Məhkəmə qərarları › İş №2(107)-1602/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1602/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1602/2020 14.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh1 vərəsəsi Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardaddan İddiaçı ASC tərəfindən verilmiş şikayətinə məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vərəsəsi Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 424.02 manat əsas, 5.01 manat faiz (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış illik 5%) olmaqla, cəmi 429.03 manat borc, 20 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, həmin tarixdə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilmiş, qərardadın surəti poçt vasitəsi ilə iddiaçıya göndərilmişdir. İddiaçı “İddiaçı» ASC Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 1030/2020 saylı iddia ərizəsinin geri qaytarılması haqqında qərardadından narazı qalmış, onun şikayəti xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1030/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(075)-1030/2020 nömrəli iddia ərizəsinin geri qaytarılması haqqında qərardadından iddiaçı “İddiaçı» ASC-nin verdiyi şikayət müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı “İddiaçı» ASC-nin nümayəndəsi X2 işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarına baxaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(075)-1030 saylı qərardadı ləğv edilməli və baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır . Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC Cavabdeh1 vərəsəsi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 vərəsəsi Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 424.02 manat əsas, 5.01 manat faiz borcu olmaqla, cəmi 429.03 manat borc, 20 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulmasını xahiş etsə də, iddia ərizəni imzalamış X1 İddiaçı ASC adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair etibarnaməni imzalamış Abbas İbrahimovun İddiaçı ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra etməsini təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İşin sənədlərinə iddiaçının nizamnaməsi əlavə edilməmişdir. Qeyd edilənlər isə o nəticəni yaradır ki, iddiaçının nümayəndəsinə etibarnamə vermiş şəxsin səlahiyyətləri qeyri-müəyyəndir. Belə ki, iddiaçının nizamnaməsi təqdim edilmədiyindən Abbas İbrahimovun hansı səlahiyyətlərə malik olması aydın deyildir. Ona görə də İddiaçı ASC-nin iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə kollegiyası tərəfindən şikayətin dəlilləri işin faktiki halları ilə birlikdə araşdırılarkən müəyyən edildi ki, hazırkı iş üzrə iddia ərizəni imzalamış X1 İddiaçı ASC adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair etibarnaməni imzalamış Abbas İbrahimovun İddiaçı ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra etməsini təsdiqilə bağlı qeyd olunmalıdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddia ərizəsini imzalamış E.Məmmədovun əsas iş yeri İddiaçı ASC olmaqla (https://www.egov.az/ internet səhifəsindən çıxarış iddia ərizəsinə əlavə edilmişdir), onun Bankı təmsil etmək və iddia ərizəsini imza etmək səlahiyyəti adına verilmiş etibarnamə ilə təsdiq olunmuşdur. Sonuncunun adına verilmiş etibarnamə isə müəssisənin rəhbərinin imzası və həmin hüquqi şəxsin möhürü vurulmaqla təsdiq edilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddia ərizəsini imzalamış E.Məmmədovun imza səlahiyyəti adına verilmiş etibarnamə ilə təsdiq edilmiş və ərizədə xlidməti vəzifəsi göstərilmişdir. Birinci instansiya məhkəməsinin öz qərardadında qeyd etdiyi, yəni A.İbrahimovun İddiaçı ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra etməsini təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməməsi, məsələsinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində dəqiq olaraq göstərilmişdir. Həmin maddənin 0.3-ci bəndinə görə iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənədin əlavə edilməli olduğu öz əksini tapmışdır. Hesab edir ki, A.İbrahimovun İdarə heyətinin sədri vəzifəsini icra etməsi barədə sənədin o halda məhkəməyə təqdim edilməsi zəruridir ki, sonuncu şəxsən məhkəmədə hüquqi şəxsi təmsil etmiş olsun və həmin zaman onun səlahiyyətləri xidməti vəzifəsini bildirən sənəd və zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunsun (MPM maddə 69.3). Bununla yanaşı, o da qeyd edilməlidir ki, https://www.e-taxes.gov.az/ internet səhifəsinin “Kommersiya hüquqi səxslərin axtarışı” bölməsində hər bir kommersiya qurumu barədə məlumatlar qeyd olunmuş və kommersiya qurumunun “qanuni təmsilçisi” barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsi İddiaçı ASC-nin Cavabdeh1 vərəsəsi Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(075)-54/2019 nömrəli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsаsən məhkəmə kollegiyаsı, qərаrа аldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(075)-54/2019 nömrəli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn şikаyət verilə bilməz. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar