Məhkəmə qərarları › İş №2(107)-1672/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1672/2020

21.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1672/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, üçüncü şəxslər X8, X4, Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızınınvə üçüncü şəxs X8 vəkili X15 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı X29rşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-632/2020 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-632/2020 nömrəli (hakim Pərviz Hacıyev) qətnaməsi ilə iddia təmin edilmiş, Şəki rayon 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, 2V-1/397 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Nümayəndə verilmiş xx xxxxxx 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, 10 (on) manat dövlət rüsumunun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı X29rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, 2V-1/397 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Nümayəndə adına verilmiş xx xxxxxx 2013-cü il tarixli, RX seriyalı, **********214-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsinin razılığı ilə Cavabdeh1 əsl cavabdeh olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi ilə əvəz edilmiş, Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızı, X11, Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X5 xx xxxx 2007-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: İddiaçı – arvadı, Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızı – qızı, X11 – oğlu, X12 – oğlu (ölüb, ailəsi olmayıb), Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı – qızı, Şəmkiyeva (Mustafayeva) Xalidə Ələsgər qızı – qızı (ölüb, ailəli olub), X13 – qızı (ölüb, ailəsi olmayıb), X9 – oğlu və Nümayəndə – qızı. Əri X1 qızı Nümayəndə xx xxxxxx 2005-ci il tarixli vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə əsasında Nümayəndə xx xxxxxx 2013-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnaməyə əsasən onun adına xx xxxxxx 2013-cü il tarixli, RX seriyalı, **********214-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən miras əmlakın 1/7 hissə və 1/7-in ½ hissəsi Nümayəndə adına, 5/7 hissə və 1/7-in ½ hissəsi isə mərhum X5nun adına yazılmışdır. xx xxxxxx 2020-ci il tarixdə tərəfindən Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət edilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi xx xxxxxx 2020-ci il tarixli məktubu ilə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə payların düzgün bölünmədiyini bildirmiş, təkrar şəhadətnamənin verilməsindən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin etibarnamə üzrə nümayəndəsi X14 oğlu göstərmişdir ki, X10 xx xxxx 2007-ci il tarixdə vəfat etmiş, ondan qalmış miras əmlaka dair xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmişdir. Lakin xx xxxxxx 2013-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamədə paylar düzgün bölünmədiyindən təkrar vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün hesab edilmiş, vətəndaş İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı müraciətinin məhkəmədən kənar həlli qaydası mövcud deyildir. Odur ki, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 bildirmişdir ki, atası X10 xx xxxx 2007-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra bacısı Nümayəndə guya məhrum atası Ələsgər Mustafayev tərəfindən adına verilmiş xx xxxxxx 2005-ci il tarixli vəsiyyətnamə olduğunu bildirmişdir. Həmin vəsiyyətnamədən digər vərəsələrin xəbəri olmamışdır və saxta vəsiyyətnamədir. Həmin vəsiyyətnamənin heç bir hüququ qüvvəsi yoxdur. Özü də çox şəraitsiz evdə yaşayır. Miras əmlakdan bütün vərəsələr eyni miqdarda pay almalıdırlar. Məhkəmədən bütün bunları nəzərə alaraq mirasın vərəsələr arasında düzgün bölünərək qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh2nə, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızı, Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı və X7 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızı, Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı və X9 birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, Cavabdeh2 isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı X33 nümayəndəsinin, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızı, Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı və X4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin həmin qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə tərəfindən sözügedən qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı, yəni anası X17 uzun müddət onun yanında yaşamış və bir övlad olaraq onun qayğısına layiqincə qalmışdır. 2013-cü ildə bacısı Nümayəndə dava salaraq anasını öz yanına aparmışdır. Həmin vaxtdan anası onun yanında yaşayır. Hazırda guya anası İddiaçı Şəki regional "ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmişdir. Bildirir ki, anasının 94 yaşı var və birici qrup (gözdən) əlildir. Bu fakt iş materiallarında da öz təsdiqini tapır. Bu isə o deməkdir ki, anası vərəsəlik işinin açılması üçün nə notariat ofisinə getməyib, nə də heç bir müraciət etməyib. Anasının 2013-cü ildə verilən vərəsəlik hüququ haqqında şəhadətnaməni və reyestr çıxarışını 7 il sonra mübahisələndirməsi şübhə doğuran haldır. Bütün bunların təşkilatçısı Nümayəndədır. Belə ki, iş materiallarından və işin hallarından aydın görünür ki, Nümayəndə iş üzrə cavabdeh olmalı olduğu halda, prosesə heç bir şəxs qismində cəlb edilməyib, əksinə iddia tələbini müdafiə etməklə özünə yönələn iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Yəni, iddianın verilməsində əsas məqsəd anası Sumayə Mustafayevanın yox, bacısı Arzunun marağıdır. Belə ki, taktiki gediş kimi anasından istifadə etməklə anasına düşəcək miras payı gələcəkdə öz xeyrinə əldə etmək istəyir. Qeyd edilən xüsuslar iddia ərizəsindən və işin mahiyyətindən aydın görünür. İlk növbədə iddia ərizəsindən görünür ki, iddiaçı Nümayəndə məxsus Şəhadətnamə və Reyestr çıxarışı mübahisəndirilir. Yəni əslində iddia tələbi birbaşa Nümayəndə yönəlməklə gələcəkdə təmin ediləcəyi halda, onun hüquqlarına toxunması istisna edilmir. Lakin, Arzu cavabdeh olmalı olduğu halda, iddiaçının nümayəndəsi qismində prosesə buraxılır, iddianı müdafiə edir, təmin olunmasını xahiş edir və nəticədə iddia təmin olunur. Bundan əlavə, iddia ərizəsində digər vərəsələrlə yanaşı, vərəsələr sırasında Arzunun da adı qeyd edilmiş, bütün digər vərəsələr (sağ qalanlar) cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilsə də, nədənsə Nümayəndə cəlb edilməmişdir. Ən əsas məqamlardan biri iş materiallarına əlavə edilən İddiaçı tərəfindən ünvanlanan, xx.xx.2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuş ərizənin məzmunundan görünür ki, iddiaçı "kor və kar olduğunu” ifadə edir. Bu fakt özlüyündə onu göstərir ki, iddiaçı fəaliyyət qabiliyyətli deyil və ya məhdud fəaliyyət qabiliyyətlidir və məhkəməyə müraciət edən zaman öz hərəkətlərinin mənasını başa düşməmiş və ya onlara rəhbərlik edə bilməmişdir. Bütün bunları təşkil edən isə Nümayəndədır. Lakin məhkəmə bu faktların heç birinə əhəmiyyət verməmiş, işin fakti hallarını hərtərəfli və düzgün araşdırmadan iddia tələbini təmin etmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi, əslində iş üzrə cavabdeh olmalı şəxs bütün bunları məqsədyönlü şəkildə həyata keçirir. Anamın mövcud vəziyyətindən istifadə edərək öz gələcək planlarını hüquqdan sui-istifadə etməklə həyata keçirir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-632/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X11 və onun vəkili X20 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X9 və Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızı izahat verərək, qanuni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-632/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı X33 nümayəndələri lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-632/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-632/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Nuxa rayon Zaqs bürosu tərəfindən verilmiş xx xxxx 1953-cü il tarixli evlənmə haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X21 arasında xx xxxx 1953- cü il tarixdə bağlanmış nikah 97 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İşdə olan Şəki şəhər İHB-nin “Yuxarıbaş” məhəllə Nümayəndəliyi tərəfindən Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 29 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, xx xxxx 2007-ci il tarixdə vəfat etmiş X6 vərəsələri aşağıdakılardır: İddiaçı – arvadı, X11 – oğlu, X9 – oğlu, Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızı – qızı, Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı – qızı, Nümayəndə – qızı, X12 – oğlu (vəfat edib), X13 – qızı (vəfat edib) və Şəmkiyeva (Mustafayeva) Xalidə Ələsgər qızı – qızı (vəfat edib). İşdə olan Azərbaycan Respublikası DİN ASAN-Şəki tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi, dalan-8, ev 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda heç kəs yoxdur. İşdə olan Cavabdeh2 tərəfindən xx xxxxxx 2005-ci il tarixli verilmiş 484/75 saylı qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi, dalan-8, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2005-ci il tarixli, 2v-İ/151 reyestr nömrəli vəsiyyətnamənin təsdiq edilmiş surətindən təsdiq edilmiş surətindən görünür ki, X3 şəhəri, Ə.Haqverdiyev küçəsi, dalan-8, ev 5 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evini və bütün əmlakını qızı Nümayəndə vəsiyyət etmişdir. İşdə olan Şəki şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxx 2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxxx 2007-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. İşdə olan Nümayəndə tərəfindən Şəki rayon 1 saylı notariat kontoruna ünvanlanmış xx xxxxxx 2013-cü il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2007-ci il tarixdə vəfat etmiş X6 vərəsələri aşağıdakılardır: İddiaçı – arvadı, X11 – oğlu, X9 – oğlu, Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızı – qızı, Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı – qızı, Nümayəndə – qızı, Mustafayeva) Xalidə Ələsgər qızı – qızı. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı tərəfindən Bakı şəhəri 35 saylı dövlət notariat kontoruna ünvanlanmış xx xxxxxxx 2013-cü il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı atasına məxsus miras əmlakdan imtina etmişdir. İşdə olan Dövlət Notariat Arxivi tərəfindən Nümayəndə ünvanlanmış xx xxxxxx 2013cü il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2005-ci il tarixli, 2v- İ/151 reyestr nömrəli vəsiyyətnamənin xx xxxxxx 2013-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat verilməmişdir. İşdə olan Şəki rayon 1 saylı dövlət notariat kontoru tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş 2V-1/397 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 2007-ci il tarixdə vəfat etmiş X6 xx xxxxxx 2005-ci il tarixli vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Nümayəndədır. Birinci instansiya məhkəməsi tərəfindən əslinə baxmaqla təsdiq edilərək iş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi, dalan-8, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X10 (5/7 hissə və 1/7-in ½ hissəsi) və Nümayəndə (1/7 hissə və 1/7-in ½ hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Notariat haqqında Azərbaycan Respublikası Qanununun aşağıda göstərilən maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4.11-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202-ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, miras qoyan şəxs X10 xx xxxx 2007-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, miras qoyan şəxs – X10 xx xxxx 2007-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx xxxxxxxx 2000-ci il redaksiyalı) müddəaları əsasında həll olunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, miras qoyan X10 xx xxxx 2007-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (2000-ci il redaksiyalı Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan Şəki şəhərində daimi yaşadığından və daşınmaz əmlak Şəki şəhərində yerlədiyindən mirasın açıldığı yer Şəki şəhəridir (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka X10 öldüyü məqamadək malik olduğu Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi, dalan-8 ünvanında yerləşən 5 saylı mənzil daxildir. Məhkəmə araşdırması zamanı həmçinin miras qoyan X6 qızı Nümayəndə bütün əmlakını miras qoymasına dair vəsiyyətnamə qoyması müəyyən edilmişdir. Həmçinin, miras əmlak mərhum X10 və İddiaçı birgə nikahları dövründə əldə edilmişdir. Miras qoyanın öldüyü məqamda sağ olmuş İddiaçı – arvadı, X11 – oğlu, X9 – oğlu, Məhərrəmova (Mustafayeva) Mülayim Ələsgər qızı – qızı, Kafari (Mustafayeva) Səriyyə Ələsgər qızı – qızı, Nümayəndə – qızı, Mustafayeva) Xalidə Ələsgər qızı – qızı onun qanun üzrə birinci növbə vərəsələridir (MM-nin 1159.1-ci maddəsi). Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, miras əmlak iddiaçının mərhum X10 ilə birgə nikahları dövründə əldə edilməklə onların birgə mülkiyyətlərində olmuşdur. X2 vərəsəsi Nümayəndə ona verilmiş vəsiyyətnamə əsasında 2013-cü il tarixdə Şəki rayon 1 saylı notariat kontoruna müraciət edərək vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Lakin Şəki rayon 1 saylı notariat kontoru tərəfindən X10 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi tam müəyyənləşdirilməmiş, Nümayəndə ərizəsi ilə kifayətlənmiş və əmlakın birgə nikah dövründə əldə edildiyi nəzərə alınmamışdır. Bundan əlavə miras qoyan şəxs X10 barəsində notariat kontorunda vərəsəlik işi açılarkən Mülki Məcəllənin 1300-cü maddəsinin, notarius tərəfindən isə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarılmışdır. Göründüyü kimi xx xxxxxx 2013-cü il tarixli, 2V-1/397 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, «Notariat haqqında Azərbaycan Respublikası Qanunu»nun, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın tələblərini pozmaqla rəsmiləşdirilmişdir. xx xxxxxx 2013-cü il tarixli, 2V-1/397 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı olduğundan həmin şəhadətnamə əsasında Nümayəndə verilmiş xx xxxxxx 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbi də özü-özlüyündə əsaslıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək, Şəki rayon 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, 2V1/397 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Nümayəndə verilmiş xx xxxxxx 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Odur ki, 10 (on) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdikləri sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-632/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-632/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar