Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1614/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, X5 və Ərizəçi3, maraqlı şəxs X11 iştirakıları ilə Ərizəçilər Ərizəçi1, X5 və Ərizəçi3 maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 18 saylı X12rşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs X27 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-227/2020 saylı qətnaməsi ilə (hakim Elbrus Məmmədov) ərizəçilər Ərizəçi1, X5 və Ərizəçi3 maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 18 saylı X12rşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizənin təmin edilməsi, JN seriyalı 923 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş X29 ilə X13 və Ərizəçi1 ilə Ərizəçi1 Sədəddin qızının eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. işin halları: Ərizəçilər MəmmədovaVəzifə Sadəddi nqızı, Ərizəçi2 və MəmmədovAraz Ərşadoğlu JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"-nın onlara və mərhum X17 məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə verərək tələbini onunla əsaslandırmışdır ki, onlara və mərhum ailə üzvləri X18 ümumi birgə mülkiyyətlərinə Zaqatala X10 xx xxxx 1996-cı il tarixli 38 saylı qərarına əsasən Zaqatala rayonu Bəhmətli kəndində 1,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onların qeyd olunan torpaq sahəsi üzərində hüquqları JN seriyalı 923 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Qeyd olunan dövlət aktında texniki səhv nəticəsində soyadları “Məmmədov” kimi qeyd olunmalı olduğu halda, “Mamedov” kimi və onun ata adı isə “Sadəddin” əvəzinə “Sədəddin” kimi qeyd olunmuşdur. Yəni dövlət aktı üzrə mülkiyyətçilər faktiki onlardır, ancaq qeyd olunan texniki səhvlər onların mülkiyyət hüquqlarını icra etmələrinə maneçilik törədir. Odur ki, X29 ilə X13, X7 ilə Ərizəçi1 Sədəddin qızının eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 tələbində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X27 ərizənin təmin edilməsinə etiraz etməmişdir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 18 saylı X22 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq sonuncular məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə əriəzçilər və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-227/2020 saylı qətnaməsindən narazı qalan maraqlı şəxs X27 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Maraqlı şəxs X27 verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-227/2020 saylı qətnaməsinin ləğv edilməsini, ərizənin baxılmamış saxlanılması barədə qərardad və işə baxan hakim barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi iclasında ərizəçilər Ərizəçi1, X14 və Ərizəçi3 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apelyasiya məhkəməsi iclasında maraqlı şəxs X27 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-227/2020 saylı qətnaməsinin ləğv edilməsini, ərizənin baxılmamış saxlanılması barədə qərardad və işə baxan hakim barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 18 saylı X22 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 18 saylı X22 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki,hüquqlarına toxunan şəxs X27 tərəfindənverilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 227/2020 saylı qətnaməsisaxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə təmin edilməli, JN seriyalı 923 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş X29 ilə X13, X8 ilə Ərizəçi1 eyni şəxs olması faktı müəyyən edilməlidir. Apellyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, iş materialalrına əlavə edilmiş Zaqatala rayonu Varxiyan kənd soveti təərfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə Ərizəçi1 Sədəddin qızı nikahlarını xx xxxx 1988-ci il tarixdə bağlamışlar. İş materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1993-cü ildə, X15 isə xx xxxxx 1989cu ildə doğulmuşdur. Valideynləri Ərizəçi1 və X19r. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Varxiyan kənd soveti tərəfindən verilmiş doğum haqıqnda şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 1966-cı ildə doğulmuş, valideynləri X2 və X1r. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Bəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx xxx 2004-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon məhkəməsinin xx xxxxx 2002-ci il tarixli 2-32 saylı qətnaməsinin surətindən görünür ki, X3 X28 və Ərizəçi1 yaşayış evindən məcburi qaydada çıxarılmaları tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş JN-9xx xxx 40203018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktın surətindən görünür ki, Zaqatala rayon X10 xx xxxx 1996-cı il tarixli 38 nömrəli qərarı ilə X29, X8. X20 və X21 mülkiyyətinə 1,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AN 251599 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində 1,1448 ha kənd təsərrüfatı təyinatlı torpaq shəsi verilmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin tərəflərin izahatları və iş materialları əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, ərizəçilər əvvəl ərizə ilə məhkəməyə müraciət edərək JN seriyalı 923 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın onlara və mərhum X17 məxsus olması faktının müəyyən eidlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı mahiyyəti üzrə işə baxılarkən maraqlı şəxs İlham Məmmədov xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində hazırkı iş üzrə xüsusi icraat qaydasında baxılması onun hüquqlarına toxunduğunu, məhz bu səbəbdən baxılmamış saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-227/2020 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılaraq tərəflərə məlumat verilmişdir. Bundan sonra hazırkı iş üzrə ərizəçilər məhkəmənin sözügedən qərardadından şikayət verərək şikayətlərini belə əsaslandırmışlar ki, maraqlı şəxs İlham Məmmədovun hazırkı tələblə bağlı hüquq haqqında mübahisəsi olmasını irəli sürməyə müvafiq subyektiv hüququ yoxdur. Faktın təsdiq olunması maraqlı şəxsin hüquqlarına bu və ya digər formada toxunmur. Birinci instansiya məhkəməsi tərəfindən şikayət əsaslı hesab olunaraq xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və mübahisəyə baxılması təzələnmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı mahiyyəti üzrə işə baxılması davam etdirilərkən müəyyən olunmuşdur ki, hazıqkı iş üzrə ərizəçilər X34 Məhkəməsində hazırda mübahisə predmeti olan dövlət aktı ilə qarşı tərəfin mülkiyyətində olan 2911,60 kvm kənd təsərrüfatı təyinatlı torpaq shaəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmişlər. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 21(84)216/2019 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, hazırkı iş üzrə mübahisə predmeti olan , dövlət aktı sözügedən məhkəmədə işə baxılarkən hüquq haqqında mübahisə olmuşdur. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi hazırkı iş üzrə ərizəni baxılmamış saxlamaq məcburiyyətində olmuş, lakin ərizəçilər məhkəməyə tələbin əsasını dəyişdirərək X29 ilə X13, X8 ilə Ərizəçi1 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hansı ki, belə məmzunda verilən ərizə üzrə xüsusi icraat qaydasında iş baxılmasını artıq maraqlı şəxs mübahisələndirməmişdir. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlmişdir ki, əriəçilər dövlət aktında səhvən göstərilmiş “Mamedov” soyadının “Məmmədov” soyadı, həmçinin “Sadəddin” adı ilə “Sədəddin” adını eyni şəxslərə aid olmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Yenə Azərbaycan Respublikası MPM-in 307.2-ci və 307.2.5-ci maddələrində müəyyən edilmişdir ki, ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanun-la qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsə-dılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə hüquqlarına toxunan şəxs X27 tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-227/2020 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs X27 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-227/2020 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1614/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1614/2020
02.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver