Məhkəmə qərarları › İş №2(107)-1620/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1620/2021

23.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1620/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Zaqatala 18 saylı ərazi idarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında rəsmiləşdirilmiş çıxarışın ləğv olunması tələbinə dair” mülki iş üzrə (Açar sözlər: iddia- şəhadətnamənin və onun əsasında rəsmiləşdirilmiş çıxarışın ləğv olunması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-209/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1217/2020 nömrəli 14 dekabr 2020-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh adına olan ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş əmlakın üzərinə həbs qoyulması və həmin əmlak ilə bağlı hər hansı əməliyyatların aparılması qadağan edilməsi qərara alınmışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək X4 və X17 üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X7, X22 və Zaqatala Rayon 2 saylı Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26.01.1994-cü il tarixdə X3 alqı-satqı müqaviləsi əsasında ünvan 1ində 0.20 ha torpaq sahəsində yerləşən 1921-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 60 kv.m olan bir mərtəbəli yaşayış evini almışdır. 1994-cü il tarixdə X7 tərəfindən ona satılmış olan evin yerləşdiyi 0,20 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0.40 ha həyətyanı torpaq sahəsinə dair 2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlunun və X12 adına JN-342A KOD 40200028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərək, Ərəbov Hacıömər Şaban oğlunun və X12 adına qeydiyyata alınmışdır. Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci ildə, X18 isə 22.09.2007-ci ildə vəfat etmişlər. JN 342A kod 40200028 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0.40 ha torpaq sahəsinin Ərəbov Hacıömər Şaban oğluna məxsus 0.20 ha hissəsinə X20 29.07.2009-cu ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X14 məxsus qalan 0.20 ha hissəsinə isə Cavabdeh 29.07.2009cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X22 və Cavabdeh 10.08.2009-cu ildə göstərilən 0.40 ha torpaq sahəsinin bölgü planını (hərəyə 0.20 ha olmaqla) tərtib etmiş və hər birinin 0.20 ha torpaq sahəsinə mülkiyyət hüququ 10.08.2009cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1994-cü il tarixdə aldığı evin yerləşdiyi torpaq sahəsi Cavabdeh adına 10.08.2009-cu il tarixdə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün Cavabdeh X5 və İddiaçı qarşı Zaqatala rayon məhkəməsində iddia qaldıraraq 25.01.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamənin və 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 17.02.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X4 adına verilmiş 25.01.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X7 ilə İddiaçı arasında bağlanmış 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Zaqatala rayon Məhkəməsinin qərarından vermiş olduğu apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 29.11.2017-ci il tarixli Ali Məhkəmənin qərarı ilə X7 tərəfindən İddiaçı satılmış evə Cavabdeh hər hansı aidiyyatının olması müəyyən edilməmişdir və bu səbəbdən sonuncunun mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə müraciət edərək JN 342A nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin ona məxsus, alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsinə dair müraciət etmişdir. DƏDRX tərəfindən müraciətinə imtina verilmişdir. Bunun üçün cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh və X22) JN 342A nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin 0.20 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. X21 Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 saylı qərarına əsasən “JN-342A” nömrəli “Torpağın mükiyyətə verilməsinə dair şəhadətnamə”nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRXnin 18 saylı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs tərəfindən Apellyasiya və Kassasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)409/2019 saylı qərarı ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2-1(102)3191/19 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. X21 Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)- 95/2019 saylı qərarın icrası ilə bağlı ona məxsus ünvan 2i ünvanında yerləşən 0.20 ha torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. DƏDRX-nin Zaqatala 18 saylı ərazi idarəsi tərəfindən verilmiş 20.02.2020-ci il tarixli cavab məktubuna əsasən ünvan 2i ünvanında yerləşən 0.20 ha torpaq sahəsi ilə bağlı Cavabdeh adına olan 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış məhkəmə qaydasında ləğv edildiyi təqdirdə hüquqlarının DƏDRX-də qeydiyyata alınması ilə bağlı məsələyə baxılacağı qeyd olunmuşdur. Bunun üçün hazırki iddia tələbi ilə Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 2(033)-209/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilmiş, ünvan 1ində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh adına Zaqatala rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında iş üzrə Cavabdeh adına 10 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 5 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-342A kod 40200028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X13 ünvan 1ində 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. 05.12.2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını nəvəsi X20 vəsiyyət etmişdir. Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci il tarixdə, X16 22.09.2007-ci il tarixdə ölmüşdür. X16 və Ərəbov Hacıömər Şaban oğlu vəfat etdikdən sonra onlardan irs qalmış Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0,40 ha torpaq sahəsinin X13 məxsus 0,20 ha hissəsinə 29.07.2009-cu il tarixdə oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə reyestrdə 2V-57 nömrə ilə qeyd edilmişdir. 29.07.2009-cu il tarixdə X20 Ərəbov Hacıömər Şaban oğlundan irs qalmış 0,20 ha torpaq sahəsinə vəsiyətnamə üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmiş və şəhadətnamə reyestrdə 2V-58 nömrə ilə qeyd edilmişdir. X6 və Cavabdeh razılığı ilə 10 avqust 2009-cu il tarixdə bölgü planı hazırlanmışdır. Cavabdeh ünvan 1ində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmış və həmin qeydiyyat Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi araşdırmasında eyni zamanda müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 1921-ci ildə tikilmiş, divarları daşdan, üstü şiferlə örtülmüş, iki otaqlı, yaşayış sahəsi 60 kv.m. köməkçi sahəsi 12 kv.m. bir mərtəbədən ibarət 0,20 ha torpaq sahəsi üzərində yerləşən X5 məxsus yaşayış evi onun tərəfindən Zaqatala Dövlət Notariat Kontorunda 26.01.1994-cü ildə təsdiq edilmiş 1D-11 nömrə ilə reyestrdə qeyd edilmiş müqaviləyə əsasən İddiaçı Xəlil oğluna 299 (iki yüz doxsan doqquz) manata satılmışdır. Cavabdeh X7 və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-57/2017 nömrəli 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X7 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 29.11.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Xəlil oğlu tərəfindən Zaqatala Rayon Məhkəməsinin 2(033)- 57/2017 nömrəli 17 fevral 2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli 2-033)-57/2017 nömrəli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh X7 və İddiaçı qarşı X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X7 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8096/2017 nömrəli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarına əsasən "JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 409/2019 nömrəli 21.08.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3191/2019 nömrəli 27.11.2019-cu il tarixli qərarı ilə təmin edilməyərək, cavabdeh Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)-409/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi X2 Şahmurad Xəliloviçin ünvan 2i ünvanında yerləşən 0,20 ha torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nə müraciət etmiş və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi müraciət edən şəxsə 20.02.2020-ci il tarixdə məktub ünvanlayaraq Cavabdeh adına olan 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış məhkəmə qaydasında ləğv edildiyi təqdirdə İddiaçı ünvan 2i ünvanında yerləşən 0,20 ha torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilə biləcəyinə dair məlumat verilmişdir. İddiaçı Xəli oğlu 2V-57 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə müraciət etmiş və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ləğv edildiyindən onun əsasında verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə də etibarlı sənəd sayıla bilməz. Odur ki, İddiaçı hazırki tələblə müraciət etməkdə haqlıdır və iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. İddia tələbinin 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Zaqatala Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25.05.2021-ci il müşayiət məktubu ilə daxil olmuş sənədlərdən müəyyən edilir ki, ünvan 1ində olan 0,20 ha torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmasına əsas Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 29.07.2009-cu il tarixli 2V/57 reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Çıxarışın verilməsinə əsas olan şəhadətnamə ləğv edildiyindən, həmin çıxarışın mövcudluğu, iddiaçının hüququnun pozulması kimi dəyərləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 29.07.2009-cu il tarixli 2V/57 reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildiyindən onun yaratdığı hüquqi nəticələr, yəni qanun üzrə vərəsəlik hüququ haqqında həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində aparılmış qeyd də ləğv edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci, 8.0.3-cü bəndi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü, 148.2-ci, 152.5-ci, 157.2-ci, 157.4-cü, 337.1-ci,1133.1-ci, 1133.2-ci, 1134.1-ci, 1146-cı, 1147.1-ci, 1151.1-ci, 1159.1.1-ci, 1159.1.2-ci, 1159.1.3-cü, 1321.1-ci, 1243.1-ci, 1243.2-ci, 1243.3-ü, 1245-ci, 1246-cı, 1248.1-ci, 1255-ci, 1261-ci, maddəsi, ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, DƏDRX-nin 18 saylı Ərazi İdarəsi iddiaçıya məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia etdiyi 0,20 ha torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır və 10 avqust 2009-cu il tarixli bölgü planına əsasən Çıxarışla rəsmiləşdirilmişdir. Lakin 18 saylı Zaqatala Ərazi İdarəsi mübahisəli evin yerləşdiyi 0,20 ha toıpaq sahəsinin sərhədlərini müəyyən etməmiş Cavabdeh adına qeydiyyata alınmış torpaq sahəsini iddia etmişdir. 10.08.2009-cu il tarixli bölgü planına baxdıqda görmək olur ki, Cavabdeh adına qeydiyyata alınmış 0,20 ha torpaq sahəsinin sərhədləri daxilində Şahmudrad Abbasovun aldığı ev yerləşmir. Evin yerləşdiyi ərazi tamam başqa bir ərazidir. Buradan görünür ki, Ali Məhkəmənin 2-1(102)-3191/2019 saylı 27.1 1.2019-cu il tarixli qərarını icra etməkdən 18 saylı Zaqatala Ərazi İdarəsi yayınmışdır. Sözü gedən 0,40 ha torpaq sahəsi Cavabdeh və Faiq Ərəbovun hər ikisinin razılığı ilə hər birinə 0,20 ha olmaqla vərəsəlik şəhadətnamələri və bölgü planı əsasında bölünərək qeydiyyata alınmışdır. Mübahisəli ev isa bölgü planları əsasında bölünmüş torpaq sahələrinin heç birinin sərhədləri daxilində deyildir, evin yerləşdiyi torpaq sahəsi ayrıca bələdiyyə mülkiyyətində qeydiyyata alınmışdır. Belə olan halda Ali Məhkəmənin qərarı əsasında 0,40 ha torpaq sahəsinin evin yerləşdiyi 0,20 ha hissəsinin ləğv edilməsi üçün ilk növbədə evin yerləşdiyi 0,20 ha torpaq sahəsinin sərhədləri DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən müəyyən edilməli idi. Bundan sonra 0,40 ha torpaq sahəsinin Cavabdeh və Faiq Ərəbova verilən hər 2 vərəsəlik şəhadətnaməsi məhkəmə qaydasında ləğv edilməli, bundan ötrü məhkəmə iclasına Faiq Ərəbov cəlb edilməli idi. Ona görə ki, 0,40 ha torpaq sahəsinin Ali Məhkəmənin qərarı əsasında evin yerləşdiyi 0,20 ha hissəsi ləğv edildikdən sonra torpağın yerdə qalan hissəsi ilkin vəziyyətə yəni, Hacıömər Ərəbov və Kəlmət Ərəbovanın adına qeydiyyata alınmalı və həmin torpağa yenidən vərəsəlik işi açılmalı idi. Tərəfindən məhkəməyə şifahi və yazılı vəsatətlər verərək evin yerləşdiyi 0.20 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə dair eskpertizanın təyin edilməsini xahiş etsə də məhkəmə buna əhəmiyyət verməmişdir. Eyni zamanda məhkəmə mübahisəli evin yerləşdiyi əraziyə baxış keçirdikdə də müəyyən olundu ki, iddiada tələb olunan Cavabdeh məxsus mülkiyyət sənədlərinin içərisində göstərilən torpaq sahəsində mübahisəli yaşayış evi yoxdur. Yaşayış evi tamamilə kənarda yerləşir. DƏDRX-ni 18 saylı Ərazi İdarəsinin heç bir hüquqi sənədə əsaslanmayan 20.02,2020-ci il tarixli məktubuna əsaslanaraq Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsini və çıxarışı ləğv etmişdir. Həmin məktubda qeyd olunur ki, evin yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeyd olunması üçün qərara izah verilməsindən ötrü Şəki İnzibati Məhkəməsinə sorğu ünvanlanmışdır. Lakin sorğuya izah verilməmişdir. Buradan görünür ki, 18 saylı Zaqatala Ərazi İdarəsi mübahisəli evin yerləşdiyi torpaq sahəsinin sərhədlərinin necə olmasını müəyyən edə bilməmişdir. Lakin heç bir əsas olmadan Cavabdeh adına verilmiş vərəsəlik haqqında şəhadətnaməni və onun əsasında 10.08.2019-cu il tarixli bölgü plan ilə müəyyən edilmiş torpaq sahəsini İddiaçı məxsus olmasını iddia etmişdir. Mübahisəli 0.40 ha torpaq sahəsi Faiq və Nadirin arasında öz aralarında razılıq əsasında 2009-cu ildə bölünmüşdür. Məhkəmə nəyə görə təkcə Cavabdeh verilmiş hissədə ləğv olunmalıdır faktına heç bir aydınlıq gətirməmişdir. Lakin o iddia edir ki, İddiaçı aldığı yaşayış evinin yerləşdiyi 0,20 ha torpaq sahəsinin sərhədlərinin bir hissəsi Faiq Ərəbova verilmiş 0,20 ha torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Belə olan halda hər iki vərəsəlik şəhadətnaməsi, yəni Faiq Əəbova verilmiş 2V-58 saylı vərəsəik şəhadətnaməsi və onıın əsasında verilmiş çıxarış da ləğv edilməli idi. Beləliklə, məhkəmə qətnaməsindən görünür ki, qətnamə 18 saylı Ərazi İdarəsinin mülahizələri əsasında qəbul edilmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilməmiş, həmin torpaq sahəsinin kimə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi dəqiqləşdirilməmişdir. Ona görə də qətnaməni qanuni hesab etmir. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 18 saylı Ərazi İdarəsi ilk növbədə Şəki İnzibati Məhkəməsinin 08.05.2019-cu il tarixli 2-1(84)- 95/2019 saylı qərarını icra etməli idi, yəni, 0.40 ha torpaq sahəsinin mübahisəli evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv etməli idi. 18 saylı Ərazi İdarəsi sözügedən həmin qərarı icra etmiş olsaydı hazırki məhkəmə mübahisəsi başqa mövzuda baş verə bilərdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 2(033)-209/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 209/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 2(033)-209/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)- 209/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN-342A kod 40200028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X13 ünvan 1ində 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. 05.12.2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını nəvəsi X20 vəsiyyət etmişdir. Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci il tarixdə, X16 22.09.2007-ci il tarixdə ölmüşdür. X16 və Ərəbov Hacıömər Şaban oğlu vəfat etdikdən sonra onlardan irs qalmış Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0,40 ha torpaq sahəsinin X13 məxsus 0,20 ha hissəsinə 29.07.2009-cu il tarixdə oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə reyestrdə 2V-57 nömrə ilə qeyd edilmişdir. 29.07.2009-cu il tarixdə X20 Ərəbov Hacıömər Şaban oğlundan irs qalmış 0,20 ha torpaq sahəsinə vəsiyətnamə üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmiş və şəhadətnamə reyestrdə 2V-58 nömrə ilə qeyd edilmişdir. X6 və Cavabdeh razılığı ilə 10 avqust 2009-cu il tarixdə bölgü planı hazırlanmışdır. Cavabdeh ünvan 1ində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmış və həmin qeydiyyat Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 1921-ci ildə tikilmiş, divarları daşdan, üstü şiferlə örtülmüş, iki otaqlı, yaşayış sahəsi 60 kv.m. köməkçi sahəsi 12 kv.m. bir mərtəbədən ibarət 0,20 ha torpaq sahəsi üzərində yerləşən X5 məxsus yaşayış evi onun tərəfindən Zaqatala Dövlət Notariat Kontorunda 26.01.1994-cü ildə təsdiq edilmiş 1D-11 nömrə ilə reyestrdə qeyd edilmiş müqaviləyə əsasən İddiaçı Xəlil oğluna 299 (iki yüz doxsan doqquz) manata satılmışdır. Cavabdeh X7 və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-57/2017 nömrəli 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X7 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 29.11.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Xəlil oğlu tərəfindən Zaqatala Rayon Məhkəməsinin 2(033)- 57/2017 nömrəli 17 fevral 2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli 2-033)-57/2017 nömrəli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh X7 və İddiaçı qarşı X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X7 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8096/2017 nömrəli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarına əsasən "JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 409/2019 nömrəli 21.08.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3191/2019 nömrəli 27.11.2019-cu il tarixli qərarı ilə təmin edilməyərək, cavabdeh Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)-409/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi X2 Şahmurad Xəliloviçin ünvan 2i ünvanında yerləşən 0,20 ha torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nə müraciət etmiş və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi müraciət edən şəxsə 20.02.2020-ci il tarixdə məktub ünvanlayaraq Cavabdeh adına olan 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış məhkəmə qaydasında ləğv edildiyi təqdirdə İddiaçı ünvan 2i ünvanında yerləşən 0,20 ha torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilə biləcəyinə dair məlumat verilmişdir. İddiaçı Xəli oğlu 2V-57 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04.03.2006-cı il tarixli 64 saylı qərarı ilə verilmiş JN-342A, kod 40200028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarı ilə JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ləğv edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2- 1(84)-95/2019 nömrəli qərarında qeyd edilən JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən 26.01.1994-cü il tarixli alqısatqı müqaviləsi əsasında X7 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi 10 avqust 2009-cu il tarixdə bölgü planına uyğun olaraq 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə üzrə vərəsə X9 mülkiyyətinə verilmişdir. Eyni zamanda Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, X7 tərəfindən İddiaçı satılmış evə Cavabdeh hər hansı aidiyyatının olması müəyyən edilməmişdir və bu səbəbdən sonuncunun mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Göründüyü kimi, qeyd olunan mülki işlə bağlı şəhadətnamə və alqı-satqı müqaviləsi ləğv və etibarsız hesab olunmamış, qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 3191/2019 nömrəli 27.11.2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı torpaq islahatından xeyli əvvəl, 26 yanvar 1994-cü il tarixdə ünvan 1ində 0,20 ha torpaq sahəsində yerləşən, 1921-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 60 kv.m., köməkçi sahəsi 12 kv.m. olan bir mərtəbəli yaşayış evini X1 almışdır. Evin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsi İddiaçı qanuni istifadəsində olduğuna görə “Torpaq islahatı haqqında” Qanunun qüvvəyə minməsi nəticəsində həmin torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə, JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ləğv edildiyindən onun əsasında verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə də etibarlı sənəd sayıla bilməz. Məhkəmə kollegiyası iddia tələbinin 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25.05.2021-ci il müşayiət məktubu ilə daxil olmuş sənədlərdən müəyyən edilir ki, ünvan 1ində olan 0,20 ha torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmasına əsas Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 29.07.2009-cu il tarixli 2V/57 reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Çıxarışın verilməsinə əsas olan şəhadətnamə ləğv edildiyindən, həmin çıxarışın mövcudluğu, iddiaçının hüququnun pozulması kimi dəyərləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini bu hissədə təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası 10.08.2009-cu il tarixli bölgü planına əsasən Cavabdeh adına qeydiyyata alınmış 0,20 ha torpaq sahəsinin sərhədləri daxilində Şahmudrad Abbasovun aldığı ev yerləşməməyi, eyni zmanda Ali Məhkəmənin 2-1(102)-3191/2019 saylı 27.1 1.2019-cu il tarixli qərarını icra etməkdən 18 saylı Zaqatala Ərazi İdarəsinin yayınması barədə şikayətin dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, həmin dəlillər hazırkı iidanın predmetinə aid deyildir. Eyni zamanda Faiq Əəbova verilmiş 2V-58 saylı vərəsəik şəhadətnaməsi və onıın əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə hər hansı bir tələb olmamışdır. Məhkəmələr isə verilmiş tələblərlə bağlı araşdırma aparır. Digər tərəfdən Ali Məhkəmənin qanuni qüvvədə olan qərarını müzakirə etmək Apelyasıya Məhkəməsinin səlahiyyəti xaricindədir. Bundan başqa kollegiya şikayətin digər hissəsi olan Ali Məhkəmənin qərarı əsasında 0,40 ha torpaq sahəsinin evin yerləşdiyi 0,20 ha hissəsinin ləğv edilməsi üçün ilk növbədə evin yerləşdiyi 0,20 ha torpaq sahəsinin sərhədlərinin DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən müəyyən edilməməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, tərəflərin bununla bağlı DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə müraciət etmək hüququ vardır. Yən şikayətin qeyd edilən dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-209/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-209/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar