Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-160/2023 22.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının cavabdeh X3 qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz inşa edilmiş tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X13 və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(046)-717/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Göyçay rayonu Çərəkə kəndində yerləşən 0.1893 ha torpaq sahəsi Göyçay rayon Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan Göyçay rayonu Çərəkə kəndində yerləşən 0.1893 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Çərəkə kəndində yerləşən 0.1893 ha torpaq sahəsi Göyçay rayon Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlanmışdır. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh Eldəniz Hacıməmmədov mülkiyyətində olan torpaq sahəsini boş və istifadəsiz olduğunu görüb üzərində qeyri-yaşayış sahəsi inşa etmiş və istismarına başlamışdır. Bunu bildikdən sonra, cavabdehə müraciət edərək qanunsuz olaraq inşa etdiyi tikilini sökməsini və mülkiyyətimdə olan torpaq sahəsini əvvəlki vəziyyətə gətirməsini tələb etsə də, cavabdeh buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Müstəqil araşdırma zamanı ona məlum olmuşdur ki, cavabdeh mübahisəli tikilini inşa edərkən qanunla müəyyən edilmiş qaydada Göyçay rayon İcra Hakimiyyətindən icazə almamış, hər hansı layihə təsdiq etdirməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmir.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini xahiş edir.
5. İş üzrə cavabdeh X5 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı həmin hazırki torpaq sahəsini satan Nurayə Məmmədovanın əri X16 həmin torpaq sahəsini Mehdiyə satmamışdan əvvəl ona satmış, lakin aralarında rəsmi olaraq müaqavilə bağlanmamışdır. Bununla bağlı Göyçay RPŞ-nə müraciət etmiş, polis şöbəsində araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilərək ona mülki icraat qaydasında məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hesab edir ki, istifadə etdiyi torpaq sahəsi ona məxsusdur.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonun Çərəkə kəndində yerləşən 0.189330 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini və həmin torpaq sahəsi üzərincə cavabdeh tərəfindən qanunsuz tikili inşa edildiyini iddia edir və cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, cavabdehin vəsaiti hesabına qeyd edilən torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
7. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinin verilməsi üçün mütəxəsəssis təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində Göyçay rayonun Çərəkə kəndində yerləşən 0.189330 ha kənd yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikili inşa edildiyi müəyyən edilmişdir.
8. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 0.189330 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.
9. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər.
10. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Çərəkə kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.189330 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir.
11. Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(046)-717/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Göyçay rayonu Çərəkə kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.189330 ha torpaq sahəsindən cavabdeh X2 çıxarılması, həmin torpaq sahəsində cavabdeh X5 tərəfindən inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göyçay rayon Çərəkə kəndində yerləşən 0.189330 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
14. Məhkəməyə təqdim edilmiş X20 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2022-ci tarixli 51 saylı rəydən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çərəkə kəndində yerləşən 0,189330 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən tikili inşa edilmişdir.
15. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəsəssis rəyindən görünür ki, X2 naturada göstərdiyi və istifadəsində olan 0.02 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci ii tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********10 resystr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.1893 ha torpaq sahəsi ilə üst-üstə düşür.
16. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X5 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh X5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan mənim tikilini inşa etməməyim faktını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsinin tikilini inşa etməyi halı iddiaçının özünün və ona tikilini satan X12 rayon X17 Bölməsinə verdikləri izahatlarla təkzib olunur. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, onun iddiaçının mülkiyyət hüququnu pozaraq onun torpaq sahəsində tikili inşa etməyi barədə nəticəyə gələrkən iddiaçının həmin torpaq sahəsini almazdan əvvəl orada mağazanın mövcud olmasını, mağazanın Nurayə Məmmədova tərəfindən inşa edilməsini nəzərə almamışdır.
18. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(046)- 717/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçının nümayəndəsi və vəkili X22 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(046)-717/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdeh X1 Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(046)-717/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
27. Göyçay rayon X17 bölməsinin baş təhqiqatçısı. Polis kapitanı X18 tərəfindən HK- 1, 159 nömrəli material üzrə qəbul edilmiş 6 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, müraciətlə bağlı izahatı alınan Cavabdeh öz izahatında bildirmişdir ki, o 12.02 2016-cı ildə X15 kəndində yaşadığı evində 20000 manat pul vermişdir. Nurayənin əri X16 da orada olmuşdur. Aralarında olan şifahi razılaşmaya əsasən Nurayə Məmmədova öz adına olan, Çərəkə kəndində yerləşən torpaq sahəsinin 1 sotunu, içərisində mağaza tipli tikili ilə birlikdə ona satmışdır. O, Nurayə Məmmədovanın qeyd olunan yerdə adına 18 sot torpaq sahəsi olmasını bilmişdir. Həmin torpaq sahəsi daxilində “Çərəkə" şadlıq sarayı və ona satdığı mağaza tipli tikili yerləşmişdir. O mağazanı açaraq fərdi qaydada sahibkarlıqla məşğul olmağa başlamışdır. Təhqiqat zamanı izahatı alınan X9 öz izahatında bildirmişdir ki, X16 onun həyat yoldaşıdır. X25 Federasiyası vətəndaşıdır və hazırda Rusiyada yaşamaqdadır. İslamın əvvəllər maddi vəziyyəti yaxşı olmuşdur, bir sıra torpaq sahələri almışdır. Torpaq sahələri onun adına sənədləşdirilmişdir. Eyni zamanda, Çərəkə şadlıq sarayının yerləşdiyi və şadlıq sarayının yanındakı "Çərəkə" marketin ərazisini də İslam onun adına alaraq rəsmiləşdirmişdir. X21 Federasiyasında işləri alınmamış, borcu yaranmış və əmlakını sataraq borcunu bağlamaq istəmişdir. 2016-cı ildə dəqiq tarixini xatırlamadığı vaxtda həmkəndlisi Cavabdeh onun yaşadığı evə gəlmiş, əri İslam Məmmədovla və onunla şifahi razılaşma əldə etmişdir. Belə ki, Eldəniz onun əri İslama 20000 manat məbləğində pul vermiş, “Çərəkə" şadlıq sarayının yanında yerləşən, “Çərəkə" marketin ərazisini və tikilmiş vəziyyətdə olan marketi almaq istədiyini demişdir. İslamla Eldəniz arasında şifahi şəkildə belə bir razılaşma olmuşdur ki, 20000 manat pulu İslam Eldənizə geri qaytarana qədərə Eldəniz ona məxsus olan torpaq daxilindəki mağazanı işlədəcək, pul qayıtdıqdan sonra isə Eldəniz oranı tərk edəcəkdir. X25 Federasiyasına gedib gəldikdən sonra 20000 manatla borcunu bağlaya bilmədiyini, daha çox pulun lazım olduğunu, ona görə də onun adında olan "Çərəkə” şadlıq sarayının yerləşdiyi yeri satmaq fikrinin olduğunu dedi. Həmin yeri əri İslam 2018-ci ildə dəqiq tarixini bilmədiyi vaxtda həmkəndlisi X10 150 000 manata satmışdır. İslam yeri satarkən Eldənizə istifadə üçün verdiyi mağazanın da həmin yer daxilində olmasını Mehmana demiş, Eldənizə 20000 manat pul verilməli olduğunu qeyd etmişdir. Mehmanın oğlu İddiaçı hazırki günə qədər Cavabdeh 20000 manat pul verməyi öhdəsinə götürmüş, vermək istəmiş, lakin Eldəniz razı olmamışdır. Bu məsələ hazırda məhkəmədə araşdırılır O. Cavabdeh qarşı dələduzluq etməmişdir. Təhqiqat zamanı izahatı alınan İddiaçı öz izahatında bildirmişdir ki, 2017-ci ildə həmkəndlisi X6 Çərəkə kəndi ərazisində yerləşən, ümumilikdə 0,1893 ha torpaq sahəsini üzərində yerləşən tikililərlə birlikdə 160000 manata almışdır. xx.xx.2021-ci il tarixdə öz adına keçirmiş, **********10 saylı reyestr çıxarışı vardır. Həmin yeri aldıqdan və istifadə etdikdən sonra torpaq sahəsi daxilində olan mağazanı işlədən Cavabdeh torpaq sahəsindən çıxmasını bildirmiş, Eldəniz də çıxmadığı üçün məhkəməyə müraciət etmiş və iddia qaldırmışdır. Onun tələbi Eldənizin hazırda torpaq sahəsi daxilində işlətdiyi mağaza tipli tikilinin sökülməsi və Eldənizin oradan çıxmasıdır. Cavabdehla Nurayə Məmmədova arasında hansı razılaşma olmasından xəbəri olmamış, orada iştirak etməmişdir. Lakin bildiyi qədərilə Nurayənın əri X24 Hacməmmədova 20000 manat borclu olmuşdur. Cavabdeh da həmin borcun qarşılığında vaxtilə Nurayə məxsus olan, hazırda onun mülkiyyətində olan torpaq sahəsi daxilində mağaza tikərək işlətməyə başlamışdır.
28. Göstərilənlərdən müəyyən olunur ki, Göyçay rayonu Çərəkə kəndində yerləşən 0.1893 ha torpaq sahəsi X8 məxsus olmuşdur. 2018-ci ildə həmin torpaq sahəsi sonuncu və onun əri İslam Məmmədov tərəfindən hazırki İddiaçı atası Mehman Yusifova satılmışdır. Tərəflərin HK-1, 159 nömrəli material üzrə verdikləri izahatlar ilə mübahisəsiz olaraq müəyyən olunur ki, həmin alqı-satqı gerçəkləşdiyi vaxt satılan torpaq sahəsinin üzərində mübahisəli mağaza binası mövcud olmuşdur. İşin bu halı o nəticəni yaradır ki, mübahisəli tikilinin tikilməsi və ya istifadəsi ilə bağlı münasibətlər Cavabdeh ilə X7 arasında yaranmışdır. Torpaq sahəsi alqı-satqı qaydasında Mehman Yusifova satıldıqda və daha sonra bağışlama müqaviləsi ilə İddiaçı keçdikdə, üzərində inşa edilmiş mağaza ilə yüklü şəkildə keçmişdir. Yəni həmin mağaza binası ilə bağlı İddiaçı ilə Cavabdeh arasında hər hansı münasibət yaranmamışdır.
29. Mübahisəli mağaza binası torpaq sahəsi X8 məxsus olduğu vaxt torpaq sahəsinin üzərində mövcud olmuşdur. Daha sonra torpaq sahəsi Mehman Yusifova satıldıqda ona aşkar şəkildə görünən mövcud yüklülük haqqında məlumat verilmiş və sonuncu tərəfindən yüklü şəkildə qəbul edilmişdir. Bu hal Cavabdeh qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir. İddiaçı mübahisəni torpaq sahəsini atası Mehman Yusifova satan şəxslə həll etməli olduğu halda, hazırki cavabdehə qarşı tələb irəli sürməkdə haqlı olmamışdır.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(046)-717/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçının cavabdeh X3 qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(046)-717/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçının cavabdeh X3 qarşı qanunsuz inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.