Məhkəmə qərarları › İş №2(107)-1618/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1618/2021

23.09.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1618/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" ASC-nin arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 037CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 037CASA191540006 saylı 03 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh1 krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191540006 saylı 03 iyun 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh3 arasında 037FİZAM48407002 saylı 03 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 037CASA191540006 saylı 03 iyun 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 037FİZAM48405802 saylı 03 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdelılər Cavabdeh1, eləcə də onun zaminləri Cavabdeh3 Sələr oğluna və X3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etmələrinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 17.09.2020-ci il tarixə “Bank Respublika" ASC-yə 5346.58 manat əsas kredit borcu. 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat borcu qalmaqdadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsi ilə (hakim C.İmanov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, İddiaçı ASC -nin Cavabdeh1 ilə "xxxx" ASC-nin arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 037CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “cavabdeh X5 ilə İddiaçı ASC arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 37CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(075)-258/2021 saylı qərardadının nəzərə alınması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 037CASA191540006 saylı 03 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh1 krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 av müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191540006 saylı 03 iyun 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh3 arasında 037FİZAM48407002 saylı 03 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 037CASA191540006 saylı 03 iyun 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 037FİZAM48405802 saylı 03 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh X4 və onun zaminləri Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlıdır. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı ASC -nin Cavabdeh1 ilə "xxxx" ASC-nin arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 037CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “cavabdeh X5 ilə İddiaçı ASC arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 37CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(075)- 258/2021 saylı qərardadı nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-c maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, o hərbi qulluqçudur və 27 sentyabr 2020-ci ildən etbarən “Vətən Müharibəsi”nin iştirakçısı olmuşdur. Hərbi əməliyyatlarda iştirak etdiyi müddət bank tərəfindən geçikdirmə müddəti kimi qəbul edilmişdir. Hərbi əməliyyatlarda iştirak etdiyi müddətdə krediti ödəyə bilməmişdir. Bank əslində hərbi əməliyyatlarda iştirak etdiyi müddətlərdə faizlərini dayandırılmalı idi. Lakin Bank tərəfindən bu hal nəzərə alınmamışdır. Lakin məhkəmə qərarı qəbul edildikdən sonra hərbi xidməti ilə əlaqədar olaraq Laçın və Kəlbəcər rayonlarında olduğundan sözügedən məhkəmə qətnaməsi ona rəsmi qaydada təqdim edilməmiş, bu səbəbdəndə qətnamədən vaxtında şikayət verə bilməmişdir. Bu səbəbdən qətnamədən narazıyam, apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirəm. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədn saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdi. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnaməni cavabdehlərdən Cavabdeh1 mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlayır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsini Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq Cavabdeh1 münasibətdə təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 037CASA191540006 saylı 03 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh1 krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 av müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətində bildirmişdir ki, o hərbi qulluqçudur və 27 sentyabr 2020-ci ildən etbarən “Vətən Müharibəsi”nin iştirakçısı olmuşdur. Hərbi əməliyyatlarda iştirak etdiyi müddət bank tərəfindən geçikdirmə müddəti kimi qəbul edilmişdir. Hərbi əməliyyatlarda iştirak etdiyi müddətdə krediti ödəyə bilməmişdir. Bank əslində hərbi əməliyyatlarda iştirak etdiyi müddətlərdə faizlərini dayandırılmalı idi. Lakin Bank tərəfindən bu hal nəzərə alınmamışdır. Kollegiya şikayətin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, faizləri dayandırmaq Bankın öz hüququdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsində faizlərin dayandırılması ilə bağlı hər hansı bir müddəa yoxdur. Digər tərəfdən 037CASA191540006 saylı 03 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh1 krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. Yəni bank tərəfindən apelyatora kifayət qədər güzəşt edilmişdir. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 2(075)-258/2021 saylı, 23 fevral 2021-ci il tаrixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar