Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1605/2021 15.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vərəsəliyin açılması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 may 2021--ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh qarşı mərhum atası X9 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsinə və həmin torpaq sahəsində yerləşən 107,10 kvm fərdi yaşayış evinə, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,9782 ha torpaq sahəsinin ¼ hissəsinə, torpağın mülkiyyətə verilməsinə dair JN-782B nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha torpaq sahəsinin 1/6 hissəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsinin 1/6 hissəsinə vərəsəliyin açılması, həmin daşınmaz əmlakların onun mülkiyyətinə verilməsi, mərhum atası Yaşar Şabanov və mərhum anası Məlahət Şabanovaya məxsus əmlaklardan mərhumlara aid hissələrdə vərəsəlik hüququnun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021--ci il tarixli, 2(033)-21/2021 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilərək, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Seriya RX N ******* saylı Çıxarış əsasında tam olaraq mərhum X17 mülkiyyətində olan 107 kvm sahədən ibarət fərdi yaşayış evinə münasibətdə 2/4 hissəsinə, Seriya RX N ******* saylı Çıxarış əsasında verilmiş 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə İddiaçı mərhum atasına düşən payın 2/4 hissəsinə, həmçinin JN-782B KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum Yaşar Şabanovun payının ¼ hissəsi və JN-782C KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum Yaşar Şabanova düşən payın 2/4 hissəsinə İddiaçı vərəsəlik hüququnun verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X21 09 noyabr 2018-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən DƏDRXin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 107,10 kvm fərdi yaşayış evi, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,9782 ha torpaq sahəsinin ¼ hissəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-782B nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha torpaq sahəsinin 1/6 hissəsi və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsinin 1/6 hissəsi miras əmlak olaraq qalmışdır. X1 15 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalmış əmlaka o və anası, anasının vəfatından sonra isə tək o sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Təsərrüfatı özü idarə edir. Miras əmlakının bölgüsü ilə əlaqədar tərəfindən Zaqatala rayon Notariat Kontorunun Şəxsi Notariusuna müraciət olunmuş, lakin cavabdehlə aralarında mübahisənin olması səbəbindən notariat əməliyyatından imtina edilmişdir. Bundan başqa miras qalmış əmlaklarda həm də onun anasının payı vardır və anası X6 15 aprel 2019-cu il tarixdə vəfat etdiyindən onun əmlakı da miras qalmışdır. O, anasından miras qalmış əmlakın qəbulu ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mülki Məcəllənin tələbinə görə miras qalmış əmlakın bir hissəsinin qəbul edilməsi yerdə qalan bütün mirası qəbul etmək kimi qəbul olunur. Vərəsəlik hüququnu tələb etdiyi miras əmlaklar atası və anasının ümumi birgə mülkiyyətində olaraq mülkiyyət sənədlərində həm də anasının adı olduğundan anaya aid hissələrə də vərəsəlik hüququ verilməlidir. Belə ki, 0,1240 ha torpaq sahəsinin mərhum atası Yaşara düşən hissənin ½-i və Məlahətə düşən hissənin tam hissəsi üzərində, evin isə 1/2 hissəsinə - belə ki, ev tam olaraq Yaşara məxsusdur, anası Məlahət Yaşardan sonra ölüb, atasından anasına düşən pay və atasından düşən pay toplanaraq ona verilməlidir. Atasının cəmi 4 nəfər vərəsəsi olduğundan anasına düşən pay ilə özünün payı evin 1/2-i təşkil edir. 0,1240 ha torpaq 6 nəfərə məxsus olduqda və paylar bərabərdirsə adam başına 0.021 ha düşür. Yaşarın payı - 0,021 ha - bölünür 4 nəfər vərəsəyə. 1. Anası Məlahət öldüyü üçün ona düşən pay ona verilir, yəni 0,021:4=0,005 ha, ona- 0,005, cavabdeh Abdulla - 0,005, mərhum digər vərəsəsi Xanza - 0,005, onun payı ilə (0,005) anası Məlahətin payı toplandıqda 0,005x2=0,01 ha. Deməli həyətyanıdan atasının payından 0,001 ha üzərində vərəsəlik hüququ ona verilməlidir, (yəni, ½ hissəsi), Evdən də eyni qaydada evin 1/2 hissəsi üzərində vərəsəlik hüququ ona verilməlidir. 0,9782 ha torpaq sahəsinə dair vərəsəlik hüququ aşağıdakı qaydada verilməlidir. 0,9782:4=0,24 ha Yaşarın payıdır.Həmin payın yarısı ona və məhrum anasına yəni 0,12 ha hissəsi üzərində vərəsəlik hüququ iddiaçıya verilməlidir. JN 78213 saylı Torpaq Şəhadətnaməsində qeyd olunan- 0,20 ha torpaq, 0,20 ha : 6=0,03 ha - Yaşarın payı. Vərəsəlik açılır Yaşarın payının 1/4 hissəsi ana Məlahətə, 1/4 hissəsi ona, anası öldüyü üçün anasının payı ona verilir, deməli 1/4 + 1/4 = 1/2 hissə, yəni 0.20 ha torpağın Yaşara düşən payı olan 0,03 ha-ın 1/2 hissəsi iddiaçıya vərəsəlik hüququ verilməlidir. Həmin torpaqda 0,03 ha onun anasının payı hamısı iddiaçıya düşür. Çünki qardaşı Emin Bayramov payını ona verir. Anasının payından 0.03 ha üzərində ona vərəsəlik verilməlidir. JN -782C - 0,15 ha torpaqda eyni qaydada 0,15 ha:6 nəfər=0,025 hər adama düşən pay. Atadan iddiaçıya və anasına düşən, yəni, 0,025 ha yarısı, yəni, 1/2 hissəsi və həmin yerdə anasına düşən 0,025 ha hissəsinin hamısı, yəni 0,0375 +0,025+0,025=0,0875 ha. Bu səbəbdən də o. məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki atası X21 09 noyabr 2018-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 107,10 kvm fərdi yaşayış evi, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,9782 ha torpaq sahəsinin ¼ hissəsi, torpağın mülkiyyətə verilməsinə dair JN- 782B nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha torpaq sahəsinin 1/6 hissəsi və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsinin 1/6 hissəsi miras əmlak olaraq qalmışdır. X1 15 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalmış əmlaka o və anası, anasının vəfatından sonra isə tək o sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Təsərrüfatı özü idarə edir. Miras əmlakının bölgüsü ilə əlaqədar tərəfindən Zaqatala rayon Notariat Kontorunun Şəxsi Notariusuna müraciət olunmuş, lakin cavabdehlə aralarında mübahisənin olması səbəbindən notariat əməliyyatından imtina edilmişdir. Bundan başqa miras qalmış əmlaklarda həm də onun anasının payı vardır və anası X6 15 aprel 2019-cu il tarixdə vəfat etdiyindən onun əmlakı da miras qalmışdır. O, anasından miras qalmış əmlakın qəbulu ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, atası tərəfindən mübahisəli evə dair vəsiyyətnamə olmasına baxmayaraq, birinci instansiya məhkəməsi bunu nəzərə almamış, iddiaçının payını düzgün müəyyən etməmişdir. Bundan əlavə məhkəmə digər torpaq sahələrindən də iddiaçıya çox pay vermiş, Şəki İnzibati Məhkəməsinin qanuni qüvvədə olan Qərarına diqqət etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçının birinci instansiya məhkəməsində vəkili olmuş Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvünlayaraq apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 *** ** ** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni məhkəmə aktı qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 15 aprel 2019-cu ildə, X21 09 noyabr 2018-ci ildə vəfat etmişdir. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli arayışdan görünür ki, mərhum X11 vəfatından sonra onun təsərrüfatında arvadı X6, oğlu Cavabdeh və qızı İddiaçı qalmışdır. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli arayışdan görünür ki, mərhum X4 vəfatından sonra onun təsərrüfatında Cavabdeh və qızı İddiaçı qalmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 22.04.2017 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli fərdi yaşayış evini texniki pasportunun və Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində 0,1240 ha həyətyanı torpaq sahəsində yerləşən 107,10 kvm sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə sonuncunun, X18, Cavabdeh, X6, X22 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 23.01.2019 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X11, X12, X18 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-782B nömrəli Şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasıının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən X11, X18, Cavabdeh, X6, X22 və İddiaçı adına 0,20 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli Şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasıının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarına əsasən X11, X18, Cavabdeh, X6, X22 və İddiaçı adına 0,15 ha torpaq sahəsi verilmişdir. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ailə tərkibi arvadı X13, oğlu X19 və qızı X5 ibarətdir. Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli arayışdan görünür ki, mərhum X11 vəfatından sonra onun təsərrüfatında arvadı X6, oğlu Cavabdeh, qızı - İddiaçı, qızı- Şabanova (Qantarova) Xanza Yaşar qızı və oğlu X24 qalmışdır Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli arayışdan görünür ki, mərhum X4 vəfatından sonra onun təsərrüfatında oğulluğu Cavabdeh, qızı İddiaçı, qızı Şabanova (Qantarova) Xanza Yaşar qızı və oğlu X24 qalmışdır 30 iyun 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X3 rayonu Aşağı Tala kəndində yerləşən təzə tikilmiş fərdi yaşayış evini və həmin evin torpaq sahəsini oğlu Cavabdeh vəsiyyət etmişdir. Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 28 noyabr 2018-ci il tarixli arxiv arayışından görünür ki, 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarına əsasən X11 ailəsi arvadı X14, qızı X23 və oğlu Cavabdeh ibarət olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2(107)-1605/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 20 may 2021--ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi- vərəsəliyin açılmasının təmin edilməməsi hissəsində ləğv edilərək, bu hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən prosessual hüquq normalarının tələbini pozmaqla qərar qəbul etmişdir. İddia tələbindən görünür ki, iddiaçı mərhum atası Yaşar Şabanov və anası Məlahət Şabanovadan miras qalmış əmlaklarla bağlı vərəsəliyin açılması və vərəsəlik hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər, qətnamənin ləğvi üçün əsaslı olsa da, iddianın rədd olunması üçün əsaslı deyil. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyası tam hüquqlu məhkəmə kimi iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır. 1.İddia tələbinin dəlillərindən göründüyü kimi iddiaçının tələbi iki hissədən- vərəsəliyin açılması və vərəsəlik hüququnun tanınmasından (verilməsindən) ibarətdir. (Kollegiya tələbin ikinci hissəsini vərəsəlik payının müəyyən edilməsi kimi qəbul edir) İşə baxan birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərək, iddiaçının vərəsəlik payını müəyyən etsə də, tələbin “vərəsəliyin açılması” hissəsinə hüquqi qiymət verməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Birincisi ona görə ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mübahisəli fərdi yaşayış evi ilə bağlı miras qoyan şəxs Yaşar Şabanov tərəfindən oğlu (iş üzrə cavabdeh) Cavabdeh vəsiyyətnamə qoymasına, həmin vəsiyyətnamənin qüvvədə olmasına xüsusi önəm verməmişdir. İkincisi, işin faktiki hallarından görünür ki, iddia tələbinin yalnız 2-ci hissəsi, yəni vərəsəlik hüququnun tanınması (payların müəyyən edilməsi) hissəsi işin mübahisəli tələbidir. Çünki tələbin yalnız bu hissəsi cavabdeh tərəfindən mübahisələndirilir. İşin digər halları, yəni iddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi işin mübahisələndirilməyən halıdır. Beləliklə iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı atasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün aidiyyəti notariat ofisinə müraciə etmiş, lakin notarius 01 avqust 2019-cu il tarixli, 694 nömrəli məktubla şəhadətnamə verməkdən imtina etmişdir. İmtinanın da əsas səbəbi kimi Cavabdehla aralarında mübahisənin olması olmuşdur. Məhkəmə kollegiyasının tədqiqi zamanı müəyyən edildi ki, mərhum Yaşar Şabanov ilə Məlahət Şabanova ar-arvad olmuş, iddiaçı da onların qızıdır. Yaşar Şabanov 09.11.2018-ci ildə, arvadı Məlahət Şabanova isə 15.04.2019-cu ildə vəfat etmişdir. İş üzrə Cavabdeh da eyni zamanda mərhum Yaşar Şabanovun oğlu olmaqla birinci dərəcəli vərəsəsidir. Miras qoyan Y.Şabanov öləndən sonra ondan miras qalmış əmlak arvadı Məlahət Şabanova, qızı (iddiaçı) İddiaçı və oğlu (cavabdeh) Cavabdeh tərəfindən idarə olunaraq, miras faktiki qəbul olunmuşdur Yaşar Şabanovun vəfatından sonra, onun, Xanza Qantərovanın və Cavabdeh ümumi birgə mülkiyyətlərində olan, Zaqatala rayonu Aşağı Tala kəndində ayrı-ayrı şəhadətnamələrlə qeydə alınmış 0,1240 ha (seriya RX 1042400) həyətyanı torpaq sahəsi (torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi tam hüquqla Yaşar Şabanova məxsusdur), 0,20 ha (JN 782B), 0,15 ha (JN 782C) kənd təsərrüfatlı və mərhumun, Abidət Həmzatova, Xanza Qantərova və Cavabdeh ümumi birgə mülkiyyətlərində olan 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsi (RX 1466352) qalmışdır. Kollegiya araşdırmanı davam etdirərək qeyd edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahələri-Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1086/2020 nömrəli qərarı ilə JN*782A. JN*782B və JN*786 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, həmçinin RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın mərhum X8 (iddiaçının anası) X22 və İddiaçı mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. Buradan da göründüyü kimi RX ******* seriya nömrəli çıxarış üzrə 0,1240 ha həyətyanı torpaq sahəsi, 0,20 ha (JN 782B) və 0,15 ha (JN 782C) kənd təsərrüfatlı torpaq sahələrinin hər biri 3 nəfər şəxsin ümumi birgə, RX ******* seriya nömrəli- 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsi isə 4 nəfər şəxsin ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinin tələbinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edildi ki, miras qoyan Yaşar Şabanov 30 iyun 2013-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evə və həmin evin torpağını oğlu Cavabdeh vəsiyyət etmiş, vəsiyyətnamə hal-hazıradək qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2) Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qeyd olunan Məcəllənin 1202–ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. İşin müəyyən edilmiş hallarına görə miras qoyanlardan üç ayrı torpaq sahəsi miras qalmış və miras qoyanlar ancaq həmin sahələrdən birində yerləşən evdə yaşamışlar. Həmçinin miras qoyanların ölümündən sonra mirasın İddiaçı və Cavabdeh tərəfindən faktiki qəbul edildiyi də işin mübahisəsiz halıdır. İddiaçı həmçinin anası Məlahət Şabanovadan miras qalmış əmlakı-pul vəsaitini (758.97 manatı) 10.06.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmi qaydada qəbul etmişdir. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq miras qalmış əmlaklara dair İddiaçı vərəsəlik payını aşağıdakı qaydada bölgüsünü aparır. Kollegiya ilk olaraq bildirir ki, iddiaçının anası Məlahət Şabanova miras qoyan Yaşar Şabanovdan sonra öldüyündən və sağlığında ərindən miras qalmış əmlakı faktiki qaydada qəbul etdiyindən, sonuncunun da payı irsi transmissiya qaydasında iddiaçıya keçəcəkdir (Mülki Məcəllənin 1252-ci maddəsi). Çünki məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. (Mülki Məcəllə 1194-cü maddə). Kollegiya bildirir ki, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə vəsiyyət üzrə vərəsəliyin normaları, qalan torpaq sahələrinə münasibətdə isə qanun üzrə vərəsəlik hüquq normaları tətbiq ediləcəkdir. -1-ci əmlak üzrə (vəsiyyət olunan) i/m səh-9; RX ******* seriya nömrəli çıxarış əsasında fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə miras qoyan Yaşar Şabanova məxsus olduğundan vəsiyyətnamə nəzərə alınmaqla bölgü aparılmalı və iddiaçının payı evlə bağlı yalnız məcburi paya münasibətdə müəyyən edilməlidir. Beləliklə fərdi yaşayış evində İddiaçı məcburi vərəsəlik payı-1/6-dir (riyazi açıqlaması- Aynur, Məlahət və Abdulla. 1/3:2 (vəsiyyətnamə üzrə yarısı)=1/6) 1/6 pay Aynur, 1/6 Məlahət Şabanovalar. Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı (iddiaçı) İddiaçı verilməlidir. - Həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1240 ha həyətyanı torpaq sahəsi ilə bağlı. Torpaq sahəsi 3 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan Yaşar Şabanovun payı 1/3-dir. Deməli 1/3 hissə yenə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arsında bölünməli (1/3:3=1/9, vəsiyyətnamə olduğuna görə iddiaçının və Məlahətin yalnız məcburi payı (çatacaq payın yarısı) yaranır, 1/9:2=1/18. (1/18 pay Aynur, 1/18 pay Məlahət Şabanovalar, qalan pay Cavabdeh) 2-ci əmlak üzrə (i/m səh-16-18); JN 782B Dövlət Aktı əsasında 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə bağlı. Torpaq sahəsi 3 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan Yaşar Şabanovun payı 1/3-dir. Deməli 1/3 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arsında bərabər qaydada bölünməli (hər birinə 1/9 pay), Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı (iddiaçı) İddiaçı verilməlidir. Beləliklə bu torpaq sahəsində iddiaçının qanun üzrə vərəsəlik payı 2/9 hissə (1/9 iddiaçının + 1/9 anası Məlahətin) olacaqdır. 3-ci əmlak üzrə (i/m səh-18-21); JN 782C Dövlət Aktı əsasında 0,15 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə bağlı. Bu torpaq sahəsi də 3 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan Yaşar Şabanovun payı 1/3-dir. Deməli 1/3 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arsında bərabər qaydada bölünməli (hər birinə 1/9 pay), Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı (iddiaçı) İddiaçı verilməlidir. Beləliklə bu torpaq sahəsində də iddiaçının vərəsəlik payı 2/9 hissə (1/9 iddiaçının + 1/9 anası Məlahətin) olacaqdır. 4-cü əmlak üzrə; RX ******* seriya nömrəli çıxarı əsasında (i/m səh-14-15); 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə bağlı. Bu torpaq sahəsi 4 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan Yaşar Şabanovun payı 1/4-dir. Deməli 1/4 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arsında bərabər qaydada bölünməli (hər birinə 1/12 pay), Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı (iddiaçı) İddiaçı verilməlidir. Beləliklə bu torpaq sahəsində iddiaçının qanun üzrə vərəsəlik payı 2/12 hissə (1/12 iddiaçının + 1/12 anası Məlahətin) olacaqdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından apellyasiya şikayətləri qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 20 may 2021--ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi ləğv edilməli, əvvəlki və yeni araşdırılmış sübutlar əsasında yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İddiaçı miras qoyan (atası) X9 (irsi transmissiya üzrə X2) miras qalmış -
1. (vəsiyyət olunan) RX ******* seriya nömrəli çıxarış əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, ümumi sahəsi 107.10 kv olan fərdi yaşayış evində miras payı - 2/6 hissə; -Həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1240 ha həyətyanı torpaq sahəsində miras payı -2/18 hissə;
2. JN 782B Dövlət Aktı əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı- 2/9 hissə;
3. JN 782C Dövlət Aktı əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,15 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı- 2/9 hissə;
4. RX ******* seriya nömrəli çıxarı əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı 2/12 hissə müəyyən edilsin.
İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Sədrlik edən: Ayaz Mahmudov