Məhkəmə qərarları › İş №2(107)-1654/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1654/2021

22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1654/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X29 və vəkili X6, Cavabdeh2 nümayəndəsi X8 və vəkili X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “Asan Xidmət“ mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin olunmuş, İddiaçı mərhum atası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi, iddiaçının iddianın qaldırılması ilə bağlı dövlətə ödədiyi rüsum xərcinin özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, o özü 1969cu ildə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən evdə anadan olmuşdur. Ailədə 2 bacı və 2 qardaş olmuşlar. Qardaşlarından Ehsan hal-hazırda həmin ünvanda ayrıca bir evdə yaşayır. Digər qardaşı Qəzənfər isə Bakı şəhərində yaşamış, hal-hazırda isə Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayır. Cavabdeh Qəzənfər bir neçə dəfə məhkum olunmuş və üst-üstə 22 il həbsdə olmuşdur. Özü 1989-cu ildə ailə quraraq əri Elmangilə məxsus evə gəlin köçmüşdür. Həmin evdə təxminən 2 il yaşadıqdan sonra yenidən, yəni 1991-ci ildə ata evinə qayıdaraq atası və anası ilə birlikdə yaşamağa başlamışdır. 1993-cü ildə həmin ev darısqal olduğundan kirayəyə çıxaraq orada kirayədə yaşamağa başlamışlar. Atası 1999-cu ildə, anası isə 2011-ci ildə vəfat etmişdir. Kirayəyə çıxıb yaşasalar da, daima ata evinə gedib gəlmiş, ata və anasına qulluq etmişdir. Həmçinin atasının və anasının yas mərasimlərində yaxından iştirak etmiş, onların qəbirüstü abidəsinin götürülməsində köməklik etmişdir. Belə ki, Qəzənfər törətmiş olduğu cinayətə görə məhkum olduğundan ata-anası evin altında tək olmuşdur. Təxminən 2013cü ildə kirayədən qayıdaraq ailəsi ilə birlikdə mübahisəli ata evində yaşamağa başlamışlar. Həmin vaxtdan da indiyədək ailəsi və uşaqları ilə birlikdə həmin mübahisəli evdə yaşayırlar. Mərhum atası X20 vəfat etdikdən sonra ondan miras qalmış əmlakı, yəni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsinə faktiki olaraq mirası qəbul etmişdir. Digər vərəsələr atasından miras qalmış əmlakı nə faktiki, nə də ki, qanuni əsaslarla qəbul etməmişlər. Ümumiyyətlə qeyd olunan mübahisəli mənzil onun adına rəsmiləşdirilməsə də həmin əmlakın dəyərini Qəzənfərə ödəmişdir. Buna görə də cavabdeh olan qardaşı Qəzənfər 16.08.2017-ci il tarixdə notariusda ərizə yazaraq atasından qalan mirası qəbul etməməsini bildirmiş və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətinin olmamasını qeyd etmişdir. Hazırda 2013-cü ildən mübahisəli miras əmlakda yaşamaqla mirası faktiki olaraq qəbul etmiş və hal-hazırda miras əmlakı idarə edir. Həmin evin qaz, işıq və su təchizatı üzrə müqavilələr onun adınadır və bütün kommunal ödənişlər onun tərəfindən ödənilir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsni məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X47 da İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, RX seriyalı, ******* nöməli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi atası X7 miras qalmışdır. Qeyd edilən mirasın vərəsələri özü, X30, İddiaçı və digər bacısı X21 olsalar da, həmin evdə atasının, anasının ölümündən sonra miras əmlakda yaşamışdır. Göstərmişdir ki, bütün bacı qardaşları həmin miras evdə doğulmuş və həmin evdə yaşamışlar. Əsli də ərə gedənə kimi həmin evdə yaşamışdır. Əsli 1989-cu ailə quraraq əri ilə birlikdə kirayələrdə yaşamışdır. Lakin Əsli onun razılığı ilə öz ailəsi ilə 2013-cü ildə gələrək miras evində yaşamağa başlamışdır. Həmin vaxtdan bu günədək Əsli və ailəsi miras əmlakda yaşayır. Əslinin miras əmlakına köçməsinə özü razılıq vermiş, belə bir fikri olmuşdur ki, evin otaqlarından birini ona versin və vermişdir də. Əsligilin ailəsi böyük olduğundan ev isə darısqal olduğundan 2016-cı ildə həmin evdən çıxaraq Kiçik Dəhnə kəndində yaşayan qızının yanına getmiş, hazırda da orada yaşayır. Qeyd etmişdir ki, həmin miras evin bütün kommunal müqavilələri Əslinin adınadır və həmin xərclər Əsli tərəfindən ödənilir. Göstərmişdir ki, özü dəfələrlə məhkum olunaraq üst-üstə 18 il həbsdə qalmışdır. Belə ki, 1986-1991-ci ilərdə 5 il, 1992-1996-cı illərdə 4 il və 1997-2003-cü illərdə 6 il 6 ay azadlıqdan məhrum edilərək məhkumluq həyatı yaşamışdır. Cəzalarının əsas hissəsini Bakı şəhərində çəkmişdir. Əvvəllər Əsliyə evin bir otağını vermək fikri olsa da indi vermək fikri yoxdur. Notariusa gedərək mirasdan imtina barədə ərizə yazmışdır. Lakin həmin ərizənin mahiyyətini dərk etməmişdir. Göstərmişdir ki, həm atasının həm də anasının yas mərasimlərində bacısı Əsli də iştirak etmişdir. Əsli 2013-cü ildən ailəsi ilə birlikdə faktiki olaraq miras əmlakda yaşasa da daima miras əmlaka gəlib-getmişdir. Ümumiyyətlə Əsli ata və anasının sağlığında da daima miras əmlakla daima əlaqəsi olmuşdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 vəkili X22 məhkəmə iclasında cavabdehin izahatına oxşar izahat vermiş, həmçinin göstərmişdir ki, iddiaçı anası 2011-ci ildə vəfat etdikdən 2 il sonra yəni 2013-cü ildə qayıdaraq miras əmlakda yaşamışdır. Hesab edir ki, iddiaçı mirası qəbul etmək üçün qanunda göstərilən müddəti ötürmüşdür. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq RX şeryalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yşayış evi və 0.0326 ha torpaq sahəsinin atası X7 miras qalmasını, miras qoyanın vərəsələri özü, X30, İddiaçı və digər bacısı X10 olması, həmin evdə atasının və anasının ölümündən sonra onun yaşadığını göstərmişdir. İddiaçı 1989-cu ildə ailə quraraq əri ilə birlikdə kirayələrdə yaşamışdır. 2013-cü ildə yanına gələrək miras evində yaşamağa başlamışdır. Əslinin miras əmlakına köçməsinə o razılıq vermişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi subyekti atası X16r. Ata: X23 15 iyun 1999-cu ildə vəfat edib. Ana: X17 18.12.2011 -ci ildə vəfat edib. Miras əmlakı ataları X5r. Onun 15 iyun 1999-cu ildə vəfatından sonra anaları həmin mirası idarə etmiş, ana X17 18.12.2011 -ci ildə vəfatından sonra mirası oğlu Cavabdeh2 idarə etmişdir. Bundan da göründüyü kimi iddiaçı miras açılandan 3-4 il sonra evə köçdüyü müəyyən edilmişdir. iddiaçı qanun üzrə 1 -ci növbə vərəsədir. Ancaq o, miras əmlaka miras açıldığı gündən (atasının ölümü ilə bağlı 15 iyul 1999-cu il, anasının ölümü ilə bağlı 2011 -ci il) vaxtında mirası qəbul etməmişdir. 3 aylıq mirasın qəbul edilmə müddəti ötürülmüşdür. Bu barədə müddətin tadbiq edilməsinə dair ərizə vermişdir. Ərizə məhkəmənin icraatına daxil edilib. Vərəsə iddiaçı miras əmlakını vaxtında nə notarial, nə də faktiki surətdə idarə etməmişdir. Mirası vərəsə vərəsəliyin açıldığını bildiyi zamandan 3 ay müddətində qəbul etməmişdir. Yəni miras qanunla müəyyən olunan müddətdə və qaydada qəbul edilməmişdir. Bununla da vərəsənin miras əmlakının qəbul etməsinin yolverilənliyi altı aylıq müddətə məhdudlaşdırılmışdır ki, həmin müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu səbəbdən də məhkəmə onun mirası qəbul etmə faktına dair ərizəsini təmin etmişdir. İddiaçı mirası qanunla müəyyən olunan müddətdə qəbul etməmişdir. Qətnamənin müəyyən etdi hissəsinin 2-ci abzasında İddiaçı bildirir ki, “1989-cu ildə ailə qurub, Elmana məxsus evə köçüb” “1993-cü ildə kirayədə yaşayıb” “Təxminən 2013-cü ildə kirayədən qayıdıb ailəsi ilə birlikdə mübahisəli evdə yaşayıb”. Bu fikirlər qəbul edilən hazırkı qətnamə üzrə İddiaçı fikirləridir. Bundan başqa hazırkı məhkəmə prosesini aparan hakim tərəfindən Cavabdeh2 iddiasına baxılarkən məhkəmə 19.09.2019-cu il tarixli 2(075)-15136/2019 saylı qətnaməsinin 3-cü səhifəsinin sonuncu abzasında qeyd edib ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Revesteri Xidmətinin Hüquqların X34 Daşınmaz Əmlakın Dövlət Revesterindən verilmiş. RX serialn ******* nömrəli çıxarışa əsasən Səki səhəri. Elşad Yəhvavev küçəsi. 22 ünvanında yerləşən fərdi vasayıs evi və 0.0326 ha torpaq sahəsi iddiaçının atası X7 miras qalmışdır. İdiaçının atasından miras qalmış fərdi vasavıs evi birmərtəbəli iki yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 42.8 kv/metrdir. Həmin Səki səhəri. Elşad Yəhvavev küçəsi. 22 ünvanında yerləşən fərdi vasavıs evi və 0.0326 ha torpaq sahəsi üzrə vərəsələri iddiaçı, X49 oglu. İddiaçı və iddiaçının digər bacısı X21 olsalar da, həmin evdə atasının, anasının ölümündən sonra iddiaçı yaşamış və miras qalmış əmlaka faktiki sahiblik edərək həmin əmlakı idarə etməyə başlamışdır. Atası və anası vəfat etdikdən 3-4 il sonra iddiaçı bacısı İddiaçı kirayədə yaşadığı üçün mübahisə predmeti olan evə gətirmiş, iddiaçı özü isə qızı Əfsanə ilə birlikdə Səki rayonu Kiçik Dəhnə kəndində yaşamağa başlamışdır. Hal-hazırda cavabdeh iddiaçının qeyd edilən mənzilə buraxmır. Buna görə də iddiaçı Cavabdeh2 oglu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 ivul 1999-cu il tarixdə vəfat etmiş mərhum alası X41 o&lundan qalmış Səki səhəri. Elşad Yəhvavev küçəsi, 22 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X24 və vəkili X22 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi X47 və vəkili X18 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh2 və Şəki Regional “Asan Xidmət“ mərkəzində Notariat ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların X34 daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evi X11 mülkiyyətindədir. İş materiallarında olan 13.04.2017-ci il tarixdə tərtib edilmiş 5963 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 üanvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X16r. İş materiallarında olan AZ 029077 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 şəhərində 15 iyun 1999-cu ildə ürək-qan-damarı çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan Şəki rayon məhkəməsinin 19.09.2019-cu il tarixli qətnaməsinin təsviri hissəsində olan 05 aprel 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, X2 şəhərində 18.12.2011-ci ildə ürək-qan-damarı çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-1788385 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X19 atası X20, anası isə X12r. İş materiallarında olan AZ-İ 514771 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 18.12.2011-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İş materiallarında olan “Dağdibi” məhəllə nümayəndəsi tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli, 388 nömrəli arayışdan görünür ki, İddiaçı valideynləri vəfat etdikdən bir az sonra ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və həmin evə faktiki olaraq sahiblik edir. İş materiallarında olan “Dağdibi” məhəllə nümayəndəsi tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli, 389 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 5 ünvanında yaşamış və 15 iyul 1999-cu il tarixdə vəfat etmiş X13 Cavabdeh2, X30, İddiaçı və X26 adlı ailə üzvləri qalmışdır. İş materiallarında olan AZ ******* saylı doğum şəhadətnaməsinin surətindən görünür ki, X38pzı xx.xx.1969-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur. X3, anası isə X14r. İş materiallarında olan Cavabdeh2 və X15 16.08.2017-ci il tarixli notarial qaydada təsdiq edilmişl ərizələrindən görünür ki, ataları X27 15.06.1999-cu il tarixdə vəfat etmişdir və onlar tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündə sonra mirası, nə də ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişlər və buna görə də öz vərəsəlik hüquqlarını rəsmilədirmək niyyətində deyillər. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədləri yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddiaları olmayacaqdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 19.09.2019-cu il rarixli, 2(075)- 1513/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 15 iyul 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X7 qalmış ünvan 4 unvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının müəyən edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(107)- 1548/2020 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 19.09.2019-cu il rarixli, 2(075)-1513/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 07093 və 14042 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilələrin surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. İş materiallarında olan “Dağdibi” icra nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2021-ci il tarixli, 74 nömrəli arayışdan görünür ki, Cavabdeh2 həqiqətən Şəki şəhəri, E.Yəhyayev küçəsi, 22 saylı evdə qeydiyyatdadır, onun X28 və X31 adlı ailə üzvləri vardır. Ailə üzvlərinin hamısı uzun müddətdir ki, göstərilən ündanda yaşamırlar. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528 və 552, 2000-ci ilin sentyabr ayının 1-dən qüvvədə olan 1151, 1159.1, 1159.2, 1243.1 və 1243.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Presussual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528-ci maddəsinə əsasən vərəsəliyin açılması vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 2000-ci ilin sentyabr ayının 1-dən qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X34 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, RX seriyalı, ******* nöməli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsi iddiaçının atası X7 miras qalmışdır. Həmin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsələri iddiaçı, Cavabdeh2 X1 və iddiaçının digər bacısı X21 olmuşdur. İddiaçı doğulduğu vaxtdan 1989-cu ilədək, ailə qurduqdan sonra isə 1991-1993- cü illərdə də miras əmlakda yaşamışdır. Bundan başqa iddiaçı bundan sonrakı dövrlərdə də ata-anasına baxmış, mütamadi olaraq onlara qayğı göstərmiş və beləliklə də miras əmlakla əlaqəsi üzülməmişdir. Həmçinin iddiaçı təxminən 2013-cü ildən etibarən miras əmlaka köçərək bu günədək həmin evdə ailəsi ilə birlikdə daimi olaraq yaşayır. İddiaçı atasının, sonra isə anasının yas mərasimlərində iştirak etmiş, hazırda evin bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X7 qalmış ünvan 4 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh vərəsə olaraq iki qardaş və iki bacı olduqlarını bildirmişdir. İddiaçının 2013-cü ildən indiyədək miras əmlakda daimi olaraq yaşadığını bildirmiş, həmçinin miras evin bütün kommunal müqavilələrinin Əslinin adına və həmin xərclərin iddiaçı tərəfindən ödənilməsini göstərmişdir. Qeyd etmişdir ki, iddiaçı həm atasının həm də anasının yas mərasimlərində itirak etmiş, 2013-cü ildən ailəsi ilə birlikdə faktiki olaraq miras əmlakda yaşasa da miras əmlaka gəlib-getmiş, miras əmlakla daima əlaqəsi olmuşdur. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Miras qoymuş şəxs X20 15 iyun 1999-cu il tarixdə Şəki şəhərində 18.12.2011-ci ildə ölmüşdür. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək olan dövrdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X7 qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın hazırkı İddiaçı tərəfindən də qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı mirası faktiki olaraq qəbul etməsi nəzərə alınmalı, onun tərəfindən də mərhum atası X7 qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0326 ha torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-95/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar