Məhkəmə qərarları › İş №2(107)-1620/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1620/2020

02.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1620/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Mingəçevir Regional “ASAN-xidməti” X12 və Maraqlı şəxs qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-322/2020 saylı qətnaməsi ilə (hakim Hüseyn Ələkbərov) İddiaçı cavabdeh «Mingəçevir Regional «ASAN-xidmət» X10 natariusu X6 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinin təmin edilməməsi qət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Maraqlı şəxs olması və onun miras əmlakdan 1/1 hissədə pay alması, şəhadətnamə verilən miras əmlakın DƏDRX-nin X19 tərəfindən xx.xx.2010-cu il tarixdə X4 verilmiş **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.82 kv.metr olan fərdi yaşayış evindən və onun yerləşdiyi ümumi sahəsi 0.0619 ha olan torpaq sahəsindən ibarət olmasına dair xx xxxxxxxx 2015-ci il tarixli 2V-277 reyestr №-li Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə qanunsuz olduğuna görə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı iddia tələbinin həcmini artıraraq izahatında göstərmişdir ki, xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Maraqlı şəxs adına qeydə alınmış Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsindəki 0.0619 ha həyətyanı sahəsi olan ev əvəəllər atası X2 mülkiyyətində olmuşdur. Həmin həyətyanı sahədə faktiki olaraq 2 (iki) yaşayış evi var və “B” literli ev 1991-ci ildə X20un mülkiyyətinə özəlləşdirmə qaydasında keçmiş, “A” literli ev isə sonradan 2000-ci ildə onun da zəhməti ilə tikilmiş yeni evdir ki, həmin evlər üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixli MA seriyalı 014253 №-li Dövlət Reyestrindən çıxarışla X20un adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 №-li reyestr kitabının 106 №-li vərəüində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin Texniki Pasportu da 18588 inventar nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Vahid Qasımovun adına tərtib edilmişdir. X20 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra da indiyədək o həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmiş və idarə etməyə başlamışdır. Atasının ölümündən 8 (səkkiz) ay sonra xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhəri 2 saylı Dövlət Notariat kontorunda atasının ölümü ilə əlaqədar 183/2015 nömrəli vərəsəlik işi açılmış və vərəsələr notarius Nidayət Rzayevin yanına dəvət olunmuşlar. Həmin ərəfədə anası Maraqlı şəxs anaoğul münasibətlərindən, anası kimi ona olan inam və etibarından istifadə edərək, faktiki olaraq qəbul etdiyi miras payından imtina etməsini məsləhət görərək evin miras kimi bütövlükdə onun adına sənədləşməsinin daha ucuz və asan başa gələcəyini söyləmiş, onsuz da bir həyətdə iki evin olmasını və hər birinin ayrı-ayrılıqda öz ailəsi ilə ayrı ayrı evlərdə yaşayacağını və ömürlərinin sonunadək mehriban şəraitdə yaşayacaqlarına onu inandırmışdır. Notarius N.Rzayev də ona izah etmişdir ki, qanun üzrə vərəsə kimi miras paydan anasının xeyrinə imtina edərsə daim o evdə yaşayacaq və heç kim onu o evdən çıxara bilməz. Vərəsə kimi ondan digər vərəsələrə bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razı olmasına və miras payı istəməməyinə dair xx xxxxxxxx 2015-ci il tarixli ərizə alınaraq anası Maraqlı şəxs adına xx.xx.2015-ci il tarixli 2V-277 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd olunur ki, “xx.xx.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Maraqlı şəxsdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə ilə verilən miras əmlak X4 verilmiş xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 130.82 kv/m olan fərdi yaşayış evindən və onun yerləşdiyi ümumi sahəsi 0.0619 ha olan torpaq sahəsindən ibarətdir”. Bu şəhadətnamə əsasında Maraqlı şəxs həmin ev və torpaq sahəsində mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış almışdır. Lakin anası ona verdiyi vədə əməl etməyərək ona və həyat yoldaşı İlahə Qasımovaya mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən məcburi qaydada çıxarılmalarına dair məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-299/2019 saylı qətnaməsi ilə İddiaçı Maraqlı şəxs onlara qarşı 12000 manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, evdən və həyətdən məcburi qaydada çıxarılmalarına dair iddiası əsassız və qanunsuz olduğuna görə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Maraqlı şəxs verdiyi apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)- 1595/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı və X5 30000 (otuz min) manat məbləğində kompensasiya verilməklə Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsindəki 86/3 saylı ünvanda yerləşən fərdi yaşayıış evindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin əmlakları ilə həmin evdən və həyətdən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Şəki Appelyasiya məhkəməsinin həmin qətnaməsindən verdikləri kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki Kollegiyasının x xxxxxx 2019-cu il tarixli 2(102)- 6854/19 saylı qətnaməsi ilə təmin olunaraq şəki Apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin iş üzrə birinci instansiya məhkəməsinin iclasında notarius Nidayət Rzayev verdiyi ifadəsində göstərmişdir ki, “o, Asan Xidmətdə notariat ofisinda notarius işləyir. Tərəflərin ailə üzvü, mübahisəli mənzil olan ünvan 2 saylı evin sahibi X7 xx.xx.2015-ci il tarixdə öldüyü üçün onun ailə üzvləri vərəsəlik işinin açılmasına dair xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Dövlət Notariat Kontoruna müraciət etmişlər. Həmin müraciət əsasında bütün vərəsələr notariat kontoruna dəvət olunmuş və müvafiq sənədləşmə aparıldıqdan sonra mərhumun arvadı Maraqlı şəxs qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olan ünvan 2 saylı ev Maraqlı şəxs adına keçmişdir. Daha sonra, bildirdi ki, vərəsəlik işi ilə bağlı İddiaçı ərizəsi alınmış, o atasından qalmış əmlakın ona düşəcək hissəsindən imtina etmiş və anasının adına vərəsəlik şəhadətnaməsinin verilməsinərazı olmuşdur. Notariat kontorunda İddiaçı Bütün hüquqları izah edilmişdir. O cümlədən İddiaçı miras əmlakından imtinasına baxmayaraq evdən istifadə hüququnun saxlanması və mülkiyyət hüququnun olmamasına baxmayaraq istifadə hüququnun gələcəkdə də saxlanması izah olunmuşdur. Həmçinin Maraqlı şəxs digər varislərin miras əmlakdan istifadə hüquqları saxlanılacağı izah olunmuşdur. Bu şərtlərlə də İddiaçı mirasdan imtina barədə ərizəni imza etmişdir”. O isə savadsız, hüquqi cəhətdən vərəsəlik barədə heç bir anlayışı olmayan, zəhməti ilə fəhləlik edib ailəsini dolandlran bi aradmdır. Miras payından imtinanın gələcəyini görə bilməyən bisavad adamdır ki, indi anasının hərəkətləri ilə acı nəticələrini görür. Əslində isə notarius onun atasının ölümündən dərhal sonra miras əmlakı faktiki qəbul etməyini nəzərə almalı və mirasdan imtinaya dair ərizəni qəbul etməməli və ona və digər vərəsələrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verməli idi, yalnız bundan sonra ona düşən miras payı bağışlama qaydasında anasının mülkiyyətinə verə bilərdi. Yəni, belə qaydanı notarius ona izah etməli idi. Ona görə də xx.xx.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Maraqlı şəxs olması və onun miras əmlakdan 1/1 hissədə pay alması, şəhadətnamə verilən miras əmlakın DƏDRX-nin 17 saylı X19 tərəfindən xx.xx.2010-cu il tarixdə X4 verilmiş **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0619 ha olan torpaq sahəsindən ibarət olmasına dair xx xxxxxxxx 2015-ci il tarixli 2V-277 reyestr №-li Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə Qanunsuz olduğuna görə etibarsız sayılması və həmin şəhadətnamə əsasında DƏDRX-nin X19 tərəfindən Maraqlı şəxs adına verilmiş RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 №-li reyestr kitabının 106 №li vərəqində olan qeydiyyatın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı vəkili X8 İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdeh Maraqlı şəxs iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Mingəçevir şəhər Ü.Hacıbəyov küçəsi 86/3 saylı evə mülkiyyət hüquqları xx xxxxxxxx 2015-ci il tarixdə qeydə alınaraq ona dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh İddiaçı onun oğludur. X21 vəfat etdikdən sonra ərinin mülkiyyətində olan ev vərəsəlik qaydasında onun adına keçmişdir. Digər vərəsələr o cümlədən İddiaçı buna razılıq vermiş və mirasdan imtina etmişdir. İddiaçı tərəfindən verilmiş iddianın heç bir hüquqi əsası yoxdur. Nə vərəsəlik şəhadətnaməsinin nə də onun adına olan DƏDRX-nin X19 tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın ləğvi üçün əsas yoxdur. Bundan əlavə sözügedən vərəsəlik şəhadətnaməsinin ləğvi üçün əsas olan iddia müddəti də keçmişdir. İddiaçı notariat kontorunda ərizə verməklə öz iradə ifadəsini bildirmiş və artıq beş ildən artıq bir müddətdə iddia verməməklə bununla razılaşdığını tam formada bildirmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında cavabdehin Maraqlı şəxs vəkili X9 Maraqlı şəxs izahatına uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq cavabdeh «Mingəçevir Regional «ASAN-xidmət» X10 natariusu X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-322/2020 saylı qətnaməsindən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: İddiaçı verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-322/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədədigər proses iştirakçılarına lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-322/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə materiallarına əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs cavabdehlər İddiaçı və X5 qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə və mənzildən məcburi qaydada çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. İşə materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(107)1595/2019 saylı qətnaməsinə iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 299/2019 saylı qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın tələbi təmin edilməsi, cavabdehlər İddiaçı və X5 30000 (otuz min) manat məbləğində kompensasiya verilməklə, iddiaçı Maraqlı şəxs mülkiyyətində olan, ünvan 5 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin və cavabdehlər əmlakları ilə birlikdə ünvan 5 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və həyətdən məcburi qaydada çxarılsınlar. Cavabdehlərin fərdi yaşayış evindən və həyətdən çıxarılması ilə 30000 (otuz min) manat məbləğində kompensasiya verilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. İşə materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, cavabdehlər İddiaçı və X3 birlikdə verdikləri kassasiya şikayəti qismən təmin olunması, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1595/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxxx 2015-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin X19 tərəfindən xx.xx.2010-cu il tarixdə X4 verilmiş **********9710301 reyestr nömrəli , ********** qeydiyyat mömrəli dövlət reyestrindən çıxarışa əsasən Mİngəçevir şəhəri, Üzeyr Hacıbəyov küçəsi 86/3 ünvanında yerləşən ümumi sahəsi 130.82 kv/m olan fərdi yaşayış yerindən və onun yerləşdiyi ümumi sahəsi 0.0619 haolan torpaq sahəsindən ibarətdir. İşə materiallarına əlavə olunmuş xx.xx.2015-ci ildə notariat kontorunda yazılmış ərizədən görünür ki, İddiaçı həmin ərizəsində qeyd etmişdir ki, atası X7 xx.xx.2015-ci il tarixdə vəfat edib. Ondan miras qalmışdır. O həmin mirası qəbul etməmiş və etməyəcək. Ona miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaq. Digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Qanunun tələbindən də göründüyü kimi mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı vərəsəliyin açılmasından məlumatlı olmuş və birbaşa şəxsən iştirak etmişdir. etmiş. Mirasdan digər vərəsə olan öz anasının xeyrinə imtina etmişdir. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.”. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar xx xxxx 2005-ci il tarixli, R.Salamovun şikayəti ilə əlaqədar xx xxxxxxx 2007-ci il tarixli, V.Ozerovun şikayəti üzrə xx xxxxx 2011-ci il tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Odur ki, məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, göstərilən iş üzrə Konstitusiya Məhkəməsinin plenumunun qərarları ilə göstərilən maddələrinin şərhi nəzərə alınmaqla iddia müddəti tətbiq edilməli və iş üzrə iddia tələbi rədd edilməlidir. İş materialları və yuxarıda qeyd edilən qanun normaları müqayisəli şəkildə təhlil edilərkən belə nəticəyə gəlmək olar ki, iddiaçı “xx.xx.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Maraqlı şəxs olması və onun miras əmlakdan 1/1 hissədə pay alması, şəhadətnamə verilən miras əmlakın DƏDRX-nin 17 saylı X19 tərəfindən xx.xx.2010-cu il tarixdə X4 verilmiş **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0619 ha olan torpaq sahəsindən ibarət olmasına dair xx xxxxxxxx 2015-ci il tarixli 2V-277 reyestr №-li Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə Qanunsuz olduğuna görə etibarsız sayılması və həmin şəhadətnamə əsasında DƏDRX-nin X19 tərəfindən Maraqlı şəxs adına verilmiş RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 №-li reyestr kitabının 106 №-li vərəqində olan qeydiyyatın ləğv olunması barədə” qətnamə çıxarılmasını xahiş etsə də iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddianın vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində hüquqi qiymət verilərkən müəyyən etmək olar ki, iddiaçı tələbində bu halı aldadılması yəni yalan vəd əsasında mirasdan anasının xeyrinə imtina etməsi ilə əsaslandırsa da bu əsasın hüquqi əsassı yoxdur. Notarius tərəfindən miras əmlakdan imtina etdiyi halda istifadə hüquqlarının saxlabılmasının izah olunması notarius tərəfindən heç bir aldadılma və ya yalan məlumat verilmə kimi qiymətləndirilə bilməz. İddiaçı miras əmlakdan imtina etməsi həqiqətəndə istifadə hüquqlarının mübahisəli evdə itirilməsi kimi qiymətləndilə bilməməsi iş materiallarında olan məhkəmə qətnamələri ilə də öz əksini tapmışdır. Mülkiyyətçinin (yəni Maraqlı şəxs) kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi isə başqa məhkəmə mübahisəsinin obyektidir. Belə olan halda məhkəmə iddianın ilk hissədinə hüquqi qiymət verdikdə belə nəticəyə gəlir ki, notarius və ya digər şəxslər tərəfindən rəsmi olaraq heç bir aldadılmaya yol verilməmişdir. Ona görə də Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə Qanunsuz olduğuna görə etibarsız sayılması məqsədə müvafiq deyil. Məhkəmə kollegiyası iddianın “Maraqlı şəxs adına verilmiş RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 №-li reyestr kitabının 106 №-li vərəqində olan qeydiyyatın ləğv olunması” hissəsində qiymət verərək belə nəticəyə gəlir ki, iddianın həmin hissədə də təmin edilməsinə heç bir hüquqi əsas yoxdur. Belə ki, iddianın ilk hissəsi olan vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinin təmin olunmaması onun hüquqi nəticəsi ola biləcək Dövlət Reyestrindən Çıxarışın ləğv olunması hissəsinin də təmin olunmaması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-322/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-322/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar