Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1636/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-280/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Zaqatala Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) iddia qaldıraraq, Cavabdeh1 1 baş inək və 1 baş buzovun dəyəri olan 1800 manat pulun 2/3 hissəsinin, Cavabdeh2 isə 1 baş inək, 1 baş buzov və 1 baş dananın dəyəri olan 3000 manat pulun 2/3 hissəsinin alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ataları X2 daşınmaz əmlaklardan başqa 2 baş inək, 2 baş buzov və 1 baş da dana miras qalmışdır. Həmin ev heyvanlarından 1 baş inəyi və 1 baş buzovu Cavabdeh1, 1 baş inək, 1 baş buzov və 1 baş dananı isə Cavabdeh2 aparmışdır. Cavabdeh1 həmin heyvanlara heç bir hüququ olmadığı halda atasının ölümündən istifadə edərək onları aparmışdır. Belə ki, o, mərhum atası X5 vərəsəsi deyildir. Cavabdeh2 vərəsə olsa belə mərhum ataları X2 miras qalmış 1 baş inək, 1 baş buzov və 1 baş danadan onlara çatacaq payı da mənimsəmişdir. Qeyd olunan məsələ ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına şikayət etsələr də, sonda onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Cavabdeh1 apardığı 1 baş inəyin dəyəri 1500 manat və 300 manat olmuşdur. Cavabdeh2 aparmış olduğu 1 baş inəyin dəyəri 1800 manat, 1 baş buzovun dəyəri 400 manat və 1 baş dananın qiyməti isə 800 manat olmuşdur. Mərhum ataları X5 3 vərəsəsi vardır. Həmin vərəsələr onlar və iş üzrə Cavabdeh2dır. Bu səbəbdən həmin heyvanlardan onlara düşən 2/3 hissənin cavabdehlərdən alınıb onlara verilməsini istəyir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə araşdırması zamanı ifadə verərək bildirmişlər ki, həmin təsərrüfatda ümumiyyətlə inək olmamış, olan heyvanlar da dəfn mərasimlərində kəsilmişdir. Halbuki, is materiallarına əlavə edilmiş Aşağı Tala sahə baytarlıq məntəqəsinin xx xxxx 2020- ci il tarixli arayışından görünür ki, mərhum X7 məxsus 5 bas mal-qara klinik müayinədən və termometriyadan keçirilmiş, kliniki sağlamdır. Həmin heyvanlar peyvənd olunmuşdur. Əgər ki, məhkəmə iş materiallarına əlavə edilmiş Zaqatala RİH başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 175 nömrəli arayışına istinadən hazırki qənaətə gəlmişdirsə, bu da yalnışdır. Çünki, həmin arayış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözləri əsasında yazılmış, heç bir araşdırma aparılmamış və bu zaman cavabdehlərin özlərinin müdafiəsi üçün bu qaydada məlumat verməsi mümkün olmuşdur. Həmin arayışda qeyd olunur ki, təsərrüfatbaşına kitablarda mal-qaranın uçotu şifahi sorğu qeydlərinə əsasən hər il üzrə yanvar ayının 1-i vəziyyətinə ildə bir dəfə aparılır. 12 nömrəli təsərrüfatbaşına kitabın 162-ci səhifəsinin qeydlərinə əsasən mərhum X7 məxsus təsərrüfatda mal-qara görünsə də, həmin mal-qara şifahi sorğuya əsasən ata və ananın dəfn mərasimində kəsilmişdir. xx xxxx 2019-cu il tarixdə nümayəndəlik tərəfindən verilən 801 saylı arayışda qeyd olunan mal-qara 2019-cu ilin may ayından etibarən həmin təsərrüfatda olmamışdır. xx.xx.2020-ci il tarixə qədər həmin təsərrüfatda mal-qara yoxdur. Məhkəmə iclasının protokollarından da göründüyü kimi, həmin təsərrüfatda Cavabdeh2 və mərhum anası yaşamışdır. Biz isə ayrı təsərrüfatda yaşamışıq. Yəni bizim həmin təsərrfata daxil olmağa imkanımız olmamışdır. Apelyasiya şikayətinə əlavə etdiyim cinayət işinin rədd edilməsi haqqında xx xxxx 2019cu il tarixli qərardan da göründüyü kimi, cavabdehlərdən Cavabdeh2 həmin evdən gizlin şəkildə başqa əmlaklar da aparmış və bir baş inəyin isə qardaşı, iş üzrə Cavabdeh1 hədiyyə olunduğunu bildirmişdir. Zaqatala Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməsində qeyd edir ki, "...Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, mal-qara alveri ilə məşğul olur. Ona görə də kənddə Emin adlı şəxsdə bir baş inək və bir baş buzov olduğunu və onları satdığını bilmişdir. Həmin inəyi mərhum X5 inəyinə oxşatmışdır. Bununla bağlı İddiaçı1 məlumat vermişdir. Sonuncu da ona həmin inəyin mərhum atasının olduğunu və onları almasını bildirmişdir. O da bir baş inəyi və buzovu Emindən almışdır." Göründüyü kimi, iddianın əsaslı olması şahid ifadəsi ilə də təsdiq edilmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-280/2020 iş nömrəli qətnaməsini ləğv edərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edəsiniz. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən İddiaçı1 apelyasiya şikayətinə əlavə olaraq bildirmişdir ki, mərhum atamdan iki baş inək, bir düyə, bir baş buzov və bir baş dana miras qalıb. Mərhum atamdan ayrı, öz evimdə yaşayıram. Atamın ayrı təsərrüfatı olub, mal-qara da onun həyətində idi. Atamın yas mərasimi mən keçirmişəm. Yas mərasimdə mübahisəli heyvanları kəsməyə mənə icazə vermədilər. Heyvanlar atamın ölümündən təxminən 6 ay sonra, analığımın vəfatından sonra satılıb. Bacım Aynura görə mən həmin mal-qaranı o vaxta qədər istəməmişəm. Analığım 2019-cu ilin aprel ayında vəfat edib. Bu vaxta qədər mərhum atamın evindən heç nə götürməmişəm. Atamın ölümündən sonra doğma bacımla notariusa getmişik. Vərəsəlik haqqında şəhadətnamə yazılarkən daşınmaz əmlak qeydiyyata alınıb. Notarius daşınar əmlakın qeydə alınmamasını, bununla bağlı icra nümayəndəsinə müraciət etmək lazım olduğunu bildirdi. İcra nümayəndəsi gəlib yerində heyvanlara baxmır. Onlar nə deyirsə onu yazırlar, amma sahə baytarlıq məntəqəsinin nümayəndəsi heyvanları sayıb peyvənd edir. Mübahisəli heyvanların kəsilməsi ilə bağlı qeyd edirəm ki, iş materiallarında olan 1 saylı heyvan kəsimi məntəqəsinin arayışdan görünür ki, xx.xx.2020-ci il tarixə qədər mərhum atama məxsus heç bir iribuynuzlu heyvan kəsimi məntəqəsinə daxil olmamışdır. 5 baş heyvandan olan bir baş inəyi və buzovu Cavabdeh1 Əhməd adlı şəxs alıb. Ona görə də apelyasiya şikayətimin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçı, cavabdehlər və onların nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan, yəni: Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X12 xx xxxxxx 1989-cu ildə anadan olmuş, onun atası X13, anası isə X3r. İddiaçı1 xx xxxxx 1990-cı ildə anadan olmuş, onun atası X13, anası isə X3r. xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ 056622 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx xxxxxx 2018-ci ildə ölmüşdür. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X1 xx xxxxx 2019-cu il tarixdə ölmüşdür. Zaqatala RİH başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il tarixli 801 nömrəli arayışından görünür ki, 12 saylı təsərrüfatbaşına kitabın 162-ci səhifəsinin qeydlərinə əsasən onun təsərrüfatında 1 inək, ondan olan 1 dişi buzov və 1 düyə vardır. xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbə həftəlik mal bazarında hal-hazırki qiymət iri buynuzlu 1 baş yerli sort ana-bala qiyməti 1800 manat, 1 baş inək ana-bala qiyməti 2200 manat, 1 baş dana qiyməti 1200 manat arasında dəyişir. Aşağı Tala sahə baytarlıq məntəqəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, mərhum X7 məxsus 5 baş mal-qara klinik müayinədən və termometriyadan keçirilmiş, kliniki sağlamdır. Həmin heyvanlar peyvənd olunmuşdur. Zaqatala RİH başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 486 nömrəli arayışından görünür ki, 12 saylı təsərrüfatbaşına kitabın 162 səhifəsinin qeydlərinə əsasən mərhum X7 məxsus təsərrüfatda 2019-cu ilin yanvar ayının 1-i vəziyyətinə həmin təsərrüfatda 1 inək, ondan olan 1 dişi buzov və 1 düyə olmaqla 3 baş iribuynuzlu mal-qara vardır. Zaqatala rayon 2 saylı notariat ofisinin xx xxxx 2020-ci il tarixli 280 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan İddiaçı1 və İddiaçı2 Zaqatala rayon 2 saylı notariat ofisinə müraciət edərək mərhum, xx xxxxxx 2018ci il tarixdə ölmüş atası X2 qalmış miras əmlakına dair xx xxxxxx 2018-ci il tarixdə vərəsəliyin qəbulu üçün ərizə vermişdir. Həmin tarixdə mərhumun adına vərəsəlik işi açılmışdır. İddiaçı1, İddiaçı2, digər vərəsələri Cavabdeh2 və mərhum X1 V-519 nömrə ilə X5 qanuni vərəsəsi kimi qeydiyyata alınmışdır. Bu barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya sisteminə daxil edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin xx xxxxx 2020-ci il tarixli 7/497/ş-11 nömrəli İddiaçı1 ünvanlanmış məktubunda göstərilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsərrüfatbaşına uçot qeydlərinə əsasən təsərrüfatınızda olan mal-qara haqqında müxtəlif tarixlərdə verilmiş arayışlarda göstərilən məlumatların ziddiyətli olduğunu bildirərək həqiqəti əks etdirən məlumatın Sizə verilməsinə dair müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, nümayəndəlik tərəfindən eyni təsərrüfat qeydiyyatında olan bacınız Cavabdeh2 verilmiş 2020-ci il 31 yanvar tarixli 174 nömrəli arayışa əsasən 2016-2020-ci illərin 12 nömrəli təsərrüfatbaşına uçot kitabının 162-ci səhifəsinin 2019-cu ilin yanvarı 1-i vəziyyətinə aparılan yoxlama və qeydlərin həmin ayın 15-dək aparılan dəqiqləşdirilməsi üzrə həmin təsərrüfatda 1 baş inək, 1 baş düyə və 1 baş dişi buzov olmaqla 3 baş iri buynuzlu malqaranın olduğu qeyd olunmuşdur. Nümayəndlik tərəfindən Sizin adınıza 2020-ci il 16 mart tarixli 486 nömrəli oxşar məzmunlu arayış verilmişdir. Nümayəndəlik tərəfindən bacınız Cavabdeh2 verilmiş 2020-ci il 03 fevral tarixli 175 nömrəli arayışa əsasən 2016-2020-ci illərin 12 nömrəli təsərrüfatbaşına uçot kitabının 162-ci səhifəsinin qeydlərində həmin təsərrüfatda 2019-cu ilin may ayından etibarən mal-qaranın olmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Əliabad bazarından bir baş inək almışdır. Həmin inəyə baxa bilmədiyindən onu bir ay saxladıqdan sonra Eminə satmışdır. Sonradan həmin inəyin Emində qalıb-qalmaması barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, mal-qara alveri ilə məşğul olur. Ona görə də kənddə Emin adlı şəxsdə bir baş inək və bir baş buzov olduğunu və onları satdığını bilmişdir. Həmin inəyi mərhum X5 inəyinə oxşatmışdır. Bununla bağlı İddiaçı1 məlumat vermişdir. Sonuncu da ona həmin inəyin mərhum atasının olduğunu və onları almasını bildirmişdir. O da bir baş inəyi və buzovu Emindən almışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar və Cavabdeh2 atası X13 xx xxxxxx 2018-ci ildə ölmüş və bundan sonra onun Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan vərəsələri İddiaçı1 və İddiaçı2 Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət edərək atalarından qalmış miras əmlaka dair xx xxxxxx 2018-ci il tarixdə vərəsəliyin qəbulu üçün ərizə vermiş və həmin tarixdə mərhumun adına vərəsəlik işi açılmışdır. İddiaçı1, İddiaçı2, digər vərəsələr Cavabdeh2 və mərhum X1 V-519 nömrə ilə X5 qanuni vərəsəsi kimi qeydiyyata alınmışlar. 12 saylı təsərrüfatbaşına kitabın 162 səhifəsinin qeydlərinə əsasən, mərhum X7 məxsus təsərrüfatda xx xxxxxx 2019-cu il vəziyyətinə 1 inək, ondan olan 1 dişi buzov və 1 düyə olmaqla, 3 baş iribuynuzlu mal-qara olmuşdur. İddiaçılar cavabdehlər tərəfindən miras qalmış mal-qaranın aparılmasını əsas gətirərək Cavabdeh1 1 baş inək və 1 baş buzovun dəyəri olan 1800 manatın üçdə iki hissəsinin, Cavabdeh2 isə 1 baş inək, 1 baş buzov və 1 baş da dananın dəyəri olan 3000 manat pulun üçdə iki hissəsinin ödənilməsini tələb edirlər. Cavabdehlər isə iddia tələbini qəbul etmirlər. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıların iddia etdiyi mərhum ataları X2 miras qalmış 2 baş inək, 2 baş buzov və 1 baş da dananın cavabdehlər tərəfindən aparılaraq onlara maddi ziyanın dəyməsi öz təsdiqini tapmadığından, iddiaçılar onlara vurulmuş ziyanın ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlı deyillər. Həmçinin, iddiaçı tərəfin iddia etdiyi 2 baş inək, 2 baş buzov və 1 baş da dana vərəsə kimi onların mülkiyyətində olmuş olsa belə, həmin miras qalmış malqaranın cavabdehlər tərəfindən aparılması iş materialları ilə sübut olunmur. Məhkəmə iclasında iddiaçılar həqiqətən mərhum atalarından miras qalmış mal-qaranın cavabdehlər tərəfindən aparılmasını və bunun nəticəsində cavabdehlər tərəfindən onlara hər hansı ziyan vurulmasını sübut edə bilməmişlər, həmçinin iddiaçılar bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin isə əsas dəlili odan ibarətdir ki,məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsində isə göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin N.Məmmədovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşdən görünür ki, iddiaçılar mərhum atalarından miras qalmış iki baş inək, iki baş buzov və bir baş da dananın miras qaldığını və həmin heyvanlardan bir baş inək və bir baş buzovun Cavabdeh1, bir baş inək, bir baş buzov və bir baş dananın isə digər Cavabdeh2 aparıldığını iddia edirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, əvvəlcə müəyyən edilməli məsələ iddiaçıların atası X5 ölümündən sonra həmin heyvanların mövcud olmasıdır. İddia tələbinə görə, heyvanlar mövcud olmuş və həmin heyvanları cavabdehlər aparmışlar. Ancaq işdə olan sübutlar təhlil edildikdə bunu müəyyən etmək mümkün olmur. Əvvəlcə qeyd olunmalıdır ki, iddiaçıların atası X13 xx.xx.2018-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində vəfat etdikdən sonra onun təsərrüfatında arvadı X1 yaşamış və o vəfat etdiyi xx.xx.2019-cu il tarixədək təsərrüfatı idarə etmişdir. X15 Şabanovun ikinci dəfə ailə qurduğu arvadı olmuş və onların birgə nikahlarında Cavabdeh2 doğulmuşdur. Bundan əvvəl isə Yaşar Şabanovun əvvəlki ailəsindən iddiaçılar İddiaçı1 və qızı İddiaçı2 olmuşlar. Cavabdeh1 isə Məlahət Şabanovanın əvvəlki nikahından doğulmuşdur. Zaqatala RİH başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx xxxxxx 2019-cu il tarixli 1933 nömrəli arayışda bildirmişdir ki, İddiaçı1 mərhum atası X13 öldüyü günədək (xx.xx.2018-ci il) Zaqatala rayonu Aşağı Tala kəndində yaşamışdır. Mərhum öldüyü gündən hal-hazıradək onun sağ qalmış varisləri aşağıdakılardır: arvadı - X1 (vəfat edib xx.xx.2019), oğlu - İddiaçı1, qızı - İddiaçı2 və qızı - Cavabdeh2. Həmin nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 175 nömrəli arayışında isə göstərilmişdir ki, təsərrüfatbaşına kitablarda mal-qaranın uçotu şifahi sorğu qeydlərinə əsasən hər il üzrə yanvar ayının 1-i vəziyyətinə ildə bir dəfə aparılır. 12 nömrəli təsərrüfatbaşına kitabın 162-ci səhifəsinin qeydlərinə əsasən, mərhum X7 məxsus təsərrüfatda mal-qara görünsə də, həmin mal-qara şifahi sorğuya əsasən ata və ananın dəfn mərasimində kəsilmişdir. xx xxxx 2019-cu il tarixdə nümayəndəlik tərəfindən verilən 801 saylı arayışda qeyd olunan mal-qara 2019-cu ilin may ayından etibarən həmin təsərrüfatda olmamışdır. xx.xx.2020-ci il tarixə qədər həmin təsərrüfatda mal-qara yoxdur. Həmin nümayəndəlik tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 486 nömrəli arayışında isə göstərilmişdir ki, 12 saylı təsərrüfatbaşına kitabın 162 səhifəsinin qeydlərinə əsasən, mərhum X7 məxsus təsərrüfatda 2019-cu ilin yanvar ayının 1-i vəziyyətinə həmin təsərrüfatda 1 inək, ondan olan 1 dişi buzov və 1 düyə olmaqla 3 baş iribuynuzlu mal-qara vardır. Zaqatala Rayon İcra Hakimiyyətinin xx xxxxx 2020-ci il tarixdə İddiaçı1 göndərilmiş məktubunda göstərilmişdir ki, rayon icra hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsərrüfatbaşına uçot qeydlərinə əsasən, təsərrüfatınızda olan mal-qara haqqında müxtəlif tarixlərdə verilmiş arayışlarda göstərilən məlumatların ziddiyətli olduğunu bildirərək həqiqəti əks etdirən məlumatın Sizə verilməsinə dair müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, nümayəndəlik tərəfindən eyni təsərrüfat qeydiyyatında olan bacınız Cavabdeh2 verilmiş 2020-ci il 31 yanvar tarixli 174 nömrəli arayışa əsasən 2016-2020-ci illərin 12 nömrəli təsərrüfatbaşına uçot kitabının 162-ci səhifəsinin 2019-cu ilin yanvarı 1-i vəziyyətinə aparılan yoxlama və qeydlərin həmin ayın 15-dək aparılan dəqiqləşdirilməsi üzrə həmin təsərrüfatda 1 baş inək, 1 baş düyə və 1 baş dişi buzov olmaqla 3 baş iri buynuzlu mal-qaranın olduğu qeyd olunmuşdur. Nümayəndlik tərəfindən Sizin adınıza 2020-ci il 16 mart tarixli 486 nömrəli oxşar məzmunlu arayış verilmişdir. Nümayəndəlik tərəfindən bacınız Cavabdeh2 verilmiş 2020ci il 03 fevral tarixli 175 nömrəli arayışa əsasən 2016-2020-ci illərin 12 nömrəli təsərrüfatbaşına uçot kitabının 162-ci səhifəsinin qeydlərində həmin təsərrüfatda 2019-cu ilin may ayından etibarən mal-qaranın olmadığı qeyd olunmuşdur. Təhlil edilən sübutlardan göründüyü kimi, X5 xx.xx.2018-ci ildə vəfatından sonra arvadı X1 həmin təsərrüfatda yaşamış və xx.xx.2019-cu ildə vəfat etmişdir. Onların yaşadıqları həmin nümayəndəlik Zaqatala RİH tərəfindən verilmiş arayışlardan müəyyən olunur ki, Yaşar Şabanov və arvadı Məlahət Şabanovanın təsərrüfatında iddia edildiyi kimi, 2 baş inək, 2 baş buzov və 1 baş dana deyil, cəmi 1 baş inək, 1 baş düyə və 1 baş dişi buzov olmuş və həmin heyvanlar Yaşar və Məlahət Şabanovların dəfn mərasimlərində kəsilmişdir. Məhz bu səbəbdən 2019-cu ilin may ayından etibarən həmin təsərrüfatda malqaranın olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh1 izahatında göstərmişdir ki, 2018-ci il tarixdə Xanım adlı şəxsdən bir baş inək almışdır. Həmin inəyə 8 ay baxmışdır. Həmin inəyin balası olmuşdur. Həmin bir baş inəyə və onun balasına öz həyətində baxmışdır. Sonradan isə kənddə Əhməd adlı şəxsə onların hər ikisini satmışdır. O, mərhum X2 hansı əmlakların miras qalmasını bilmir, həmçinin nə o, nə də ki bacısı Cavabdeh2 inək və ya hər hansı ev heyvanı götürməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində Cavabdeh1la eyni məzmunlu izahat verən digər Cavabdeh2 nə özünün, nə qardaşı Eminin inək və ya hər hansı ev heyvanı götürmədiklərini, bu barədə məlumatının olmadığını və ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərlə yanaşı, birinci instansiya məhkəməsində cavabdehlərin vəsatəti əsasında şahid qismində ifadə vermiş X10 ifadəsində göstərmişdir ki, Əliabad bazarından bir baş inək almışdır. Həmin inəyə baxa bilmədiyindən onu 1 ay saxladıqdan sonra Eminə satmışdır. Sonradan həmin inəyin Emində qalıb-qalmaması barədə məlumatı yoxdur. Sübut kimi istinad edilən bi izahat və ifadələrdən də aydın olur ki, Yaşar və Məlahət Şabanovaların vəfatından sonra cavadehlərə hər hansı ev heyvanı miras qalmamış və onlar bu qismdə miras əldə etməmişlər. Apelyasiya şikayətinin dəlillərinə gəlincə, qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi Aşağı Tala sahə baytarlıq məntəqəsinin xx xxxx 2020-ci il tarixli arayışının özü sübut kimi şübhədən kənar deyil. Belə ki, həmin arayışda mərhum X7 məxsus beş baş heyvanın kliniki müayinədən və termometriyadan keçirildiyi, 2019-cu ilin yanvar ayında qara yaraya, oktyabr ayında dabağa və aprel ayında nodulyar dematitə qarşı peyvən olunması göstərilsə də, arayışın verilmə tarixi 11.3.2020 göstərilmiş, sonra isə həmin tarixdə düzəliş edilmişdir ki, bu da onun hansı vaxtda yazılmasını şübhə altına alır. Digər tərəfdən, arayışın möhürsüz olması, habelə müddətinin 3 gün göstərilməsi, məhkəməyə isə ondan xeyli müddət sonra təqdim edilməsi, arayışda heyvanların sayının 5 baş, nümayəndəlik tərəfindən verilmiş arayışlarda isə 3 baş göstərilməsi bu şübhələrin tamamilə əsaslı olması qənaətinə gəlməyə əsas verir. Bundan əlavə, iddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, mal-qara alveri ilə məşğul olur. Ona görə də, kənddə Emin adlı şəxsdə bir baş inək və bir baş buzov olduğunu və onları satdığını bilmişdir. Həmin inəyi mərhum X5 inəyinə oxşatmışdır. Bununla bağlı İddiaçı1 məlumat vermişdir. Sonuncu da, ona həmin inəyin mərhum atasının olduğunu və onları almasını bildirmişdir. O da bir baş inəyi və buzovu Emindən almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh1 satdığı inəyin mərhum X5 inəyinə oxşaması satılan həmin inəyin məhz Yaşar Şabanovun inəyi olması anlamına gəlməsi üçün kifayət qədər yetərli deyil. Bunu tam təsdiq etmək üçün digər təkzibedilməz sübutların olması tələb olunur. Bundan əlavə, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi Zaqatala RPŞ-nın TQnın təhqiqatçısı, polis kapitanı X4 cinayət işnin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh2 iddiaçı Abdulla abanovun onun evinin əşyalarını dağınıq hala salması ilə bağlı DİN-nin 102 xidmətinə müraciəti əsasında araşdırma aparılarkən Cavabdeh2 bildirmişdir ki, ...atası vəfat etdikdən sonra anası Məlahət təsərrüfatında olan bir baş inəyi onun digər qardaşı Cavabdeh1 bağışlamışdır. Belə olan halda, şəxsin öz mülkiyyətində olan və rəsmi reystrdə qeydə alınmalı olmayan hər hansı bir əşyanı sağlığında başqasına verməsi və ya bağışlaması qanunsuz sayıla bilməz. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-in qərarı № 25657/94, § 282). Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmanyan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün qətnamə qəbul etmişdir. Ona görə də qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad. 217). Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-280/2020 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərholunanlaraəsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1636/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1636/2020
13.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver