Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1673/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 may 2021-cı il tarixli, 2(075)- 693/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 21 may 2021-cı il tarixli, 2(075)-693/2021 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı2 və İddiaçı1 «Şəki rayonu 2 saylı notariat kontorunda bağlanmış 10 fevral 2004-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddialarının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəki rayonu 2 saylı dövlət notariat kontoru və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı notariat kontorunda bağlanmış 10 fevral 2004-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçıların razılıqları ilə Şəki rayonu 2 saylı dövlət notariat kontoru əsl cavabdeh olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi ilə əvəz edilmiş, X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, ailələri doqquz nəfərdən ibarətdir. X8 2005-ci ildə vəfat etmiş, anaları X14 hazırda qardaşı Cavabdeh2 ilə birlikdə Şəki şəhərində yaşayır. Onlar isə Şəki rayonu Cəfərabad kəndində yaşayırlar. 2004-cü il tarixdə X8 Şəki rayonu Cəfərabad kəndində yerləşən 48 kv.m yaşayış sahəsi olan 2 otaqlı evi, ümumi sahəsi olan 54.0 kv.m, mətbəxin ümumi sahəsi olan 56.0 kv.m olan tövləni nəvəsi X16 10 fevral 2004-cü il tarixdə Şəki rayonu 2 saylı notariat kontorunda bağışlama müqaviləsi tərtib edilmişdir. X3 həmin evi nəvəsinə bağışlanmasını yaxın zamanlarda öyrənmişlər. Belə ki, ata yurdları Şəki rayonu Cəfərabad kəndində olmasına baxmayaraq, onların və dörd bacısının 16 il bundan əvvəl heç birinin xəbəri olmadan Cavabdeh2 saxta yolla ata yurdlarını öz adına sənədləşdirmiş və buna görə də onlar ata mülkündən hər hansı paya sahib ola bilməmişlər. Cavabdeh2 Şəki şəhərində bir neçə evi olmasına baxmayaraq tamah məqsədi ilə onları öz ata yurdlarından qovur. Bu məsələni onlar keçən il bilmişlər. Belə ki, Cavabdeh2 2020-ci ildə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı2 Cəfərabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə 16 iyun 2020-ci il tarixdə həmin qətnamə ilə iddia tələbini təmin etmişdir. Bununla bağlı Dövlət notariat arxivinə ərizə ilə müraciət olunmuş, həmin orqandan notariat işinin ksero surətləri alınmışdır. Həmin notariat işində X6 adından tərtib edilmiş 15 yanvar 2004-cü tarixli razılıq ərizəsi aşkar edilmiş, həmin ərizə Şəki şəhər İHB-nin Cəfərabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmişdir. 2004-cü ildə bağışlama müqaviləsi bağlanan zaman orta məktəb təhsili belə olmayan 80 yaşlı analarının 15 yanvar 2004-cü il tarixdə latın qrafikası ilə razılıq ərizəsini yazıb imza etməsi onlarda şübhə doğurur. Hesab edirlər ki, həmin razılıq ərizəsi başqa şəxs tərəfindən tərtib olunmuş və X6 yerinə başqa şəxs tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X18 Şəki rayon Cəfərabad kənd XDS İcraiyyə komitəsinin 1983-1985, 1986-1990-cı illərin və Şəki şəhər İHB-nin Cəfərabad kənd İƏD üzrə nümayəndəliyinin 1991-1995-ci illərin təsərrüfatbaşına kitablarında, X17 təsərrüfatına aid olan sənədlərə əsasən anaları X14 da orada qeydiyyatda olmuş və imzaları mövcuddur. Qeyd olunan notariat işində X6 adından tərtib edilmiş 15 yanvar 2004-cü tarixli razılıq ərizəsi təsərrüfatbaşına kitablarda olan imzalarla kəskin fərqlənir. Bu da əsas verir ki, həmin razlıq ərizəsi başqa şəxs tərəfindən imzalanmışdır. Bundan əlavə X6 notariat işinə əlavə edilmiş ərizəsində qeyd olunur ki, “həmin ərizəmlə yazıb sizdən xahiş edirəm ki, ərim X17 adına olan evin bağışlanmasına etiraz etmirəm və bunu imzamla təsdiq edirəm”. X1 verdiyi razılıq ərizəsində əri X17 hansı ünvanında yerləşən və hansı evinin bağışlanılmasından bir kəlmə də olsun qeyd aparılmamışdır. Belə olan halda bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda çıxış edərək ərizənin məzmununa uyğun izahat verdilər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 15 mart 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən onun Şəki rayonu Cəfərabad kəndində 0.22 ha torpaq sahəsi üzərində 94.8 kv.m xüsusi mükiyyət üzrə fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi onun adına tam və torpaq sahəsi isə oğlu ilə ümumi birgə mülkiyyətdədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə 15 mart 2019-cu il tarixdə reyestr nömrəsi **********86- 10301 olan texniki pasport hazırlanıb verilmişdir. Mingəçevir şəhərində qeydiyatda olan qardaşı İddiaçı2 onun mülkiyyətində olan evə qanunsuz daxil olaraq orada yaşamağa başlamışdır. Bundan sonra məhkəməyə müraciət etmiş, sonuncu məhkəmə qaydasında həmin evdən çıxarılmışdır. Mahiyyəti üzrə bildirdi ki, hazırda iddiaçılar iddia edirlər ki, guya bağışlanma müqaviləsindən xəbərləri olmamışdır. Bu tamamilə yalandır. Belə ki, atası mübahisəli əmlakı 10 fevral 2004-cü il tarixdə X16 doğum günü münasibətilə bağışlamış və anası Səmədova Səlminazın razılığına da almışdır. İddiaçı2 həmin mənzilə qanunsuz olaraq daxil olan zaman o, oğlu ilə yəni, hədiyyə olunan şəxslə onun yanına getmişlər. Həmin vaxt iddiaçılar bir yerdə olmuşlar. Bu zaman iddiaçı “əgər imkan varsa müvəqqəti mənə icazə ver burada təsərrüfatla məşğul olub borclarımı ödəyim” demiş, hətta həmin gün onlar oğlunu yəni, evin yeni sahibini bir daha təbrik edib evlə bağlı öz xeyir-dualarını vermişlər. Təbii ki, oğlu əmisi İddiaçı2 öz razılığını vermiş və yaxın gələcəkdə öz ailəsini evə yerləşdirənə qədər evi boşaltmağını xahiş etmişdir. Çox təəssüf ki, bir müddətdən sonra iddiaçı həmin evdə tamamilə başqa işlərlə məşğul olmağa başlamışdır. Buna görə də o, 2020-ci ilin yanvarında İddiaçı2 evi boşaltmağını və evdən çıxmağını xahiş etmişdir. Lakin o, heç cür bununla razılaşmamış, evdən heç vaxt çıxmayacağını bildirib evin mətbəx hissəsini, zalını, aynabəndini bağlayaraq onları evdən çıxarmışdır. Bundan sonra məcbur olub polisə müraciət etmişlər. Polis şöbəsində izahat verərək 18 fevral 2020-ci il tarixdə evdən çıxacağına söz vermişdir. Lakin o, bu günə kimi həmin evdən çıxmamışdır. Yuxarıda qeyd etdiyi kimi iddiaçının həmin evdən çıxarılması ilə bağlı üç instansiya məhkəməsinin qətnaməsi vardır. Ev bağışlanan zaman iddiçıların hər bir şeydən xəbərləri olmuş, xeyir-dua vermiş, 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi sorğu etmiş və 01 may 2018-ci il tarixdə həmin evin oğluna bağışlanması ilə bağlı rəsmi cavab almışlar. Oğlu hərbçidir, kapitan rütbəsini daşıyır və mütəmadi olaraq cəbhə bölgələrində olaraq dövlətin ərazi bütövlüyünü qorumaqda davam edir. Hal-hazırda iddiaçılar həmin evi qanunsuz olaraq zəbt etdikləri üçün oğlunun ailəsi və uşaqları onun yanında qalmaq məcburiyyətindədirlər. İddiaçılar bilərəkdən məhkəmənin vaxtını uzatmaqla nəyə isə nail olmağa çalışırlar. Bütün bunları nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı2 və İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, X3 həmin evi nəvəsinə bağışlamasını yaxın zamanlarda öyrənmişlər. Belə ki, ata yurdları Şəki rayonu Cəfərabad kəndində olmasına baxmayaraq qardaşlarının və 4 bacısının 15 il bundan əvvəl heç birilərinin xəbəri olmadan qardaşı Cavabdeh2 saxta yol ilə ata yurdlarını öz adına sənədləşdirmiş və buna görə də onlar ata mülkündən hər hansı paya sahib ola bilməmişlər. Cavabdeh2 Şəki şəhərində bir neçə evi olmasına baxmayaraq tamah məqsədi ilə onları öz ata yurdlarından qovur. Yuxarıda qeyd olunan məsələni onlar keçən il bilmişlər. Cavabdeh2 2020-ci ildə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh 1954-cü ildə anadan olmuş qardaşı İddiaçı2 Cəfərabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 16 iyun 2020-ci il tarixdə həmin qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Bunla bağlı Dövlət notariat arxivinə ərziə ilə müraciət olunmuş, həmin orqandan notariat işinin ksero surətləri alınmışdır. Həmin notariat işində X7 adından tərtib edilmiş 15.01.2004-cu tarixdə razlıq ərizəsi verilmişdir. Həmin ərizə Şəki rayon icra hakimiyyəti başçısının Cəfərabad kənd ərazi icra nümayəndəsi tərəfindən təsdiqlənmişdir. 2004-cü ildə bağışlama müqaviləsi bağlanan zaman orta məktəb belə təhsili olmayan 80 yaşlı anasının 15.01.2004-cü il tarixdə latin qarafıkası ilə razlıq ərizəni yazıb imza etməsi onlarda şübhə doğurur. Hesab edirlər ki, həmin razılıq ərizəsi başqa səxs tərəfindən tərtib olunub və anası X7 yerinə başqa şəxs tərəfindən imza edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X18 Şəki rayon Cəfərabad kənd Xİ)S İcraiyyə komitəsinin 1983-1985, 1986-1990-cı illərin və Şəki RİH-nin Cəfərbad kənd üzrə icra nümayəndəliyinin 1991 -1995-ci illərin təsərrüfatbaşına kitablarından X23 təsərrüfatına aid olan sənədlərin ksero surətlərindən görünür ki, anamız X10 orada qeydiyyatda olmuş və imzaları mövcuddur. Qeyd olunan notariat işində X7 adından tərtib edilmiş 15.01.2004-cu tarixdə razlıq ərizəsi təsərrüfatbaşına kitablarında olan imzası kəskin fərqlənir. Bu da əsas verir ki, həmin razlıq ərizəsi başqa şəxs tərəfindən imzalanmışdır. Bundan əlavə X6 notariat işinə əlavə edilmiş ərizəsində qeyd olunur ki, “həmin ərizəmlə yazıb sizdən edirəm ki, ərim X17 adma olan evin bağlanmasına etiraz etmirəm və bunu imzamla təsdiq edirəm”. X2 verdiyi razılıq ərizəsində əri X17 hansı ünvanda, yerdə yerləşən və hansı evin bağışlanılmasından bir kəlmə də olsun qeyd edilməyib. Belə olan halda bağışlama müqaviləsi etibarsiz hesab edilməlidir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 21 may 2021-cı il tarixli, 2(075)-693/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 21 may 2021-cı il tarixli, 2(075)-693/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 21 may 2021-cı il tarixli, 2(075)-693/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 22 oktyabr 1962-ci il tarixli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 ilə X14 22 oktyabr 1962-ci il tarixdə nikaha daxil olmuşlar İşdə olan 08 noyabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində yerləşən ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X16 məxsusdur. İşdə olan JN-256F, KOD 40411018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən X23 və X11 0.22 hektar torpaq sahəsi (fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı) verilmişdir. İşdə olan 10 fevral 2004-cü il tarixli bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X19 tam mülkiyyət üzrə ona məxsus olan, Şəki rayonu Cəfərabad kəndində yerləşən ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evini nəvəsi X16 bağışlamışdır. İşdə olan X14 tərəfindən verilmiş 15 yanvar 2004-cü il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X14 əri X15 tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin nəvələri X16 bağışlanmasına etirazının olmadığını bildirmişdir. İşdə olan 16 fevral 2004-cü il tarixdə qeydə alınmış, 39 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində yerləşən 2 otaqlı, 48 kv.mdən ibarət yaşayış sahəsi X15 adına qeydə alınmışdır. İşdə olan 22 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X9 rayonu Cəfərabad kəndində yerləşən ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh2 bağışlamışdır. İşdə olan 22 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X4 rayonu, Cəfərabad kəndində yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə özünə məxsus pay hissəsini Cavabdeh2 bağışlamışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində 0.22 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 94.8 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2, torpaq sahəsi Cavabdeh2 ilə X15 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan ИЖ seriyalı, 219463 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 16 avqust 1954-cü il təvəllüdlü İddiaçı2 atası X23, anası isə X12r. İşdə olan Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(075)-557/2020 saylı qətnaməsindən görünür ki, 1954-cü ildə anadan olmuş, Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 11, mənzil 19-da qeydiyyatda olan İddiaçı2, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX, ******* nömrəli çıxarış üzrə Cavabdeh2 qanuni və şəxsi mülkiyyətində olan Cəfərabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(075)-557/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 666.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1 və 2.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Mübahisəli əmlak X16 məxsus olmaqla, onun X14 ilə birgə nikahları dövründə əldə edilmişdir. X19 həmin əmlakı sağlığında bağışlamış və bu zaman X6 razılığı alınmışdır. İddiaçılar həmin imzaların X11 məxsus olmadığını bildirməklə hazırda Şəki rayonu 2 saylı notariat kontorunda bağlanmış 10 fevral 2004-cü il tarixli bağışlama müqaviləsini mübahisələndirsələr də, X5 olduğundan həmin müqaviləni mübahisələndirmək hüququ yalnız X11 məxsusdur. Odur ki, iddiaçılar bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik şəxslər kimi qəbul edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarından göründüyü kimi şəxsin tələblə məhkəməyə müraciəti zamanı ilk növdədə onun həmin tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması və cavabdeh tərəfindən şəxsin subyektiv hüququnun pozulub-pozulmaması halları araşdırımalıdır. Subyektiv hüququn yaranması üçün ən vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar hazırkı tələbdə iddiaçıya məxsus deyildir. Birinci element olmadığı təqdirdə subyektiv hüququn digər elementlərindən söhbət gedə bilməz. Mübahisəli əmlak X19 ilə X6 birgə nikahları dövründə əldə edildiyindən və X5 olduğundan məhkəmə iddiaçıların iddiasını əsassız hesab edir. Belə ki, iddiaçıların müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiaları əsassız hesab edilərək təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 21 may 2021-cı il tarixli, 2(075)-693/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 21 may 2021-cı il tarixli, 2(075)-693/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1673/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1673/2021
22.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver