Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1677/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X9 oğlunun iclak katibliyi və İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mirasın qəbul edilməsinə törədilən maneənin aradan qaldırılması, miras əmlaka dair vərəsəlik hüququnun tanınmasıtələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-379/2020 nömrəli qətnaməsindən iş üzrə iddiаçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X1 miras qalmış Göyçay rayonu Bığır kəndində 0,12 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 22 kv m-lık yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququnun rəsmiləşdirılməsinə cavabdehlər tərəfindən törədilmiş süni maneçiliyin aradan qaldırılması vərəsəlik hüququnun rəsmiləşdirilməsi, miras əmlaka dair hər birinə ½ hissədə mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-379/2020 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum atası X1 miras qalmış Göyçay rayonu Bığır kəndində yerləşən 0,12 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 22 kv m-lık yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququnun rəsmiləşdirılməsinə cavabdehlər tərəfindən törədilmiş süni maneçiliyin aradan qaldırılması, vərəsəlik hüququnun rəsmiləşdirilməsi, miras əmlaka dair hər birinə ½ hissədə mülkiyyət hüququnun tanınması barədə tələbi təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-379/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişlər. işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ataları X1 Göyçay rayonu Bığır kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 22 kv metr, yaşayış sahəsi 18.0 kv metr olan bır otaqlı ev miras qalmışdır. Ataları xx xxxxxx 1992-cı ildə vəfat etmiş, bundan sonra ailə üzvləri, anası Kərimova Şura Adıgözəl qızı, və onlar atasından miras qalmış əmlakı həm faktiki həm də rəsmi şəkildə qəbul etmişlər. Atasından Bakı şəhərində miras qalmış əmlaka dair ərazi üzrə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən xx.xx.2012-cı il tarixdə vərəsəlik işi açılmış və bu barədə vərəsəlik şəhadətnaməsi verilmişdir. Anaları xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. Digər iddiaçı qardaşı olmaqla bərabər 1-cı qrup əlildir, onun himayəsində yaşayır. Bu barədə Yasamal rayon İcra Hakimiyyəti Başçısı 25 03.1994-cu ıl tarixli 050/49 nömrəli Sərəncam vermişdir. Hazırda, atlarından miras qalmış əmlaka vərəsəlik hüququnu rəsmiləşdirmək istəyirlər. Bu vaxta qədər müvafiq idarə və təşkilatlara etdiyi müraciətlər zamanı ona məlum olmuşdur ki, Göyçay rayonu Bığır kəndində yerləşən torpaq sahəsi və yaşayış evi cavabdehlərın adına qeydiyyatdan keçmişdir. Əmlakın cavabdehlərın adına qeydiyyatdan keçməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X14 idarəsi tərəfindən ona şifahi məlumatlar verilmişdir. Dövlət Arxivinin Göyçay filialından verilmiş cavabdan da məlum olur ki, mərhum atalarına torpaq sahəsi və yaşayış evi məxsus olmuşdur. Həmçinin bu fakt xx xxxxxx 1957-cı ıl tarixdə Göyçay xalq məhkəməsi tərəfindən təsdiq edilmiş Aktla bir daha təsdiq olunur. Hesab edir ki, cavabdehlər uzun müddətdir ki miras qalmış əmlakın yerləşdiyi Bığır kəndində yaşamadıqlarından qapı həmişə bağlı olduğundan onlar bilərəkdən bu vəziyyəti yaratmışlar ki, miras əmlakdan yararlana bilməsin. Bu günə qədər cavabdehlər tərəfindən süni maneçiliklər törədilməkdə davam edirlər və bu səbəbdən də vərəsəlik hüququnu rəsmiləşdirə bilməmişdir. Hesab edirlər ki, Göyçay rayonu, Bığır kəndində mərhum atasından miras qalmış 0,12 ha torpaq sahəsinə və 22.0 kv. m-lik yaşayış evinə vərəsəlik hüququnun rəsmiləşdirilməsinə cavabdehlər tərəfindən törədilmiş süni maneçilik aradan qaldırılmalı, miras əmlaka mülkiyyət hüququmuz tanınmalıdır. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-379/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddanın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mərhum atası X1 Göyçay rayonu Bığır kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş bır otaqlı ev miras qalmışdır. Atası 1992-cı ildə vəfat etmişdir. O, atasından Bakı şəhərində miras qalmış əmlaka dair ərazi üzrə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən xx.xx.2012-cı il tarixdə vərəsəlik işi açılmış və bu barədə vərəsəlik şəhadətnaməsi verilmişdir. Anası 2013-cü il tarixdə vəfat etmişdir. Digər iddiaçı qardaşı olmaqla bərabər 1-cı qrup əlildir, onun himayəsində yaşayır. Hazırda, atasından miras qalmış əmlaka vərəsəlik hüququnu rəsmiləşdirmək istəyir. Bu vaxta qədər müvafiq idarə və təşkilatlara etdiyi müraciətlər zamanı ona məlum olmuşdur ki, Göyçay rayonu Bığır kəndində yerləşən torpaq sahəsi və yaşayış evi cavabdehlərın adına qeydiyyatdan keçmişdir. Dövlət Arxivinin Göyçay filialından verilmiş cavabdan da məlum olur ki, mərhum atasına torpaq sahəsi və yaşayış evi məxsus olmuşdur. Həmçinin bu fakt xx xxxxxx 1957-cı ıl tarixdə Göyçay xalq məhkəməsi tərəfindən təsdiq edilmiş Aktla bır daha təsdiq olunur. Hesab edir ki, cavabdehlər uzun müddətdir ki miras qalmış əmlakın yerləşdiyi Bığır kəndində yaşamadıqlarından qapı həmişə bağlı olduğundan onlar bilərəkdən bu vəziyyəti yaratmışlar ki, miras əmlakdan yararlana bilməsin. Bu günə qədər cavabdehlər tərəfindən süni maneçiliklər törədilməkdə davam edirlər və bu səbəbdən də vərəsəlik hüququnu rəsmiləşdirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin təmin olunaraq, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçı tərtəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-379/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-771A saylı Şəhadətnamənin surətindən görünür ki, Göyçay rayonu X5 xx.xx.1998-ci il tarixli qərarına əsasən Göyçay rayonunun Bığır kəndində yerləşən 0.25 ha torpaq sahəsi iddiaçıların mərhum əmisi X2, əmisi arvadı Cavabdeh1 və əmisi oğlu Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə və X7 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Övladlığa Götürmə haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə anadan olmuş Cavabdeh2 Şahin oğlu X2 və Cavabdeh1 övladlığına verilmişdir. X4 surətindən görünür ki, Cavabdeh2 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli sərəncamından görünür ki, İddiaçı2 İ dərəcəli əlildir və qardaşı İddiaçı1 onun qəyyumu təyin edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı X14 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X3 adına Göyçay rayonu Bığır kəndində JN-771A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsi, JN-771 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ümumibirgə mülkiyyətdə 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh2 adına Göyçay rayonu Bığır kəndində JN-771A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyətdə 0.25 ha həyətyanı torpaq sahəsi vardır. Məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-771A saylı Şəhadətnaməyə əsasən Göyçay rayonunun Bığır kəndində yerləşən 0.25 ha torpaq sahəsi və JN-771 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş, hazırda həmin hüquqverici sənəd qüvvədədir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İkincisi, iddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, aralarında hansısa mülki hüquq münasibətlərin yaranması təsdiq edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini əsassız olduğundan rədd edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiаçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-379/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1677/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1677/2020
13.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver