Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-162/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar (bundan sonra cavabdehlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması və həmin daşınmaz əmlakın naturada ayrılması mümkün olmadıqda açıq hərracda satılması tələbinə dair ilk iddia ərizəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı mülkiyyət hüquqlarının tanınması, çıxarışların ləğv edilməsi, torpaq sahəsinin ümumi sərhədlərinin və koordinatlarının müəyyən edilməsi, fərdi yaşayış evinin tərəflərin 1/2 payları üzrə bölünməsi, bununla bağlı təmir və quraşdırma işlərinin aparılması, təmir və quraşdırma işlərinin smeta xərclərinin müəyyən edilməsi, torpaq sahəsinin naturada bölünməsi və pul vəsaitinin xeyirlərinə tutulması tələbinə dair Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-14/2020 saylı qətnaməsindən birgə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq Müəyyən etdi: Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-14/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı ilk iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, **********12-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tərəflərin paylı mülkiyyətdə olan, Şəki şəhəri, Giləhli küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti tərəflər arasında paylarına müvafiq olaraq bölünsün. Paylı mülkiyyətdə olan, Şəki şəhəri, Giləhli küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 276500 manat müəyyən edilsin. İddiaçı iddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı ünvan 1 ünvanında yarləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasporta əsasən 1341,9 kvadrat metr olan torpaq sahəsinin 741,9 kvadrat metri üzərində ümumi mülkiyyət hüquqlarının tanınması, bütövlükdə isə 1341,9 kvadrat metr olan vahid torpaq sahəsi üzərində ümumi bərabər paylı (hər tərəfə 1/2 olmaqla) mülkiyyət hüquqlarının tanınması və bununla əlaqədar olaraq İddiaçı adına verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın və Cavabdeh1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, 1341,9 kvadrat metrlik vahid torpaq sahəsinin (600 kvadrat metr+741,9 kvadrat metr) ümumi sərhədlərinin və koordinatlarının müəyyən edilməsi, fərdi yaşayış evinin tərəflərin1/2 payları üzrə bölünməsi-evin mövcud tikilisinin daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsi və mərtəbəarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsi, bu variantda bölünəcək hissələrə həyətyanı sahədən ayrı-ayrılıqda pilləkən marşlarının quraşdırılması və əlavə giriş-çıxış qapılarının açılması, tikilinin bölünməsi ilə əlaqədar aparılacaq söküntü, təmir və quraşdırma işlərinin smeta xərclərinin müəyyən edilərək hər kəsin öz vəsaiti hesabına aparılması, məhkəmədə razılıq olmadığı halda, ümumi smeta xərclərinin tərəflərdən bərabər şəkildə məhkəmə tərəfindən tutulmaqla Şəki Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilməsi və şöbənin təyin edəcəyi müstəqil tikinti şirkətinə ödənilməklə tikinti şirkəti tərəfindən aparılması, 1341,9 kvadrat metr olan torpaq sahəsinin naturada bölünməsi, həmçinin İddiaçı, onunla ümumi mülkiyyətlərində olub Şəki şəhəri, Giləhli küçəsində yerləşən 1341,9 kvadrat metr torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2-(l) mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evindən istifadə etmələrinə uzun illər ərzində imkan vermədiyi və maneələr yaratdığı üçün bir aya görə 1000 manat olmaqla, 13 il üçün 156000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq onların xeyrinə ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları təmin edilməsin. İlk və qarşılıqlı iddia ilə bağlı tərəflərin ödədikləri dövlət rüsumu məbləğləri onların özlərinə aid edilsin. İş üzrə mübahisə predmeti olan mənzilin qiymətləndirilməsinin keçirilməsi ilə bağlı “X11”-nə ödənilməli olan 150 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq “X11”-nə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı ödənilməli olan 100 manat pulun 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq dövlət büdcəsinə-АZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesаbınа ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Giləhli küçəsində yerləşən, mülkiyyətlərində olan 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin 1/2 hissəsinin ona və 1/2 hissəsinin isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 naturada ayrılması, əgər həmin daşınmaz əmlakın naturada ayrılması mümkün olmazsa, onun açıq hərracda satılması və daşınmaz əmlakın açıq hərracda satılmasından əldə edilmiş pul vəsaitinin paylara uyğun olaraq tərəflər arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, İddiaçı mülkiyyətlərində olan Şəki şəhəri, Giləhli küçəsinə yerləşən, 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evindən istifadə etməyə imkan vermədiyi üçün bir aya görə 1000 AZN olmaqla, 13 il üçün 156000 AZN pul vəsaitinin İddiaçı tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia tələblərinin artırılması barədə ərizələrində ünvan 1 ünvanında yarləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasporta əsasən 1341,9 kvadrat metr olan torpaq sahəsinin 741,9 kvadrat metri üzərində ümumi mülkiyyət hüquqlarının tanınması, bütövlükdə isə 1341,9 kvadrat metr olan vahid torpaq sahəsi üzərində ümumi bərabər paylı (hər tərəfə 1/2 olmaqla) mülkiyyət hüquqlarının tanınması və bununla əlaqədar olaraq İddiaçı adına verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın və Cavabdeh1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, 1341,9 kvadrat metrlik vahid torpaq sahəsinin (600 kvadrat metr+741,9 kvadrat metr) ümumi sərhədlərinin və koordinatlarının müəyyən edilməsi, fərdi yaşayış evinin tərəflərin 1/2 payları üzrə bölünməsi-evin mövcud tikilisinin daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsi və mərtəbəarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsi, bu variantda bölünəcək hissələrə həyətyanı sahədən ayrı-ayrılıqda pilləkən marşlarının quraşdırılması və əlavə giriş-çıxış qapılarının açılması, tikilinin bölünməsi ilə əlaqədar aparılacaq söküntü, təmir və quraşdırma işlərinin smeta xərclərinin müəyyən edilərək hər kəsin öz vəsaiti hesabına aparılması, məhkəmədə razılıq olmadığı halda, ümumi smeta xərclərinin tərəflərdən bərabər şəkildə məhkəmə tərəfindən tutulmaqla Şəki Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilməsi və şöbənin təyin edəcəyi müstəqil tikinti şirkətinə ödənilməklə tikinti şirkəti tərəfindən aparılması, 1341,9 kvadrat metr olan torpaq sahəsinin naturada bölünməsi, həmçinin İddiaçı, onunla ümumi mülkiyyətlərində olub Şəki şəhəri, Giləhli küçəsində yerləşən 1341,9 kvadrat metr torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2-(l) mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evindən istifadə etmələrinə uzun illər ərzində imkan vermədiyi və maneələr yaratdığı üçün bir aya görə 1000 manat olmaqla, 13 il üçün 156000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia tələblərinin artırılması barədə ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-14/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətini belə əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında mübahisə birgə mülkiyyətdə olan əmlakın naturada bölgüsü olduğu üçün ilk öncə, hakim tərəfindən bölünməli olan əmlakın tərkibi müəyyən olunmalı və statusu aydınlaşdırılmalı idi. Lakin bu, olunmamışdır. Bölünməli olan əmlak Şəki şəhəri, Giləhli küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evidir. İşin hallanndan görünür ki, ev tikili və torpaq sahəsindən ibarətdir. Evin tikilisi 2-(l) mərtəbəli olub 5 otaqdan, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarətdir.Evin torpaq sahəsinin ölçüsü tərəflər arasında mübahisəlidir. Bu mübahisə həll olunmadan bölgü aparıla bilməzdi. Məhkəmə bu mübahisəni həll etmək iqtidarında olduğu halda bunu etməmişdir. İddiaçı tərəf bildirmişdir ki, evin torpaq sahəsinin ölçüsü 0,06 hektardır (6 sotdur). İddiaçı tərəf İddiaçı adına verilmiş xx.xx.2009-cu il tarixli çıxarışa istinad edərək bildirmişdir ki, çıxarışda evin torpaq sahəsi 0,06 ha göstərilib. Onlar isə göstərmişlər ki, evin torpaq sahəsi 0,06 deyil, 1341,9 ha (13,42 sot)-dır. İddiaçı tərəf evin ½ hissəsini alqı-satqı yolu ilə əldə etdikdən sonra öz payına aid olan hissənin daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydiyyatı zamanı evin ölçüsünü bilərəkdən səhv göstərmişdir. Reyestr orqanı isə öz arxivində 1983-cü il tarixli Texniki Pasport olduğu halda, həmin Texniki Pasportda da evin torpaq sahəsinin 1341,9 kv.m. (13, 342 ha) ölçüdə göstərilməsinə baxmayaraq 1341.9 kv.m (13,42 sot=0,1342 ha) reyestr məlumatlarına daxil etməmiş, İddiaçı adına verilmiş xx.xx.2009-cu il tarixli çıxarışda torpaq sahəsinin ölçüsü 0,06 ha kimi göstərilmişdir. Qeyd edilən məsələdə İddiaçı, yaxud havadarlarının məqsədi bu olmuşdur ki, torpaq sahəsinin yerdə qalan 741,9 kv.m.-lik hissəsi gələcəkdə bölgünün təsiri altına düşməsin, bunu başqa bir yolla – saxta bələdiyyə sənədləşməsi ilə öz adlarına keçirib, qonşuluqdakı ikinci torpaq sahələrinə qatsınlar. Bütün bunlarla bağlı biz ortaya dəlillər qoymuşuq. Evin torpaq sahəsinin məhkəmə tərəfindən aydınlaşdırılmayan, müəyyən edilməyən hüquqi statusu və bu statusa dair qətnamədə qiymətləndirilməyən hüquqi dəlillərlə bağlı bildirmişlər ki, ev fərdi yaşayış/həyət evi olduğu üçün 1341,9 kv.m-lik torpaq sahəsi qüvvədə olan qanunvericiliyə görə 1990-cı ilin ortalarından ölkədə başlamış torpaq islahatı ilə bağlı olaraq dövlət tərəfindən xüsusi qanunvericilik aktları ilə xüsusi mülkiyyətə verilmiş torpaq hesab olunur, hüquqi statusu da bu qanunvericilik aktları ilə müəyyən edilir. Eyni zamanda onu da bildirmişdir ki, evin 1341,9 kv.m olan vahid torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququnun tanınması ilə bərabər, DƏDRX-də gələcəkdə müvafiq sənədləşmə işlərində yarana biləcək çətinliklərin aradan qaldırılmasından ötrü İddiaçı Əhmədiyyə qızının adına verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və Cavabdeh1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da məhkəmə qaydasında ləğv edilməlidir. Çünki həmin çıxarışlarda torpaq sahəsi 0,06 ha (600 kv.m) kimi göstərilmişdir. İddia ərizəsinin fərdi yaşayış evinin tərəflərin 1/2 payları üzrə bölünməsi - evin mövcud tikilisinin daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsi və mərtəbəarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsi, bu variantda bölünəcək hissələrə həyətyanı sahədən ayrı-ayrılıqda pilləkən marşlarının quraşdırılması və əlavə giriş-çıxış qapılarının açılması, tikilinin bölünməsi ilə əlaqədar aparılacaq söküntü, təmir və quraşdırma işlərinin smeta xərclərinin müəyyən edilərək hər kəsin öz vəsaiti hesabına aparılması, məhkəmədə razılıq olmadığı halda, ümumi smeta xərclərinin tərəflərdən bərabər şəkildə məhkəmə tərəfındən tutulmaqla Şəki Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilməsi və şöbənin təyin edəcəyi müstəqil tikinti şirkətinə ödənilməklə tikinti şirkəti tərəfındən aparılması, 1341,9 kvadrat metr olan torpaq sahəsinin naturada bölünməsi” məzmunu ilə bağlı olan hissə üzrə apellyasiya şikayəti verdiklərini bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında bildirmişlər ki, bu bölgü ekspert rəyi ilə də istisna olunmur, əksinə mütəxəssis cəlb olunmaqla bir daha dəqiqləşdirilməyə zərurət olduğu ifadə edilir, belə bir bölgü tövsiyyə edilir. Bu üzdən, əlavə ekspertiza keçirilməli və sözügedən variantda bölgünün mümkünlüyü ekspertiza yolu ilə aydınlaşdırılmalıdır. Bu cür bölgü 1/2 lıissədə olacağı üçün hesab edirlər ki, həm İddiaçı ilkin iddia ərizəsinə və onların qarşılıqlı tələblərinə uyğundur. Bu cür bölgü hər iki tərəfin mənafelərinə də cavab verə biləcək bir bölgüdür. Həmçinin birinci instansiya məhkəməsinin nəzərinə çatdırmışlar ki, tikilinin bölünməsi ilə əlaqədar aparılacaq söküntü, təmir və quraşdırma işləri müəyyən xərclər tələb edəcəyindən bu zaman həmin xərclərin çəkilməsi və ödənilməsi mübahisə doğuracaqdır. O üzdən söküntü-tikinti işlərinin smeta xərclərinin məhkəmə tərəfindən müəyyən edilərək hər kəsin öz vəsaiti hesabına aparılmasının təmin olunmasına, məhkəmədə razılıq olmadığı halda isə, ümumi smeta xərclərinin tərəflərdən bərabər şəkildə məhkəmə tərəfindən tutulmaqla Şəki Rayon İcra və Probasiya şöbəsinin depozit hesabına keçirilməsinə və şöbənin təyin edəcəyi müstəqil tikinti şirkətinə ödənilməklə tikinti şirkəti tərəfindən aparılmasına zərurət vardır. Bildirmişlər ki, qarşı tərəf üzə çıxmadığı, onlarla nəinki hər hansı məsələdə razılığa gəlmədiyi, hətta onların mülkiyyətlərində olan daşınmaz əmlakın sahəsinə uzun illər ərzində belə buraxmaqdan yayındığı üçün öncədən qarşılıqlı iddia ərizələrinə əlavədə məhkəməyə bildirmişlər ki, belə bir razılığın əldə ediləcəyi qeyri-mümkün olacaqdır. Bu üzdən bu tələblərimizə də birinci instansiya məhkəməsində baxılmasını xahiş etmişlər. Hesab etmişlər ki, evdən istifadəyə və mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələr işin materialları və mübahisənin araşdırılmayan, lakin mövcud olan faktiki halları ilə tam sübuta yetirilməkdədir. İstifadə və mülkiyyət hüquqlarımıza yaradılmış maneələrlə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(075)-4805/17 saylı qətnaməsi və həmin mübahisə üzrə qəbul edilmiş digər məhkəmə ilə müəyyən edilən hallar mülkiprosessual qanunvericiliyin müvafiq normalarına uyğun olaraq preyudisiya qaydasında hazırki işə tətbiq olunmalı olduğu halda edilməmiş, 1-ci instansiya məhkəməsi tələbimizin bu hissəsi üzrə də yanlış və düzgün olmayan nəticəyə gəlmişdir. Düşünürük ki, tələbimizin bu hissəsi ilə bağlı olan hallar da apellyasiya instansiyasında təkrar araşdırılacaq və hüquqi qiymətini alacaqdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-14/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı X2 ilk iddiasının rədd edilməsini və onların qarşılıqlı iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi olan və eyni zamanda iş üzrə cavabdehər Cavabdeh2 və Cavabdeh3 Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-14/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı X2 ilk iddiasının rədd edilməsini və onların qarşılıqlı iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçıların vəkili X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-14/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı X2 ilk iddiasının rədd edilməsini və iş üzrə qarşılıqlı iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1 iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının hazırki iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar (bundan sonra cavabdehlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-14/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli, **********12-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Giləhli küçəsində mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/2 hissə, X7 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, **********12-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Giləhli küçəsində mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 256,45 metr olan 20 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissə İddiaçı, 1/2 hissə ümumi birgə Cavabdeh1, 1/2 hissə ümumi birgə Cavabdeh2, 1/2 hissə ümumi birgə Cavabdeh3, 1/2 hissə ümumi birgə Cavabdeh4 və 1/2 hissə ümumi birgə Cavabdeh5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Alqı-Satqı Mərkəzi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 0149 nömrəli məktubda göstərilmişdir ki, Şəki şəhəri istirahət zonasıdır. Giləhli məhəlləsində ilin 4 ayında ev istirahətə gələnlərə verilir. Şəhərin sərin yerləri olduğu üçün gündəlik gələn turistlər üçün sərfəlidir. Evin şəraitindən asılı olaraq bir nəfər üçün 15 manatdan 30 manata qədər evdə qalmaq üçün kirayə haqqı alırlar. Qalan fəsillərdə evin şəraitinə görə ailə üçün bir ayı 80-150 manatla kirayə verirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 5449 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən ünvan 2 ünvanda yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsi, hüquqmüəyyənedici və texniki sənədlərdə 0,06 ha nəzərdə tutulmuşdur. Lakin, baxış zamanı mübahisəli torpaq sahəsinin müvafiq sənədlərdə nəzərdə tutulmuş sahədən artıq olduğu müəyyən edilmiş və 0,06 ha torpaq sahəsinin naturada dəqiq sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır. - Eyni zamanda qeyd olunur ki, tədqiq olunan həyətyanı torpaq sahəsinin texniki pasportunun «xüsusi qeydlər» bölməsində zəbt torpaq sahəsi kimi göstərilən 946 kvadrat metr həyətyanı sahənin hüququ statusu barədə hər hansı məlumat mülki iş materiallarında əks olunmamışdır. Belə olan halda mübahisəli həyətyanı torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədlərdə öz əksini tapmamış hissəsinin (946 kvadrat metr) hüququ statusu müəyyən olunduqdan sonra, bütövlükdə torpaq sahəsinin bölünməsinin mümkün olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat aparıla bilər. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 2 ünvanda yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin mülkiyyətçilərin (tərəflərin) paylarına uyğun olmaqla, 1/2 hissəyə bərabər paylar üzrə naturada bölünməsi (ayrılması) inşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Lakin, iş üzrə tərəflərin (mülkiyyətçilərin) 1/2 paylarından kənara çıxmaqla, evin həyətyanı sahəsi tərəflərin ümumi istifadəsində saxlanılmaqla, ev üzrə müəyyən konstruktiv dəyişiklik edilməklə və tərəflərə çatacaq 1/2 paydan qeyri-bərabərlik, yəni bölgü nəticəsində tərəflərdən birinə düşə biləcək sahənin az, digərinə çox sahə fərqi yaranmaqla, fərdi yaşayış evinin tərəflər arasında, qeyri-bərabər hissələrə bölünməsi texniki cəhətdən mümkündür, (bölgü variantı rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir). Eyni zamanda tədqiq olunan fərdi yaşayış eyinin tərəflərin 1/2 payları üzrə bölünməsi yalnız ev daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsi və mərtəbəarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsi mümkündür. Bu variantda bölünməli olan hissələrə həyətyanı sahədən ayrı-ayrılıqda pilləkən marşları quraşdırılmalı və bölünməli hissələrə giriş-çıxış qapıları qoyulmalıdır. Tədqiq olunan fərdi yaşayış evinin 1885-ci ildə inşa olunduğunu nəzərə alaraq, göstərilən variantda bölgünün texniki cəhətdən mümkünlüyü, xüsusi biliyə malik olan mütəxəssis (tikinti konstruktoru) tərəfindən, evin ayrı-ayrı konstruktiv elementlərinin və bünövrəsinin ümumi möhkəmliyinin, dayanıqlığının, yükgötürmə qabiliyyətinin pozulmamasının və gələcəkdə ev üçün hər hansı zərər yetirməməsinin müəyyənləşdirilməsindən və ev üzrə müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər. Ekspertiza xərci 100 manat təşkil edir. - “xxxx” MMC tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 1011/19 nömrəli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin xx xxxxxxxx 2019-cu il tarixə hazırki bazar dəyəri 134500 manat təşkil edir. - “X11” tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, ƏEM/Y-15-015/20 nömrəli rəydə göstərilmişdir ki, fərdi yaşayış evinin mövcu vəziyyəti, yerləşdiyi ərazi, torpaq sahəsi, evin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və sair xüsusiyyətləri nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti xx xxxxxx 2020-ci il tarixə 276500 manat təşkil edir. Qiymətləndirmə xərci 150 manat təşkil edir. İşə əlavə edilmiş İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 göndərilmiş xx xxxx 2019-cu il tarixli təklifdən görünür ki, İddiaçı nümayəndəsi (vəkili) o, Türxanə Abdurahmanovanın adından mülkiyyətlərində olan Şəki şəhəri, Giləhli küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 2-(1) mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin 1/2 hissədə olan payından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xeyrinə 80000 manat pulun müqabilində imtina edir və bu təklifinə qısa müddət ərzində münasibət bildirilməsini xahiş edir. Azərbayan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə haqlı olaraq iddia tələbləri arasındakı bağlılıq, iddia tələbi üzrə tərəflərin eyni şəxslər olması, eyni zamanda mülki işlərə baxılarkən Mülki Prosessual Məcəlləsinin təməl prinsiplərindən olan işlərin sadəlik, ekonomik cəhətdən ucuzluq və sürətlilik prinsipləri diqqətə alınaraq, hazırki iddia tələblərinə eyni icraatda baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən 213.2 əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-ci maddəsinə əsasən 213.3 əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Hazırki iş üzrə məhkəmə iclası zamanı tədqiq edilmiş ekspertiza rəyi ilə, o cümlədən tərəflərin özlərinin də qəbul etdikləri kimi həmin mənzilin tərəflər arasında paylarına uyğun olaraq ½ bərabər pay şəklində bölünməsi mümkün deyildir və bununla bağlı onlar arasında hər hansı bir razılaşma olmamışdır. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölü nməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-ci maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 5449 nömrəli ekspert rəyində ünvan 2 ünvanda yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin mülkiyyətçilərin (tərəflərin) paylarına uyğun olmaqla, 1/2 hissəyə bərabər paylar üzrə naturada bölünməsi (ayrılması) inşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı göstərilmişdir.Həmçinin, həmin ekspert rəyində iş üzrə tərəflərin (mülkiyyətçilərin) 1/2 paylarından kənara çıxmaqla, evin həyətyanı sahəsi tərəflərin ümumi istifadəsində saxlanılmaqla, ev üzrə müəyyən konstruktiv dəyişiklik edilməklə və tərəflərə çatacaq 1/2 paydan qeyribərabərlik, yəni bölgü nəticəsində tərəflərdən birinə düşə biləcək sahənin az, digərinə çox sahə fərqi yaranmaqla, fərdi yaşayış evinin tərəflər arasında, qeyri-bərabər hissələrə bölünməsinin texniki cəhətdən mümkün olacağı göstərilmişdir. Bu halda isə fərdi yaşayış eyinin tərəflərin 1/2 payları üzrə bölünməsi yalnız ev daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsi və mərtəbəarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsi halında mümkün olacağı, bu variantda bölünməli olan hissələrə həyətyanı sahədən ayrı-ayrılıqda pilləkən marşlarının quraşdırılması və bölünməli hissələrə giriş-çıxış qapılarının qoyulmalı olması göstərilmişdir. Həmçinin, qeyd edilən ekspert rəyində tədqiq olunan fərdi yaşayış evinin 1885-ci ildə inşa olunduğunu nəzərə alaraq, göstərilən variantda bölgünün texniki cəhətdən mümkünlüyü, xüsusi biliyə malik olan mütəxəssis (tikinti konstruktoru) tərəfindən, evin ayrı-ayrı konstruktiv elementlərinin və bünövrəsinin ümumi möhkəmliyinin, dayanıqlığının, yükgötürmə qabiliyyətinin pozulmamasının və gələcəkdə ev üçün hər hansı zərər yetirməməsinin müəyyənləşdirilməsindən və ev üzrə müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən oluna biləcəyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 5449 nömrəli ekspert rəyi ilə də müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin tənasübsüz zərər vurmadan tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən də mümkün deyildir, həmçinin hər hansı bir şəkildə bölgü ilə bağlı tərəflər qarşılıqlı razılığa gələ bilməmişlər. Bundan başqa məhkəməyə ünvan 2 ünvanda yerləşən və tərəflərin paylı mülkiyyətində olan yalnız 0.06 ha torpaq sahəsi ilə bağlı müvafiq reyestrdən çıxarış təqdim edilmişdir. Cavabdehlərin tələblərində göstərdikləri 1341,9 kvadrat metr olan torpaq sahəsinin 0,06 hektar torpaq sahəsindən artıq hissəsi ilə bağlı mülkiyyət sənədi məhkəməyə təqdim edilmədiyindən məhkəmə haqlı olaraq tərəflərin mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı bölgü aparılmasını da əsaslı hesab etməmişdir. Bundan başqa,ekspert rəyində də göstərildiyi kimi mübahisə premdeti olan fərdi yaşayış evinin 1885-ci ildə inşa olunduğunu, göstərilən variantda bölgü nəticəsində həmin fərdi yaşayış evinin ayrı-ayrı konstruktiv elementlərinin və bünövrəsinin ümumi möhkəmliyinin, dayanıqlığının, yükgötürmə qabiliyyətinin pozulacağı və gələcəkdə ev üçün hər hansı bir zərər yetirilməsi və nəticədə bədbəxt hadisənin baş vermə ehtimalının olmasını, bu şəkildə bölgünün paylı mülkiyyətçilərdən hər hansı birinin mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcəsə pozulması ilə nəticələnəcəyini nəzərə alaraq məhkəmə ilk iddia tələbinin “Şəki şəhəri, Giləhli küçəsində yerləşən, mülkiyyətlərində olan 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin 1/2 hissəsinin ona və 1/2 hissəsinin isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 naturada ayrılması” ilə bağlı hissəsini, həmçinin qarşılıqlı iddia tələbinin “fərdi yaşayış evinin tərəflərin 1/2 payları üzrə bölünməsi-evin mövcud tikilisinin daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsi və mərtəbəarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsi, bu variantda bölünəcək hissələrə həyətyanı sahədən ayrı-ayrılıqda pilləkən marşlarının quraşdırılması və əlavə giriş-çıxış qapılarının açılması, tikilinin bölünməsi ilə əlaqədar aparılacaq söküntü, təmir və quraşdırma işlərinin smeta xərclərinin müəyyən edilərək hər kəsin öz vəsaiti hesabına aparılması, məhkəmədə razılıq olmadığı halda, ümumi smeta xərclərinin tərəflərdən bərabər şəkildə məhkəmə tərəfindən tutulmaqla Şəki Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilməsi və şöbənin təyin edəcəyi müstəqil tikinti şirkətinə ödənilməklə tikinti şirkəti tərəfindən aparılması, 1341,9 kvadrat metr olan torpaq sahəsinin naturada bölünməsi” ilə bağlı hissəsini əsaslı hesab etməmişdir. Əgər paylı mülkiyyətdəki payların naturada ayrılması mümkün olmadıqda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ayrılan mülkiyyətçinin mülkiyyətinin dəyərini ödəməzlərsə, yalnız bu zaman paylı mülkiyyət açıq hərracda satıla bilər. Məhkəmə kollegiyası iddia tələbinə ümumilikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, lakin paylı mülkiyyətin mülkiyyətçiləri mübahisəli mənzilin naturada bölünməsi ilə bağlı bu günədək razılığa gəlməmişlər. Paylı mülkiyyətin mülkiytəçilərindən olan iş üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 göndərilmiş xx xxxx 2019-cu il tarixli təklifdə İddiaçı adından mülkiyyətlərində olan Şəki şəhəri, Giləhli küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 2-(1) mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin 1/2 hissədə olan payından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xeyrinə 80000 manat pulun müqabilində imtina edir və bu təklifinə qısa müddət ərzində münasibət bildirilməsini xahiş edilmiş, lakin, cavabdeh tərəf bu tikliflə razılaşmamışdır. Həmçinin, məhkəmə iclası zamanı da bununla bağlı tərəflərin razılığa gəlməsi müəyyən edilməmişdir. Beləliklə, İddiaçı paylı mülkiyyətin digər mülkiyyətçi olan cavabdehlərdən öz payının dəyərini tələb etməsinə baxmayaraq, cavabdehlər İddiaçı həmin fərdi yaşayış evindən öz payının dəyərini də ödəmir və tərəflər hər hansı bir şəkildə öz aralarında razılığa gələ bilmirlər. Yaranmış vəziyyətdə müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi, ümumi əmlakda iddiaçıya aid payın dəyərinin cavabdeh tərəfdən iddiaçıya ödənilməsi mümkün olmadığından məhkəmə əmlakın açıq hərracdan satılmasını və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini daha ağlabatan olmasını qəbul edir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli, **********12-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tərəflərin paylı mülkiyyətdə olan, Şəki şəhəri, Giləhli küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti tərəflər arasında paylarına müvafiq olaraq bölünməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri ilə bağlı məhkəməyə “xxxx” MMC tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 1011/19 nömrəli məktub təqdim edilsə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2 (075)162/2019 nömrəli qərardadına əsasən mübahisə predmeti olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və qiymətləndirilmənin aparılmasının “X11”-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardad əsasında X11” tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, ƏEM/Y-15-015/20 nömrəli rəydə göstərilmişdir ki, fərdi yaşayış evinin mövcu vəziyyəti, yerləşdiyi ərazi, torpaq sahəsi, evin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və sair xüsusiyyətləri nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti xx xxxxxx 2020-ci il tarixə 276500 manat təşkil edir. İş üzrə bir tərəfin həmin fərdi yaşayış evinin daha ucuz, digər tərəfin isə daha olmasını göstərməsinə baxmayaraq, onlar həmin fərdi yaşayış evinin qiyməti ilə bağlı hissədə öz etirazlarının haqlı olduğunu təsdiq edəcək “X11”-nin rəyindən daha əsaslı hər hansı bir sənədi məhkəməyə təqdim etmədiklərindən məhkəmə həmin fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin X11” tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, ƏEM/Y-15-015/20 nömrəli rəydə göstərilən 276500 manat məbləğində müəyyən edilməsini daha doğru hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinin ünvan 1 ünvanında yarləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasporta əsasən 1341,9 kvadrat metr olan torpaq sahəsinin 741,9 kvadrat metri üzərində ümumi mülkiyyət hüquqlarının tanınması, bütövlükdə isə 1341,9 kvadrat metr olan vahid torpaq sahəsi üzərində ümumi bərabər paylı (hər tərəfə 1/2 olmaqla) mülkiyyət hüquqlarının tanınması və bununla əlaqədar olaraq İddiaçı adına verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın və Cavabdeh1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, 1341,9 kvadrat metrlik vahid torpaq sahəsinin (600 kvadrat metr+741,9 kvadrat metr) ümumi sərhədlərinin və koordinatlarının müəyyən edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəməyə ünvan 2 ünvanda yerləşən və tərəflərin paylı mülkiyyətində olan yalnız 0.06 ha torpaq sahəsi ilə bağlı müvafiq reyestrdən çıxarışın təqdim edilməsini, cavabdehlərin tələblərində göstərdikləri 1341,9 kvadrat metr olan torpaq sahəsinin 0,06 hektar torpaq sahəsindən artıq hissəsi ilə bağlı mülkiyyət sənədinin məhkəməyə təqdim edilməməsini, qanunvericilikdə torpaq sahəsinə deyil, mülkiyyətdə olan torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə münasibətdə mülkiyyət hüquqlarının tanınması imkanının nəzərdə tutulmasını nəzərə alaraq məhkəmə haqlı olaraq qarşılıqlı iddia tələbinin həmin hissəsini də əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki Hüquq Məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə təqdim etmələrinə baxmayaraq İddiaçı onların həmin evdən hansı müddət ərzində istifadə etmələrinə maneəçilik törətməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Məhkəmə araşdırma zamanı İddiaçı Əhmədiyyə qızının mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etməsi zamanı hüquqa zidd, yəni cavabdehlərə qarşı qeyri-qanuni davranış etməsi öz təsdiqini tapmamışdır. Həmçinin, cavabdehlər bununla bağlı bir aya görə 1000 manat olmaqla, 13 il üçün 156000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq onların xeyrinə ödənilməsi tələb etsələr də, bu şəkildə hesablamanın nəyə istinad edilməklə aparılmasına, bu hissədə də tələbin əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin İddiaçı, onunla ümumi mülkiyyətlərində olub Şəki şəhəri, Giləhli küçəsində yerləşən 1341,9 kvadrat metr torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2-(l) mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evindən istifadə etmələrinə uzun illər ərzində imkan vermədiyi və maneələr yaratdığı üçün bir aya görə 1000 manat olmaqla, 13 il üçün 156000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq onların xeyrinə ödənilməsi ilə bağlı hissəsi ilə də razılaşmır. Beləliklə məhkəmə kollegiyası cavabdehlərin qarşılıqlı iddialarına ümumilikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hazırki tələblərində haqlı deyildirlər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı ilk iddiası qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, **********12-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tərəflərin paylı mülkiyyətdə olan, Şəki şəhəri, Giləhli küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti tərəflər arasında paylarına müvafiq olaraq bölünməli, paylı mülkiyyətdə olan, Şəki şəhəri, Giləhli küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 276500 manat müəyyən edilməli, İddiaçı iddia tələbinin qalan hissəsi əsaslı olmadığından təmin edilməməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı ünvan 1 ünvanında yarləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasporta əsasən 1341,9 kvadrat metr olan torpaq sahəsinin 741,9 kvadrat metri üzərində ümumi mülkiyyət hüquqlarının tanınması, bütövlükdə isə 1341,9 kvadrat metr olan vahid torpaq sahəsi üzərində ümumi bərabər paylı (hər tərəfə 1/2 olmaqla) mülkiyyət hüquqlarının tanınması və bununla əlaqədar olaraq İddiaçı adına verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın və Cavabdeh1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, 1341,9 kvadrat metrlik vahid torpaq sahəsinin (600 kvadrat metr+741,9 kvadrat metr) ümumi sərhədlərinin və koordinatlarının müəyyən edilməsi, fərdi yaşayış evinin tərəflərin 1/2 payları üzrə bölünməsi-evin mövcud tikilisinin daxili pilləkən marşlarının tamamilə sökülərək ləğv edilməsi və mərtəbəarası örtüyün bərpasından sonra evin mərtəbələr üzrə arakəsmə divar vasitəsilə ortadan bölünməsi, bu variantda bölünəcək hissələrə həyətyanı sahədən ayrı-ayrılıqda pilləkən marşlarının quraşdırılması və əlavə giriş-çıxış qapılarının açılması, tikilinin bölünməsi ilə əlaqədar aparılacaq söküntü, təmir və quraşdırma işlərinin smeta xərclərinin müəyyən edilərək hər kəsin öz vəsaiti hesabına aparılması, məhkəmədə razılıq olmadığı halda, ümumi smeta xərclərinin tərəflərdən bərabər şəkildə məhkəmə tərəfindən tutulmaqla Şəki Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilməsi və şöbənin təyin edəcəyi müstəqil tikinti şirkətinə ödənilməklə tikinti şirkəti tərəfindən aparılması, 1341,9 kvadrat metr olan torpaq sahəsinin naturada bölünməsi, həmçinin İddiaçı, onunla ümumi mülkiyyətlərində olub Şəki şəhəri, Giləhli küçəsində yerləşən 1341,9 kvadrat metr torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2-(l) mərtəbəli, 5 otaqlı, 85,85 kvadrat metr yaşayış, 170,6 kvadrat metr köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evindən istifadə etmələrinə uzun illər ərzində imkan vermədiyi və maneələr yaratdığı üçün bir aya görə 1000 manat olmaqla, 13 il üçün 156000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq onların xeyrinə ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları əsaslı olmadığından təmin edilməməlidir. İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətində əlavə mühəndis-texniki ekspertizasının təyin edilməsi ilə bağlı dəlili ilə razılaşmayaraq kollegiya qeyd edir ki, həmin işlə bağlı heç bir mübahisəli məsələ və hər hansı bilik tələb edən sual yaranmadığına görə əlavə mühəndis-texniki ekspertizanın keçirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin faktiki hallarına əsaslanaraq apellyasiya şikayətində qoyulmuş dəliləri ilə razılaşmayaraq hesab edir ki, qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bilаvаsitə məhkəmə iclаsındа tədqiq edilən, biri-digərini tаmаmlаyаn, mümkün və mötəbər sübutlаrа hərtərəfləri tаm, оbyektiv və qərəzsiz bаxdıqdаn sоnrа bu sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə ilk iddia qismən təmin etməkdə qarşılıqlı iddianı isə rədd etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin: - 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. - 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-14/2020 saylı nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-14/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-162/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-162/2021
16.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver