Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1615/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(075)-44/2016 saylı icra sənədinin qaytarılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 06 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2 (075)-44/2016 saylı qərardadından Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23850 manat əsas borcun, 16776 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 40656 (qırx min altı yüz əlli altı) manatın Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, müqavilələrin ləğv edilərək lizinq obyekti olan 1 ədəd FT-1254 markalı traktorun, 1 ədəd SAR-14-5 markalı kotanın və 1 ədəd AGGD-33 markalı ağır diskli təkərli malanın saz vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(075)-44/2016 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2011-ci il tarixli, 879-L/11 nömrəli və 10 avqust 2011-ci il tarixli, 1084-L/11 nömrəli lizinq müqavilələrindən irəli gələn, ödənilməmiş 23850 manat əsas borc və 8000 manat məbləğində cərimə pulu borcu olmaqla, cəmi 31850 (otuz bir min səkkiz yüz əlli) manat məbləğində borc, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu xərcinin Cavabdeh iddiaçının xeyrinə tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2011-ci il tarixli, 879-L/11 nömrəli və 10 avqust 2011-ci il tarixli, 1084-L/11 nömrəli lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyekti olan 1 ədəd FT-1254 markalı traktor, 1 ədəd SAR-14-5 markalı kotan və 1 ədəd AGGD-33 markalı ağır diskli təkərli malanın saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, 50 manat ekspertiza xərcinin 1/2 hissəsi-25 manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətdən, digər 1/2 hissə-25 manatının isə Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin şikayətlər təmin edilməyərək Şəki Rayon Məhkəməsinin 2016-cı il 07 yanvar tarixli 2(075)-44/2016 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Şəki Rayon Məhkəməsi tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 2021-ci il 06 yanvar tarixli icra sənədinin geri qaytarılması haqqında qərar qəbul edərək, borcluda tələbin yönəldilə biləcəyi əmlakın və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi səbəbindən icra sənədini Şəki Rayon Məhkəməsinə geri qaytarmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 06 yanvar 2021-ci il tarixli qərarından "xxxx" ASC-nin şikayəti 23 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2 (075)-44/2016 saylı qərardadına əsasən Şəki Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(075)-44/2016 saylı icra sənədinin qaytarılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 06 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi və Şəki Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(075)-44/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Həmin qərardaddan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 06 iyul 2021-ci il tarixdə şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, könüllü icra müddəti ərzində icra sənədi üzrə tələb icra edilmədiyindən tələbin məcburi icrası iqtiqamətində tərəflərindən bir sıra icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmiş, sorğulara alınan cavablara əsasən icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Bundan əlavə icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlakın aşkar edilməsi məqsədi ilə onlar tərəfindən baxış keçirilmiş, lakin borclunun yaşayış ünvanında icra sənədi üzrə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. Tərəflərindən görülmüş icra hərəkətlərinə baxmayaraq icra sənədi üzrə tələbin tam olaraq icrasına nail olunmamış, lizinq obyektləri tələbkara qaytarılsa da, icra sənədi üzrə borc məbləği ödənilməmişdir. Bu barədə onlar tərəfindən 25 noyabr 2020-ci il tarixində akt tərtib olunmuş, həmin akt sifarişli poçtla tələbkara göndərilmiş və tələbkar tərəfindən qəbul edilmişdir. Məhkəmə qərardadının təsviri hissəsində tələbkarın qeyd edilən aktdan məlumatlı olmadığı göstərilsə də, həmin akt tələbkar tərəfindən qəbul edilmiş və hətta 10 dekabr 2020-ci tarixli məktubla akta münasibət də bildirilmişdir. 06 yanvar 2021-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbləri rəhbər tutularaq tərəflərindən qismən icra edilən icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilərək bu barədə tərəflərə və icra sənədinin verən məhkəməyə məlumat verilmiş, icra sənədi məhkəməyə geri qaytarılmışdır. 06 yanvar 2021-ci il tarixli qərardan İddiaçı tərəfindən Şəki Rayon Məhkəməsinə şikayət verilmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-44/2016 nömrəli, 30 iyun 2021-ci tarixli qərardadı ilə icra sənədinin geri qaytarılması barədə qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. O hesab edir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-44/2016 nömrəli, 30 iyun 2021-ci il tarixli qərardadı tam olaraq əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə qərarın ləğv edilməsinə əsas kimi icra məmuru tərəfindən bütün zəruri icra hərəkətlərinin həyata keçirilmədiyini göstərsə də, hər hansı zəruri icra hərəkətlərinin həyata keçirilmədiyini konkret olaraq qeyde etməmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, məhkəməyə geri qaytarılmış icra sənədinin yenidən icraya yönəldilməsi üçün icra sənədinin geri qaytarılmasına əsas olmuş halların aradan qalxması imperativ norma olduğu halda məhkəmə tərəfindən qanunveriliyin tələbi pozulmuşdur. Belə ki, borclunun əmlak vəziyyətində və gəlirlərində hansı dəyişikliklərin olması nə tələbkarın ərizəsində, nə də məhkəmə qərardadında qeyd edilməmişdir. Həmçinin ərizəyə baxılarkən məhkəmə tərəfindən mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş hüquqların pozulmasına yol verilmişdir. Belə ki, işdə tələbkar tərəfin şikayət ərizəsi göndərilməmiş, ərizə ilə tanış olmağa, etiraz, vəsatət və izahatlar verməyə şərait yaradılmamış, icra məmuru məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumatlandırılmamış, ədalətli məhkəmə çəkişməsi prinsipi pozulmuşdur. Odur ki, o, Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2 (075)-44/2016 saylı qərardadının ləğv olunmasını, Şəki rayon İcra və Probasiya Şöbəsinin 06 iyun 2021-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-(075)-44/2016 saylı qərardadı ilə şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 şikayətlə razılaşmayaraq, Şəki Rayon Məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2 (075)-44/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(075)- 44/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2011-ci il tarixli, 879- L/11 nömrəli və 10 avqust 2011-ci il tarixli, 1084-L/11 nömrəli lizinq müqavilələrindən irəli gələn, ödənilməmiş 23850 manat əsas borc və 8000 manat məbləğində cərimə pulu borcu olmaqla, cəmi 31850 (otuz bir min səkkiz yüz əlli) manat məbləğində borc, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu xərcinin Cavabdeh iddiaçının xeyrinə tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2011-ci il tarixli, 879-L/11 nömrəli və 10 avqust 2011-ci il tarixli, 1084-L/11 nömrəli lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyekti olan 1 ədəd FT-1254 markalı traktor, 1 ədəd SAR-14-5 markalı kotan və 1 ədəd AGGD-33 markalı ağır diskli təkərli malanın saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, 50 manat ekspertiza xərcinin ½ hissəsi-25 manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətdən, digər 1/2 hissə-25 manatının isə Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ
22. hesabına köçürülməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 11 may 2016-cı il tarixli, 2(107)-412/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2016- cı il tarixli, 2(075)-44/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli, 2(102)- 4860/2016 saylı qərarından görünür ki, Cavabdeh və vəkili Həsənov Tural Həsən oğlunun kassasiya şikayəti təmin ediməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2016-cı il tarixli, 2(107)-412/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 07 yanvar 2016-cı il tarixli, 2(075)-44/2016 saylı icra vərəqəsindən görünür ki, 07 yanvar 2016-cı il tarixli, 2(075)-44/2016 saylı qətnaməsi 29 dekabr 2016-cı il tarixdə icraya yönəldilmişdir. İşdə olan Şəki rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru X5 06 yanvar 2021-ci il tarixli qərarından görünür ki, İcra sənədi uzrə borclu X2 31850 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı-nin xeyrinə ödənilməlidir. Lizinq obyekti olan 1 ədəd FT-1254 markalı tarktor. 1 ədəd SAR-14-5 markalı kotan və 1 ədəd AGGD-33 markalı ağır disklı təkərli mala saz vəziyyətdə cavabdehdən alınaraq ıddiasçıya geri qaytarılmalıdır. 23.09.2020-ci il tarixdə Lizinq obyekti olan 1 ədəd FT-1254 markalı tarktor. 1 ədəd SAR14- 5 markalı kotan və 1 ədəd AGGD- 33 markalı ağır diskli təkərli mala saz vəziyyətdə cavabdehdən alınaraq ıddiasçıya geri qaytarılmışdır. İcra sənədinin borcun ödənilməsi hissəsində. borcluya verilmiş könüllü müddətdə icra sənədi icra edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Belə ki, bu məqsədlə borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin. VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun ümumi birgə mülkiyyətində əmlakının olub-olmamasını müəyyən etmək məqsədilə həyat yoldaşının əmlak vəziyyəti yoxlanılmış, borclunun ümumi və birgə mülkiyyətdə də əmlakının olmadığı müəyyən edilmişdir. Həmçinin, borclu Cavabdeh icra sənədində göstərilən ünvanında, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə 23.09.2020-cu il tarixli akt tərtib olunmuşdur. İcra sənədinin Şəki Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(075)- 44/2016 saylı icra sənədi tam icra olunmadan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən icra məmuru icra sənədini borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılmalı olduğu halda, bütün zəruri icra hərəkətləri həyata keçirmədən icra sənədini məhkəməyə qaytarmışdır. Odur ki, kollegiya şikayətin dəlillərinin formal mülahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mülki iş üzrə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Bundan əlavə şikayətdə göstərilmişdir ki, ərizəyə baxılarkən məhkəmə tərəfindən mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş hüquqların pozulmasına yol verilmişdir. Belə ki, işdə tələbkar tərəfin şikayət ərizəsi göndərilməmiş, ərizə ilə tanış olmağa, etiraz, vəsatət və izahatlar verməyə şərait yaradılmamış, icra məmuru məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumatlandırılmamış, ədalətli məhkəmə çəkişməsi prinsipi pozulmuşdur. Lakin, iş materiallarının 194-cü səhifəsində olan bildirişdən görünür ki, Şəki Rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2 (075)-44/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(075)-44/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov