Məhkəmə qərarları › İş №2(107)-1655/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1655/2020

24.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1655/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(039)-346/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi evinə istifadə olunan qaz istehlakına görə **********00000 abonent koduna hesablanmış xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən hesablanmış 1297 (bir min iki yüz doxsan yeddi) manat 17 (on yeddi) qəpik borc və xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən 316 (üç yüz on altı) manat 80 (səkksən) qəpik borc məbləği silinməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X7ıİdarəsinin xx xxxxxx 2017-cu il tarixli qərarı əsasında hesablanmış 1321,20 manat cərimənin, həmçinin Cavabdeh Tərtər X7 İdarəsinin xx xxxxxx 2018-ci il tarixli qərarı əsasında hesablanmış 316,80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia ərizəsi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda o, ünvan 1 ünvanında yaşayır. Yaşadıqları ev işıq, su və qazla təchiz olunmuşdur. Cavabdeh Tərtər X7ıİdarəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixli, ******* saylı akt tərtib edilərək qaz sayğacının qabaq rezin boru tərəfində zədələnməsi aşkar olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. Bundan sonra Cavabdeh Tərtər X7 İdarəsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə 6606 kub.metr qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi qərara alınmışdır. Birlik tərəfindən həmin 6606 kub.metr qaz 0,20 qəpiyə vuralaq ona 1321,20 manat cərimə hesablanmışdır. Hansı ki, həmin 6606 kub.metr qaz 0,20 qəpiyə deyil, 0,10 qəpiyə vurulmalı idi. Eyni zamanda hesabat müddəti 60 gün hesablanaraq, itirilmiş qazın bərpası həmin müddət üzrə hesablanmışdır ki, o, bununla razılaşmır. Belə ki, müdaxilə cəmi 3 gün müddətində olmuşdur. Bundan sonra ikinci dəfə Cavabdeh Tərtər X7 İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt tərtib edilərək qaz sayğacının daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. Bundan sonra Cavabdeh Tərtər X7 İdarəsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 3168 kub.metr qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi qərara alınmışdır. Qaz sayğacı həyətdə deyil, küçədə hasara vurulmuşdur və qorunması üçün heç bir örtükləörtülməmişdir. Hər iki qərar üzrə hesablanmış cərimə əsassız olduğundan həmin cərimə məbləğlərinin silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh nümayəndəsi X3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-346/2020 saylı qətnaməsini əsassızdır və qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, S.Musayev küçəsində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacından kənar xətt aşkar edilmişdir.Bu səbəbdən 31.01,2017-ci il tarixə abonent İddiaçı 6606 m3, yəni, 1321.20 manat itirilmiş qaz hesablanmışdır. xx.xx.2018-ci il tarixdə yenidən ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğaca müdaxilə aşkarlanmışdır. Bu səbəbdən ******* nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir.İTRİ-nin “Qazservisinformatika” Departamentinin MSK- 29/1710-01634-3 nömrəli Aktına əsasən G-4 markali ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması aşkar edilmişdir.Bu səbəbdən xx.xx.2018-ci il tarixə abonent İddiaçı 3168 m3, yəni, 316.80 manat itirilmiş qaz hesablanmışdır. Məhkəmə qətnaməsində göstərmişdir ki, qaz sayğacının yarasız hala salınmasında İddiaçı təqsiri yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar təsirdən qorunması üçün müvafiq örtüklə təmin olunmalı, 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarımın işlək vəziyyətdə saxlalanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır Cavabdeh qaz sayğacını saz vəziyyətdə quraşdırıb və bu günə kimi də sayğacın saz vəziyyətdə işləməsini təmin etmişdir. Lakin abonent tərəfindən işlək qaz sayğaclarına müdaxilələr olunur. Bununla Birlik tərəfindən ciddi mübarizə aparılsada təsüf olsun ki bəzi şəxslər bu kimi əməllərindən çəkinmirlər. Bu faktlarla bağlı bir necə şəxs barəsində cinayət işi başlanılaraq barələrində həps qətiimkan tədbirləri seçilmişdir, (kütləvi informasiya vasidələrində bununla bağlı faktlar işiqlandırılmışdır). Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, üstündə plomb olan sayğaca müdaxilə etmək Birliyin maraqlarında deyildir və hər sayğac üçün ödənilən əlavə pul Birliyin iqtisadi göstəricilərinə mənfi təsir göstərir buda heç zaman Birliyin marağında olmayan bir haldır. Üstündə plomb olan sayğaclara vətəndaşlar tərəfindən o qədər ustacasına müdaxilələr edilir ki bu faktları yalnız xüsusi biliyi olan şəxslər aşkar edə bilirlər(labaratoriya işləyən mütəxsislər). Bildirmək istəyirəm ki, zədələnmiş qaz sayğacı məhfumu geniş anlayışdır və əgər bu hal abonent tərəfindən müəyyən məqsədlər üçün edilmişdirsə nəyə görə məsuliyyəti “Cavabdeh İstehsalat Birliyi daşımalıdır. Birlik tərəfindən qanunun tələbinə uyğun olaraq fiziki şəxslərin qaz sayğacları dövlət yoxlamasından keçirilərkən abonentlərdən hec bir ödəniş tələb edilmir. Göstərilən faktlardanda məlum olur ki, qaz sayğacına müdaxilə etmək onun normal işləməsinə maneyələr yaratmaq və qaz sayğacını sıradan çıxarmaq İddiaçı maraqları daxilindədir və öz mənafeyi üçün etmişdir. Yevlax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-346/2020 saylı qətnaməsini ləğv edib İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Tərəflər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və iddiaçı Şəki Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(039)-346/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx.xx.2017-ci il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığıünvanda quraşdırılan qaz sayğacından qabaq rezin boru aşkar olunmuşdur. İşdə olan Cavabdeh xx.xx.2017-ci il tarixli qərarından görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 1.2 m3 /saat, orta günlük iş rejimi - 8 saat və hesabat müddəti - 60 gün qəbul edilməklə, qsq-nin maksimal saatlıq qaz sərfi – 2.25 m3 /saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti - 60 gün qəbul edilməklə, qssq-nin maksimal saatlıq qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi-20 saat, hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpasıüçün hesabatın aparılması və 6606 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2017-ci il tarixli ******* nömrəli akt olmuşdur. İşdə olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacının daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. İşdə olan Cavabdeh xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.8 m3 /saat, orta günlük iş rejimi - 6 saat və hesabat müddəti - 90 gün qəbul edilməklə, qsq-nin maksimal saatlıq qaz sərfi – 2 m3 /saat, orta günlük iş rejimi - 8 saat, hesabat müddəti -90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat orta günlük iş rejimi – 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpasıüçün hesabatın aparılması və 3168 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2018-ci il tarixli ******* nömrəli akt olmuşdur. İşdə olan “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə 2017-ci il tarixə borcu 1321,20 manat və 2018-ci il tarixə borcu 316,80 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2, 4.5, 4.7, 4.8 və 4.9-cu maddələrinə, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 448.2 maddələrinə istinad etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Digər tərəfədən öyrənilən işdən aydın olur ki, iddiaçıya 60 gün müddətində hesabat aparılmaqla əlavə sərfiyyat hesablanmışdır. Hansıki, yuxarıda iqtibas edilmiş qanunvericiliyin tələbinə görə cavabdeh təşkilatın əməkdaşı tərəfindən sayğaca mütamadi olaraq baxış keçir, borc mövcud olduqda bu barədə istehlakçıya məlumat verilir, müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Lakin öyrənilən işdən iddiaçıya məxsus sayğaca son baxışın hansı tarixdə keçirildiyini təsdiq edən hər-hansı bir sübuta rast gəlinmir. Digər tərəfdən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktda hansı əsasla 60 gün əsas götürülməklə cərimənin hesablanması faktiki olraq əsaslanırılmamışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayədəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh nümayəndəsi X1 аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(039)-346/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(039)-346/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar