Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1694/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyin oğlunun cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat kontoruna qarşı vəsiyyət və qanun üzrə vərəsə kimi mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-289/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-289/2020 nömrəli qətnаməsi ilə (hakim Rəfayel Şirinov) iddiatələbi təmin edilmiş, JN-173A KOD 40724028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X3 miras qalan 0.14 hektar torpaq sahəsinin vəsiyyət üzrə vərəsə İddiaçı2 Hüseyin oğlu və qanun üzrə vərəsə İddiaçı1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-173A KOD 40724028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X3 miras qalan 0.14 hektar torpaq sahəsinin vəsiyyət üzrə vərəsə İddiaçı2 Hüseyin oğlu və qanun üzrə vərəsə İddiaçı1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 (bundan sonra birinci iddiaçı) iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, miras qoyan mərhum atası Şıxalı Məmmədovdur. Vəsiyyət üzrə vərəsə Şəfaqət Şıxalizadə oğludur. Cavabdeh1 qardaşıdır. Əvvəllər ailə üzvləri və valideyinləri ilə birlikdə Yuxarı Cülyan kəndində yaşamışlar. 1988-ci ildən ailə üzvləri və valideyinləri ilə birlikdə hazırda yaşadıqları Cülyan kəndindəki valideyinlərinə məxsus evə köçərək orada yaşayırlar. Qardaşı Rasim isə həmin vaxtdan ailə üzvləri ilə birlikdə İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən qaynanasına məxsus evdə yaşamış və hazırda da həmin evdə yaşayır. Vəsiyyət üzrə vərəsə olan oğlu Şəfaqət 1994-cü ildə hazırda yaşadıqları Cülyan kəndindəki evdə doğulmuşdur. Atası vəsiyyətnamə yazaraq ona məxsus olan bütün əmlakını, o cümlədən evini və torpağını nəvəsi Şəfaqətə vəsiyyət etmişdir. O, atası vəfat etdiyi günədək ona baxmış, qayğısını çəkmiş vəfat etdikdən sonra isə bütün dəfn və hüzr xərclərini ödəmişdir. Qardaşı Rasim isə nə atasının sağlığında, nə də vəfatından sonra atası barədə gördüyü işlərlə, o cümlədən miras əmlakla maraqlanmamışdır. Oğlu Şəfaqətlə birlikdə atasından miras qalan 0.14 hektar həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evində yaşamaqla mirasın qorunub saxlanılmasını təmin etmişlər. X14 şəhərində yaşasa da formal olaraq qeydiyyatı İsmayıllı rayonu Cülyan kəndi olduğundan torpaq islahatları zamanı xx xxxxxx 2002-ci il tarixli JN-173A KOD 40724028 nömrəli şəhadətnamə ilə atasının və qardaşı Rasimin birgə mülkiyyətinə 0.28 hektar torpaq sahəsi verilmişdir. Rasim şəhadətnamədə özünün və mərhum atasının adının olmasından istifadə edərək birgə mülkiyyətdə olan 0.28 hektar torpaq sahəsinin bölünməsi tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2008-ci il tarixli 2(037)- 160/2008 saylı qətnaməsi ilə JN-173A KOD 40724028 nömrəli şəhadətnamə üzrə atasının və qardaşı Rasimin birgə mülkiyyətində olan 0.28 hektar torpaq sahəsi iki hissəyə bölünərək 0.14 hektar hissəsinə Rasimin mülkiyyət hüququ tanınmış, qalan 0.14 hektar torpaq sahəsi isə atasının mülkiyyətində qalmışdır. Məhkəmə qətnaməsi ilə birgə mülkiyyətdə olan əmlakın bölünməsi təmin edilsə də Rasim torpağın nə özünün mülkiyyətində olan hissəsi ilə, nə də miras qalan hissəsi ilə maraqlanmamışdır. Atasından miras qalan əmlakla bağlı əmlak vergisi və fərdi yaşayış evinin altında olan torpaq sahəsinə hesablanmış torpaq vergisi, kommunal xidmətlər üçün haqlar ayrı-ayrı vaxtlarda o və oğlu tərəfindən ödənilmişdir. Atasından miras qalan əmlak onun və oğlunun faktiki istifadələrində olduğundan mirasın adlarına rəsmiləşdirilməsi ilə bağlı müraciət etməmişlər. Mirası adlarına rəsmiləşdirmək barədə müraciət etməsələr də faktiki olaraq qəbul etmişlər. Atasından miras qalan əmlakın onun və oğlu Şəfaqət tərəfindən faktiki qəbul edilərək idarə edildiyini yaşadığı kənddə bütün kənd camaatı bilir. 2020-ci ildə mirasın faktiki qəbul edilməsi ilə bağlı İsmayıllı rayon notariat kontoruna müraciət etmişdir.İsmayıllı rayon notariat kontoru mirasın faktiki qəbulunun müəyyən edilməsinin mümkün olmadığını bildirərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. JN-173A KOD 40724028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum atası Şıxalı Məmmədovdan miras qalan 0.14 hektar torpaq sahəsinin vəsiyyət üzrə vərəsə İddiaçı2 və qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 Hüseyin oğlu (bundan sonra ikinci iddiaçı) iddia tələbini müdafiə etdiyini bildirmiş və birinci iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 (bundan sonra birinci cavabdeh) iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, JN- 173A KOD 40724028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.28 hektar torpaq sahəsi onun və atası Şıxalı Məmmədovun birgə mülkiyyətinə verilmişdir. Atası 2004-cü ildə vəfat etmişdir. Atası vəfat etməmişdən qabaq onunla birlikdə yaşamış, vəfat edəndə isə yanında olmuşdur. Qardaşı Hüseyin atasından miras qalan torpaq sahəsində inşa edilmiş köhnə fərdi yaşayış evinin yanında tikdirdiyi evdə ailəsi ilə birlikdə yaşayır. Qardaşı Hüseyin və qardaşının arvadı Rəhimə ona mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan vermədiklərindən birgə mülkiyyətdə olan əmlakın bölünməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(037)-160/2008 saylı qətnaməsi ilə JN-173A KOD 40724028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən atası ilə birgə mülkiyyətdə olan 0.28 hektar torpaq sahəsi iki hissəyə bölünərək 0.14 hektar hissəsinə onun mülkiyyət hüququ tanınmış, qalan 0.14 hektar torpaq sahəsi isə atasının mülkiyyətində qalmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri mülkiyyətində olan 0.14 hektar torpaq sahəsini dövlət qeydiyyatına almaq üçün həmin əraziyə gəlsələr də Hüseyin və arvadı Rəhimə həmin idarənin mütəxəssislərinə ərazidə ölçmə işlərinin aparılmasına mane olmuşlar. Hüseyin və arvadı Rəhimə mülkiyyətində olan 0.14 hektar torpaq sahəsində DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölmə işlərinin aparılmasına mane olduqlarından həmin torpaq sahəsinə dair adına çıxarış ala bilməmişdir. 2019-cu ildə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət edərək mərhum atası ilə birgə mülkiyyətlərində olan 0.28 hektar torpaq sahəsinə dair çıxarış almışdır. Qardaşı Hüseyin və arvadı Rəhimə birgə mülkiyyətdə olan torpaq sahəsinin onun payına düşən 0.14 hektarı hissəsinə və atasından miras qalan 0.14 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə buraxmadıqlarından, həmçinin miras qalan əmlakdan istifadə edə bilmədiyindən həmin əmlakın vergisini və komunal xərclərini ödəməmişdir. Mülkiyyətində olan 0.14 hektar torpaq sahəsinin sərhədləri ölçülərək ona təhvil verildikdən sonra həmin torpaq sahəsinin vergisini ödəyəcəkdir. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş etmişdir. Cavabdeh İsmayıllı Rayon Notariat Ofisinə (bundan sonra ikinci cavabdeh) birinci instansiya məhkəməsinin iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə ikinci cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid X16 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayon Cülyan kəndində yaşayır. İddiaçı1 və Şəfaqət Məmmədovu tanıyır və onlarla qonşudur. Cavabdeh1 tanımır. İddiaçı1 dəvəti ilə X10 miras qalan evdə usta işləmişdir. Həmin evdə İddiaçı1 və Şəfaqət Məmmədov ailə üzvləri ilə birlikdə yaşayırlar. Birinci instansiya məhkəməsinin iclasında şahid X11 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayon Cülyan kəndində yaşayır. İddiaçı1 və Şəfaqət Məmmədovu tanıyır və onlarla qonşudur. Cavabdeh1 tanımır. X10 miras qalan evdə İddiaçı1 və Şəfaqət Məmmədov ailə üzvləri ilə birlikdə yaşayırlar. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 apelyasiya şikаyəti vermişdir. Apellyаsiyа şikayətlərinin dəlilləri Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçılar Məmmədov Hüseyn və oğlu Şıxalızadə Şəfaqətin məhkəmədə verdikləri izahatları şərböhtan xarakterlidir. Belə ki, ayrı təsərrüfatda yaşayan Hüseyn və onun ailəsinin pay torpaqlar, əmlak və həyətyanı torpaq sahələri var. Tamah məqsədi ilə bütün əmlakını, evini, atası vəfat etdikdən sonra, müvəqqəti olaraq evində yaşamamağından istifadə edən vicdansız qardaşı və arvadı Rəhimə oğlu Şəfaqət və digər ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Dəfələrlə evində yaşamağa cəhd etsə də onlar tərəfindən təhqir, hücumlar etmişlər, onu evindən kənarlaşdırmışlar. Bu barədə dəfələrlə İsmayıllı rayon aidiyyatı qurumlara rəsmi müraciətlər etmişdir. O, cümlədən İsmayıllı Rayon Məhkəməsinə rəsmi iddia verməklə, hazırki, qətnamə üzrə iddiaçı Hüseyn və onun ailəsinin həyətindən çıxarılması, dəymiş maddi-mənəvi ziyanın ödənilməsi tələbini etmişdir. Lakin, İsmayıllı Rayon Məhkəməsi iddia ərizəsini, əlavə olunmuş sənədləri müxtəlif bəhanələrlə geri qaytarmışdır. Hətta İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2(037)-160/2008 nömrəli qətnaməsi ilə mülkiyyətinə verilən torpaq sahəsinin hazırki, iddiaçılar tərəfindən zəbt olunması, həyətindən istifadə etməyinə tərəflərindən mane olunması qətnamədə göstərilsə də məhkəmə tərəfindən tədbir görülməmişdir. iddiaçıların şahidləri Hüseynin arvadının yaxın qohumları olduğunu araşdırmamışdır ki, bu da qanuna zidd hərəkətlərdir. Eyni zamanda iddiaçının mərhum X4 ilə bir təsərrüfatda olması barədə Aşağı Cülyan kənd İƏD nümayəndə katibi iddiaçı Hüseynin qaynı, arvadı, Rəhimənin qardaşı X12 tərəfindən havadarlıq olunur. Qeyd etmişdir ki, qardaşı Hüseyn təsərrüfatdan 1990-92-ci illərdə ayrılmış payını almış, özünə ailəsi ilə yeni təsərüfat yaratmışdır. Eyni zamanda təsərrüfatda olsaydı, mülkiyyət şəhadətnaməsində onun da adı qeyd olunardı. Əlavə olaraq bildirir ki, Şıxalızadə Şəfaqətə, mərhum atası tərəfindən verilmiş vəsiyyətnamə saxtadır. Belə ki, atası savadsız olmuş, məktəbə getməmiş hərif tanımayan, dəfələrlə əməliyyat olunmuş, xəstə olmuşdur. Belə halda o anlaqlı olmadğı üçün vəsiyyətnamə qoya bilməzdi. Onun evdə olmadığı zaman əyri yolla olan vəsiyyətnamə qüvvədən düşmüş hesab olunur. Buna da məhkəmə tərəfindən diqqət yetirilməmişdir. 2019-cu il tarixdə miras qalmış həyətyanı torpaq sahəsi Dövlət qeydiyyatına alınaraq ona çıxarış verilmiş, yalnız bundan sonra iddiaçılar məhkəmə qaydasında torpağını ələ keçirmək fikrinə düşmüşlər ki, buna da məhkəmə düzgün yanaşmamışdır. Göründüyü kimi məhkəmə işə baxarkən ona qarşı qərəzli olmuş və qanunla qorunan hüquqlarını pozmuşdur. O, atasının himayəsində olmuşdur. Bunu İsmayıllı rayon Dövlət Arxivinin 156 nömrəli, xx xxx 2018-ci il tarixli arayışı təsdiq edir. Məhkəmə hazırki qətnaməsi ilə evini, həyətini əlindən alaraq iddiaçılara vermiş hesab olunur. İİdərəcə pensiyaçıdır, ailəsində işçi qüvvəsi yoxdur. Bundan sonra yaşamağa evi yoxdur. Görünür ki, İsmayıllı Rayon Məhkəməsi bu işdə maraqlı olaraq iddiaçıların yalan izahatları ilə razılaşaraq belə qərəzli-qanunsuz qətnamə çıxarmışdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)- 289/2020 nömrəli qətnaməsi qərəzli və qanunsuz olduğu üçün ləğv edilməsini, Aşağı Cülyan kəndində yerləşən JN -173 KOD40724028 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə üzrə 0,28 ha həyətyanı və üzərində olan yaşayış evinin adına rəsmiləşdirilməsi üçün yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyаsının iclаsındа Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki və hazırki iclaslarında İddiaçı1 əvvəlki iclasında isə İddiaçı2 Hüseyin oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-289/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıxahiş etdi. Cavabdeh İsmayıllı rayon notariat kontorunun nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası Məhkəməsi tam hüquqlu Məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya Məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, Məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-289/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxx 2002-ci il tarixli JN-173A KOD 40724028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu Cülyan kəndində yerləşən 0.28 hektar həyətyanı torpaq sahəsi X4 və Cavabdeh1 birgə mülkiyyətinə verilmişdir. xx xxxxxx 1998-ci il tarixdə İsmayıllı RİHB-nın Talıstan İƏD üzrə nümayəndəliyi tərəfindən reyestrdə 32 nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, mərhum X4 ona məxsus olan bütün əmlakını, o cümlədən İsmayıllı rayonu Cülyan kəndində yerləşən evini və torpaq sahəsini nəvəsi X1 vəsiyyət etmişdir. xx xxxx 2004-cü il tarixli AZ-İ № 074917 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şıxalı Məmmədov xx xxxx 2004-cü ildə vəfat etmişdir. Ödəniş qəbzlərindən müəyyən edilir ki, əmlak vergisi və fərdi yaşayış evinin altında olan torpaq sahəsinə hesablanmış torpaq vergisi, kommunal xidmətlər üçün haqlar ayrıayrı vaxtlarda İddiaçı1 tərəfindən ödənilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(037)-160/2008 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, JN-1xx xxx 40724028 nömrəli dövlət aktına əsasən Şıxalı Məmmədov və Cavabdeh1 adına qeydə alınmış İsmayıllı rayonu Aşağı Cülyan kəndində yerləşən 0.18 hektar torpaq sahəsinin ½ hissəsi (0.09 hektarı) üzərində Cavabdeh1 mülkiyyət hüququnun tanınması, digər ½ hissəsinin (0.09 hektarının) X19un adında saxlanılması,JN-173A KOD 40724028 nömrəli şəhadətnaməyə uyğun olaraq Şıxalı Məmmədov və Cavabdeh1 adına qeydə alınmış İsmayıllı rayonu Aşağı Cülyan kəndində yerləşən 0.28 hektar həyətyanı torpaq sahəsinin bölünməsi, həmin torpaq sahəsinin fərdi yaşayış evi yerləşməyən ½ hissəsi (0.14 hektarı) üzərində Cavabdeh1 mülkiyyət hüququnun tanınması, digər fərdi yaşayış evləri yerləşən ½ hissəsi (0.14 hektarı) X19un adında saxlanılması, İddiaçı1 və Rəhimə Məmmədova tərəfindən Cavabdeh1 mülkiyyətində olan torpaq sahələrinə müdaxilə olunması, maneçilik törədilməsi və sair mülkiyyətə qəsd edən hərəkətlərin edilməsinin qadağan olunması və daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişiklik aparılmasının DƏDRX-nin X17 tapşırılmışdır. xx xxxx 2019-cu il tarixli çıxarışın və çıxarışa əlavə edilmiş plan ölçü sənədinin surətindən müəyyən edilir ki, X4 və Cavabdeh1 birgə mülkiyyətində olan İsmayıllı rayonu Cülyan kəndində yerləşən 0.28 hektar torpaq sahəsinə Cavabdeh1 öz adına daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydə alınmış çıxarış almışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(037)-325/2011 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, Cavabdeh1 İsmayıllı rayon İcra qurupu, DƏDRX-nin X21, İddiaçı1 Şıxalı oğlu, X5, X12 və X6 qarşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının təmin olunması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. İddiaçı1 məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı1 hazırda İsmayıllı rayonu Cülyan kəndində qeydiyyatdadır. İddiaçı2 Hüseyin oğluna məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı2 Hüseyin oğlu hazırda İsmayıllı rayonu Cülyan kəndində qeydiyyatdadır. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 41 nömrəli doğum qeydi haqqında arayışdan görünür ki, İddiaçı1 Şıxalı oğlu xx xxxxxx 1964-cü ildə İsmayıllı rayonu Daxar kəndində anadan olmuş, atası X7 və anası X2r. İsmayıllı RİHB-nin İsmayıllı rayon Cülyan İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2012ci il tarixli 43 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı1 1988-ci ildən İsmayıllı rayon Cülyan kəndində qeydiyyatda olmaqla, ailə üzvləri Rəhimə Məmmədova, Fəzilə Şıxalizadə, Şəfaqət Şıxalizadə, Şahin Şıxalizadə və Tacəddin Məmmədzadə ilə birlikdə həmin kənddə yaşayır. İsmayıllı RİHB-nin İsmayıllı rayon Cülyan İƏD üzrə nümayəndəsinin xx xxxx 2020- ci il tarixli 132 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı1 1988-ci ildən atası Şıxalı Məmmədovla birlikdə İsmayıllı rayon Cülyan kəndində eyni təsərrüfatda yaşamışdır. 2004cü ildə Şıxalı Məmmədov vəfat etdikdən sonra da İddiaçı1 ailəsi ilə birlikdə hazırkı vaxtadək həmin təsərrüfatda yaşayır. İsmayıllı rayon notariat ofisinin xx xxxx 2020-ci il tarixli 340 nömrəli cavab məktubundan müəyyən edilir ki, İddiaçı1 mərhum atası Şıxalı Məmmədovdan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla bağlı ərizə ilə İsmayıllı rayon notariat ofisinə müraciət etmiş, müraciətə əsasən İddiaçı1 miras qalan əmlaka dair şəhadətnamədə adı qeyd edilmədiyindən və mirasın qəbul edilməsi üçün 6 (altı) ay müddət ötrüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və İddiaçı1 mirasın qəbul edilmə vaxtının uzadılması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli,167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinəistinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli,167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, JN- 173A KOD 40724028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Cülyan kəndində yerləşən 0.28 hektar həyətyanı torpaq sahəsi Şıxalı Məmmədov və Cavabdeh1 birgə mülkiyyətinə verilmişdir. 2008-ci ildə Cavabdeh1 JN-173A KOD 40724028 nömrəli şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0.28 hektar torpaq sahəsinin payına düşən hissəsinin bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(037)- 160/2008 saylı qətnaməsi ilə JN-173A KOD 40724028 nömrəli şəhadətnamə üzrə birgə mülkiyyətdə olan 0.28 hektar torpaq sahəsinin iki hissəyə bölünərək 0.14 hektar hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, qalan 0.14 hektar torpaq sahəsi isə X19un mülkiyyətində qalmışdır. 1998-ci ildə X19 vəfat etməmişdən qabaq vəsiyyətnamə yazaraq ona məxsus olan bütün əmlakını, o cümlədən İsmayıllı rayonu Cülyan kəndində yerləşən evini və torpaq sahəsini nəvəsi Şəfaqət Şıxalizadəyə vəsiyyət etmişdir. X19 xx xxxx 2004cü il tarixdə vəfat etmişdir. JN-173A KOD 40724028 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonu Cülyan kəndində yerləşən 0.14 hektar torpaq sahəsi X10 miras qalmışdır. İddiaçı1 və Şəfaqət Şıxalizadə X19un vəfatından sonra mirasın açılması və qəbulu barədə qanunla müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmişlər. Sonradan İddiaçı1 bu barədə İsmayıllı rayon notariat ofisinə müraciət etdikdə isə notarius tərəfindən İddiaçı1 miras qalan əmlaka dair şəhadətnamədə adının qeyd olunmaması və müddətin ötürülməsi səbəbi ilə İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı1 və Şəfaqət Şıxalizadə X19la birlikdə miras qalan əmlakda yaşamış, İddiaçı1 atasının vəfatından sonra əmlak və torpaq vergisini, kommunal xidmətlər üçün haqları ödəmiş, İddiaçı1 və Şəfaqət Şıxalizadə miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası faktiki qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Cavabdeh1 X19un digər qanun üzrə vərəsəsi olsa da miras əmlakda yaşamamış, mərhumun vəfatından sonra miras əmlakla maraqlanmamış, əmlak və torpaq vergisini, kommunal xidmətlər üçün haqları ödəməmiş, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamamış, bununla da mirası qəbul etdiyini nümayiş etdirməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə qərara gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinciinstаnsiyаməhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdikləri sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-289/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-289/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1694/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1694/2020
30.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver