Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1680/2020 08.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X4 iclas katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyçay rayon Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dаir ilk, Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-98/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 tərəfindən xx.xx.2018-ci il tarixdə 4-Ə-969 reyestrlə təsdiqlənmiş, Göyçay şəhəri Əli Kərim küçəsi, dalan 5, ev 5 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-98/2020 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə ilkin iddia rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyçay rayon Notariat Kontoruna qarşı cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin alğı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbi təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə tələbinin təmin edilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, İddiaçı1 və İddiaçı2 müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 10 manat tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunmasını apelyasiya instansiyası məhkəməsindən xahiş etmişlər. İşin halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 xx xxxxx 1996-cı ildə Cavabdeh3 ilə ailə qurmuş, Cavabdeh3 yaşadığı ünvan 3 5, 4 A saylı ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, 19 ildən artıq bir müddət ərzində bir evdə yaşayaraq birgə təsərrüfat idarə etmişlər. Birgə nikahından xx xxxxxx 1998-ci ıl təvəllüdlü İddiaçı2 anadan olmuşdur. Göyçay şəhəri Əli Kərim küçəsi, 5-ci dalanda istifadəsində olan 0,00522 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 20,9 kv.m yaşayış sahəsindən ibarət 4 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 saylı reyestr kitabının 97 nömrəli vərəqində xx xxxx 2008-ci ildə qeydiyyata alınmışdır. 2015-ci ilin aprel ayının 20-də ilə Cavabdeh3 ilə onun arasında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən, onun və qızı İddiaçı2 Cavabdeh3 xüsusi mülkiyyətində olan və ünvan 3 5 ev 4 A saylı ünvanda yerləşən fərdi yaşayış evinə maneəsiz daxil olmaları və orada yaşamaqlarının təmin edilməsi qət edilmişdir. Bundan sonra X5 ona qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(046)-1104/2018 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdeh Mövlanova Lətafət Əflatun qızına qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi təmin edilməmişdir. Yuxanda qeyd edilən məhkəmə prosessləri X2 xəbərsiz olmuşdur. Belə ki, X1 Federasiyasında həbs olunmuşdur. X5 anası Cavabdeh2 ümumi etibarnamə vermiş, Cavabdeh2 bu etibarnamədən sui-istifadə edərək, ona qarşı müxtəlif iddialar qaldırmışdır. Sonda Cavabdeh2 qeyd edilən məhkəmə iclasında nümayəndəsi olan Cavabdeh1 mübahisəli fərdi yaşayış evini öz adına saxta yollarla rəsmiləşdirmişdir. Həmin alqı-satqı müqaviləsinin 4-cü bəndində qeyd edilir ki, satıcı daşınmaz əmlakı 5000 manata satmışdır. Müqavilədə satıcıya pul verməsi göstərilsə də həmin məbləği Göyçay rayon Notariat Kontorunun hesabına depozit təyinatlı pul ödənilməmiş və Cavabdeh2 tərəfindən Bank xəzinəsindən məxaric olaraq həmin məbləğ götürülməmişdir. Bu da bir daha sübut edir ki, fərdi yaşayış evi üzərində bağlanmış mübahisəli müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Hesab edir ki, Göyçay rayon DNK tərəfindən xx.xx.2018-ci il tarixdə 4-Ə-969 reyestrlə təsdiqlənmiş, Göyçay şəhəri Əli Kərim küçəsi, dalan 5, ev 5 nömrəli fərdi yaşayış evi ilə bağlı Cavabdeh1 ilə Cavabdeh3 Qnvaz oğlu arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Buna görə də ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsi qətnaməni qəbul edərkən məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Buna görə də qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən onun və qızının keçmiş həyat yoldaşı Cavabdeh3 məxsus olan və ünvan 5 5, 4A saylı ünvanda yerləşən fərdi yaşayış evində maneəsiz yaşama hüquqları təmin edilmişdir. Həmçinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir (xx.xx.2017-ci il, 2(107)- 674/2.017-hakim Vidadi Qasımov). Lakin göründüyü kimi birinci instansiya məhkəməsi işə obyektiv baxmamışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları tərəfindən məhkəməyə təqdim edilsə də və qətnamənin təsviri hissəsində həmin qərarlardan söhbət getsə də, sübutların qiymətləndirilməsi zamanı məhkəmə sözü gedən və iş izrə mühüm əhəmiyyət kəsb edən sübutlara qiymət verməmişdir. Məhkəmə yad bir kişinin bir otaqlı yaşayış sahəsinə köçürülməsinə və onlarla birgə eyni otağı paylaşmasına qərar verməklə həm kobud surətdə əxlaq normalarını, həm də qətnamə əsasında tanınmış hər ikisinin yaşayış hüququnu birbaşa olmasa da dolayısı ilə məhdudlaşdırmışdır. Beləliklə, məhkəmə qətnaməsi əsasında yaşayış hüquqlarının təmin edildiyi, pasport qeydiyyatında olduqları sözü gedən fərdi yaşayış evi formal olaraq özgəninkiləşdirilmiş, nəticədə hər ikisinin hüquqları pozulmuşdur. Ona görə də qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunmasını xahiş edirlər. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 və Cavabdeh1 rəsmi poçt vasitəsilə yanaşı, həmçinin müvafiq olaraq istifadələrində olan 050 ******* və 05-5798018 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-98/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: 0732857 saylı xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 20.9 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 5000 manata satılmışdır. Həmin müqavilə Cavabdeh3 tərəfindən anası Cavabdeh2 verilmiş xx.xx.2016-cı il tarixli etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-527/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh DƏDRX-nən 16 saylı X7rşı ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə tələbi təmin edilmişdir. ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 20.9 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçı isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və apelyasiya şikayəti ilə apelyasiya instansiyası məhkəməsinə müraciət edərək həmin müqavilənin ləğv edilməsini xahiş etmişdir. Ancaq məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyçay rayon Notariat Kontoruna qarşı Cavabdeh4 tərəfindən xx.xx.2018-ci il tarixdə 4-Ə-969 reyestrlə təsdiqlənmiş, Göyçay şəhəri Əli Kərim küçəsi, dalan 5, ev 5 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, qeyd edilən alqı-satqı müqaviləsi bağlanılarkən qanununun tələblərinin pozulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli yaşayış sahəsinə dair alqı-satqı müqaviləsini araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlaka dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin alqı-satqı haqqında müddəalarından görünür ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3-cü maddələri). Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların mübahisələndirdiyi ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətində olmuş, həmin fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən Cavabdeh1 satılmışdır. Hazırda Cavabdeh1 ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətçisidir. İddiaçılar tərəfindən də həmin alqı-satqı müqaviləsi mübahisələndirilmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, mübahisəli fərdi yaşayış evi barədə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən onların iradə ifadəsi nəzərə alınmamışdır. Cavabdeh isə mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasını mübahisəlndirərək özünün həmin evə köçürülməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İkincisi, iddiaçı iddia ərizəsində, eləcə də apelyasiya şikayətində mübahisəli yaşayış evində qeydiyyatda olmasını, bağışlama müqaviləsi rəısmiləşdirilirkən onun razılığının alınmamasını, notariat kontorunda imza etdiyi ərizənin mahiyyətini bilmədiyini mübahisələndirmişdir. Kollegiya iddiaçının bu dəlili ilə də razılaşmır. Ona görə ki, mülki işin 52-ci səhifəsindəki ərizənin (notariat işinin 10-cu səhifəsi) məzmunundan göründüyü kimi iddiaçı qayınatası Səmail Salamova məxsus Şəki şəhəri, C.Hüseynov küçəsi ev 45-in bağışlanmasına, satılmasına, ipotekaya qoyulmasına etirazının olmadığını bildirmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının bu dəlilləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Üçüncüsü, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərn yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. X8 qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə də hər hansı əqdin (o cümlədən də bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Dördüncüsü, «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Lakin bununla bağlı qeyd оlunmаlıdır ki, həmin Təlimаtdаn dаhа üstün hüquqi qüvvəyə mаlik оlаn nоrmаtiv hüquqi аktlаrın tələblərinə görə mülkiyyətçi öz əmlаkı üzərində tаm sərəncаm vermək hüququnа mаlik оlduğunа görə, Təlimаtın qeyd оlunаn bəndi əsаs götürülərək müqаvilənin təsdiq edilməsindən imtinа edilməsi iddiаçının mülkiyyət hüquqlаrının pоzulmаsınа səbəb оla bilər. Beşincisi, həm iddaçının izahatından, eləcə də iş materiallarının 52-ci səhifəsindəki ərizənin məzmunundan göründüyü kimi iddiaçı hazırki mübahisələndirilən müqavilə rəsmiləşdirilərkən xəbərdar olmuşdur. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə dair bağışlama müqaviləsinin bağlanmasından təxminən 5 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət həqiqətən iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsici müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-98/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1680/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1680/2020
08.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver