Məhkəmə qərarları › İş №2(107)-165/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-165/2020

08.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-165/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1282/2019 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1282/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC "Ağdaş Sukanal" TSC tərəfindən Ağdaş şəhəri Heydər Əliyev prospekti 163 saylı evin 15 saylı mənzilə (keçmiş SU-18) onun adına hesablanmış 352.95 manat borcun silinməsi və İddiaçı sudan istifadəyə görə smart-kart verilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya “xxxx” ASC “xxxx” MMC “Ağdaş Sukanal” TSC) qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC "xxxx" MMC "Ağdaş Sukanal" TSC tərəfindən Ağdaş şəhəri Heydər Əliyev prospekti 163 saylı evin 15 saylı mənzilə (keçmiş SU-18) onun adına hesablanmış 352.95 manat borcun silinməsinə və onun tərəfindən sudan istifadəyə görə smart-kartın verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1963-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri SU-18 qəsəbəsində anası X6 ilə birlikdə yaşamışdır. Həmin dövrlərdə onun evində su xətti olmamış, suya tələbatlarını yaxınlıqdakı arteziandan həll etmişlər. Yalnız 2013-2017-ci illər dövründə sözügedən evə su xətti çəkilmişdir. 1985-ci ildə o, ailə qurandan sonra ünvan 1 saylı ünvana köçmüşdür. Bu ildən sonra onun anası tənha yaşamış, o, yalnız onu görmək istəyəndə SU-18-də yerləşən evlərinə qısa müddətə gəlib-getmişdir. xx xxxxxx 2018-ci il tarixdə anası X6 vəfat etmişdir. xx xxxxxx 2018-ci il tarixdə o, Ağdaş şəhəri H.Əliyev prospekti ev 163 mənzil 15 (köhnə SU-18) yerləşən yaşayış sahəsini öz adına özəlləşdirmiş və mülkiyyət hüququna dair öz adına RX seriyalı ******* nömrəliHüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Lakin əvvəlki kimi bu ünvanda yaşayan yoxdur. Bununla belə o, mülkiyyətçi olduğu evə su kartını almaq istəyərkən "xxxx" ASC "xxxx" MMC "Ağdaş Sukanal" TSC-dən xx xxx 2019-cu il tarixli 10 saylı arayış almış və həmin arayışdan ona məlum olmuşdur ki, məhrum anası X3 sudan istifadəyə görə 2012-ci ildən 352.95 manat borcu yaranmışdır. Göründüyü kimi, uzun illər boyu yaşayış sahəsinin su xətti olmaya-olmaya pul borcu hesablanmış, hətta dünyasını dəyişmiş adamın borcu orada yaşamayan insanın adına işlənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini, əsasız hesablanmış borcun silinməsi və onun tərəfindən sudan istifadəyə görə smart-kartın verilməsi barədə qətnamə çıxarılmasını xahişetmişdir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1282/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri «xxxx» ASC «xxxx» MMC apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1282/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, X7 Ağdaş şəhəri Heydər Əliyev prospekti ev 163, 15 saylı mənzil üzrə xx.xx.2011-ci il tarixində 33603583 saylı müqavilə əsasında ailə tərkibi 4 nəfər olmaqla su və çirkab su xidmətindən istifadəyə görə abonent kimi qeydiyyata düşmüşdür. Mənzildə suölçən cihaz olmadığı üçün verilmiş suyun, axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilmişdir. Sözügedən mənzil üzrə 2016-cı il tarixinədək 352.95 manat debitor borc yaranmışdır. İddiaçı iddia edir ki, ünvanda yaşayan olmamış və həmin ünvana su və çirkab su xidmətindən istifadəyə görə əsassız borc hesablanmışdır. İddiaçı tərəfindən müəssisəyə bu faktı təsdiq edən və ya mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olunması barədə heç bir sənəd təqdim edilməmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən məlum olur ki, Mariya Şəfıyeva xx.xx.2018-ci il tarixində vəfat etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixində Ağdaş şəhəri Heydər Əliyev prospekti ev 163, 15 saylı mənzili, anasından qalan mirası qəbul edərək, evi öz adına rəsmiləşdirmiş, su kartını almaq istəyərkən ondan sözügedən borcu ödəmək tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsaslanaraq, 352.95 manat debitor borcun iddia müddətinin keçdiyini bildirmiş, iddiaçını borcu ödəmək öhdəliyindən azad etmişdir. Mülki Məcəllənin 551-ci maddəsi 373.4-cü maddənin göstərişinə uyğun olaraq xüsusi iddia müddəti müəyyən etmişdir. Məhkəmə isə maddi və prosessual qaydaları pozaraq mübahisə tərəfinin ərizəsi olmadan həmin maddəyə əsaslanmış və iddianı təmin etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə məhkəmə iddia müddətinin keçməsi halına yalnız mübahisə tərəfinin bu barədə ərizəsi olduqda əsaslana bilər. Bundan əlavə, “xxxx” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Su təbii ehtiyatdır və dövlətə məxsusdur. Ağdaş şəhəri Heydər Əliyev prospekti ev 163, 15 saylı mənzilə müəyyən xidmətlər göstərilərkən, istehlakçıların hüquqlarına xələl gətirilməmiş, xidmətlər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Sözügedən mənzilə yüksək keyfiyyətdə xidmət göstərilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq borc hesablanmışdır. Odur ki, yaranan debitor borc istehlakçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1282/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 185.1-cimaddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Ağdaş şəhərində anadan olmaqla, ünvan 1-də qeydiyyatdadır. Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli AZ-İ № 586374 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən məlum olur ki, mərhum X6 xx xxxxxx 2012-ci ildə Ağdaş şəhərində vəfat etmişdir. Ağdaş RİHB-ın Ağdaş şəhəri üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2000-ci il tarixli 7834 saylı arayışdan görünür ki, X6 Ağdaş şəhəri Su 18 ünvanında yaşamışdır. Ağdaş RİHB-nın Ağdaş şəhəri üzrə nümayəndəliyindən verilmiş xx xxx 2019-cu il tarixli 2104 saylı arayışdan görünür ki, İddiaçı Ağdaş şəhəri S.Səlimoğlu küçəsi ev 27-də yaşayır. “xxxx” ASC “xxxx” MMC “Ağdaş Sukanal” TSC tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 10 saylı arayışdan görünür ki, İddiaçı Bənyaz qızının mərhum anası-Ağdaş şəhəri Su 18-də yaşamış X3 hazırda “Ağdaş Sukanal” TSC-nin abonent bazasında 2012-ci ildən yaranmış 352.95 manat borcu vardır. Azərbaycan Respubilkası Əmlak Məsələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın sürətindən görünür ki, Ağdaş şəhəri Heydər Əliyev prospekti ev 163 mənzil 15də yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İşin həqiqi hallarından görünür ki, İddiaçı mərhum X1 olmaqla qeyd edilən mənzildə əvvəllər yaşamış, anası Mariya Petrovna vəfat etdikdən sonra qeyd edilən miras əmlakı qəbul etmiş, mənzili öz adına özəlləşdirmişdir. Mənzilə yeni su sayğacı quraşdırmaq məqsədi ilə “Ağdaş Sukanal” TSC-nə müraciət etmiş, by zaman mərhum anasının adına su borcunun olduğu aşkar edilmiş, buna görə də “Ağdaş Sukanal” TSC onunla mənzilə dair “sudan istifadə ilə bağlı“ yeni müqavilə bağlanılmasından və sayğacın quraşdırılmasından imtina edərək anasından qalmış həmin borcun ödənilməsini tələb etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun silinməsi və onun tərəfindən sudan istifadəyə görə smart-kartın verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı miras əmlakının aktivi ilə yanaşı, passivini də indiki halda suya görə yaranmış borcu qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırkı işdə mərhumun adına hesablanmış borcun silinməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: Bundan başqa birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin keçən 7 (yeddi) il ərzində borcun tələbi ilə hər hansı bir hərəkət etmədiyinə görə müddətin keçməsi ilə bağlı iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Kollegiya cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin “iddia müddətinin keçməsi halına yalnız mübahisə tərəfinin bu barədə ərizəsi olduqda əsaslana bilər” barədə dəlili ilə barədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. İşdən isə görünür ki, iddiaçının mərhum anası X3 borcu 2012-ci ilə kimi yaranmışdır. Cavabdeh keçən 7 (yeddi) il ərzində borcun ödənilməsinin tələb edilməsi istiqamətində hər hansı bir hərəkət etməmişdir. Vaxtaşırı ödənişlər haqqında tələblərin 5 il keçdikdən sonra qüvvəsini itirməsi isə qanunvericilikdə birbaşa təsbit edilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin “iddiaçı tərəfindən müəssisəyə ünvanda yaşayışın olmaması və mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olunması barədə heç bir sənəd təqdim edilməmişdir” barədə dəlili ilə bağlı isə qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsinə qeyd edilən ünvanda 2012- 2019-cu illərdə yaşayışın olması və həmin ünvana görə sözügedən dövr üzrə ödənilmiş digər kommunal xərclərlə bağlı sübutların təqdim olunması təklif edilsə də, cavabdehin nümayəndəsi bu barədə heç bir sübut təqdim edə bilmədi. Belə olduğu halda məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1282/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1282/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar