Məhkəmə qərarları › İş №2(107)-1641/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1641/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1641/2020 28.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnməsindən İddiaçı və cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Yevlax Rayon Məhkəməsinin (hаkim Ruslan Əlizadə) xx xxx 2020-ci il tаrixli, 2(039)-423/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «vətəndaşın şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı «vətəndaşın şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. işin hаllаrı: İddiaçı Cavabdeh qarşı «vətəndaşın şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmiyyət arasında ona qarşı əsassız olaraq yol verdiyi qeyri-etik hərəkətlərə görə ondan üzr istəməsi; Cavabdeh tərəfindən ona qarşı etdiyi qanunsuz hərəkətləri nəticəsində onun keçirdiyi mənəvi sarsıntı və iztirablara görə Cavabdeh tərəfindən ona 10000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «vətəndaşın şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi; məhkəmə tərəfindən onun barəsində İddiaçı tərəfindən yayılmış məlumatların o, cənab prezidentimizin, ulu öndərimiz Heydər Əliyevin də ünvanına deyilməsi mümkün olmayan nalayiq ifadələr işlətməkdən belə çəkinmədiyi kimi yayılmış bu məlumatların şərəf və ləyaqəti alçaldan və hörmətdən salan işgüzar nüfuza xələl gətirən məlumatlar olması hesab edilməklə, bu məlumatların həqiqəti əks etdirməyən fikirlər olduğunun müəyyən edilməsi; iddiaçıcavabdehin yaymış olduğu məlumatları şərəf və ləyaqətimi alçaldan, hörmətdən salan, işgüzar nüfuzuna xələl gətirən məlumatlar olduğundan, bu məlumatlar iddiaçı-cavabdeh tərəfindən rəsmi qaydada təkzib edilməsinin; iddiaçıcavabdehin şərəf və ləyaqətini alçaldan, hörmətdən salan, işgüzar nüfuzuma xələl gətirən məlumatları nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztirablara görə 10000 (on min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsinə həmcinin 208 manat hüquqi yardımla bağlı ödənilmiş məbləğin iddiaçı-cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 2019-cu ilin dekabr ayında ona Yevlax Rayon Polis Şöbəsindən zəng edərək Yevlax Rayon Polis Şöbəsinə gəlməli olduğunu bildirdilər. Ona Yevlax Rayon Polis Şöbəsində məlum oldu ki, hazırkı Cavabdeh ondan polis şöbəsinə şikayət edib ki, guya o cavabdehi telefonla zəng edərək telefonda təhqir etmişdir. Lakin cavabdehin qeyd etdikləri təsdiqini tapmadı. Cavabdeh niyyətinin baş tutmadığını gördükdən sonra bununla razılaşmayaraq Yevlax Rayon Polis Şöbəsinin həyətindən çıxdıqdan sonra bayırda, yəni küçədə heç kimə əhəmiyyət vermədən onu ətrafdakıların eşidəcəyi səslə söyüb təhqir etməyə başladı. Bununla kifayətlənməyərək hətta o, cənab Prezidentimizin, ulu öndərimiz Heydər Əliyevin də, ünvanına deyilməsi mümkün olmayan nalayıq ifadələr işlətməkdən belə çəkinmədi. Beləliklə Cavabdeh onun cəmiyyət arasında şərəf və ləyaqətimi alçaldaraq ona maddi və mənəvi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi iclasında İddiaçı məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh məhkəmə iclasında izah etdi ki, qaldırılan məsələ yəni onun barəsində Yevlax rayon Polis Şöbəsinə şikayət verməyi istisna olmaqla, yerdə qalan bütün məsələlər şər və böhtandır. Etmiş olduğu şər və böhtanla əlaqədar onun bir YAP üzvü kimi öz rəhbərinin ünvanına nalayiq ifadələr işlətməyi ilə əlaqədar mövqeyini ortaya qoymaq istəyir. Həqiqətən Yevlax rayon Polis şöbəsinə bu insanın qanunsuz hərəkətləri ilə bağlı şikayət vermişdir. Şikayətində bildirmişdir ki, gecə saat 11:00 radələrində bu insan ona məxsus ev telefonuna zəng edərək ona qarşı əxlaqa zidd ifadələr işlətdiyindən, o təhqirin və söyüşün müqabilində səhhəti pisləşdiyindən, 102 xidmətinə bu vəziyyətdə zəng edərək, bu şəxsdən şikayət vermişdir. Şikayəti polis şöbəsinin polis məmuru Kərim adlı şəxs tərəfindən araşdırılmışdır. O izahatını yazandan sonra Kərim müəllim, o və polis şöbəsindən Rüstəm adlı polis işçisinin müşayiəti ilə çölə çıxmış, orada Vəli yolun digər hissəsində dayandığından, o polis əməkdaşlarına Vəlini axtarırsınız, bax orada dayanıb demişdir. O bundan sonra evinə getmişdir. Artıq Vəlini o görməmişdir. Burada əgər o söyüş işlətsəydi, həmin polis məmuru da onu görərdi. Burada qohum-əqrəbanı, dost-tanışı yığıb kiminsə üzünə qoymaq olmaz. İşin əsil həqiqəti odur ki, bu şəxsdən o polis şöbəsinə ərizə vermişdir. 1 gün əvvəl onu telefonla təhqir edib söydüyünə görə 102 xidmətinə zəng etmişdir. Şəxs vəziyyətdən çıxmaq üçün özünü müdafiə etmək üçün hər cür və böhtandan istifadə edə bilər. Çünki ona qarşı bu işə görə qərəzlidir. Qərəzlilik nəticəsində də yazmış olduqlarını məhkəməyə vermək onun üçün qeyri-adi deyildir. Bu səbəbdən də onun ilkin iddiası tələbinin bu hissəsində münasibətdə ədalətsizdir. İddia tələbinin digər hissəsi dövlət rəhbərinin ünvanına nalayiq ifadələr etməyimlə bağlı onun açıq-aşkar şəridir. O 2006-cı ildən YAP-nın üzvüdür. Fəal və aktiv təbliğatçısıdır. Dövlət rəhbərinin siyasətinin açıq-aşkar təbliğatçısıdır. Hansı partiya üzvü öz liderinə təhqiqarimiz ifadələr edə bilər. O öz liderini sevən bir şəxsdir. Ona qarşı söyüş, təhqir işlətmiş bir insandan polis şöbəsinə şikayət edir. Göründüyü kimi iddiada qeyd olunan bu ifadələr tam yanlış olmaqla, bir böhtandır. Onun, bir partiya üzvünün öz rəhbərinə etinadsızlığı, inamsızlığı, rəhbərə hörmətsizliyini müəyyən edir. O dövlətini və rəhbərini sevən bir şəxsdir. O ali rəhbərinin imzası ilə bu vəsiqənin daşıyıcısıdır. Bu deyilən söz təkcə ona yox, bütün YAP üzvülərinə qarşı bir hörmətsizlikdir. Bütün bunları bu şəxs sübut etməlidir. O bu şəxsə qarşı verdiyi şikayətdən başqa heç bir münasibəti olmayıb, bu şəxslə heç bir əlaqəsi olmamışdır. Bu səbəbdən də ilkin iddianın tam olaraq əsassız hesab edir. Qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək onun bir partiya üzvü olaraq şərəf və ləyaqəti alçaldığından, hazırkı tələblə müraciət etmişdir. Şəxs ilkin iddiasında bildirir ki, o cənab prezidentimizin, ulu öndərimiz Heydər Əliyevin də ünvanına deyilməsi mümkün olmayan nalayiq ifadələr işlətməkdən belə çəkinməmişdir. Qeyd olunan mövqe onun bir partiyaya 15 ilə yaxın üzərində daşıdığı partiya biletinə, ulu öndərimizə, prezidentimizə açıq təhqirdir. Ən əvvəl qeyd etdiyi halların mövcudluğu sübut edilsin. O öz partiyasına və prezdentinə, ulu öndərinə sadiq olmaqla bərabər, 15 ildir partiya üzvü biletini daşıyır. Həmişə öz partiyasına sədaqətli bir tərəf olmuşdur. Dövlətimizin, partiyamızın siyasi xəttini müdafiə etməklə bərabər ictimai təbliğatçısıdır. Bütün bunları ona demək onun dövlət rəhbərinə söyüş və təhqirlər işlətməyi açıq şər və böhtan olmaqla bərabər bir partiya üzvü olaraq şərəf və ləyaqətimin həm də alçaldılmasıdır. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh vəkili Vəkil məhkəmə iclasında izah etdi ki, cavabdeh uzun müddətdir ki, YAP-ın üzvüdür və iddiaçı ilkin iddia ərizəsində göstərdikləri cavabdehin şərəfi, ləyaqətini və işgüzar nüfuzuna xələl gətirir. İlkin iddia əsassızdır. Belə ki, qadının iddiaçının, cənab prezidentimizin, ulu öndərimiz Heydər Əliyevin də ünvanına deyilməsi mümkün olmayan nalayiq ifadələr işlətməsi həqiqəti əks etdirmir və böhtan xarakterlidir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh vəkili Vəkil məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin əvvəlki iclasında şahid X7 bildirmişdir ki, bərbər işləyir və saat 11.00-da müştərisinin evinə gedib oradan təxminən 1 saat sonra çıxıb iş yerinə getmişdir. Yolda iki nəfərin mübahisə etdiyini görmüşdür. Şamama Vəlinin ünvanına nalayiq söyüşlər söyürdü. Həmçinin ölkə başçısının da ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisə təxminən saat 12.00-13.00 arasında olmuşdur. Həmin vaxt orada adam çox olmuşdur. Vəli Şamamaya cavab olaraq heç nə demədi. Hadisə təxminən dekabr ayının 13-15 olmuşdur. Vəlini və ya Şamamanı tanımır. Vəli onun iş yerinə gələrək, şahid kimi məhkəməyə gəlməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X1 bildirmişdir ki, Vəli onun uzaq qohumudur. Təxminən dekabr ayının 13-14 saat 10.00 radələrində anası xəstə olduğundan onu ziyarət etməyə gedirdi. Polis şöbəsi ərazisindən keçən zaman, Şamamanın Vəli ilə mübahisə edərək Vəlinin ünvanına nalayiq söyüşlər söydüyünü görmüşdür. Mübahisə tam yadında deyil. Lakin Şamamanın nalayiq şöyüşlər söyməsi yadındadır. Birinci instansiya məhkəməsi iclasında şahid X2 bildirmişdir ki, Şamamanın qaynıdır. Qardaşı xəstədir və həmin gün qardaşı ona zəng edərək, Şamama polis şöbəsinə getdiyini və Şamamanı polis şöbəsindən götürməsini bildirmişdir. O təxminən saat 15.00 radələrində polis şöbəsinə gedərkən, Şamamanı şöbədən çıxdığını görmüşdür. Şöbənin qarşısında kondisoner ustası ilə rastlaşdılar və kondisonerin təmiri üçün onlara getdilər. Şamama ilə Vəli orada rastlaşmamışlar və heç bir mübahisə olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid X5 bildirmişdir ki, kondisoner ustası işləyir. Şamama ona zəng edərək kondisonerinin xarab olduğunu bildirmişdir. Təxminən 2-3 gün sonra polis şöbəsinin qarşısında rastlaşdılar və Şamamanın evinə kondisoneri təmir etmək üçün getdilər. Həmin vaxt Şamama ilə qaynıda var idi. Vəlini orada həmin gün görməmişdir. Həmin gün Şamama heç kimlə mübahisə etməmişdir. İş üzrə yuxarıda qeyd edilən qətnamə qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnməsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayətləri vermişdir. apellyаsiyа şikаyətinin dəlilləri : İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsinin qismən, yəni ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə əsaslı olduğundan iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsinin qismən, yəni qarşlılıq iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə əsaslı olduğundan iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh аpelyаsiyа şikаyətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlmədiklərinə görə də işə onun iştirakı olmadan baxıldı. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni iddiaçı və cavabdehə münаsibətdə düzgün həll etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Səyyar Asan9 tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Əliyev prospekti ev 4, mənzil 18də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 08498616 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1972-ci il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, Cavabdeh Yevlax şəhər Vəkil Bürosuna 208 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 460029 saylı üzvülük vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh Yeni Azərbaycan Partiyasının üzvüdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 147192 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayonu Mərkəzi X4 Şəxs tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə təcili yardım çağırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X15 tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Cavabdeh iş yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin məhkəmə sorğununsun cavabbında ünvanlamış materialdan məlum olur ki, Cavabdeh ərizəsi əsasında Yevlax RPŞ-də araşdırma aparılmışdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh polis şöbəsinə müraciət edərək, İddiaçı onu telefon vasitəsi ilə təhqir etdiyini bildirmişdir. Şikayət əsasında polis əməkdaşları onları rayon polis şöbəsində dəvət etmişlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, polis şöbəsinin qarşısında Cavabdeh onun və ölkə başçısının ünvanına nalayiq şöyüşlər söydüyünü bildirmişdir. Buna sübut olaraq məhkəmə iclasına iki şahid dəvət etmişdir. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, iddiaçı ilkin iddia ərizəsində onun ölkə başçısına söyməsinin qeyd etməsi onun şərəfinə, ləyaqətinə və işgüzar nüfüzuna xələl gətirdiyini bildirmişdir. Apelyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında xx xxx 1999-cu il tarixli 7 saylı qərarına əsasən, Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. «T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarının və tövsiyyəedici xarakterə malik qərarların mənasından da müəyən olunduğu kimi, iddiaçının şərəfinin, ləyaqətinin müdafiəsinin məhkəmə qaydasında təkzib olunmasını, bunun nəticəsində ona dəymiş mənəvi ziyanı tələb etmək barədə tələbləri yolveriləndir. Bu barədə iddiaçının iddiasının təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdeh tərəfindən heç bir dəlilə əsaslanmadan onun şərəf və layəqətini ləkələyən məlumatlar yayılmış və bunun nəticəsində ona mənəvi ziyan dəymişdir. Lakin iddiaçı qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən bu cür məlumatların yayılması hallarının sübuta əsaslanmadan söylənməsini sübut edə bilmir. Heç şübhəsiz ki, şərəf və ləyaqət insanın öz daxilində və cəmiyyətdə adını, nüfuzunu, imicini müəyyən edən, ona cəmiyyətin münasibətini yaradan qiymətləndirici kateqoriyalardır. Şərəf və ləyaqət ləkələnəndə şəxsin daxilində və cəmiyyətdə ona neqativ münasibət baş qaldırır, onun ləyaqət hissi həm daxildə, həm də insanlar arasında tapdanmış olur. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Heç şübhəsiz ki, şərəf və ləyaqət insanın öz daxilində və cəmiyyətdə adını, nüfuzunu, imicini müəyyən edən, ona cəmiyyətin münasibətini yaradan qiymətləndirici kateqoriyalardır. Şərəf və ləyaqət ləkələnəndə şəxsin daxilində və cəmiyyətdə ona neqativ münasibət baş qaldırır, onun ləyaqət hissi həm daxildə, həm də insanlar arasında tapdanmış olur. Göründüyü kimi Konstitusiyada və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biridigəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və quymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” x xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X9 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X10rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə kоllegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadərlərində ziddiyət olduğundan (şahid Dilsuz Musayeva mübahisənin saat 10.00-da olduğunu, şahid Anar Əliyev isə 12-13 radələrində olduğunu bildirmişdir), həmçinin hər iki şahidin ifadəsi natamam olduğundan həmin şahidlərin ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdeh tərəfin dəvət etdikləri şahidlərin ifadəsi ilə tərəflər arasında mübahisənin olmaması müəyyən olunmuşdur. Həmçinin iddiaçı ilkin iddia ərizəsinin qeyd etdiyi məqamlar (ölkə başçısına söyməsinin qeyd etməsi) cavabdehin şərəfinin, ləyaqətinin və işgüzar nüfuzuna xələl gətirməsi kimi qiymətləndirilmir. İddia ərizəsində qeyd olunanlar hər hansı bir şəxsin şəxsən təhqir olunması kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Həmçinin iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayətlərinin dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayətlərini dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayətlərinə münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə baxılmış apellyasiya şikayətlərinə münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyətləri isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. İş üzrə Yevlax Rayonu Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(039)-423/2020 saylı qətnaməsi baxılmış apelyasiya şikayətlərinə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar