Məhkəmə qərarları › İş №2(107)-1652/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1652/2021

02.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1652/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı miras payın müəyyən edilməsi tələbinə dair ilk və Cavabdeh vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras payın tanınması tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə (Açar sözlər: ilk iddia- miras payın müəyyən edilməsi, qarşılıqlı iddia vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras payın tanınması, kəsici müddət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı3 və iddiaçıların vəkili X8 və Cavabdeh və onun vəkili X37 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tаrixli, 2(075)-432/2021 saylı qətnaməsindən İddiaçı3 tərəfindən və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X29 Cavabdeh qarşı iddia ərizəsi ilə daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrində onların 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum əri (ataları) X19, mərhum X24 isə 16 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının və həmin miras əmlakın 3/4 hissəsinin onların payları kimi müəyyən edilməklə onların hər birinin 3/4 hissə miras əmlakdan 1/4 hissə miras paylarının müəyyən edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh da iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X20 qarşı məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində, Şəki rayonu, Baş Göynük kənd İcra Nümayəndəsi tərəfindən təsdiq edilmiş 16 dekabr 2008-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə vərəsəliyin açılması və həmin miras əmlakın 1/2 hissəsinə miras payının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddialarını onunla əsaslandırmışdırlar ki, X21 19 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. X21 vəfat etdikdən sonra ondan miras olaraq Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metr sahəsi olan 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. X21 vəfat etməmişdən əvvəl Şəki rayonu, Baş Göynük kəndində yerləşən iki mərtəbəli evinin 4 otağını, 68 kvadrat metr yaşayış evini və 0,15 hektar həyətyanı torpaq sahəsini oğlu X30 vəsiyyət etməsi barədə vəsiyyətnamə yazmışdır. Həmin vəsiyyətnamə Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyində 16 dekabr 2008-ci il tarixdə təsdiq edilmişdir. Vəsiyyətnamə verilərkən orada X17 və X11 şahid qismində iştirak etmişlər. X21 vəfat etdikdən sonra onun vərəsələri kimi uşaqları X31, X32, X38, X44, Cavabdeh, X25, X22 və X39 qalmışlar. X21 vəfat etdikdən sonra ondan miras qalmış evdə X44 öz ailəsi ilə birlikdə yaşamışdır. Həmçinin, bəzən, yay aylarında Cavabdeh həmin evə gələrək evin bir otağında yaşamışdır. X44 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş və onun vərəsələri kimi X52, İddiaçı2, İddiaçı3 və X29 qalmışlar. Vəsiyyət olunan miras əmlakın yarısı vəsiyyət olunan şəxsə, geri qalan yarısı isə onun qanun üzrə vərəsələrinə keçir. X1 qanun üzrə 8 vərəsəsi qalmışdır. Həmin X2 və Cavabdeh miras əmlakında faktiki yaşamaqla, miras əmlakını idarə etməklə qəbul etmişlər. Digər 6 vərəsə isə başqa ünvanda yaşamaqla mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişlər. Miras əmlakın yarısı vəsiyyət üzrə vərəsənin payı olmuş, qalan yarısı isə mirası faktiki qəbul edən iki vərəsənin, yəni X44 və Cavabdeh arasında bölüşdürülməlidir. Bu əsasla qeyd edilən mirasın 1/2 hissəsi X24, digər 1/2-in 1/2 hissəsi X44 və 1/2-in 1/2 hissəsi Cavabdeh paylarına düşür. X44 vəfat etdiyindən ondan qalmış mirası onun birinci dərəcəli vərəsələri, yəni iş üzrə iddiaçılar qəbul etmişlər. Həmçinin, iş üzrə iddiaçılar mərhumlardan qalmış qeyd edilən miras əmlakı qəbul etmələri ilə bağlı onlara şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etsələr də, onların tələblərindən imtina edilmişdir. Ona görə də iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişlər. İddiaçıların mərhum əri (ataları) X3 öz X4nın qulluğunda durmuş, anasına baxmış, anasının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmiş, anasının sağlığında və anasının vəfatından sonra anasından qalmış mirasa əmlakda yaşamaqla faktiki olaraq anasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. İddiaçılar da öz atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmişlər. Hesab edir ki, ilk iddia tələbi əsaslıdır və iddianı müdafiə edir. Həmçinin, cavabdehlər tərəfindən mübahisələndirilən vəsiyyətnamə mərhum X21 tərəfindən verilmiş, həmin vəsiyyətnamədə X21 öz iradə ifadəsini əks etdirmişdir. Həmin vəsiyyətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmamış, həmçinin, vəsiyyətnamənin verilməsində şahidlərin də iştirakı təmin edilmişdir. Halbuki, həmin şahidlər hər iki tərəf üçün eyni münasibətlərdə olan şəxslərdir. Hesab edir ki, mübahisləndirilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa mübahisləndirilən vəsiyyətnamənin verilməsindən Cavabdeh 2009-cu ildən məlumatı olmuş, o, bu barədə dəfələrlə icra nümayəndəliyinə müraciət etsə də, məhkəməyə müraciət etməmişdir. İş üzrə iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etdikdən sonra, Cavabdeh vəsiyyətnaməni mübahisələndirmişdir. Lakin, Cavabdeh bununla bağlı iddia qaldırması üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göstərdiklərini nəzərə alaraq, ilk iddianı müdafiə edir. Qarşılıqlı iddianı miras əmlakda cavabdehin 1/4 hissə payının müəyyən edilməsi hissəsində qəbul edir. Qalan hissədə qarşılıqlı iddianın həm əsassızlığına görə, həm də iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdırlar ki, X21 onun anasıdır. Anası 19 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. X21 vəfat etdikdən sonra onun vərəsələri kimi o, digər bacı-qardaşları olan X31, X32, X38, X44, X25, X22 və X39 qalmışlar. X21 vəfat etdikdən sonra ondan miras olaraq Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metr sahəsi olan 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. X21 vəfat etdikdən sonra ondan miras qalmış evdə onun və X24 ailəsi yaşamışdır. Həmçinin, qardaşı X44 29 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyində 16 dekabr 2008-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən guyaki, X4 vəfat etməmişdən əvvəl Şəki rayonu, Baş Göynük kəndində yerləşən iki mərtəbəli evinin 4 otağını, 68 kvadrat metr yaşayış evini və 0,15 hektar həyətyanı torpaq sahəsini oğlu X30 vəsiyyət etmişdir. Halbuki, onun anası ağır xəstəliyi ilə əlaqədar təcili tibbi yardım avtomobili ilə 16 dekabr 2008-ci il tarixdə Şəki MRX-na aparılmış və 19 dekabr 2008-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Belə olduğu halda anasının həmin vəsiyyətnaməni 15 dekabr 2008-ci il tarixdə imzalaması ağlabatan deyildir. Həmçinin, həmin vəsiyyətnamədə adları şahid qsimində qeyd edilmiş şəxslər də ona həmin vəsiyyətnamədən xəbərsız olduqlarını bildirmişlər. İddiaçılar 3 ilə yaxındır ki, onu anasından qalmış miras evə buraxmırlar. Qeyd edilən ev 5 otaq və 1 eyvandan ibarətdir. Qardaşı Sabir vəfat etdikdən sonra o, həmin evdə yaşamamışdır. Halbuki, həmin evdə o və qardaşı Sabir öz ailələri ilə birlikdə yaşamışlar. O, ailəsi ilə birlikdə mübahisə predmeti olan evdə yaşadığı dövrdə evin 2 otağı və 1 eyvanı ailəsinin istifadəsində olmuşdur. Sabirin qırxı günü onu həmin evdən çıxarmışlar. Hazırda mübahisələndirdiyi vəsiyyətnamədən iddiaçıların hazırki tələbləri üzrə işə məhkəmədə baxılarkən məlumatı olmuşdur. O, anasını xəstəxanaya aparanda anası öz hərəkətlərini bilmirdi. Lakin, həmin günə kimi anası öz hərəkətlərini bilirdi. O, ilk iddia tələbini iddiaçıların miras əmlakda ½ paylarının tanınması hissəsində qəbul edir. Hesab edirk ki, qalan hissədə ilk iddia əsassız, qarşılıqlı iddiası isə əsaslıdır. Odur ki, ilk iddianın qəbul etdiyi hissədə təmin edilməsinə etiraz etmir, qarşılıqlı iddianın isə tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2 (075)-432/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X18 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum əri (ataları) X19, mərhum X24 isə 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktı müəyyən edilmiş, həmin miras əmlakın 3/4 hissəsi onların payları kimi tanınmış və onların hər birinin 3/4 hissə miras əmlakdan 1/4 hissə miras payılarının müəyyən edilməsi, Cavabdeh 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakın ¼ hissəsinə miras payının tanınması, Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2 (075)-432/2021 nömrəli qərardadına əsasən Cavabdeh qarşılıqlı iddiasının mərhum X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə vərəsəliyin açılması ilə bağlı hissəsinə xitam verilməsinin qərara alınmasının nəzərə alınması, Cavabdeh qarşılıqlı iddiasının qalan hissəsinin təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X18 ilk iddia ərizələri ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 (on) manat məbləğində dövlət rüsumu məbləği onların özlərinə aid edilməsi, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metr sahəsi olan 3 otaqlı fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. Vəsiyyətnaməyə əsasən X21 özünə məxsus olan, Şəki rayonu, Baş Göynük kəndində yerləşən iki mərtəbəli evinin 4 otağını, 68 kvadrat metr yaşayış evini və 0,15 hektar həyətyanı torpaq sahəsini oğlu X30 vəsiyyət etmişdir. Vəsiyyətnamə verilərkən X17 və X11 şahid qismində iştirak etmişlər. Həmçinin, həmin vəsiyyətnaməyə diqqət yetirildikdə onun tarixinin vəsiyyətnamənin məzmunun icra edildiyi qələmdən fərqli bir qələmlə icra edildiyi müəyyən edilir. X21 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş və onun vərəsələri kimi uşaqları X31, X32, X38, X44 (vəfat etmişdir), Cavabdeh, X25, X22 və X39 qalmışlar. X44 2018-ci ildə vəfat etmiş və onun vərəsələri kimi Sona Həsən qızı, İddiaçı2, İddiaçı3 və X29 qalmışlar. X44 29 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. X44 ilə X26 arasında 23 fevral 1985-ci il tarixdə Şəki rayon, Baş Göynük kənd sovetində bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. 01 yanvar 1959-cu il təvəllüdlü X24 X4dır. 02 yanvar 1966-cı il təvəllüdlü X26 anası X40r. xx xxxxxxxx 1986-cı il təvəllüdlü İddiaçı2 atası X44, anası İddiaçı1dır. xx xxxxxx 1992-ci il təvəllüdlü İddiaçı3 atası X44, anası İddiaçı1dır. X21 19 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. 23 iyun 1990-cı il təvəllüdlü X13 atası X44, anası İddiaçı1dır. Notariat hərəkətlərinin aparılmasından imtina haqqında 07 aprel 2021-ci il tarixli qərara əasən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X10 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. X21 15 dekabr 2008-ci il tarixdə stasionar üzrə Şəki RMX-na daxil olmuş və 19 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. X27 01 iyun 1979-cu il tarixdə vəfat etmişdir. X27 ilə X9 arasında 21 fevral 1962-ci il tarixdə Şəki rayon, Baş Göynük kənd sovetində bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. X21 13 yanvar 2009-cu il tarixdə vəfat etmişdir. Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metr sahəsi olan 3 otaqlı fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. Daha sonra şahid qismindən dindirilmiş X14 bildirmişdir ki, Şəki rayonu, Baş Göynük kəndində yaşayır. İddiaçı və cavabdeh tərəflə qohumluğu, ədavəti yoxdur. Hər iki tərəflə səmimi münasibətləri vardır, həmçinin qonşu kimi gediş-gəlişləri vardır. Sabiri, Adili və onların anaları Tükəzbanı tanıyır. Onların ataları o, həmin ünvana gəlin gəlməmişdən əvvəl vəfat etmişdir. O, həmin ünvana 1989-cu ildə gəlin gəlmişdir. Onun Tükəzban xala ilə münasibətləri yaxşı olmuşdur. Tükəzban xala və Sabir vəfat etmişlər. Tükəzban xala sağlığında bir dəfə onu, 2008-ci ilin payız aylarında evlərinə çağıtdırmışdır. O, da Tükəzban xalanın evinə getmişdir. Həmin vaxt orada icra nümayəndəsinin müavini Məmməd müəllim, digər qonşu Yeganə İsmayılova, İddiaçı1 var idi. Həmin vaxt Tükəzban xala ona evini Sabirə vəsiyyət etdiyini bildirmiş və bununla bağlı onlara şahidlik etməsini xahiş etmişdir. O, razılıq verdikdən sonra icra nümayəndəsinin müavini Məmməd müəllim Tükəzban xalanı dinləmiş, bundan sonra Tükəzban xalanın dedikləri əsasında vəsiyyətnamə tərtib etmiş və Tükəzban xala vəsiyyətnaməni imzalamışdır. Həmin vəsiyyətnaməni şahid kimi o və digər şahid Yeganə də imzalamışlar. Həmin vaxt Tükəzban xala çox ağır xəstə deyildi. 2008-ci ildən sonra, yəni, 4-5 il bundan əvvəl Adilin yoldaşı həmin vəsiyyətnaməni imzalamasını ona irad tutmuşdur. O, da Adilin yoldaşına Tükəzban xalanın yaşlı qadın olmasını və onu çağırtdırmasını nəzərə alaraq vəsiyyətnaməyə imza atdığını bildirmişdir. Həmçinin, o, kredit alması üçün Sabirgildən sənəd istəməmişdir. O, üz-üzə gəlməməsi üçün məhkəmədə iştirak etmək istəmirdi. Lakin, Adil ona zəng edərək, onun aldadılaraq sənədinin əlindən alınması barədə ifadə verməsini təkid etmişdir. O, isə Adilə, birdə ona zəng edərsə, bununla bağlı şikayət edəcəyini bildirmişdir. Şahid qismindən dindirilmiş X17 bildirmişdir ki, o, Şəki rayonu, Baş Göynük kəndində yaşayır. İddiaçı və cavabdeh tərəflə qohumluğu, ədavəti yoxdur. Hər iki tərəflə səmimi münasibətləri vardır, həmçinin qonşu kimi gediş-gəlişləri vardır. Sabiri, Adili və onların anaları Tükəzbanı tanıyır. Onların ataları o, həmin ünvana gəlin gəlməmişdən əvvəl vəfat etmişdir. O, həmin ünvana 1983-cü ildə gəlin gəlmişdir. Onun Tükəzban xala ilə münasibətləri yaxşı olmuşdur. Tükəzban xala və Sabir vəfat etmişlər. Tükəzban xala sağlığında bir dəfə onu evlərinə çağıtdırmışdır. O, da Tükəzban xalanın evinə getmişdir. Həmin vaxt orada icra nümayəndəsinin müavini Məmməd müəllim, digər qonşu Gülnaz Xasməmmədova, İddiaçı1 var idi. Həmin vaxt Tükəzban xala xəstə olduğunu və ona evini Sabirə vəsiyyət etdiyini bildirmiş və bununla bağlı onlara şahidlik etməsini xahiş etmişdir. Onlar razılıq verdikdən sonra icra nümayəndəsinin müavini Məmməd müəllim Tükəzban xalanı dinləmiş, bundan sonra Tükəzban xalanın dedikləri əsasında vəsiyyətnamə tərtib etmiş və Tükəzban xala vəsiyyətnaməni imzalamışdır. Həmin vəsiyyətnaməni şahid kimi o və Gülnaz da imzalamışlar. Həmin vaxt Tükəzban xala çox ağır xəstə deyildi. Tükəzban xalanın ürək asması var idi. Asması tutmayanda Tükəzban xala sərbəst danışırdı. Həmçinin, Tükəzban xala deyilənləri sərbəst başa düşürdü. 2008-ci ildən sonra, hətta məhkəmə gedişatı dövründə də ona Adil və ya onun yoldaşı tərəfindən hər hansı bir təsir göstərilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; X9 verdiyi iş materiallarında olan vəsiyyətnamənin tarixi cavabdeh tərəfindən mübahisələndirilsə də, həmin vəsiyyətnamənin məhz, X9 iradə ifadəsini əks etdirməsi və həmin vəsiyyətnaməni yazdırarkən X9 həqiqətən də öz fikirlərini sərbəst ifadə etməsinə hər hansı bir şübhənin olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Cavabdeh qarşılıqlı iddia tələbində vəsiyyətnamənin etibarsızlığını xahiş etsə də həmin vəsiyyətnamənin etibarsız hesab edilməsinə əsas ola biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi mübahisləndirdiyi vəsiyyətnamənin mərhum X4 və şahidlər tərəfindən imzalanmadığını bildirsə də, məhkəmə iclası zamanı həmin vəsiyyətnamənin tərtib edilməsində bilavasitə iştirak etmiş şəxslərin şahid qismində verdikləri ifadələri ilə həmin vəsiyyətnamənin həqiqətən də X9 öz fikirləri əsasında yazıldığı, həmin vəsiyyətnamənin X21 və şahidlər tərəfindən imzalandığı, yəni bu vəsiyyətnamənin X9 öz iradə ifadəsi ilə yazıldığı öz təsdiqini tapmışdır. Lakin, həmin vəsiyyətnamənin yazıldığı tarixdə deyil, müəyyən səbəblərdən yazıldığı vaxtdan bir neçə gün sonra təsdiq edilməsi X9 öz iradə ifadəsi ilə yazdırdığı vəsiyyətnamənin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Eyni zamanda məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X29 və onların vəkili Cavabdeh qarşılıqlı iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsində iddia müddətinin keçdiyini əsas göstərərək iddiaya iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş etsələr də, Cavabdeh qarşılıqlı iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsi əsassızlığına görə təmin edilmədiyindən məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə iddia müddətinin tətbiqi ilə bağlı iddiaçıların və onların vəkillərinin vəsatəti üzrə araşdırma aparmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş X7 Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evi miras əmlak qalmışdır. X21 19 dekabr 2008-ci il tarixdə, X44 isə 29 sentyabr 2018-ci il tarixdə vəfat etdikərindən iddiaçıların və cavabdehin mərhumlardan qalmış mirasın qəbul edilməsi ilə bağlı iddialarına 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. İddiaçıların ataları (əri) X44 və Cavabdeh öz X4ndan qalmış mirasa sahiblik etmişlər, mirasa yiyələnmişlər, analarının sağlığından başlayaraq vəfat edənədək anaları ilə birlikdə miras evdən istifadə etmişlər, miras əmlakı faktiki surətdə idarə etməyə başlamışlar, mirasa yiyələnmişlər, notariat kontoruna müraciət etməyə zərurət hesab etməmişlər. Bununla da iddiaçılar ataları X44 və Cavabdeh öz anaları X7 qalmış həmin mirası qəbul etmiş sayılsalar da, onlar həmin miras mülkün adlarına qeydə alınması ilə bağlı müddəti ötürmüşlər. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə, tərəflərin izahatları yanaşı şahid ifadələri ilə də öz təsdiqini tapır. Buna görə də məhkəmə iddiaçıların ataları (əri) X24 və Cavabdeh öz anaları X7 qalmış mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq qəbul etdikləri mirasa dair hissədə vaxtında şəhadətnamə almamalarını üzürlü hal kimi qəbul edir. Həmçinin, mərhum X44 İddiaçı1 əri, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və X18 isə atasıdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən, tərəflərin izahatlarından və şahid ifadələrindən də göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X29 öz ataları (əri) X24 yas mərasimində iştirak etməklə, atalarının (ərinin) yas mərasimləri ilə bağlı xərcləri qarşılamaqla, həmçinin, mərhumdan miras qalmış həmin əmlakı faktiki olaraq qəbul etməklə və orada yaşamaqla mərhumdan miras qalmış həmin əmlakı faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq üzürlü hallarda onun qəbulu müddətinin uzadılması imkanı da nəzərdə tutulmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X29 mərhum X24 birinci dərəcəli vərəsəsiləridir. Onların öz atalarından (ərindən) qalmış mirası qəbul etmək hüquqları vardır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X29 mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almamaları üzürlü haldır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X29 atalarının (ərinin) vəfatından əvvəldən başlamaqla bu günədək atalarından (ərindən) qalmış mirası faktiki qəbul etmişlər, miras əmlakı faktiki surətdə idarə etməyə başlamışlar, mirasa yiyələnmişdir. Beləliklə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X18 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum əri (ataları) X19, mərhum X24 isə 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktı müəyyən edilməsini tələb etməkdə haqlıdırlar. Eyni zamanda X21 mülkiyyətində olan və Şəki rayonu,Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı oğlu X30 vəsiyyət etmişdir. Lakin, iddiaçıların ataları (əri) X44 və Cavabdeh öz anaları X7 qalmış mirası faktiki olaraq qəbul etdiklərindən X9 verdiyi vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onların mirasda məcburi payları vardır. Lakin, bu məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. X9 X2 və Cavabdeh miras əmlakında faktiki yaşamaqla, miras əmlakını idarə etməklə qəbul etmişlər. X9 vərəsələrindən digər 6 vərəsə isə başqa ünvanda yaşamaqla mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişlər. Miras əmlakın yarısı vəsiyyət üzrə vərəsənin payı olmuş, qalan yarısı isə mirası faktiki qəbul edən iki vərəsənin, yəni X44 və Cavabdeh arasında bölüşdürülməlidir. Bu əsasla qeyd edilən mirasın 1/2 hissəsi X24, digər 1/2-in 1/2 hissəsi X44 və 1/2-in 1/2 hissəsi Cavabdeh paylarına düşür. Belə olduğu halda iddiaçılar mərhum X7 qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakın 3/4 hissəsinin payları kimi tanınmasını və onların hər birinin 3/4 hissə miras əmlakdan 1/4 hissə miras payılarının müəyyən edilməsini tələb etməkdə haqlıdırlar. Həmçinin, Cavabdeh da 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakın 1/2 hissəsinə deyil, 1/4 hissəsinə miras payının tanınmasını tələb etməkdə haqlıdır. Şərh edilənlərə məhkəmə hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, ilk iddia tam, qarşılıqlı iddiai isə qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X18 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum əri (ataları) X19, mərhum X24 isə 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktı müəyyən edilməli, həmin miras əmlakın 3/4 hissəsi onların payları kimi tanınmalı və onların hər birinin 3/4 hissə miras əmlakdan 1/4 hissə miras payıları müəyyən edilməli, Cavabdeh 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakın ¼ hissəsinə miras payı tanınmalı, Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(075)-432/2021 nömrəli qərardadına əsasən Cavabdeh qarşılıqlı iddiasının mərhum X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə vərəsəliyin açılması ilə bağlı hissəsinə xitam verilməsinin qərara alınması nəzərə alınmalı, Cavabdeh qarşılıqlı iddiasının qalan hissəsi təmin edilməməlidir. Tələb etmədiklərindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X18 ilk iddia ərizələri ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 (on) manat məbləğində dövlət rüsumu məbləği onların özlərinə aid edilməlidir. Həmçinin, tələb etmədiyindən və iddiası qismən təmin edildiyindən cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1-ci, 354.1-ci, 354.2-ci, 372.2-ci , 373.1-ci, 374.1-ci, 374.2-ci, 375.1-ci, 375.2-ci, 389.1-ci, 390.1-ci, 390.2-ci, 1143.3-cü, 1166-cı, 1167-ci, 1179.1-ci, 1179.2-ci, 1190-cı, 1193-cü, 1231-ci, 1243.2-ci, 1246-cı, 1248.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1ci, 217.4-cü ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamənin qarşılıqlı iddia üzrə tələbinin təmin edilmiş hissəsi ilə razılaşmadığı üçün apellyasiya şikayəti vermişdir. Şəki rayon məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir və yeni qərar çıxarılmalıdır. 16.12.2008-ci il tarixli vəsiyyətnamədən göründüyü kimi, mülkiyyətçi X21 öz fərdi yaşayış evini oğlu X30 vəsiyyət etmişdir. X33 miras əmlakında yaşamaqla və idarə etməklə vərəsəlik üzrə əmlakı faktiki qəbul etmişdir. Lakin faktiki qəbul etməyinə baxmayaraq miras əmlakının özünə düşən hissəsini qanuna uyğun şəkildə öz adına rəsmiləşdirməsini başa çatdırmamışdır. Məhz buna görədə onun ölməsi ilə birinci dərəcəli vərəsələri irsi transmisiya ilə ona çatası miras əmlakını qəbul etmək qərarına gəlmişdirlər. X1 qanun üzrə 8 vərəsəsi qalmışdır. Həmin 8 vərəsələrdən yalnız X44 miras əmlakında faktiki yaşamaqla, miras əmlakını idarə etməklə qəbul etməsi iş materiallarında öz əksini tapmışdır. Digər 7 vərəsələr isə miras əmlakını bu və ya digər formada qəbul edibetməməsi məlum deyildir. Şəki Rayon Məhkəməsi qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh miras əmlakını qəbul etmiş kimi qiymətləndirərək ona 1/4 hissəsinə miras payı tanımışdır. Hesab edir ki, məhkəmə qarşılıqlı iddia lələbi üzrə iddiaçı Cavabdeh tələbini tam rədd etməliydi. Belə ki, Cavabdeh ilk əvvəl mirasın qəbulu fatını təsdiqləməli və ondan sonra ona miras əmlakından pay müəyyən edilməli idi. Qeyd edilənləri nəzərə alaraq o, Şəki rayon məhkəməsinin 01.06.2021-ci il tarixli 2(075)-432/2021 saylı qətnaməsini qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbin təmin edilmiş hissəsində ləğv edib, qarşılıqlı iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında zidiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri izah edilməmiş, ziddiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qanunsuz və əsasız qətnamə çıxarılmışdır. Belə ki, mərhum X4 bronxial astma aritmiya, ürək astması, ağciyər-ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyi üçün yataq vəziyyətində olmuşdur. Sözügedən mübahisəli evdə anası ölməmişdən əvvəl də, sonra da o (cavabdeh) və ailə üzvləri də yaşamışlar. Anası xəstə yatarkən onun yanında daim özü və həyat yoldaşı X15 olmuşdur. Hətta anasına 15.12.2008-ci il tarixdə təcili yardım həkiminin müşayiəti ilə ağır halda Şəki RMX-nın Reanimasiya Şöbəsinə aparmışlar. Anam xəstəxananın Reanimasiya Şöbəsinə daxil olduğu 15.12.2008-ci il tarixdən ölən gününədək, yəni 19.12.2008-ci il tarixinədək xəstəxanada onun yanında yalnız o və həyat yoldaşı X15 olmuşlar. Anası 19.12.2008-ci il tarixinədək xəstəxananın Reanimasiya Şöbəsində həkim nəzarəti altında olub və həmin tarixdə, yəni 19.12.2008-ci il tarixdə ölüb. Belə olan halda Şəki rayon Baş Göynük kənd İcra Nümayəndəsi 16.12.2008-ci il tarixdə necə vəsiyyətnamə təsdiq edə bilər? Vəsiyyətnamədə qeyd edilir ki, X21 vəsiyyətnaməni şəxsən özü onun (cavabdeh) iştirakı ilə imzalayıb. Anasının 16.12.2008-ci il tarixdə Şəki RMX-nın Reanimasiya Şöbəsində ağır vəziyyətdə həkim nəzarəti altında olduğu halda vəsiyyətnaməni kənd icra nümayəndəsinin yanında imzalaması mümkün deyildir. Şifahi vəsatət verərək həyat yoldaşı X5 şahid qismində dindirilməsini xahiş etsə də vəsatət təmin olunmamışdır. X4 vəsiyyətnamə tərtib edə bilmədiyi üçün qanunvericiliyin tələbinə görə vəsiyyətnaməni, yəni anasının sözlərindən vəsiyyətnaməni yalnız kənd icra nümayəndəsi tərtib etməlidir. Həmin vəsiyyətnaməni anası oxumalı və anası həmin vəsiyyətnaməni kənd icra nümayəndəsinin və iki şahidin yanında imzalamalı idi. Göründüyü kimi kənd icra nümayəndəsinin müavininin isə ümumiyyətlə vəsiyyətnamə tərtib etmək səlahiyyəti yoxdur. İddiaçıların, kənd icra nümayəndəsinin və onun müavininin ifadələri isə vəsiyyətnamənin etibarsız hesab edilməməsi üçün mötəbər sübut kimi qəbul edilməməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X31 və X32 öz ifadələrində (qətnamənin 5,6-sı səhfələri) o (cavabdeh) həmin evin bir otağından istifadə etmişdir. Anası Tükəzban sağlığında özünə məxsus olan evi Sabirə vəsiyyət etdiyini, həmçinin bir otağı Adilə verdiyini onlara bildirmişdir. İddiaçıların, icra nümayəndəsinin və onun müavininin dediyinə görə icra nümayəndəsinin müavini tərəfindən 13.12.2008-ci ildə vəsiyyətnamə tərtib edilmiş və 16.12.2008-ci il tarixdə təsdiqlənmişdir. Həmin vaxt da üçüncü şəxslər orada olmamışlar. Onlar isə anasını 15.12.2008-ci il tarixdə həkimin müşayiəti ilə xəstəxananın Reanimasiya Şöbəsinə ağır vəziyyətdə aparmışlar. Qeyd edilən ziddiyyətli məqamlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X45 ifadəsində göstərmişdir ki, vəsiyyətnamə tərtib etmək üçün müavini Məmməd Rəsulovu göndərmişdir. Bundan iki-üç gün sonra Məmməd Rəsulovla görüşmüşdür. Həmin vaxt Məmməd Rəsulov bir neçə gün əvvəl tərtib etdiyi vəsiyyətnaməni təsdiq etmək üçün ona təqdim etmişdir. Həmin dövrdə vəsiyyətnamə təsdiq edildikdən sonra vətəndaşın özünə qaytarılırdı, lakin Məmməd Rəsulov ona Tükəzbanın xəstə, yataq vəziyyətində olduğunu bildirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq,o, Şəki Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(075)-432/2021 saylı qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı3, onun və digər iddiaçıların vəkili X23 apellyasiya şikayətinin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tаrixli, 2(075)-432/2021 saylı qətnaməsinin Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsi barədə yeni qətnamə çıxarılmasını və qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Kollegiyanın iclasında iştirak edən Cavabdeh və onun vəkili X56 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(075)- 432/2021 saylı qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını və qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (Yeni Məcəllə) 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən, yəni qarşılıqlı iddianın təmin edilmiş hissəsində mübahisələləndirir. Cavabdehin apelyasiya şikayətindən görünür ki, qətnamənin ilk iddianın rədd qarşılıqlı iddianın isə tam təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apelyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(075)-432/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, ilk və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metr sahəsi olan 3 otaqlı fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. Vəsiyyətnaməyə əsasən X21 özünə məxsus olan, Şəki rayonu, Baş Göynük kəndində yerləşən iki mərtəbəli evinin 4 otağını, 68 kvadrat metr yaşayış evini və 0,15 hektar həyətyanı torpaq sahəsini oğlu X30 vəsiyyət etmişdir. Vəsiyyətnamə verilərkən X17 və X11 şahid qismində iştirak etmişlər. Həmçinin, həmin vəsiyyətnaməyə diqqət yetirildikdə onun tarixinin vəsiyyətnamənin məzmunun icra edildiyi qələmdən fərqli bir qələmlə icra edildiyi müəyyən edilir. X21 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş və onun vərəsələri kimi uşaqları X31, X32, X38, X44 (vəfat etmişdir), Cavabdeh, X25, X22 və X39 qalmışlar. X44 2018-ci ildə vəfat etmiş və onun vərəsələri kimi Sona Həsən qızı, İddiaçı2, İddiaçı3 və X29 qalmışlar. X44 29 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. X44 ilə X26 arasında 23 fevral 1985-ci il tarixdə Şəki rayon, Baş Göynük kənd sovetində bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. 01 yanvar 1959-cu il təvəllüdlü X24 X4dır. 02 yanvar 1966-cı il təvəllüdlü X26 anası X40r. xx xxxxxxxx 1986-cı il təvəllüdlü İddiaçı2 atası X44, anası İddiaçı1dır. xx xxxxxx 1992-ci il təvəllüdlü İddiaçı3 atası X44, anası İddiaçı1dır. X21 19 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. 23 iyun 1990-cı il təvəllüdlü X13 atası X44, anası İddiaçı1dır. Notariat hərəkətlərinin aparılmasından imtina haqqında 07 aprel 2021-ci il tarixli qərara əasən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X10 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. X21 15 dekabr 2008-ci il tarixdə stasionar üzrə Şəki RMX-na daxil olmuş və 19 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. X27 01 iyun 1979-cu il tarixdə vəfat etmişdir. X27 ilə X9 arasında 21 fevral 1962-ci il tarixdə Şəki rayon, Baş Göynük kənd sovetində bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. X21 13 yanvar 2009-cu il tarixdə vəfat etmişdir. Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metr sahəsi olan 3 otaqlı fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. X2 və Cavabdeh miras əmlakı faktiki olaraq qəbul etmişlər. Digər vərəsələr isə miras əmlakı nə faktiki, nədə ki, rəsmi olaraq qəbul etməmişlər. Eyni zamanda qəbul etməkdə maraqlı olmamışlar. Məhkəmə kollegiyası ilk iddia tələbi və apellyasiya şikayəti ilə bağlı onu qeyd edir ki, ilk iddia və apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metr sahəsi olan 3 otaqlı fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. Vəsiyyətnaməyə əsasən X21 özünə məxsus olan, Şəki rayonu, Baş Göynük kəndində yerləşən iki mərtəbəli evinin 4 otağını, 68 kvadrat metr yaşayış evini və 0,15 hektar həyətyanı torpaq sahəsini oğlu X30 vəsiyyət etmişdir. X21 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş və onun vərəsələri kimi uşaqları X31, X32, X38, X44 (vəfat etmişdir), Cavabdeh, X25, X22 və X39 qalmışlar. X2 və Cavabdeh miras əmlakı faktiki olaraq qəbul etmişlər. Digər vərəsələr isə miras əmlakı nə faktiki, nədə ki, rəsmi olaraq qəbul etməmişlər. X44 2018-ci ildə vəfat etmiş və onun vərəsələri kimi İddiaçı1, İddiaçı2, İddiaçı3 və X29 qalmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi miras əmlakın paylara uyğun bölünməsində səhvə yol vermiş və payları düzgün müəyyən etməmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Kollegiya qeyd etməyi lazım bilir ki, digər vərəsələr mirası qəbul etmədiklərindən onların məcburi payı vəsiyyət üzrə vərəsə olan X6. Belə olan halda X24 miras əmlakdakı payı 15/16, Cavabdeh payı isə 1/16 hissədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şiakayəti payların müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin səhv nəticəyə gəlməsində əsaslı olsa da qarşılıqlı iddianın təmin edilmiş hissəsində tam rədd edilməsi hissəsində əsaslı deyildir. Belə ki, iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, Cavabdeh X4 öldükdən sonra miras əmlakda yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti həmin hissədə əsaslı olmadığından təmin edilə bilməz. Bundan başqa kollegiya apelyasiya şikayətinin Cavabdeh ilk əvvəl mirasın qəbulu faktını təsdiqləməsi və ondan sonra ona miras əmlakından pay müəyyən edilməsi hissəsinə münasibət bidirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, qanunvericilikdə vərəsələrin miras əmlakdakı payının müəyyən edilməsi üçün ilk olaraq mirasın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi barədə hər hansı bir göstəriş yoxdur. Vərəsə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada birbaşa olaraq miras əmlakdakı payının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası Cavabdeh qarşılıqlı iddia ərizəsi və apelyasiya şikayəti ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia qismən və apelyasiya şikayəti qətnamənin ləğv edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində, Şəki rayonu, Baş Göynük kənd İcra Nümayəndəsi tərəfindən təsdiq edilmiş 16 dekabr 2008-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kəndində yerləşən miras əmlakın 1/2 hissəsinə miras payının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh X4 öldükdən sonra miras əmlakda yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh mirasda olan payını ¼ hissədə müəyyən edərəkən səhvə yol vermişdir. Ona görə də Cavabdeh miras əmlakdakı payı 1/16 hissədə müəyyən edilməlidir. Belə ki, Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Göründüyü kimi digər vərəsələr vərəsəliyi qəbul etmədikləri üçün onların payları vəsiyyətnaməyə əsasən X6. Məhkəmə kollegiyası qarşılıqlı iddianın vəsiyyətnamənin etbarsılığı hissəsi ilə bağlı onu qeyd edir ki, tələb əsassızdır. Belə ki, məhkəmə kollegiyasının sorğusu əsasında məhkəməyə təqdim edilmiş Şəki Rayon Mərkəzi Xəstəxanasının 22.11.2021-ci il tarixli 1457/1 saylı məktubu və ona əlavə edilmiş X16 məxsus stasionar xəstənin tibbi kartının təsdiqlənmiş surətindən görünür ki, X21 15.12.2008-ci il tarixdə 15:00-da Təcili yardım Stansiyası tərəfindən ağciyər–ürək çatışmazlığı diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, 19.12.2008-ci il tarixdə ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında məhkəməyə təqdim edilmiş Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kənd X60 üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş 26.11.2021-ci il tarixli 87 saylı məktubuna əlavə edilmiş 01.11.2007-ci il tarixdə başlamış, 28.10.2010-cu il tarixdə qurtarmış notarial əməliyyatlarına qeydiyyatı kitabına baxış keçirərək müəyyən edilmişdir ki, X9 adından verilmiş vəsiyyətnamə qeydi həmin kitabın 9-cu vərəqinin arxa üzündə nömrə 197 ilə qeyd olunub. Həmin qeyddə X9 adından verilmiş vəsiyyətnamənin 16.12.2008-ci il tarixdə verildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismindən dindirilmiş X41 ifadəsində göstərmişdir ki, o, Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD-si üzrə nümayəndəsinin müavinidir. Vəsiyyətnamə yazılarkən və imzalanarkən orada Yeganə və Tükəzban adlı iki şahid də iştirak etmişlər. Həmçinin, orada Sabirin özü və Sona da olmuşlar. Vəsiyyətnamə tərtib edilərək, içərisi doldurulduqdan sonra vəsiyyətnaməni şahidlər də imzalamışlar. O, həmin vəsiyyətnamənin yazılması ilə bağlı Tükəzbanın evinə 13 dekabr 2008-ci il tarixdə getmişdir. Getdiyi vaxt saat 17:00-dan sonrakı vaxtlar olardı. Vəsiyyətnamə yazıldıqdan və imzalandıqdan sonra vəsiyyətnaməni özü ilə götürərək nümayəndəliyə qayıtmışdır. Lakin, nümayəndəliyə qayıtdıqda iş vaxtı bitmişdir. Buna görə də həmin vəsiyyətnamə 13 dekabr 2008-ci il tarixdə deyil, 16 dekabr 2008-ci il tarixdə təsdiq edilmişdir. Həqiqətən də, vəsiyyətnamənin tərtibatı 13 dekabr 2008-ci il tarixdə aparılmışdır. O, özü də vəsiyyətnamə təsdiq ediləndə tarixinin qoyulacağını düşünərək vəsiyyətnaməni tərtib edəndə vəsiyyətnaməyə tarix qoymamışdır. Tükəzban vəfat etdikdən sonra həmin vəsiyyətnamə Sabirə təqdim edilmişdir. Həmin vəsiyyətnamə tərtib ediləndən 3-4 ay sonra Cavabdeh nümayəndəliyə gələrək, onun xəbəri olmadan vəsiyyətnamə tərtib edilməsinə etiraz etmişdir. O, da həmin vaxt Adilə evin mülkiyyətçisinin mərhum anası olduğunu və anasının öz iradəsindən asılı olaraq mülkiyyətini istədiyi uşağına vəsiyyət etmək hüququnun olduğunu izah etmişdir. Adil bununla bağlı bir neçə dəfə, həmçinin, 2009-cu ilin yaz ayında da onun yanına gəlmişdir. Hətta, Adil həmin vəsiyyətnamənin tərtib edilməsinə görə 3-4 il ona qarşı qərəzli münasibətdə olmuşdur. Həmin vaxtlar Sabirlə Adilin münasibətləri yaxşı olmamışdır. Hətta, Adilin sağlığında anası ilə də münasibətləri normal olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismindən dindirilmiş X46 ifadəsində göstərmişdir ki, o, Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD-si üzrə nümayəndəsi, X41 isə onun müavinidir. Vəsiyyətnamə verilən zaman nümayəndə kimi müavini Məmməd Rəsulovu göndərmişdir. Bundan 2-3 gün sonra Məmməd Rəsulovla görüşmüşdür. Həmin vaxt Məmməd Rəsulov bir neçə gün əvvəl tərtib etdiyi vəsiyyətnaməni təsdiq etmək üçün ona təqdim etmişdir. Həmin dövrdə vəsiyyətnamə təsdiq edildikdən sonra vətəndaşın özünə qaytarılırdı. Lakin, Məmməd Rəsulov ona Tükəzbanın xəstə, yataq vəziyyətində olduğunu demişdir. Həmin vəsiyyətnamə tərtib ediləndən bir müddət sonra Cavabdeh ona özünün xəbəri olmadan vəsiyyətnamə tərtib edilməsinə etiraz etmişdir. O, da həmin vaxt Adilə vəsiyyətnaməni təsdiq etməyin onun vəzifəsi olduğunu izah etmişdir. Bu hadisə təxminən, son bir il ərəfəsində olsa da, tarixini dəqiq xatırlamır. Həqiqətən də, həmin vəsiyyətnamə yazıldıqdan 3-4 gün sonra təsdiq edilmişdir. Bunun səbəbi isə işlərinin çoxluğu ilə əlaqədar bəzən günlərlə iş yerində ola bilməməsidir. Göründüyü kimi vəsiyyətnamə səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda X21 15.12.2008-ci il tarixdə 15:00-da Təcili yardım Stansiyası tərəfindən ağciyər –ürək çatışmazlığı diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, 19.12.2008-ci il tarixdə ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. Vəsiyyətnaməni təsdiq edən şəxs isə vəsiyyətnamənin 13.12.2008-ci il tarixdə təsdiq edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi isə işin bu halına diqqət yetirməmiş, qarşılıqlı iddia tələbini bu hissədə rədd edərkən vəsiyyətnamənin qanunvericiliyə uyğun tərtib edildiyini bildirmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, işin bu halı qarşılıqlı iddia ərizəsinin vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vəsiyyətnaməni mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, iddiaçı qeyd edilən vəsiyyətnaməni ona məlum olduğu vaxtdan 2 il müddətində mübahisələndirə bilərdi. Halbuki iddiaçı vəsiyyətnamədən xəbərdar olmuş təqribən 10 il sonra onu mübahisələndirmişdir. Burada onu da qeyd etmək lazımdır ki, mübahisələndirmə haqqının öz müddəti ərzində istifadə olunub-olunmaması ilə əqdin etibarsız hala gəlməsi vaxtlarının fərqli ola biləcəyini nəzərdən qaçırmaq olmaz. Belə ki, əqd, müvafiq haqq sahibinin mübahisələndirmə ilə bağlı iradəsini ifadə etdiyi anda deyil, bu iradə ifadəsini qarşı tərəfin öyrəndiyi və ya öyrənmiş hesab olunduğu anda etibarsız hesab olunur. Yəni nə qədər ki, mübahisələndirmə ilə bağlı iradə ifadəsi qarşı tərəfə hələ çatmayıb, həmin əqd etibarsız hala gəlmiş olmaz. Hətta mübahisələndirmə ilə bağlı iradə ifadəsi qarşı tərəfə göndərilmiş olmasına baxmayaraq, qarşı tərəf bunu öyrənməmişdən əvvəl mübahisələndirmə haqqı sahibi bu haqqından açıq və ya üstü qapalı şəkildə imtina etdiyini ona (əqdin qarşı tərəfinə) bildirərsə, əqdin etibarlılığı öz mövcudiyyətini davam etdirər. Sözügedən bu müddətlər iddia müddəti olmayıb, kəsici müddətlərdir. Bunun (yəni mübahisələndirmə müddətlərinin kəsici müddət olmasının) səbəbləri və iddia müddətləri ilə olan fərqləri barəsində aşağıdakıları qeyd etmək olar. Əvvəla, yuxarıda da qeyd olunduğu kimi iddia müddətləri, adından da məlum olduğu kimi, yalnız məhkəmədə iddia qaldırmaqla təmin oluna bilən tələblər üçün olan bir müddəti bildirir. Mübahisələndirmə ilə bağlı arzu olunan nəticənin əmələ gələ bilməsi üçün isə, məhkəmə qərarına ehtiyac yoxdur. Nəticə etibarı ilə, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlərdir, ancaq kəsici müddətlərin isə, məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. İkincisi, iddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir. Halbuki kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir hüququ təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın hüququn mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manefeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Yuxarıda qeyd olunduğu kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən iki il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Beləliklə kollegiya hesab edir ki, iddiaçı vəsiyyətnaməni mübahisələndirmək hüququnu itirmişdir. Ona görə də qarşılıqlı iddia və apelyasiya şikayəti bu hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(075)-432/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, ilk və qarşılıqlı iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X18 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum əri (ataları) X19, mərhum X24 isə 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktı müəyyən edilməli, həmin miras əmlakın 15/16 hissəsi onların payları kimi tanınmalı və onların hər birinin 15/16 hissə miras əmlakdan 1/4 hissə miras payları müəyyən edilməlidir. Eyni zamanda qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakın 1/16 hissəsinə miras payı tanınmalı ilk və qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(075)-432/2021 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X18 29 sentyabr 2018-ci il tarixdə vəfat etmiş mərhum əri (ataları) X19, mərhum X24 isə 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktı müəyyən edilsin. Həmin miras əmlakın 15/16 hissəsi onların payları kimi tanınsın. Onların hər birinin 15/16 hissə miras əmlakdan 1/4 hissə miras payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh 19 dekabr 2008-ci il tarixdə vəfat etmiş öz X4ndan miras qalmış Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 52,2 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakın 1/16 hissəsinə miras payı tanınsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Tərəflərin ödəmiş olduğu dövlət rüsumu məbləği onların özlərinə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar