Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-163/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının nümayəndəsi Nümayəndə, İddiaçı1 və cavabdehlər Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh, Göyçay rayon notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(014)-1325/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(014)-1325/2021 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon notariusu 18.07.2019-cu il tarixdə Cavabdeh nənəsi X8 məxsus olub ünvan 1 ünvanda yerləşən miras əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cavabdeh müraciəti və həmin şəhadətnamə əsasında ünvan 2-də mülkiyət hüquqlarını qeydə almaqla çıxarış vermiş, hüquq sahiblərinin adı qrafasında Cavabdeh, X36 və X22 adlarını qeyd etmişdir. ünvan 2 ünvanında olan ev mərhum X2na məxsus olmuşdur. Həmin evdə onlar ata X2, X11, anaları Nümayəndə ilə birgə yaşamışlar. Anaları Nümayəndə 21 sentyabr 1991-ci ildə X15 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. 1990cı ildən faktiki nikahda olmuşlar. Birgə nikahdan 30 iyun 1991-ci ildə İddiaçı1 və xx xxxxxxx 1994-cü ildə Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı doğulmuşlar. Anadan olandan bu evdə yaşamış, orta təhsili bu evdə yaşayarkən almışlar. X2 10 avqust 2010-cu ildə rəhmətə getmişdir. Nənələri rəhmətə gedəndən sonra da həmin evdə anaları ilə birgə yaşamış, miras əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmişlər. Bu həmin ərazidə yaşayan bütün insanlara və digər qohumlarına məlumdur. Cavabdeh nənəsi ilə eyni həyətdə, lakin başqa evdə yaşayan əmisi Əhmədiyyə Ağayevin evini 1980-ci ilin əvvəllərində alaraq ora köçmüş və hal-hazırda da orada yaşayır. Həmin ev cavabdehin mülkiyyətindədir. Cavabdeh özünü yalandan vərəsə kimi təqdim edərək 18 iyul 2019-cu ildə vərəsəlik hüququ verən şəhadətnamə, 26.07.2019-cu il tarixdə vərəsəlik hüququ ilə onlara məxsus olan ünvan 14 saylı evə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən **********8310301 reyestr nömrəli çıxarış almışdır. Cavabdeh notariusa onlara vərəsə olmağı barədə məlumat verməmişdir. Halbuki, müraciət üçün edilən ərizədə bütün vərəsələr barədə notariusa məlumat verilməli, notarius vərəsələrin dairəsini müəyyən edərək yoxlamalıdır. Göyçay rayon notariat ofisinin xüsusi notariusu X30 qanunun tələblərini pozaraq miras əmlaka digər vərəsələrin olub-olmamasını araşdırmadan Cavabdeh 18 iyul 2019-cu ildə miras əmlakdan tam hissədə pay almağa dair şəhadətnamə vermişdir. Cavabdeh Zahid oğlu qanunsuz yolla əldə olunmuş 18 iyul 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərək 13.08.2019-cu ildə çıxarış almışdır. Qeyd olunan reystrdən çıxarış etibarsız hesab edilməlidir. X11 rəhmətə getdiyi üçün nənələrinin vərəsəsi onlardır. Qeyd etdiyi kimi evin mülkiyətçisi olan X2 2010-cu ildə ölmüş, onun ölümündən sonra miras qalmış əmlakı faktiki onlar qəbul edərək orada yaşamışlar. İddia üzrə Cavabdeh Zahid oğlu isə həmin vaxt qonşuda özünə məxsus evdə yaşamışdır. Cavabdeh Zahid oğlu vərəsə hesab edilmir, əmlakı nə faktiki, nə də ki, qanun üzrə qəbul etməmişdir. Cavabdeh Zahid oğlu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarışı nənəsinin ölümündən 9 il sonra almışdır. Hətta, o, vərəsə olmuş olsa idi belə müddətin keçməsinin üzrlü hesab edilməsinə dair məhkəmə qətnaməsi, yaxud digər vərəsələrin razılığı ilə çıxarış ala bilərdi. Ağdaş rayon notariat ofisi X2ndan miras qalmış və tərəflərindən faktiki olaraq qəbul edilmiş ünvan 3 ünvanda yerləşən miras əmlaka-evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edir. Sonradan iddiaçılar məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini artırmışlar və iddia tələbində göstərilənlərdən əlavə olaraq Cavabdeh Ağdaş rayon Notariat ofisi tərəfindən 30 noyabr 2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə etdilər və iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Göyçay rayon Notariat ofisinin notariusu X26 iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, mərhum X12 1989-cu ildə rəsmi nikah qeyd etdirməklə cavabdehlərin anası Nümayəndə ilə evlənərək ailə qurmuşlar. Onlar toylarının növbəti günü Bakı şəhəri, ünvan 4 ünvana köçərək orada yaşamağa başlamışlar. O, mərhum qardaşının və ailəsinin xahişi ilə 2002-ci ildə həmin evi sataraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi 29 saylı binanın 25 nömrəli mənzilini onlara almışdır. Cavabdehlər və anaları həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamışlar və hazırda da həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. X12 18 oktyabr 2005-ci ildə Rusiya Federasiyasında öldürülmüşdür. Cavabdehlərin miras əmlak kimi mübahisələndirdikləri fərdi yaşayış evi mərhum anası X7 mülkiyyətində olmuşdur. Anası 2010-cu ildə Ağdaş şəhərində mübahisəli yaşayış evində vəfat etmişdir. Anasının ölümündən sonra qanunla müəyyən olunmuş qaydada və müddətdə mərhum qardaşı anasından əvvəl vəfat etdiyinə və qardaşının ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri olan cavabdehlər qanunla müəyyən edilmiş müddətdə və qaydada miras əmlakda mərhum qardaşına çatası payını mübahisələndirmədiklərinə görə həmin dövrdə Ağdaş rayonu notariat kontorunun xüsusi notariusu M.Əliyev işdən azad olunduğuna və notariat hərəkətlərinin aparılması müvəqqəti olaraq Göyçay rayon Notariat ofisinin xüsusi notariusuna həvalə edildiyindən Göyçay rayon Notariat ofisində vərəsəlik işi açdıraraq qanun üzrə birinci növbə vərəsə kimi anasından miras qalmış əmlakı qəbul etmişdir. Bundan sonra miras əmlakı, yəni həyətyanı torpaq sahəsini ümumi birgə, yaşayış evini isə tam mülkiyyət hüququ üzrə DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydə aldırmış və bu barədə onun və digər iki nəfər ailə üzvlərinin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 iyul 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və fərdi yaşayış evinin texniki pasportu işlənərək verilmişdir. Göründüyü kimi 2010-cu ildə Ağdaş şəhərində mübahisəli yaşayış evində vəfat etmiş mərhum anası Hənifə Abdullayevanın ölümündən sonra onun birinci növbə vərəsələri o və qardaşı VCavabdeh olmuşdur. Cavabdehlərin ataları, qardaşı VCavabdeh anası Hənifə Abdullayevadan öncə vəfat etdiyi üçün qardaşının uşaqları olan cavabdehlər İddiaçı2 və İddiaçı1 qardaşı VCavabdeh birinci növbə vərəsələri kimi anasından miras qalmış əmlakda VCavabdeh miras qala biləcək paya qanun üzrə birinci növbə vərəsə ola bilərdilər, lakin onlar anasının ölümündən sonra keçən müddətdə miras əmlakla maraqlanmamışlar, mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən olunmuş müddətdə müvafiq icra orqanına müraciət etməmişlər, yəni onlar bu hüquqlarından istifadə etməmişlər. O, anasından qalmış miras əmlak olan fərdi yaşayış evini tam olaraq haqlı olaraq miras əmlak kimi qəbul etmiş və bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdehlər mərhum anasının ölümündən sonra bütün yuxarıda qeyd etdiyi işin həqiqi hallarına “Cavabdeh Nümayəndə qarşı yaşayış evindən məcburi çıxarma, mənzilin boşaldılması və köçürülmə tələbi haqqında iddiasına, Nümayəndə və İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qarşılıqlı iddiasına dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-879/2020 saylı və Şəki Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(107)-250/2021 saylı qətnamələri ilə hüquqi qiymət verilmiş və həmin hallar həmin qətnamələrlə təsdiq olunmuşdur. Ona görə də hesab edir ki, mübahisə predmeti olan miras əmlak olan fərdi yaşayış evinə dair qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğuna görə həmin hallar təkrar mübahisələndirilə bilməz. Yuxarıda göstərdiyi həqiqi hallardan aydın görünür ki, iddiaçıların ona və digərlərinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsası belə yoxdur. Ona görə də iddia tələbini özünə aid hissədə qəbul etmir və buna etiraz edir. Odur ki, yuxarıda göstərdiklərinin nəzərə alınmasını, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh, Göyçay rayon Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ağdaş rayon Notariat ofisinin üzərinə vəzifə kimi qoyulması barədə iddia ərizəsi əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası ƏMDX yanında DƏDRXnin və Göyçay rayon Notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı mərhum qardaşı Vasifin uşaqlarıdır. Cavabdeh da onun qardaşıdır. Cavabdeh ilə münasibətləri yaxşı deyil. ünvan 1 saylı ev onların ata-analarına məxsus olub. O, 1972-ci ildən həmin evdən çıxıb getmiş və Bakı şəhərində yaşayır. ünvan 1 saylı evdə anasının sağlığında və anası vəfat etdikdən sonra mərhum qardaşı Vasifin arvadı və uşaqları yaşamışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı apellyasiya şikayətini iddia ərizəsində göstərdiklərinə uyğun əsaslandıraraq əlavə olaraq göstərmişlər ki, Göyçay rayon notariat ofisinin xüsusi notariusu X30 qanunun tələblərini pozaraq miras əmlaka digər vərəsələrin olub olmamasını araşdırmadan Cavabdeh 18 iyul 2019-cu ildə miras əmlakdan tam hissədə pay almağa dair şəhadətnamə vermişdir. Cavabdeh Zahid oğlu qanunsuz yolla əldə olunmuş 18 iyul 2019-cu il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə təqdim edərək 13.08.2019-cu ildə çıxarış almışdır. İddia üzrə Cavabdeh Zahid oğlu həmin vaxt qonşuluqda özünə məxsus evdə yaşamışdır və vərəsə kimi qanunla müəyyən edilmiş qaydada hüququndan istifadə etməmiş, əmlakı nə faktiki nə də ki, qanun üzrə qəbul etməmişdir Cavabdeh Zahid oğlu AR ƏMDKDƏ DRX-dən çıxarışı nənəsinin ölümündən 9 il sonra almışdır. Hətta o vərəsə olmuş olsa idi belə müddətin keçməsinin üzürlü hesab edilməsinə dair məhkəmə qətnaməsi, yaxud digər vərəsələrin razılığı ilə çıxarış ala bilərdi. Ağdaş rayon notariat ofisi nənələri X6 miras qalmış və tərəflərindən faktiki olaraq qəbul edilmiş ünvan 3 ünvanda yerləşən miras əmlaka- evə qanun Üzrə Vərəsəlik hüququ Haqqında Şəhadətnamə verilməsindən imtina edir. Yuxarıda qeyd edilənlərdən müəyyən olunduğu kimi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystiri Xidmətinin çıxarışı qanunsuz yolla əldə edilmiş vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. Ona görə də, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının nümayəndəsi Nümayəndə və İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddia ərizəsində vərəsəlik şəhadətnamələrinin ləğv edilməsini və çıxarışın etibarsız hesab edilməsini xahiş etmələrini göstərsələr də, onların əsl niyyəti miras əmlakı əvvəlki vəziyyətə qaytarmaq olmuşdur. Ona görə də, onların bu xahişlərinin nəzərə alınmasını istəyirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(014)-1325/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hal-hazırda iddiaçıların çıxarışının ləğv edilməsini xahiş etdikləri ev uçub dağılmışdır. Onunla bağlı Ağdaş bələdiyyəsinin sədri Q.Qarayev tərəfindən verilmiş arayışı məhkəmə kollegiyasına təqdim etdi. Cavabdehlər Göyçay rayon notariat ofisinin nümayəndəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(014)-1325/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh, Göyçay rayon notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və 26.07.2019-cu il tarixli **********8310301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməli, 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab edilməli və 26.07.2019-cu il tarixli **********8310301 reyestr nömrəli çıxarış ləğv edilməli, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh, Göyçay rayon notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia tələbinin ünvan 3 ünvanda yerləşən miras əmlaka-evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə aid olan hissəsinin baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(107)-163/2022 nömrəli qərardadı nəzərə alınmalıdır. İşin materiallarında olan Ağdaş VVAQ bürosu tərəfindən verilmiş 24.06.1967-ci il tarixli, AZ seriyalı, № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X33 07.06.1967-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. X13, anası isə X9r. İşin materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 10.10.2006ci il tarixli AZ-İ seriyalı, № 210793 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X33 18.10.2005-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 19.09.1991-ci il tarixli, XVİ-JQ seriyalı, 349955 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1991- ci il tarixdə Bakı şəhəri Oktyabr rayonunda anadan olmuşdur. X15, anası isə X23r. İşin materiallarında olan Bakı şəhəri Yasamal rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 11.10.1994-cü il tarixli, XVİİİ-JQ seriyalı, 464115 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdur. X15, anası isə Nümayəndədır İşin materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 26.07.2019-cu il olan çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında ümumi sahəsi 91 kv.m olan yaşayış evi tam olaraq, həmin ünvanda 0,0601 ha torpaq sahəsi isə X36 və X32 ilə birlikdə Cavabdeh paylı xüsusi mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 11 iyun 2020-ci il tarixli, 07 saylı arayışın surətindən görünür ki, Nümayəndə 2007-ci ildə Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin Uşaq şöbəsinə işə qəbul edilmişdir. Halhazırda Ağdaş rayon Nehrəxəlil kənd kitabxanasında kitabxanaçı vəzifəsində işləyir. İşin materiallarında olan Ağdaş rayon Təhsil şöbəsi tərəfindən verilmiş 10 iyun 2020ci il tarixli, 28 saylı arayışın surətindən görünür ki, Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı 2006-2013-cü tədris illərində Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 №-li tam orta məktəbin Azərbaycan bölməsində oxumuşdur. İşin materiallarında olan Ağdaş rayon Təhsil şöbəsi tərəfindən verilmiş 10 iyun 2020ci il tarixli, 29 saylı arayışın surətindən görünür ki, İddiaçı1 2006- 2009-cu tədris illərində Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 №-li tam orta məktəbin Azərbaycan bölməsində oxumuşdur İşin materiallarında olan Göyçay rayon Notariat ofisinin 02 mart 2021-ci il tarixlli, 327 saylı məktubunun surətindən görünür ki, İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının pretenziya məktubuna cavab olaraq bildirilir ki, 09.08.2010-cu ildə vəfat etmiş X8 Ağdaş rayon Dövlət Notariat Kontoru tərəfindən 30.11.2012-ci ildə vərəsəlik hüququ tanınmış və 18.07.2019- cu ildə həmin vərəsəyə növbəti miras əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işinin arasında olan bütün sənədlər həmin əmlakın oğlu Cavabdeh tərəfindən idarə edildiyi subuta yetirilir və vərəsəlik şəhadətnamə verilənədək onun həmin əmlakda miras qoyanla bir yerdə yaşaması təsdiq edilir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin 17.08.2020-ci il tarixli, № **********40 saylı məktubunun surətindən görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 34-də yerləşən fərdi yaşayış evi X7 adına tərtib olunmuş 2256 inventar nömrəli texniki pasporta və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən və üzvlərinin (2 nəfər) adlarına tərtib edilmiş JN-2891A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 26.07.2019-cu il tarixində vahid daşınmaz əmlak kimi qeydə alınmış, X7 vəfatından sonra 18.07.2019-cu il tarixində ev və özünə məxsus torpaq payı notarial qaydada oğlu Cavabdeh adına rəsmiləşmiş və 13.06.2019-cu il tarixində dövlət reyestrində qediyyata alınmışdır. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 21.09.1991- ci il tarixli, V-JQ seriyalı 422461 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X27 21.09.1991-ci il tarixdə 148 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisinin 28 aprel 2021-ci il tarixli, 312 saylı məktubundan görünür ki, İddiaçı1 Ağdaş rayon Notariat ofisinə ünvanladığı ərizəyə cavab olaraq bildirilmişdir ki, “Elektron notariat” X3 axtarış nəticəsində müəyyən edilmişdir ki, X1 adına Göyçay rayon Notariat ofisində 18.07.2019-cu il tarixdə vərəsəlik işi açılmaqla, vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamə verilmişdir. X1 adına təkrar olaraq Ağdaş rayon Notariat ofisində vərəsəlik işinin açılması mümkün deyildir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.07.2021-ci il tarixli, № **********18 saylı məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1325/2021 saylı işi ilə bağlı, sorğu ilə əlaqədar olaraq Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 34 saylı evin X7 adına rəsmiləşdirilməsinə əsas olmuş ilkin sənədlərin surəti təqdim edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.02.2014-cü il tarixli, RX seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında ümumi sahəsi 41,37 m2 , yaşayış sahəsi 28,67 m2 , yardımçı sahəsi 12,7 m2 , 2 otaqdan ibarət olan mənzil Nümayəndə xüsusi mülkiyyətindədir. İşin materiallarında olan JN-2891A seriyalı, kod 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv bağlar dövlət bağçılıq təsərrüfatının bağı üçün X10 və ailə üzvləri Ağayeva (Əliyeva) Elza Asif qızı, X22 mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.06.2019-cu il tarixli, № ********** saylı çıxarışının surətindən görünür ki, ünvan 8 ünvanında ümumi sahəsi 91 m2 , torpaq sahəsi 0,0601 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi tam olaraq, həmin ünvanın yerləşdiyi torpaq sahəsi isə X36 və X32 ilə birlikdə X7 xüsusi mülkiyyətindədir İşin materiallarında olan 18.07.2019-cu il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 09.08.2010-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 24 ünvanda yaşayan oğlu Cavabdeh (AZE 0*******, 02/05/2012 - AĞDAŞ RPŞ, FİN: xxxxxxx) və o, miras əmlakdan aşağıda göstərilən tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən 13/06/2019 tarixdə X8 verilmiş **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa və real vaxt rejimində 18.07.2019-cu il tarixdə ********** nömrəli arayışa əsasən ünvan 8 ünvanında ümumi sahəsi 91 kv.m, o cümlədən yaşayış sahəsi 35 kv.m olan 2 otaqlı yaşayış evindən və 0,0601 ha torpaq sahəsi X8 məxsus olan payından ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.08.2010-cu il tarixli, AZ-İ seriyalı, № 431958 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09.08.2010-cu il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.2019cu il tarixli, № 1205 saylı arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1934-cü ildə Ağdaş rayon Qəsil kəndində anadan olmuş və Ağdaş rayonunda qeydiyyat olmuş X1 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 12.06.2019-cu ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu: Cavabdeh, qızı: X28. İşin materiallarında olan vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən çıxarışın surətindən görünür ki, X7 X33 adlı uşağı olmuşdur. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 14.06.2019-cu il tarixli, 8/132- 92032-3219 saylı məktubunun surətindən görünür ki, X18 13.06.2019-cu il tarixdə Ağdaş rayon Polis şöbəsinə etmiş olduğu müraciətinə cavab olaraq bildirilir ki, onun mərhum anası X4 RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun kartotekası ilə 17.06.2005-ci il tarixdən vəfat edənə qədər (09.08.2010) Ağdaş şəhəri, C.Hacıyev küçəsi, ev 24-də qeydiyyatda olmuşdur. İşin materiallarında olan Ağdaş rayon İHB-nin Ağdaş şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2019-cu il tarixli, 2391 saylı arayışın surətindən görünür ki, Cavabdeh mərhum X10 ilə ünvan 9 ünvanda birgə yaşamışlar. İşin materiallarında olan Ağdaş rayon İHB-nin Ağdaş şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2019-cu il tarixli, 2390 saylı arayışın surətindən görünür ki, X10 vəfat etdiyi günədək (17.08.2010-cu il tarixli, AZ № 431958 saylı ölüm haqqında şəhadətnamə) ünvan 13 evdə yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 16.07.2019-cu il tarixli, 8/1321083/A-3219 saylı məktubunun surətindən görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 24-də yaşayan Cavabdeh 15.07.2019-cu il tarixdə Ağdaş rayon Polis şöbəsinə vermiş olduğu ərizəsinə cavab olaraq bildirilir ki, X14 RPŞ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekası ilə qeydiyyatdan keçmir İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 11.11.1981- ci il tarixli, İİ-JQ seriyalı, № 336401 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 16.09.1981-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 13.02.1962ci il tarixli, AZ seriyalı, 152609 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1962-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X13, anası isə X9r. İşin materiallarında olan Ağdaş rayonu ZAQS bürosu tərəfindən verilmiş 07.10.1952ci il tarixli, İE seriyalı, 850733 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 23.09.1952-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X13, anası isə X9r. İşin materiallarında olan 18.07.2019-cu il tarixli ərizədən görünür ki, X28 09 avqust 2010-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış Ağdaş şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 34 saylı evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən ona çatası payı qəbul etməkdən imtina etmişdir. İşin materiallarında olan 30 noyabr 2012-ci il tarixli, 2V-01-944 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən (929 saylı vərəsəlik işi) görünür ki, X7 vərəsəsi ünvan 2 ünvanında yaşayan oğlu Cavabdeh miras əmlak olan "xxxx" ASC-də 20139 və ******* saylı hesabda olan əmanət puldan irs almışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1248.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, X10 iddiaçıların nənəsi, Cavabdeh anasıdır. - X7 əri X31 16.09.1981-ci il tarixdə ölmüşdür. - X7 Cavabdeh, X33, Şahid və X29 adlı 4 övladı olmuşdur. - X7 oğlu X33 18.10.2005-ci ildə ölmüşdür. X24 İddiaçı1 və İddiaçı2 adlı iki övladı olmuşdur. - X10 09.08.2010-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra övladları Cavabdeh, Şahid, X29 və Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə uyğun olaraq oğlunun övladları İddiaçı1 və İddiaçı2 adlı birinci növbəli vərəsələri qalmışdır. - X7 övladlarından X28 miras əmlakı faktiki qəbul etməməklə, həmçinin ərizə yazaraq imtina etməklə və Şahid isə məhkəməyə təqdim etdiyi ərizəsinin məzmunundan və vərəsəlik hüququnun yarandığı tarixdən sonrakı hərəkətləri ilə müəyyən edilir ki, faktiki qəbul etməməklə imtina etmişdir. - X10 vəfat edərkən ondan miras olaraq Ağdaş şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 34 saylı ev, həmin evin yerləşdiyi Ağayeva (Əliyeva) Elza Asif qızı və X32 ilə birlikdə paylı mülkiyyətində olan torpaq sahəsi miras qalmışdır. - Həmçinin, X10 vəfat edərkən ondan miras əmlak kimi "xxxx" ASC-də 20139 və ******* saylı hesabda əmanət pul qalmışdır. - X7 vərəsəsi Cavabdeh 30 noyabr 2012-ci il tarixdə miras əmlak olan "xxxx" ASC-də 20139 və ******* saylı hesabda olan əmanət puldan irs almışdır. - İddiaçılar nənələri vəfat etdikdən sonra ünvan 11 ünvanında qeydiyyatda olmaqla, hər ikisi Bakı şəhərində yaşayırlar. - İddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahata əsasən onlar X5 miras əmlak kimi əmanət pulun, evin və torpaq sahəsinin qaldığını bilsələr də, bu barədə heç bir xüsusi səbəb göstərmədən notariat orqanına müraciət etməmişlər. Həmçinin, iddiaçılar atalarından miras qalmış ünvan 7 ünvanında yerləşən mənzili də miras kimi qəbul etməmişlər, həmin miras da Nümayəndə tərəfindən qəbul edilmişdir. - Cavabdeh 02.06.2020-ci il tarixdə Nümayəndə qarşı yaşayış evindən məcburi çıxarma, mənzilin boşaldılması və köçürülmə tələbi haqqında iddia tələbi ilə məhkəməyə müraciət edərkən İddiaçı1 da ona qarşı Nümayəndə ilə birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin vaxt ona X5 miras qalmış əmlakın Cavabdeh tərəfindən qəbul edilməsini bilsə də, yenə də bunu mübahisələndirməmişdir. - Ağdaş rayon İHB-nin Ağdaş şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2019-cu il tarixli, 2391 saylı arayışla müəyyən edilir ki, Cavabdeh X10 ilə ünvan 9 ünvanda birgə yaşamışlar. - Cavabdeh anasının ölümündən sonra ondan miras qalmış bank hesabındakı əmanət pulu qəbul etmiş və bu barədə müvafiq şəhadətnamə almışdır. - Cavabdeh hazırda da ünvan 13 ünvanda yaşayır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X10 vəfat etdikdən sonra Cavabdeh ondan miras qalmış əmlakları faktiki olaraq qəbul etmiş, bununla bağlı müvafiq orqanlara müraciətlər etmiş, iddiaçılar isə əksinə X7 ölümündən yalnız 11 il sonra bu barədə məhkəməyə müraciət etmişlər və uzun müddət vərəsəliyi qəbul etmələri ilə bağlı müvafiq orqanlara müraciət etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Eyni zamanda, X10 vəfat etdikdən sonra İddiaçı1 hərbi xidmətdən geri qayıtmış və bundan sonra daimi yaşamaq üçün Bakı şəhərinə getmişdir. İddiaçı2 isə Mingəçevirdə kollecdə təhsil aldıqdan sonra ailə qurmuş və daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Beləliklə, iddiaçılar müvafiq olaraq hərbi xidmətdən geri döndükdən, kollecdə təhsilini bitirdikdən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə verməmişlər və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamadan Bakı şəhərinə köçmüşlər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır. İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh, Göyçay rayon notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsi, 26.07.2019-cu il tarixli **********8310301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və ünvan 3 ünvanda yerləşən miras əmlaka-evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə iddia qaldırmışlar. Məhkəmə kollegiyası hesab edir ki, 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab edilməli, 26.07.2019-cu il tarixli **********8310301 reyestr nömrəli çıxarış ləğv edilməli olduğu halda iddiaçılar səhvən iddianı hazırki şəkildə qaldırmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, 26.07.2019-cu il tarixli **********8310301 reyestr nömrəli çıxarışın ləğv edilməsi şəklində nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayon notariat ofisinin 18 iyul 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi ilə Cavabdeh ünvan 14 ünvanda yerləşən miras əmlakdan tam hissədə pay verilmişdir. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ünvan 14 saylı evin Cavabdeh məxsus olması barədə **********8310301 reyestr nömrəli çıxarış verilmişdir. ünvan 2 ünvanında olan ev X8 məxsus olmuşdur. Həmin evdə iddiaçılar ata X2, X11, anaları Nümayəndə ilə birgə yaşamışlar. Anaları Nümayəndə 21 sentyabr 1991-ci ildə X15 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. 1990-cı ildən faktiki nikahda olmuşlar. Birgə nikahdan 30 iyun 1991-ci ildə İddiaçı1 və xx xxxxxxx 1994-cü ildə Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı doğulmuşlar. Ataları öləndən sonra bu evdə yaşamışlar. X2 10 avqust 2010-cu ildə rəhmətə getmişdir. Nənələri rəhmətə gedəndən sonra da həmin evdə anaları ilə birgə yaşamış, miras əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmişlər. Cavabdeh X10 ilə eyni həyətdə, lakin başqa evdə yaşayan Əhmədiyyə Ağayevin evini 1980-ci ilin əvvəllərində alaraq ora köçmüş və hal-hazırda da orada yaşayır. Həmin ev Cavabdeh mülkiyyətindədir. Cavabdeh Ağayev X35 rayon notariat ofisinə müraciət etmiş və sonuncu tərəfindən ona 18 iyul 2019-cu il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göyçay rayon notariat ofisi tərəfindən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən X7 başqa vərəsələrinin olub-olmaması araşdırılmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququsubyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.4-cü mаddəsinə əsаsən, əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsilə tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələblərinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələblərinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinin tələblərinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququ hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbəli vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlərdir) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş mirаs оnun аçıldığı gündən vərəsənin mülkiyyəti sаyılır. Həmin Məcəllənin 1257-ci mаddəsinə əsasən hər hаnsı şərtlə və yа hər hаnsı müddətə mirаsı qismən qəbul etməyə və yа оndаn qismən imtinа etməyə yоl verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Göyçay rayon notariat ofisi tərəfindən Cavabdeh verilmiş 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Eyni zamanda məhkəməyə təqdim edilmiş Ağdaş Rayon Bələdiyyəsinin 05.01.2022ci il tarixli N-02 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0692 ha həyətyanı torpaq sahəsi və 91kv metr ölçüdə fərdi yaşayış evi var idi. Cavabdeh 91 kv metr ölçüdə yaşayış evi qəzalı vəziyyətdə olduğu üçün həmin evdə yaşamaq mümkün olmadığından Cavabdeh tərəfindən 2021-ci ilin dekabr ayında sökülüb götürülmüşdür. Həmin faktı tərəflər məhkəmə kollegiyasının iclasında izahat verərkən təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ünvan 14 saylı evlə bağlı Cavabdeh adına verilmiş **********8310301 reyestr nömrəli çıxarış, etibarsız əqd əsasında verildiyindən, həmçinin çıxarış verilmiş daşınmaz əmlak tamamilə məhv olduğundan ləğv edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(014)-1325/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh, Göyçay rayon notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və 26.07.2019-cu il tarixli **********8310301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməli, 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab edilməli və 26.07.2019-cu il tarixli **********8310301 reyestr nömrəli çıxarış ləğv edilməli, iddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh, Göyçay rayon notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia tələbinin ünvan 3 ünvanda yerləşən miras əmlaka-evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə aid olan hissəsinin baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(107)-163/2022 nömrəli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(014)-1325/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh, Göyçay rayon notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və 26.07.2019-cu il tarixli **********8310301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilsin. Cavabdeh adına verilmiş 18 iyul 2019-cu il tarixli və 30 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Cavabdeh adına ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı verilmiş 26.07.2019-cu il tarixli **********8310301 reyestr nömrəli çıxarış ləğv edilsin. İddiaçılar İddiaçı1 və Ağayeva (Rüstəmova) Hənifə Vasif qızının cavabdehlər Cavabdeh, Göyçay rayon notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia tələbinin ünvan 3 ünvanda yerləşən miras əmlaka-evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə aid olan hissəsinin baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(107)-163/2022 nömrəli qərardadı nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-163/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-163/2022
26.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver