Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-167/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddialarının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıların özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla Cavabdeh2 arasında bağlanmış AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasın 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə onlara 0.21 ha həyətyanı, Zaqatala rayon Aqrar islahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə isə 9112.0.kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahələri ayrılmışdır. Sonuncu torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********91 olan hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən sözügedən torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/3 hissə olmaqla X8, payı 1/3 hissə olmaqla İddiaçı1 və payı 1/3 hissə olmaqla İddiaçı2 mülkiyyətinə verilmişdir. Onlar 06 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakkın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən Zaqatala rayon Aşağı Tala kəndində yerləşən 0.9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından Çıxarış almışlar. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən "Torpaq sahəsinin planı və ölçüsü” A A N545166 nömrəli sənədi də almışlar. 2021-ci ildə həmin torpaq sahəsinin naturada bölünməsi tələbi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişlər, lakin ekspertlər X6 gəlib ölçü işlərini aparmaq istədikdə onlara həmkəndliləri Cavabdeh2 yaxınlaşaraq həmin torpaq sahəsini 1500 manata aldığını bildirmiş və Daşınmaz Əmlakın alqı-satqısına dair müqaviləni göstərmişdir. Onlar özlərinə məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmamışlar, onu icarəyə vermişlər. Alqı-satqı müqaviləsində onlara məxsus torpaq sahəsinin 2017-ci ildə 1500 manata satılması qeyd olunur. 0,9113 ha torpaq sahəsinin alqı-satqı qiyməti 15.000 ( on beş min) manat təşkil edir. Ona görə də, tərəflərindən həmin torpaq sahəsinin satılması inandırıcı deyil. İddiaçı1 həmin torpaq sahəsini icarəyə verilməsi məqsədi ilə qardaşı olan cavabdehə Cavabdeh3 etibarnamə vermişdir, lakin həmin torpaq sahəsinin alqı-satqısına razılıq verməmişdir. Əgər alqı-satqı müqaviləsi qanuni və əsaslı olsaydı 1500 manat pul banka depozit hesabına köçürülməli idi və onlar pulu bankdan almalı idilər. Alqı-satqı müqaviləsi 13 iyul 2017-ci il tarixdə baş tutsa da onlar həmin torpaq sahəsinə 2020- ci ildə DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsindən X7 çıxarış almışlar. Halbuki alqı-satqı müqaviləsində qeyd olunur ki, alqı-satqı müqaviləsinin 1 nüsxəsi DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, onların etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, X8, İddiaçı1 və İddiaçı2 verdikləri etibarnamə əsasında X3 adından etibarnamə əsasında Nümayəndə, İddiaçı1 Mövlud qızının adından Cavabdeh3 və İddiaçı2 adından Nümayəndə notariat ofisinə gələrək iddiaçıların və X3 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9113 ha torpaq sahəsini Cavabdeh2 satmaq istədiklərini bildirmişlər və o, sənədləri araşdıraraq buna razılıq vermişdir. Mübahisələndirilən AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi notariat kontorunda bağlanaraq notarial qaydada təsdiq edilmiş və o müqavilənin bağlanması ilə bağlı hüquqi nəticələri tərəflərə izah etmişdir. İddiaçıların iddiaları əsassızdır. O, notarial hərəkətləri düzgün aparmışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, iddiaçılara məxsus torpaq sahəsini 2017-ci ildə satın almış və bu barədə Zaqatala rayonu 2 saylı Notariat Ofisində alqı-satı müqaviləsi bağlnamışdır. Həmin torpaq sahəsini o, 2500 manata almış və həmin puldan 1500 manatı X4, 1000 manatı isə İddiaçı1 vermişdir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərmişdir ki, İddiaçı1 onun bacısı, İddiaçı2 isə bacısı qızıdır. İddiaçılara məxsus torpaq sahəsi Cavabdeh2 icarəyə verilmişdir. İddiaçılar həmin torpaq sahəsini satmaq niyyətində olmamışlar. 1500 manata 1 hektar torpaq sahəsi olmur. Cavabdeh3 oxuya və yaza bilmir və o, notariat ofisində müqavilənin məzmununu başa düşmədən imzalayıb. Odur ki, götərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala-Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, maddi hüquq və prosessual hüquq normaları pozulmuşdur, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən 2017-ci ildə və hal-hazırda 0,9113 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin içərisində fındıq topaları olan bağın faktiki satış qiyməti 2017-ci ildə 15000, 2021-ci ildə isə 20000 manat olmasının, alqı-satqı müqaviləsində həmin torpaq sahəsinin və fındıq bağının 2000 manata satılmasına dair cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin dəlillərini yoxlamadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh2 nümayəndəsi məhkəmə prosesində cavabdehlərin bağını 2004-cü ildən aldığını, 1500 manat pulu isə mən İddiaçı1 qardaşı Cavabdeh3 verdiyini bildirsədə, məhkəmə buna heç bir əhəmiyyət verməmişdir. Halbuki, Cavabdeh2 nümayəndəsi Nümayəndə Rəfail oğlu məhkəmə baxışı iclasında 2004-cü ildə fındıq bağını X4 1000(min) manat verməklə aldığını, İddiaçı1 və X15 heç nə vermədiyini, yalnız 2017-ci ildə alqı-satqı müqaviləsini rəsmiləşdirərkən Cavabdeh3 1500 manat verdiyini göstərmişdir. Bütün bu ifadələr məhkəmə tərəfindən araşdırılmamış,həmin sübutlara hüquqi qiymət verilməmiş, əlimizdə Hüquqların Dövlət Qeydiyyatından çıxarış ola-ola torpaq sahəsinin icarəyə verilməsi barədə etibarnamə verdiyimiz halda məhkəmə bu faktları araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021 -ci il tarixli 2(033)-765/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı1 əlavə olaraq bildirdi ki, o, torpağı icarəyə vermək üçün Cavabdeh3 etibarnamə verərkən həmin torpağı 2004-cü ildən istifadə edən hazırki iş üzrə cavabdehin əri Nümayəndə ona bir illik icarə üçün 1500 manat pul vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 Mövlud oğlu apellyasiya şikayətini qəbul edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Zaqatala rayonu 2 saylı Notariat Kontorunun nümayəndəsi və üçüncü şəxs X8 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməli, AN- İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatı İddiaçı1, 500 manatı isə X1 alınaraq Cavabdeh2 ödənilməli, torpaq sahəsi isə iddiaçılara qaytarılmalıdır. Mülki işin materiallarında olan reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14 iyun 2017-ci il olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X8, İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 oktyabr 2020-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payları 1/3 hissə olmaqla X8, İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Zaqatala rayonu 2 saylı notariat kontorunun AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, mülkiyyətçilər X3 və İddiaçı2 adından etibarnamə əsasında çıxış edən Nümayəndə, İddiaçı1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 ilə (satıcılar) Cavabdeh2 (alıcı) arasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin torpaq sahəsi 2000 manat satılmışdır. İş materiallarında olan Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun notariusu G.İ.İsgəndərova tərəfindən təsdiq edilmiş 16 may 2017-ci il tarixli Etibarnamədən görünür ki, X8 həmin etibarnamə ilə Nümayəndə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və s... etibar etmişdir İş materiallarında olan Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun notariusu G.İ.İsgəndərova tərəfindən təsdiq edilmiş 08 iyun 2017-ci il tarixli Etibarnamədən görünür ki, İddiaçı1 həmin etibarnamə ilə Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və s... etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat kontorunun xüsusi notariusu İ.B.Hüseynov tərəfindən təsdiq edilmiş 18 may 2017-ci il tarixli Etibarnamədən görünür ki, İddiaçı2 həmin etibarnamə ilə Nümayəndə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və s... etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli AA N 545166 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquqi sahibi İddiaçı1dır. İş materiallarında olan Zaqatala rayon məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(033)-141/2020 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında X4, X10, X11 və X2 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/4 hissədən ibarət olmaqla payı müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********91 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında X4, İddiaçı1 və İddiaçı2 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (əkin) Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının 1/3 hissədən və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/3 hissədən ibarət olmaqla payları müəyyən edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli 2(107)-1004/2020 saylı qətnaməsinin surətindən görünür ki, Zaqatala rayon məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(033)-141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DT və XK-ın Torpaq sahəsinin planı və ölçsünün surətindən görünür ki, Zaqatala rayon AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X3 mülkiyyətinə Zaqatala rayonunun Aşağı Tala kəndində 9113 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan sahibkar X20 tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli 45 saylı arayışından görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində 0,9113 ha kənd təsərrüfatı torpaq sahəsi 100 ədəd fındıq ağacı ilə birlikdə 2017- ci ildə orta satış qiyməti 15 000 manat, 2021-ci ildə isə həmin torpaq sahəsinin orta satış qiyməti 20 000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan məlum olur ki, AN-İN ******* nömrəli 13 iyun 2017-ci il tarixli alqı satqı müqaviləsi 18 saylı Zaqatala Ərazi İdarəsinin arxiv fondunda aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 324.1, 331.1 və 334.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bir əmlak hüququ olaraq mülkiyyət hüququ, təmin etdiyi səlahiyyətin həcmi baxımından tam və bütöv olan yeganə əşya hüququdur. Öz sahibinə əşya üzərində inhisarlı bir şəkildə ən geniş səlahiyyətlər təmin edən bu hüquq həm əşya barəsində sərəncam verə bilmə səlahiyyətini (yəni əşyanın hüquqi müqəddəratını və əmlak mənsubiyyətini müəyyən edə bilmə səlahiyyətini) təmin edir, həm də əşya üzərində üç səlahiyyətin (istifadə, sahiblik və sərəncam) hamısını birlikdə və ən geniş şəkildə təmin edir. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Eyni Məcəllənin 334.1-ci maddəsinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən dəyəri ödənilməklə iddiaçıların adından etibarnamə əsasında çıxış edən Nümayəndə və Cavabdeh3 əldə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əqdin etibarlılığı aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: əqdin məzmununun qanuniliyi; əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; əqdin formasına riayət edilməsi;iradə və iradə ifadəsinin müvafiqliyi. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Həmin anlayış Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsində belə izah edilir: MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırkı mübahisə üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlığını şübhə altına alan qanunla müəyyən edilmiş heç bir əsas müəyyən edilməmiş, həmin müqavilə iştirakçıların iradə və bu iradə ifadəsinin müvafiqliyinə, habelə əqdin formasına riayət etməklə bağlanmış və bu müqavilənin etibarlığını şübhə altına alacaq hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə cavabdehin nümayəndəsi kimi izahat vermiş Cavabdeh3 nümayəndəsi X13 ifadəsinə tənqidi yanaşmışdır belə ki, Cavabdeh3 Mövlud oğlu notariat kontorunda alqı-satqı müqaviləsini imzalayarkən notarius tərəfindən səlahiyyətləri yoxlanıldıqdan sonra nəyə imza atdığı barədə xəbərdar edilmiş, müqavilənin üzərində daşınmaz əmlakın alqı-satqısı müqaviləsi yazıldığını aşkar surətdə görmüşdür, belə ki, müqavilə imzalandıqdan sonra onun bir nüsxəsi bütün proses iştirakçılarına təqdim edilir. İcarə müqavilə bağlamaq istəyən şəxsin notariat kontorunda aldadılaraq alqısatqı müqaviləsinə imza etdirmək məhkəmə tərəfindən inandırıcı hesab olunmur. Bundan başqa iddiaçı aldadalırıq alqı-sağqı müqaviləsinə imza etdiyini bildirsə də 2017-ci ildən bir dəfə də olsun özünə məxsus torpaq sahəsinə getməmiş, icarə haqqının ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etməmişdir, bu barədə tərəflər arasında hər hansı bir söhbətin olmasını təsdiq edən şahid ifadəsi alınması üçün məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi iddaçının alqı-satqı müqaviləsi bağlanarkən pulun mütləq olaraq depozitə qoyulmalı olmasına da tənqidi yanaşmışdır, belə ki, bu barədə notariusa yazılı surətdə heç bir müraciət olmamış, notariat hərəkətlərinin aparılmasına dair təlimata əsasən isə 5500 manatdan yuxarı məbləğdə aparılan alqı-satqı müqavilələrinə dəir işlər üzrə pulun depozitə qoyulması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki-prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır. İş materiallarından görünür ki, X8, İddiaçı1 və İddiaçı2 verdikləri etibarnamə əsasında X3 adından etibarnamə əsasında Nümayəndə, İddiaçı1 Mövlud qızının adından Cavabdeh3 və İddiaçı2 adından Nümayəndə iddiaçıların və X3 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9113 ha torpaq sahəsini Cavabdeh2 satmışlar. Bu barədə AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh2 nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə 6 yanvar 2004-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamə təqdim edilmiş, həmin şəhadətnaməyə baxış keçirilərək surəti iş materiallarına əlavə edilmişdir. 6 yanvar 2004-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən və Zaqatala rayon VVAQ şöbəsinin 25 yanvar 2022-ci il tarixli akt qydindən çıxarışdan görünür ki, X12 ilə Nümayəndə Rəfail oğlu arasında nikah 6 yanvar 2004-cü ildə Zaqatala rayon VVAQ şöbəsində bağlanmışdır. Onların ər-arvad olması özü-özlüyündə X5 və İddiaçı2 etibarnamə əsasında təmsil edən Nümayəndə Rəfail oğlunun təmsil etdiyi şəxslərin əmlakını arvadı ilə ümumi mülkiyyətinə əldə etdiyini təsdiq etmiş olur. Bu isə, öz növbəsində alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz Mülki Məcəllənin əqdlərdə təmsilçiliyin anlayışını müəyyən edən 359.1-ci maddəsində təsbit edilmişdir ki, əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, etibarnamə ilə təmsil edilən təmsilçiyə onun üçün mülki hüquq və vəzifələr yaradan, dəyişdirən və xitam edən əqdlər bağlamaq səlahiyyəti verir. Bu mənada, etibarnamə üzrə əqdlərdə təmsilçilik institutunun mühüm bir cəhəti həm də ondan ibarətdir ki, belə münasibətlərin yaranması və davam etdirilməsi müstəsna olaraq tərəflərin (təmsil edilənin və təmsilçinin) iradələrindən asılıdır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 365.1.3 və 356.1.4-cü maddələrində etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, habelə etibarnamə verilmiş şəxsin imtinası etibarnamənin qüvvəsinə xitam verilməsi əsasları kimi təsbit edilmişdir. Eləcə də, Mülki Məcəllənin 365.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsi də özünün 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2-ci maddəsinə əsasən, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin), başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda göstərilən maddələrin tələbi baxımından hazırki iş üzrə X3 və İddiaçı2 verdiyi etibarnamə ilə Nümayəndə arvadı Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayaraq birincilərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsini sonuncuya satdığından həmin mübahisə olunan alqı-satqı müqaviləsinin etibarsızlığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14 iyun 2017-ci il olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X8, İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilər X3 və İddiaçı2 adından etibarnamə əsasında çıxış edən Nümayəndə, İddiaçı1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmışdır. Reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 oktyabr 2020-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payları 1/3 hissə olmaqla X8, İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, 13 iyul 2017-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılarkən həmin əmlak X8, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olmuşdur. X3 və İddiaçı2 münasibətdə mübahisə olunan alqı-satqı müqaviləsi etibarsız olduğundan yuxarıda göstərilən normaların tələbi baxımından İddiaçı1 təkbaşına ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini satmaq hüququ qalmır. Beləliklə, mübahisə olunan alqı-satqı müqaviləsinin tamamilə etibarsız olduğu təsdiq edildiyindən və etibarsız hesab edilən müqavilə nəticəsində tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan torpaq sahəsi iddiaçılara, cavabdehin etibarsız əqd nəticəsində ödədiyi pul Cavabdeh2 qaytarılmalıdır. AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsində torpaq sahəsinin 2000 manata satıldığı göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 həqiqətən 1500 manat pulu Cavabdeh2 aldığını etiraf etmiş, İddiaçı2 isə özünün yalnızca Nümayəndə etibarnamə verdiyini, ona heç bir pulun verilmədiyini bildirmişdir. X8 məhkəməyə teleqram ünvanlayaraq mübahisəli torpaq sahəsini ailəsi ilə birlikdə satdığını göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatı İddiaçı1, 500 manatı isə X1 alınaraq Cavabdeh2 ödənilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)- 765/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməli, AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatı İddiaçı1, 500 manatı isə X1 alınaraq Cavabdeh2 ödənilməli, torpaq sahəsi iddiaçılara qaytarılmalıdır. X8 daha sonra öz payını ayırmaqla cavabdehə sata bilər. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilsin. AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatı İddiaçı1, 500 manatı isə üçüncü şəxs X1 alınaraq Cavabdeh2 ödənilsin. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi birgə mülkiyyət hüququ üzrə X8, İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış 0,9113 ha torpaq sahəsi Cavabdeh2 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 və üçüncü şəxs X4 qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-167/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-167/2022
27.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver