Məhkəmə qərarları › İş №2(107)-167/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-167/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-167/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1592/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1592/2019 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddiа qismən təmin edilmiş, lizinq obyekti olan 2014cü il buraxılışlı, «Samand SE» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT3FF71059 ban nömrəli, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması, Cavabdeh 9072.52 manat əsas borc, 3261.87 manat mükafat və həmin günə hesablanmış 907 manat dəbbə pulu, cəmi 13241.39 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı ASC Cavabdeh qarşı «lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Samand SE» markalı, 99-AX336 dövlət qeydiyyat nişanlı, NAACU1FT3FF710519 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması; Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, AL-2443 saylı daxili lizinq müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifdə edilməsinə görə xx xxxxxx 2018-ci il tarixə 9072.52 manat əsas, 3261.87 manat mükafat və həmin günə hesablanmış 16276.87 manat dəbbə pulu, cəmi 28611.26 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Mövsümov X9 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-2443 saylı “Daxili lizinq" müqaviləsinə əsasən Mövsümov Mir X1 ilə 2014-cü il buraxılışlı, «Samand SE» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT3FF71059 ban nömrəli, qara rəngli avtomobil 9500 manat məbləğinə “xxxx” ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə venimişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Mövsümov X9 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləği olmaqla 274.05 manat, ümumilikdə isə 13154.13 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13154.13 manatın 9500 manatı əsas məbləğ təşkil edir. xx xxxxxx 2015ci il tarixdə Mövsümov X9, X7 və İddiaçı ASC arasında AL-2443(1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və xx xxxxxx 2014-cü il tarixli AL-2443 saylı Daxili Lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə X7, X5 və İddiaçı ASC arasında AL-2443(2) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və xx xxxxxx 2014-cü il tarixli AL-2443 saylı Daxili Lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X5 tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxx 2015-ci il tarixdə 274 manat məbləğində olmuşdur. İddiaçı ASC-nin nümayəndəsi X8 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izah etmişdir ki, İddiaçı ASC ilə Mövsümov X9 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-2443 saylı daxili lizinq müqaviləsinə əsasən Mövsümov X2 ilə 2014-cü il buraxılışlı, «Samand SE» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT3FF71059 ban nömrəli, qara rəngli avtomobil 9500 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və şfarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxxxx 2015-ci il tarixdə Mövsümov X9, X7 və İddiaçı ASC arasında AL-2443 (1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və xx xxxxxx 2014-cü il tarixli AL-2443 saylı Daxili Lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə onun, X3 və İddiaçı ASC-nin arasında AL-2443 (2) saylı öhdəliklərin ötürülməsi müqaviləsi başlanmış və xx xxxxxx 2014-cü il tarixli AL-2443 saylı daxili lizinq müqaviləsi üzrə o, bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lakin maddi vəziyyəti ağırlaşdığından müqavilə üzrə öhdəlikləri tam icra edə bilməmişdir. Cavabdeh məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozuİmuşdur. Məhkəmə iddianı bu şəkildə qəbul etməkdə və qərar qəbul etməkdə ədalətli olmamışdır. Göründüyü kimi bağlanmış müqavilənin əsasını Samand Se markalı **-AX-*** dövlət qeydiyyat nişanlı qara rəngli 2014-cü il buxarlışlı avtomobil təşkil edir. Tərəflər həmin avtomobilə görə qeyd olunan müqaviləni bağlamağı öz üzərinə öhdəliklər götürmüşlər. Göründüyü kimi avtomobilin qiymətləndirmə həddi 9500 manat qeydə alınmışdır. İşdə olan sənədlərdən də görünür ki, sözügedən avtomobil “İddiaçı" ASC-yə məxsusdur. Bağlanmış lizinq müqaviləsinə əsasən avtomobilin dəyəri ödənildikdən sonra avtomobilin mülkiyyətçisi onu dəyərini ödəyən şəxs olacaqdır. Məhkəmə qərar qəbul edərkən həm avtomobili mülkiyyətçinin özünə qaytarır, eynilə avtomobilin dəyəri olan 9072.52 manatı əsas borc olaraq, 3261.87 manatı hansısa mükafat kimi, 907 manatı dəbbə pulu kimi dəyərləndirərək 13142 manat 39 qəpik məbləğin ondan tutularaq İddiaçı ASC-yə verilməsini müəyyən edib. Buradan belə məntiq çıxır ki, o, yazıx həm maşını, həm maşının dəyərini (9500 manat əsas borcun 427 manat 48 qəpiyi tərəfindən ödənildiyi üçün iddida əsas borc 9500 manat yox, 9072.52 manat kimi qeyd olunmuşdur), bundan sonra mükafat kimi bir şeyi və dəbbə pulunu ödəməlidir. Bu qərar nə ədalətə, nə qanuna, nə də məntiqə uyğundur. O, həm avtomobili, həm dəbbə pulunu, həm mükafat deyilən anlamını dərk etmədiyi bu pulu, həm də maşının əsas dəyərini ödəməlidir. Maşın yəni, mülkiyyətçiyə məxsus olan sözügedən əmlak qiymətləndirilməli və yaxud müvafiq ekspert tərəfindən satış qiyməti ortaya qoyulmaqla, onun real qiyməti müəyyənləşdirildikdən sonra mülkiyyətçiyə məxsus olan bu əmlakın yerdə qalan ödənməmiş əsas borcu tərəfindən ödənilə bilər. O, mükafat deyilən bu anlamı qəbul etmir. Bu hissədə məhkəmənin mübahisəyə baxmasını istəyir. Eləcə də dəbbə pulunun azaldılmasını onun də işsizliyini və digər məsələlərini, çətin vəziyyətini nəzərə almağı istəyir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1592/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, müəyyən olunmuş yeni hallar əsasında yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi Rövşən Adıgözəlov məhkəmə kollegiyasına məktub ünvanlayaraq hazırki mülki işə onların iştirakı olmadan baxıb, apelyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1592/2019 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1592/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan mədaxil qəbzindən məlum olur ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan İddiaçı ASC ilə Mövsümov X9 arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL2443 saylı daxili lizinq müqaviləsindən məlum olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2014-cü il buraxılışlı, «Samand SE» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT3FF71059 ban nömrəli, qara rəngli avtomobil Mövsümov X6 verilmişdir. İşdə olan Mövsümov X9, X7 və İddiaçı ASC arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış AL-2443 (1) saylı öhdəliklərin ötrülməsi müqaviləsindən məlum olur ki, X7 xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL-2443 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İşdə olan X7, Cavabdeh və İddiaçı ASC arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış AL-2443 (2) saylı öhdəliklərin ötrülməsi müqaviləsindən məlum olur ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL-2443 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İşdə olan Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxxx 1988-ci il tarixdə Yevlaxşəhərində anadan olmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi m 140-da qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİNnin BDYPİ QİŞ-si tərəfindən xx xxxxxx 2014cü il tarixli AC 335854 saylı Azərbaycan Respublikası Nəqliyyat vasitədinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, 2014-cü il buraxılışlı, «Samand SE» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT3FF71059 ban nömrəli, qara rəngli avtomobil İddiaçı ASC-yə məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 427.3, 442, 445, 448.1, 465.2, 467, 747.1, 747-2, 748-1.12.4 və 748.1.8-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlrlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748.1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxx 2015-ci il tarixli öhdəliklərin ötrülməsi müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqavilə üzrə İddiaçı ASC-yə məxsus 2014-cü il buraxılışlı, «Samand SE» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT3FF71059 ban nömrəli, qara rəngli avtomobili lizinqə götürmüş, lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən 16276.87 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab etmişdir. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh öhdəliklərinin icra edilməsini, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Samand SE» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT3FF71059 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılmalı; Cavabdeh 9072.52 manat əsas borc, 3261.87 manat mükafat və həmin günə hesablanmış 907 manat dəbbə pulu, cəmi 13241.39 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları qismən də olsa birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1592/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1592/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavadbeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar