Məhkəmə qərarları › İş №2(107)-1648/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1648/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1648/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı nümayəndəsi X2, vəkili X5, Cavabdeh1 (həmçinin Cavabdeh2 nümayəndəsi) onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair ilk, Cavabdeh1 Firuddin qızının və Cavabdeh2 İddiaçı qarşı “digər yaşayış sahəsi ilə təmin olunma” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(046)-129/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.800 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Firuddin qızı və Cavabdeh2 İddiaçı qarşı “digər yaşayış sahəsilə təmin olunma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinin yaxınlığında minimum kommunal şəraitli bir otaqlı fərdi ev və yaxud Göyçay şəhəri ərazisində hündürmərtəbəli evlərdə 1 otaqlı mənzilin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maliyyə vəsaiti hesabına alınaraq onların mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(046)-129/2021 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə ilkin iddia təmin edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair ilkin iddiasının təmin edilməsi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008ci il təvəllüdlü X6 ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən 10.800 (on min səkkiz yüz) manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılmalarının eyni vaxtda icra edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(046)-129/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qardaşı X15 ilə 24 mart 2001-ci il tarixdə nikah bağlayaraq evlənmişlər. Qardaşı cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra, Cavabdeh1 şəxsi əmlaklarını xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə gətirmiş və həmin evə köçmüşdür. Cavabdehin qardaşı ilə birgə nikahından 05.10.2001-ci il təvəllüdlü Cavabdeh2 və 06.08.2008-ci il təvəllüdlü X12 adlı iki uşaqları doğulmuşdur. 2005-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən aralarında olan narazılığa görə boşanmışlar. Lakin 2010-cu il tarixdə onlar barışıb, yenə bir yerdə yaşamış, 10.08.2018-ci il tarixdə yenidən nikah bağlamışlar. Qısa müddət sonra Cavabdeh1 ilə qardaşı X8 ailə münasibətləri yenidən pozulmuş, barışıb birgə yaşamaları mümkün olmadığından Göyçay Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi xüsusi mülkiyyətində olan torpaq sahəsində 1984-cü ildə inşa edilmiş, 29.03.2019-cu il tarixdə DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Qardaşı ilə nikahları pozulduqdan sonra Cavabdeh1 birgə yaşayış qaydalarına əməl etməmişdir. Buna görə də, aralarında mübahisələr baş verir. 07.08.2018-ci il tarixdə aralarında yaranmış mübahisə zəminində onları söymüş və döymüşdür. Buna görə də, Cavabdeh1 təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Cavabdehin əlindən dincliklərini itirmişlər və hətta bir-birilərini tək qoyub onun qorxusundan heç yerə gedə bilmirlər. Buna görə də, hesab edir ki, cavabdehlə bir arada yaşamaları mümkünsüzdür. Bu baxımdan, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X6 mülkiyyətində olan evdən çıxarılmasını istəyir və bu fikrində israrlıdır. Hesab edir ki, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi onun mülkiyyəti olduğuna görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya verilməsi yolu ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X12 ilə birlikdə həmin fərdi yaşayış evində istifadə hüququna xitam verilməsi və evdən çıxarılması mümkündür. Mövcud qanunvericiliyə əsasən hesab edir ki, Cavabdeh1 Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X12 ilə birlikdə 10.800 manat kompensasiya verilməklə, fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməli və həmin fərdi yaşayış evindən çıxarılmalıdır. Təklif etdiyi kompensasiya iş üzrə cavabdehlərin və azyaşlı uşağın davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir və bu hal mülkiyyətçinin öz hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanı yaradır. Ona görə ki, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evində cavabdehlərdən əlavə digər ailə üzvlərinin də istifadə hüququ vardır. Hesab edir ki, cavabdehlərə kompensasiya məbləği müəyyən olunarkən həmin fərdi yaşayış evində digər ailə üzvlərinin də istifadə hüququnun olması nəzərə alınmalıdır. Çünki, mülkiyyətində olan evdə istifadə hüququ olan şəxslərin hər birinə kompensasiyanın məbləği 10.800 manat məbləğindən artıq müəyyən edilərsə, bu zaman məhkəmə tərəfindən R.Ağalarovun şikayəti üzrə qərarın ziddinə olmuş olur. Belə ki, həmin qərarda kompensasiya institutu istifadəçiyə fərdi yaşayış evinin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnun verilməməsi göstərilmişdir. Nəzərdə tutulan kompensasiya məbləğindən artıq nəzərdə tutulması onun mülkiyyət hüququnun pozulmasına səbəb olur və istifadəçinin onlardan fərdi yaşayış evinin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnun olması kimi başa düşülür. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən 29 mart 2019-cu il tarixli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan göründüyü kimi ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi üçün qiymətləndirmə işi aparılmış, həmin fərdi yaşayış evinin 29 mart 2019-cu il tarixə real bazar dəyəri 50.000 manat müəyyən edilmişdir. Odur ki, göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməldir. Ona görə ki, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiası tam əsassızdır. Hesab edir ki, cavabdehlər iddiaçıdan bir otaqlı ev alınıb onların mülkiyyətinə verilməsi barədə tələbi qanuna uyğun deyildir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı eyni predmetlə Göyçay rayon Məhkəməsinə müraciət etmiş və kompensasiya məbləği 3.500 manat olmaqla hazırkı tələbi irəli sürmüş, Göyçay rayon məhkəməsinin 16.03.2020-ci il tarixli 2(046)- 163/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh1 adı çəkilən məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.06.2020-ci il tarixli 2(107)-1224/2020 saylı qətnaməsi ilə Göyçay rayon Məhkəməsinin adı çəkilən qətnaməsi qismən ləğv edilmiş, yəni İddiaçı kompensasiya məbləğini 5.000 manat həcminə qaldırsa da, ilk iddia rədd edilmişdir. Qarşılıqlı iddia üzrə hər iki iddiaçı X15 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evində uzun müddət yaşamış, birgə təsərrüfat aparmışdır. X1 qalmış miras əmlak üzrə X15 öz payını İddiaçı bağışlasa da, qarşılıqlı iddia üzrə hər iki iddiaçı mübahisəli fərdi ev üzrə istifadə hüququnu almışdır. Nəzərə alınsa ki, Cavabdeh1 Firuddin qızı 2000-ci ildən gəlin qismində köçdüyü Göçay şəhər M.Ə.Rəsulzadə küçəsi dalan 1 ünvanda yerləşən 7 saylı fərdi ev üzrə aparılmış cari və əsaslı təmir işlərində öz qazancı ilə müstəqil şəkildə iştirak etmişdir. Belə ki, 2000-ci ildən Cavabdeh1 daimi iş yeri olmaqla qazanc gətirir. Həmçinin, yuxarıda adı çəkilən Plenum qərarı ilə təsdiq olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququlur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi qəbul olunur. İş materiallarına əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, hazırda X16 ilə nikahları ləğv edilmiş, hər iki övladı onun himayəsindədir. İddiaçı qismində məlum iddia ərizəsində çıxış edən oğlu X17 təhsil alır və müstəqil qazanc əldə etmir. 2008-ci il təvəllüdlü qızı şagirddir, aliment qimində cəmi 130 manat pul vəsaiti alır. Göyçay şəhərində orta məktəbdə müəllimə vəzifəsində çalışır. Aldığı məvaciblə hər iki övladının xərclərini çətinliklə ödəyir, veriləcək kompensasiya ilə övladlarının yaşayış yeri ilə təmin olunması mümkünsüzdür. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, keçmiş həyat yoldaşı ilə nikahlarının ləğv edilməsi və dərhal ona qarşı ədalətsiz iddia tələbi və sair sadəcə olaraq ona və övladlarını yeganə yaşayış sahəsindən uzaqlaşdırmaq məqsədi daşıyır.Hesab edir ki, iddiaçı onlara bir otaqlı ev alaraq mülkiyyətlərinə verməlidir. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsində də qeyd edilir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Belə ki, cavabdehlərə təqdim edilən hər biri üçün 5400 manat məbləğində vəsait ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Ona görə də Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(046)-129/2021 nömrəli qətnaməsi maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə ləğv edilməli və idianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (həmçinin Cavabdeh2 nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən təklif olunan məbləğ həddən artıq azdır. Oğlu yetkinlik yaşına çatmış, qızı isə 14 yaşında olmaqla onun himayəsindədir. Onların digər yerdə yaşmağa yerləri yoxdur. Hazırda yaşadığı evin dəyəri çox yüksək olmasına baxmayaraq, ekspert tərəfindən həddən artıq aşağı qiymətləndirilmişdir. Əgər iddiaçı tərəf ona yaşamaq üçün mənzil və ya 25000 manat civarında kompensasiya ödəyərsə, o halda iddianı qəbul edər. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə yekun qərar qəbul edərkən tam və obyektiv araşdırma aparmamış, onların verdiyi vəsatətlərə qiymət verməmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinin dəyəri az göstərilmişdir ki, bu da həqiqəti əks etdirmir. Cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşaq var. Bundan sonra onların təklif olunan məbləğlə oxşar şəraitli evdə kirayədə yaşaması qeyri-mümkündür. Bundan əlavə birinci instansiya məhkəməsinin qətnaməsində hansı cavabdehə nə qədər kompensasiya verilməli olması da göstərilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, təklif etdikləri 10.800 manatdan əlavə kompensasiya vermək imkanları yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X13 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli evin dəyərinin kompensasiya məbləğinə heç bir aidiyyəti yoxdur. İddiaçı tərəfindən təklif edilən məbləğ Göyçay rayonu üçün real məbləğdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(046)-129/2021 nömrəli qətnaməsi ilk iddianın təmin olunmuş hissəsində tamamilə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyasınbın iclasında tədqiq edilən; Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Ərazi İdarəsi tərəfindən verilmiş 29.03.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən, miras payların bağışlanması müqaviləsindən görünür ki, mübahisə edilən fərdi yaşayış evi mərhum X4 mülkiyyətində olmuşdur. X10 05.10.2004-cü il tarixdə vəfat etmişdir və qeyd olunan fərdi yaşayış evinə münasibətdə miras açılmışdır. Gülüstan Həsənovanın iki vərəsəsi olmuşdur – X15 və İddiaçı. 15.03.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların vərəsəlik hüququ tanınmışdır. X15 ilə İddiaçı arasında 18.03.2019-cu il tarixdə miras payın bağışlanması müqaviləsi bağlanmış və Elxan Həmidov ona düşən vərəsəlik payını İddiaçı bağışlamışdır. Göyçay rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli 2(046)-2149/2018 saylı qətnaməsindən görünür ki, X15 ilə Cavabdeh1 arasında nikah 10.08.2018-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 198 saylı akt qeydi ilə bağlanmışdır. Tərəflərin birgə nikahdan doğulmuş 05.10.2001-ci il təvəllüdlü Cavabdeh2 və 06.08.2008-ci il təvəllüdlü X12 adlı iki övladları var. Tərəflər arasında olan münasibətlər pozulduğundan, iddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin etmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar yetkinlik yaşına çatanadək ananın yanında saxlanılmışdır. "xxxx" MMC-nin 14 aprel 2021-ci il tarixli 08-21 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinin 04 mart 2021-ci il tarixə bazar dəyəri 50.000 manat, likvid dəyəri 40.000 manat, aylıq kirayə haqqı 150 manat təşkil edir. Apellyasiya şikayətinin dəlillərini ümumilikdə hüququi qiymət verən kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Göründüyü kimi birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlar üzrə düzgün nəticəyə gəlməmiş, qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırki halda iddiaçı, mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarına görə cavabdehlərə ümumilikdə 10.800 manat kompensasiya təklif edir. Cavabdehlər isə ümumiyyətlə təklif olunan kompensasiyanın məbləği ilə razılaşmırlar Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq hesab edir ki, birinci instansiyası məhkəməsinin müəyyən etdiyi 10.800 manat kompensasiya məbləği kifayət qədər yetərli deyil və həmin məbləğ mübahisəli evdən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyildir. Çünki, qeyd olunan normanın mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, kollegiya sonda iddiaçının cavabdehlərə təklif etdiyi 10.500 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab etmir, həmin məbləğin İddiaçı himayəsində yetkinlik yaşına çatmayan uşağın da olmasını nəzərə alaraq ona 9000 manat civarında, ikinci cavabdehə isə 6-7 min manat, ümumilikdə 16-17 min manat civarında olmasını daha məqəsədə müvafiq hesab edərək, bu barədə iddiaçı tərəfin mövqeyini öyrənməyi zəruri hesab etmişdir. Kollegiyanın bu məbləği təklif edərkən cavabeh İddiaçı himayəsində yetkinlik yaşına çatmayan bir uşağın olmasını da nəzərə almışdır. Məhz bu baxımdan məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfin kompensasiya məbləğinin artrılması ilə bağlı mövqeyi öyrənilmişdir. Məhkəmə kollegiyası cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini 16-17 min manat məbləğində müəyyən edərək iddiaçı tərəfə həmin məbləğdə kompensasiya ödəmək imkanını təklif etmiş, sonda iddiaçı tərəf bununla istrarlı şəkildə razılaşmayaraq, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlar əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının yaşayış sahəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 10.800 manat məbləğdə kompensasiya sonuncuların davamlı sürətdə və müəyyən müddət daxilində, Göyçay şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehlərin evdən istifadə hüququnun itirilməsi üçün yetərli və qənaətbəxş deyildir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(046)-129/2021 nömrəli qətnaməsi ilk iddianın təmin olunmuş hissəsində tamamilə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, onun vəkili Nümayəndə2 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(046)-129/2021 nömrəli qətnaməsi ilk iddia üzrə “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X6 ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən 10.800 (on min səkkiz yüz) manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlərə kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılmalarının eyni vaxtda icra edilməsi” hissəsində tamamilə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.800 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar