Məhkəmə qərarları › İş №2(107)-170/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-170/2020

22.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-170/2020 22.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), və Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13 və onun vəkili X17, Cavabdeh3, X10, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavadbehlər Cavabdeh1na, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi, cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X18, X19, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 və X16 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, reyestr qeydinin qismən ləğv edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(054)-378/2019 nömrəli qətnaməsindən iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(054)-378/2019 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) İddiaçı1 və İddiaçı2 hazırki tələbi təmin edilmiş, Cavabdeh1 tərəfindən X14 verilmiş xx xxxx 2007-ci il tarixli 2V-1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız sayılması, xx xxxx 2007-ci il tarixli 2V-1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin X11 adına qeydiyyata alınması barədə reyestr qeydi fərdi yaşayış evinin 5/6 hissəsinin X11 adına qeydiyyata alınması hissəsində qismən ləğv edilməsi, həmin reyestr qeydi əsasında Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6, X12 və X11 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin tamamilə ləğv edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi, üçüncü şəxslər X18, X19, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən X14 verilmiş xx xxxx 2007-ci il tarixli 2V1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin X11 adına qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin qeyd edilən fərdi yaşayış evinin 5/6 hissəsinin X11 adına qeydiyyata alınması hissəsində qismən ləğv edilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar məhkəmə prosesinin gedişində məhkəməyə üçüncü şəxslərin cəlb edilməsi barədə ərizə təqdim edərək X15 və X13 da üçüncü şəxslər qismində işə cəlb edilmələrini məhkəmədən xahiş etmişlər. İddiaçıların vəsatəti əsasında X15 və X22 da cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddiaçı məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin həcminin artırılması və tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək qəti iddia tələbi olaraq Cavabdeh1 tərəfindən X14 verilmiş xx xxxx 2007-ci il tarixli 2V-1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin X11 adına qeydiyyata alınması barədə reyestr qeydinin fərdi yaşayış evinin 5/6 hissəsinin X11 adına qeydiyyata alınması hissəsində qismən ləğv edilməsi, həmin reyestr qeydi əsasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin isə tam ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, onların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə işə iddiaçıların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçıların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, onların anası X6 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsi və həmin torpaq sahəsindəki 57,6 kv.metr ümumi sahəsi olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin 5/6 hissəsi ondan miras qalmışdır. Evin qalan 1/6 hissəsi isə Valentina Sabizovanın qardaşı X7 mülkiyyətində olmuşdur. Valentina Sabizova vəfat edərkən onun birinci növbədə 3 vərəsəsi - onlar özləri və ataları X20 qalmışlar. Valentina Sabizova vəfat etməzdən əvvəl özünə məxsus əmlaklarını heç kimə vəsiyyət etməmiş, onun vəsiyyət üzrə vərəsəsi olmamışdır. Valentina Sabizovanın vəfatından sonra onun birinci növbədə vərəsələrinin hər üçü ondan qalan mirası faktiki olaraq qəbul etmişlər və miras əmlaklar hər üç vərəsənin mülkiyyəti sayılır. Buna baxmayaraq Valentina Sabizovanın vəfatından sonra Nazim Səbizov digər vərəsələrə, yəni onlara bildirmədən Cavabdeh1na müraciət edərək Valentina Sabizovadan miras qalmış, Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsindəki 57,6 kv.metr ümumi sahəsi olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin 5/6 hissəsinə dair öz adına yeganə vərəsə kimi xx xxxx 2007-ci il tarixli 2V-1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi Nazim Səbizovun adına qeydiyyata alınmış və bu barədə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi tərtib edilmişdir. X20 xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Onlar mərhum Valentina Sabizovanın birinci növbədə vərəsələri olmaqla analarından miras qalmış əmlak barədə mirasın qəbulundan imtina etməmişlər və bu barədə notariat qaydasında hər hansı rəsmiləşdirilmə aparılmamışdır. Lakin Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi Nazim Səbizovun adına qeydiyyata alınmaqla onların analarından qalan miras əmlakdan pay almaq hüquqları pozulmuşdur. Ona görə də onlar iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək iddiaçıların hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 (Oğuz rayon Notariat Ofisi) birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə Oğuz rayon Notariat Ofisinin iş yükünün çoxluğu nəzərə alınmaqla işə nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə baxılmasını qərara almışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi həmin cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 və X2 birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, iştirak etdikləri, məhkəmə prosesinin təxirə salınması ilə əlaqədar keçirilən məhkəmə iclasında iddia tələbinə dair hər hansı etirazları olmadığını, X3 miras qalan əmlaklardan yalnız öz mərhum ataları X14 qanuni əsaslarla düşən payı tələb etdiklərini, iddiaçılara düşən paya münasibətdə hər hansı iddiaları olmadığını və bununla bağlı iddiaçılarla razılığa gəlməyə çalışacaqlarını bildirmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən həmin üçüncü şəxslərin iştirakı olmadan davam etdirilməsini qərara almışdır. Cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxslər X18, X19, Cavabdeh4, Cavabdeh5 və X15 birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Birinci instansiya məhkəməsi cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, maddi və prosesual hüquqların tələblərini pozmaqla çıxarılan bu qətnamədən narazıdır. İddia tələblərin bir hissəsi ümumi məhkəməyə digər hissəsi isə inzibati iqtisadi məhkəməyə aid olduğu halda məhkəmə məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə baxmışdır. İddiaçılar tərəfindən mirasın qəbulu faktı müəyyən edilmədən məhkəmə onların iddianı qaldırmaq üçün subektiv hüququnun olub-olmamasını araşdırmadan gəldiyi nəticə qanuni hesab edilə bilməz. Miras açılandan 12 il keçəndən sonra miras barədə mübahisə açılması qanunda nəzərdə tutulmamışdır. Vərəsəlik hüququ haqqında şəhədətnamə əqd deyildir. Qətnamədə söhbət hansı etibarsız əqddən gedir bilinmir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə fərziyələrə əsaslana bilməz. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(054)- 378/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22, onun vəkili X23 və Cavabdeh3 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 izahat verərək, qanuni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(054)- 378/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndələri və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X18, Cavabdeh4, Cavabdeh5 və X15 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(054)-378/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1 və 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 339.3, 339.6, 1133.1, 1133.2, 1134.1, 1157 və 1159.1.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinəəsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinəəsasən əqd barəsində mübahisə edildikdəəqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinəəsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1133.1-ci maddəsinəəsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinəəsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinəəsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1157-ci maddəsinəəsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinəəsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X9 xx xxxxx 1979-cu il tarixdə X20 ilə rəsmi nikaha daxil olmuş və nikahdan sonra onun soyadını qəbul etmişdir. Hazırki iş üzrə iddiaçılar onların birgə nikahından anadan olmuş uşaqlarıdırlar. Cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərdən X18 isə X11 əvvəllər nikahda olduğu arvadı, digər üçüncü şəxslər X19, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 və X22 isə onların həmin nikahından anadan olmuş uşaqlarıdırlar. İddiaçıların anası X6 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Nazim Səbizov Cavabdeh1na müraciət edərək Valentina Sabizovadan miras qalmış, Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsindəki 57,6 kv.metr ümumi sahəsi olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin 5/6 hissəsinə dair öz adına yeganə vərəsə kimi xx xxxx 2007-ci il tarixli 2V-1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi Nazim Səbizovun adına qeydiyyata alınmış və bu barədə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi tərtib edilmişdir. Həmin Çıxarış sənədində 0,10 hektar torpaq sahəsi tam olaraq X4, fərdi yaşayış evinin 1/6 hissəsi X7, 5/6 hissəsi isə X11 adına qeydə alınmışdır. X20 özü də xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Hazırda iddiaçılar Cavabdeh1 tərəfindən X14 verilmiş xx xxxx 2007-ci il tarixli 2V- 1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin X11 adına qeydiyyata alınması barədə reyestr qeydinin fərdi yaşayış evinin 5/6 hissəsinin X11 adına qeydiyyata alınması hissəsində qismən ləğv edilməsi, həmin reyestr qeydi əsasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin isə tam ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar öz iddia tələblərinin əsası kimi mübahisə predmetinə aid olan əmlaka dair mərhum analarının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə istinad edirlər. Cavabdehlərin nümayəndələri məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlmədiklərinə görə həmin tərəflərin iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərdən Cavabdeh3 və X22 iştirak etdikləri məhkəmə iclasında iddia tələbinə dair hər hansı etirazları olmadığını bildirmişlər. Cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxslər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlmədiklərinə görə həmin tərəflərin iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi (və ya evin bir hissəsi) X6 ilə X11 birgə nikahı dövründə əldə edilmiş əmlak deyildir. Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsi bütövlükdə, həmin torpaq sahəsindəki 57,6 kv.metr ümumi sahəsi olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin isə 5/6 hissəsi nikaha daxil olanadək X5 məxsus olmuş əmlak olmaqla onun ayrıca mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evinin 1/6 hissəsi isə Valentina Sabizovanın qardaşı X7 mülkiyyətində olmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi mərhum X4 birinci növbədə vərəsələrinin hər üçü, yəni hazırki iş üzrə iddiaçılar və onların mərhum atası X20 mərhum X3 miras qalan əmlaklara münasibətdə bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab olunurlar. Mərhum X4 vəsiyyət üzrə vərəsəsi müəyyən olunmadığından hazırki iş üzrə iddiaçılar və onların mərhum atası X20 mərhum X3 miras qalan əmlakda qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr kimi bərabər hüquqlara malikdirlər. Lakin mərhum X1 mirasın kütləsinə aid olan, Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsindəki 57,6 kv.metr ümumi sahəsi olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin 5/6 hissəsinə yalnız X11 adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edilərkən mərhumun birinci növbədə vərəsələrinin kimlərdən ibarət olması barədə Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 1668 nömrəli arayışa istinad edilmiş, həmin arayışda mərhum X4 birinci növbədə vərəsələrinin yalnız X8 ibarət olduğu qeyd edilmişdir. Həmin arayış əsasında qeyd olunan miras əmlaka yanlış olaraq bütövlükdə Nazim Səbizovun adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edilmiş və bu Şəhadətnamə əsasında miras əmlak sonuncunun adına rəsmiləşdirilmişdir. Mərhum X4 birinci növbədə vərəsələrinin dairəsi barədə müvafiq İcra Nümayəndəliyində dəqiq məlumatların olmaması mümkün hal olsa da, Nazim Səbizov mərhumun birinci növbədə vərəsələrinin kimlərdən ibarət olmasını dəqiq bildiyi və bilməli olduğu halda, notariat orqanına yanlış məlumatları özündə əks etdirən arayış təqdim etməklə miras əmlaka dair əsassız hüquqlar əldə etmiş və həmin əmlakdan qanunda nəzərdə tutulduğundan daha artıq miqdarda pay almağa nail olmuşdur. Nəticədə mərhum Valentina Sabizovanın digər birinci növbədə vərəsələrinin, yəni hazırki iş üzrə iddiaçıların miras əmlakdan pay almaq hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan əsaslara görə qərara gəlmişdir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə bir əqd olmasa da, Nazim Səbizov notariat orqanına yanlış məlumatları özündə əks etdirən arayış təqdim etməklə miras əmlaka dair xx xxxx 2007-ci il tarixli 2V-1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında əsassız hüquqlar əldə etdiyindən və həmin əmlakdan qanunda nəzərdə tutulduğundan daha artıq miqdarda pay aldığından, bununla da iddiaçıların miras əmlakdan pay almaq hüquqları pozulduğundan Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsindəki 57,6 kv.metr ümumi sahəsi olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin 5/6 hissəsinə dair Oğuz rayon Dövlət Notariat Kontoru tərəfindən Nazim Səbizovun adına tərtib edilmiş xx xxxx 2007-ci il tarixli 2V-1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız sayılmalı və iddia tələbinin həmin hissəsi təmin edilməlidir. Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən 0,10 hektar torpaq sahəsindəki 57,6 kv.metr ümumi sahəsi olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin 5/6 hissəsi xx xxxx 2007-ci il tarixli 2V-1/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında X11 adına qeydiyyata alındığına görə iddia tələbinin həmin reyestr qeydinin fərdi yaşayış evinin 5/6 hissəsinin X11 adına qeydiyyata alınması hissəsində qismən ləğv olunmasına dair hissəsi də təmin edilməlidir. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi də həmin reyestr qeydi əsasında tərtib edildiyinə görə iddia tələbinin Oğuz şəhəri, A.Əliyev küçəsi, 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6, X12 və X11 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv olunmasına dair hissəsi də təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdikləri sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(054)-378/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(054)-378/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar