verilmiş məktubdan və həmin məktuba əlavə edilmiş A13 732794 nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “KİA CERATO” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-42-2020 saylı qətnaməsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X20 xx xxxxxxxx 2019-cu il tarixli, ******* nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X18 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən 90- EN-066 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı minik avtomobili ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına xx xxxx 2012-ci il tarixdə qeydiyyata alınmış və hal-hazırda qeydiyyatdadır. Qeyd olunan avtomobili Şəki şəhəri, S.Mümtaz küçəsi, ev 3/8-də qeydiyyatda olan X16 xx xxxx 2012-ci il tarixdən xx xxxx 2042-ci il tarixədək olan etibarnamə ilə idarə edir. İş materiallarında olan Şəki şəhər “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 557 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhər “Topqarağac” məhəlləsi, S.Mümtaz küçəsi, 3/8 saylı evdə yaşamış X16 həqiqətən 2015-ci il tarixdə vəfat etmiş, onun İddiaçı2, İddiaçı1, Cavabdeh2, X17 və X14 adlı vərəsələri vardır. İş materiallarında olan AB N 794770 seriya nömrəli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 B,C kateqoriyaları üzrə sürücülük hüququna malikdir. İş materiallarında olan AE 711511 seriya nömrəli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 A,B,C,D kateqoriyaları üzrə sürücülük hüququna malikdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)- 42/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 stenka və kamotdan ibarət qonaq dəsti, yataq dəsti (çarpayı, şkaf, 2 ədəd tumba), 1 ədəd göy rəngli meyvə qabı, bogema yaşıl çay servisi, 2 ədəd mürəbbə qabı (tom xrustal), 1 ədəd meyvə qabı (tom xrustal), 1 ədəd qrafinka, 12 ədəd böyük bakal, 12 ədəd orta bakal, 12 ədəd balaca bakal (tom xrustal), 2 ədəd yaşıl bogema güldan, 1 ədəd yaşıl bogema meyvə qabı, 1 dəst qrafinka 6 ədəd böyük yaşıl bogema bakalı ilə, 1 dəst qrafinka 6 ədəd balaca göy bogema bakalı ilə, 1 ədəd yaşıl konfet qabı yaşıl bogema, 2 ədəd qapaqlı yaşıl bogema qənd qabı, 1 dəst çaynı servis (kobalt), 10 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı və 2 ədəd pastel, Cavabdeh2 mülkiyyətində olan 01 (bir) ədəd «Kia Cerato» markalı, 90-EN066 dövlət qeydiyyat nişanlı avtomobil, həmçinin 30 (otuz) manat dövlət rüsumu alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və İddiaçı1apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 tərəfindən verilmiş şikayət isə qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-585/2020 nömrəli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı2 və İddiaçı1 tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə vəfat etmiş mərhum övladları X10 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə miras əmlakın qəbul edilməsi hüquqi faktı müəyyən edilməsində haqlı olsa da hansı hissədə miras əmlakın qəbul edilməsi hüquqi faktı müəyyən edilməsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2.1-ci maddəsinin tələblərinə əsasən Ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) aiddir. Həmin məcəllənin 32.2.2-ci maddəsinin tələblərinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin məcəllənin 32.3-cü maddəsinin tələblərinə əsasən Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.3-cü maddəsində isə qeyd edilir ki, mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materiallarından göründüyü kimi həmin avtomobil birgə nikah dövründə alındığından dəyərinin ½ hissəsi cavabdehin payına düşür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi miras əmlakın bütün hissəsinin qəbul edilməsi faktını müəyyən etməkdə haqlı olmamışdır. Eyni zamanda iddiaçıların apelyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. İş materiallarında olan Şəki şəhər “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 557 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhər “Topqarağac” məhəlləsi, S.Mümtaz küçəsi, 3/8 saylı evdə yaşamış X16 həqiqətən 2015-ci il tarixdə vəfat etmiş, onun İddiaçı2, İddiaçı1, Cavabdeh2, X17 və X14 adlı vərəsələri vardır. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların miras əmlakın yalnız onlar tərəfindən qəbul edilməsi ilə bağlı dəlilləri əsassızdır. Bundan başqa Cavabdeh2 apelyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətin xahiş edirəm hissəsində göstərdiyi iddiaçıların iddiasının təmin edilməməsi hissəsi əsassızdır. Belə ki, iş materialları ilə iddiaçıların da mərhumun vərəsələri olduğu məlum olduğundan onların da miras əmlakın müəyyən hissəsinin qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya miras əmlakın tam olaraq iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. MPM-in 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, iddiaçılar İddiaçı2 və İddiaçı1 apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 585/2020 nömrəli qətnaməsi dəyişdirilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 xx xxxxxxx 2015ci il tarixdə vəfat etmiş mərhum övladları X10 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsində miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməlidir. MPM-in 384.0.3-cü mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnamənidəyişdirə bilər. MPM-in 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. MPM-in 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. MPM-in 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və MPM-in 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-585/2020 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 xx xxxxxxx 2015-ci il tarixdə vəfat etmiş mərhum övladları X10 miras qalmış “Kia Cerato” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsində miras əmlakın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar