Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-170/2025 05.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: sənədlərin etibarsız hesab edilməsi) Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, X55 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X64 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 və Xəlilova (Bayramova) Zülfidə Kamil qızına qarşı “Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018ci il tarixli 2V-127 reyestr nömrəli "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və sair” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, X64 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab olunması, 16 mart 2018-ci 11 tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə- 204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X30 11 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikah dövründə 08 iyul 2007-ci il tarixdə X41, 13 iyun 2009-cu il tarixdə X39 və xx.xx.2011-ci il tarixdə isə İsmayılzadə Ağa Həsən oğlu adlı 3 övladları anadan olmuşdur. X25 xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. X27 vəfat etdikdən sonra mərhumdan miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini iddiaçının həyat yoldaşı X30 idarə etmiş və faktiki sahibliyi həyata keçirmişdir. X6 başqa övladı olmamış, yeganə vərəsəsi X30 olmuşdur. İddiaçının həyat yoldaşı X30 03 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra birgə nikah dövründə anadan olmuş övladları azyaşlı olduqları və iddiaçı həmin vaxt həbsdə olduğu üçün uşaqlar İsmayıllı rayonu Lahıc kəndində iddiaçının valideynlərinin himayəsində yaşamışlar. İddiaçı hal-hazırda övladları ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı və övladları hər il bayram ərəfələrində Balakən şəhərinə gələrək mərhumların məzarını ziyarət edirlər. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında Balakənə gələrkən məlumatları olmuşdur ki, X12ndan miras qalmış evə və torpaq sahəsinə Cavabdeh1 vərəsəlik açdırmış və miras əmlakları tamamilə öz adına rəsmiləşdirmişdir. Məsələni aydınlaşdırmaq üçün Cavabdeh1 ilə danışıqlar aparılmış, sonuncu əmlakın artıq öz adına rəsmiləşdirdiyini bildirmiş və əmlakı verməkdən imtina etmişdir. Torpaq sahəsinin necə və hansı əsaslar əsasında rəsmiləşdirilməsini aydınlaşdırmaq üçün Balakən rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə vəkil sorğusu ilə müraciət olunmuş və notariat ofisi tərəfindən mərhum X14 miras qalmış əmlaklara açılmış vərəsəlik işində olan bütün sənədlər əldə olunmuşdur. Notariat Ofisindən əldə olunmuş sənədlərdən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X14 miras qalmış əmlaklara 16 mart 2018-ci il tarixdə Cavabdeh1 olunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat Ofisinə Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən 2018-ci ilin yanvar ayında 71 saylı arayış verilmişdir. Həmin arayışa əsasən müəyyən olunur ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X15 vərəsələri yalnız mərhumun qardaşları qeyd olunmuşdur. Arayışda qeyd olunmuş mərhumun qardaşlarından yalnız Cavabdeh1 təsərrüfatda qeydiyyatda olmağı yazılmışdır. Daha sonra tərəfindən Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vəkil sorğusu göndərilərək, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X15 vərəsələri barədə məlumatın verilməsi xahiş olunmuşdur. Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 804 saylı arayışda qeyd olunur ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi X31 olmuşdur. İcra nümayəndəliyi tərəfindən verilmiş 104 saylı arayışda qeyd olunur ki, mərhumə X31 03 noyabr 2017-ci ilədək Mahamalar kəndində azyaşlı övladları ilə birlikdə yaşamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mərhum X14 miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 03 noyabr 2017-ci il tarixədək iddiaçının mərhum həyat yoldaşı X30 idarə etmişdir. Yuxarıda qeyd etdiyi icra nümayəndəliyi tərəfindən müxtəlif tarixlərdə verilmiş arayışlar biri-biri ilə ziddiyyət təşkil edir. Belə ki, 2018-ci il tarixli arayışda X6 vərəsəsi Cavabdeh1 göstərilmiş, 2022-ci il tarixdə vəkil sorğusuna verilmiş cavabda isə X30 göstərilmişdir. Görünür ki, İcra nümayəndəliyi tərəfindən müxtəlif məzmunlu arayışların verilməsi nəticəsində vərəsəlik hüququndan iddiaçı və 3 azyaşlı övladı məhrum olmuşlar. 03 noyabr 2017-ci il tarixdə vəfat etmiş X20 1-ci növbədə vərəsələri iddiaçı və 3 azyaşlı övladlarıdır. Mülki iş üzrə Cavabdeh1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və verilmiş şəhadətnamə əsasında hüquqlarını DƏDRX-də qeydiyyata alması qanunsuzdur. Bunun üçün 16 mart 2018-ci il tarixdə Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən verilmiş 2V-127 saylı reyestr nömrəsi ilə qeydə alınan “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab olunmalı və onun əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalıdır. Eyni zamanda həmin əmlak qanunsuz olaraq xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi bağlandığından həmin bağışlama müqaviləsi ləğv olunmalı, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********7110301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 25 aprel 2023-cü il tarixli, 2(019)187/2023 saylı qətnaməsi ilə, iddianın təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X27 Cavabdeh1 bacısı olmuşdur. Rəfiqə Xəlilova 11 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. X15 ölümündən sonra Balakən rayonu Mahamalar kəndində 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.m olan fərdi yaşayış evi, 0.14 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi miras qalmışdır. X3 qalmış mirası Cavabdeh1 faktiki qəbul edərək idarə etmiş, mərhumə Rəfiqə Xəlilovaya məxsus torpaq sahəsində abadlıq işləri görmüş, əkib becərmiş, məhsulunu toplamış, mərhumənin dəfn xərclərini çəkmiş, ev köhnə olduğundan onu təmir etdirməklə abadlaşdırmış və bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Rəfiqə Xəlilovanın ölümündən sonra orada Cavabdeh1 yaşamış, Cavabdeh1 2003-cü ildə isə Cavabdeh2 ilə evlənmişdir və hazırkı günədək orada yaşayırlar. X15 ölümündən sonra ona məxsus olmuş təsərrüfatda Cavabdeh1 qalmışdır. X15 qızı olmuş X35 Cavabdeh1 atası X32 məxsus olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evində yaşamış, həmin təsərrüfatda 0.25 ha həyətyanı torpaq sahəsi, 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 1918-ci ildə tikilmiş fərdi yaşayış evi omuşdur. X35 2006-cı ilədək özünə məxsus 0.25 ha torpaq sahəsində yerləşən evdə yaşamış, xx.xx.2006-cı ildə rəsmi nikahla İsmayıllı rayonu Lahıc qəsəbə sakini İddiaçı ilə evlənmiş, rəsmi nikahlarından üç övladları olmuşdur. Xatirə İsmayılzadə 03 noyabr 2017-ci ildə vəfat etmişdir. 2018-ci ilin yanvar ayında Cavabdeh1 müraciəti əsasında Balakən rayon Notariat Kontorunda mərhum bacısı X15 adına qeydə alınmış 0.0883 ha torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kvmdən ibarət fərdi yaşayış evinə dair mərhumdan ona çatacaq paya dair vərəsəlik işi açılmışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə X15 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən 16 mart 2018-ci il tarixdə verilmiş 2V-127 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə Cavabdeh1 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi Balakən rayon Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən həyat yoldaşı Cavabdeh2 bağışlanmışdır. xx.xx.2022-ci il tarixdə isə sözügedən fərdi yaşayış evi və torpaq sahəsi **********7110301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmaqla ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin təhqiqatı zamanı o da müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsində X35 heç vaxt yaşamamışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən JN 1157A KOD 40108018 olan torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə əsasında X25 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 atası Abdulməcid Xəlilovdan qalmış, Xatirə isə həmin torpaqda yerləşən evdə yaşamışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən Xatirənin yaşadığı 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evini 10 avqust 2016-cı ildə Xatirə İsmayılzadə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şahin Məcidzadəyə satmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin təhqiqatı zamanı müəyyən edilmişdir ki, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaklarla bağlı vərəsəlik açılarkən Cavabdeh1 onun təsərrüfatında qeydiyyatda olması, onun mirasını faktiki olaraq qəbul etməsi müəyyən edilmiş, digər vərəsələr isə mirası nə faktiki, nə də formal-rəsmi qaydada qəbul etmədiklərindən, təsərrüfatdan ayrıldıqlarından, mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilmiş və miras əmlakdan digər vərəsələrə pay verilməmişdir. X8 xx.xx.2001-ci il tarixdə vəfat etmiş X15 birinci növbəli vərəsəsi olsa da, anası Rəfiqə Xəlilovadan qalmış mirası qəbul etmədiyindən Mülki Məcəllənin 1263-cü maddəsinə əsasən miras onu qəbul etmiş sonrakı növbənin vərəsəsi olan Rəfiqə Xəlilovanın qardaşı Cavabdeh1 adına keçirilmişdir. Lakin iddiaçı mərhum həyat yoldaşının onun anasından miras qalmış əmlakları qəbul etdiyini, onun birinci növbə vərəsə olduğunu olduğunu bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı sözügedən miras əmlakla bağlı ləğvini tələb etdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iş materiallarına əsasən 16 mart 2018-ci il tarixli 2V-127 reyetsr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRXdə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktiki hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********7110301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən Cavabdeh2 mülkiyyət hüquqları vardır və onun mülkiyyət hüquqları qanunla qorunur. Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun notarial qaydada bağlandığından məhkəmədə onun ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İşdəki sübutlara əsasən Cavabdeh2 mülkiyyət hüquqlarına müdaxilə edilməsi üçün qanunda göstərilmiş hallar və əsaslar isə mövcud deyildir. Cavabdeh2 mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrin tamlığı və düzlüyü prezumpsiyası qüvvədədir və məhkəmə bu mülkiyyət hüquqlarının qeydiyyatının və çıxarışının etibarsızlığı üçün əsas görmür. İşdəki sübutlardan birmənalı görünür ki, iddia predmetini təşkil edən Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqlar əsaslı olaraq qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab olunması, 16 mart 2018ci 11 tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə- 204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməməli, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262, 1263, 1243.1, 1243.2, 1243.3, 1133.1, 1133.2, 1145, 139.1, 139.3, 140, 146.1, 146.2, 152.1, 152.5, 157.2, 213.1, 213.2, 213.6, 214.1, 223.2, 1151.1, 1157-1.1, 1157-1.2, 1159.1, 1159.1.1, 1255, 1256, 1261, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321.1, 1321.2, 1322, 324.1, 329.1, 334.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 354.1, 354.2, 421.1, 421.2, 149.2-ci maddələri, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55, 59-cu maddələri, Azərbaycan Respublikası Konstitusiyanın 12, 13, 60 və 29-cu maddələri, İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsi, Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 2, 4.1, 22.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 yanvar 2018-ci il tarixli, AZ-İ 903054 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X27 11 noyabr 2001-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Balakən rayonu Mahamalar kənd İƏD tərəfindən verilmiş 13 noyabr 2017-ci il tarixli, AZ-İ 902929 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X31 03 noyabr 2017-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********71-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi 22 №li reyestr kitabının 65 №li vərəqində X15 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 16 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 11 noyabr 2001-ci il tarixdə ölmüş X15 Balakən rayonu Mahamalar kəndində yaşayan qardaşı Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən X15 adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsindən mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 18 yanvar 2018-ci il tarixli 71 saylı arayışdan görünür ki, 11 noyabr 2001-ci il tarixdə ölmüş X15 vərəsələri Cavabdeh1, Şahid2, X17, X13r. Cavabdeh1 X15 təsərrüfatında 1995-ci ildən qeydiyyatdadır. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1949-cu ildə doğulmuş, atası X42, anası X53 yazılmışdır. İş materiallarında olan Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu Cavabdeh3 tərəfindən miras qoyan X15 barəsində açılmış 2V-127 saylı vərəsəlik işindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci ildə Balakən rayon Notariat Kontoruna 11 noyabr 2001-ci il tarixdə ölmüş bacısı X15 mirasını qəbul etməsi və miras əmlakdan ona çatacaq paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 104 saylı arayışdan görünür ki, mərhumə Balakən rayonu Mahamalar kənd sakini olmuş X27 11 noyabr 2001-ci ildə vəfat etmişdir. Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arxivində hal-hazırda 2011-2015, 2016-2020 və 2021-2025-ci illər üzrə Təsərrüfatbaşına kitablar vardır, əvvəlki dövrlərə aid Təsərrüfatbaşına Kitablar Balakən Rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir. Həmin kitablarda X9 barədə qeyd aşkar olunmadı. X9 barədə məlumat aşkar olunmasa da onun övladı mərhumə X31 03 noyabr 2017 ci ilədək Mahamalar kəndində azyaşlı övladları ilə birgə yaşamışdır. Belə ki, o, 2011-2015ci illər üzrə təsərrüfatbaşına Kitab N 07. şəxsi hesab N 593. səhifə N 80-da. 2016-2020ci illər üzrə təsərrüfatbaşma Kitab N 11. şəxsi hesab N 928. səhifə N 157-də. 2021- 2025-ci illər üzrə isə 2017-ci ildə vəfat etdiyinə görə Təsərrüfatbaşına Kitab № 11. şəxsi hesab N 934. səhifə N 151-də yalnız övladları qeydiyyatda qalmışdır. Həmin təsərrüfatda 0.25 ha (iyirmi beş sot) həyətyanı və 0.20 ha (iyirmi sot) pay torpağı, 1918ci ildə tikilmiş fərdi yaşayış evi barədə qeyd vardır. X4 adına sənəd təqdim olunmadığına və Statistika Komitəsinin təlimatına uyğun olaraq hər il təsərrüfatların yerində şifahi sorğu əsasında aparıldığına görə qeyd olunan miras fərdi yaşayış evinin olub-olmaması barədə nümayəndəliyin məlumatı yoxdur, ətraflı əmlak barəsində məlumat üçün kənd bələdiyyəsinə, DƏDRX - nə və Rayon Dövlət Arxiv İdarəsinə müraciət etmək xahiş olunur. Mahamalar kəndi üzrə əmlak və torpaq vergilərinin vətəndaşlar tərəfindən kənd bələdiyyəsinə ödənildiyini nəzərə alaraq mərhuməyə məxsus fərdi yaşayış evi, torpağı həmçinin vergi ödəyicisinin və faktiki sahibliyin kimin tərəfindən həyala keçirildiyi barədə məlumat alına bilər. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X47 arasında nikah 11 avqust 2006-cı il tarixdə 159 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada İsmayılzadə soyadı verilmişdir. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli 1060 saylı arayışdan görünür ki, mərhumə X7 rayon Mahamalar kənd sakini olub və 11 noyabr 2001 - ci il tarixdə vəfat etmiş, onun dəfni qardaşı Cavabdeh1 tərəfindən ata evindən yola salınmışdır. Mərhumənin ölümündən sonra Balakən rayonu Mahamalar kəndində 0.08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.m olan fərdi yaşayış evi, 0.14 ha (on dörd sot) kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi qalmışdır. X3 qalmış mirası onun qardaşı Cavabdeh1 qəbul etmiş, mərhuməyə məxsus torpaq sahəsində abadlıq işləri görmüş, əkib becərmiş, məhsulunu toplamış, mərhumənin dəfn xərclərini çəkmiş, bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Cavabdeh1 özünün bildirməsinə görə 2003-cü ildə Cavabdeh2 (2005-ci ildə rəsmi nikah qeydə alınmışdır.) ilə evlənmişdir və həmin vaxtdan halhazıradək ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. İş materiallarında olan Balakən rayonu Mahamalar Bələdiyyəsi tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli 189 saylı arayışdan görünür ki, Cavabdeh2 ondan ötrü ki, onun Mahamalar bələdiyyəsi ərazisində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 82.40 kvadratmetr olan yaşayış evi var. Həmin torpaq sahəsi üçün hesablanmış vergi Cavabdeh1 tərəfindən ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********71-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi 22 №li reyestr kitabının 65 №li vərəqində Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 06 aprel 2018-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 ƏMDK-nin yanında DƏDRX-in Zaqatala Ərazi idarəsinin qeydiyyat №**********, qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr kitabı-22, səhifə-65 olan çıxarışına əsasən ona məxsus olan Balakən rayonu Mahamalar kəndində 0.0883 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evini həyat yoldaşı Cavabdeh2 bağışladı. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********71-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi 22 №li reyestr kitabının 65 №li vərəqində Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan JN-1157A KOD-40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X33 mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 10 avqust 2016-cı il tarixli 4Ə-356 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X10 rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə JN-1157A KOD-40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X33 mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsini 3000 manata X2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********46 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 0.2499 ha olan həyətyanı torpaq sahəsi 56 №li reyestr kitabının 2 №li vərəqində X18 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İsmayılzadə Həsən Ağa oğlu аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(107)72/2024 saylı qətnaməsi ilə iş üzrə Balakən Rayon Məhkəməsinin 25 aprel 2023cü il tarixli, e-2(019)-187/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək,iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(102)- 2173/2024 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(107)-72/2024 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X12 mərhum anasına məxsus əmlakı idarə etmişdir. Bunu mülki iş materialına əlavə edilmiş arxiv arayışı və icra nümayəndəliyi tərəfindən verilmiş arayış təsdiq etmişdir. Hər iki arayış məhkəmə tərəfindən nəzərə alınmamışdır. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qeyd olunan maddənin tələbi cavabdehə qanun üzrə vərəsəlik şəhadətnaməsi verən notarius tərəfindən pozulmuş, məhkəmə tərəfindən pozuntu halı nəzərə alınmamışdır. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd edir ki, mərhumun yeganə vərəsəsi X31 03 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. X40 3 övladı və əri vərəsədir. Qanunvericiliyin yuxarıda qeyd olunan mövqeyindən aydın olur ki, əvvəllki növbənin vərəsələri, yəni İsmayılzadə Xatirənin vərəsələri mövcud olmadığı təqdirdə Cavabdeh1 miras əmlakdan pay verilə bilərdi. Lakin X38 vərəsələri sağ olduqları üçün Cavabdeh1 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. X12 mirasın qəbulundan imtina etməmiş, imtina notariat orqanında rəsmiləşdirilməmişdir. Bunun üçün miras sonrakı növbənin vərəsələrinə keçə bilməz. Qeyd edir ki, məhkəmə qərarında sübut növü olaraq işin hallarını tam araşdırmamış, mülki iş materiallarına əlavə edilən, Balakən arxiv idarəsinin və icra nümayəndəliyi tərəfindən verilmiş arayışları nəzərə almamışdır. Qeyd edir ki, mülki iş üzrə məhkəmə sübutları tam araşdırmamışdır. İlk öncə onu qeyd edir ki, vəkil sorğusu ilə Balakən rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət olunmuş, X3 miras qalmış əmlakın necə və hansı əsaslar əsasında rəsmiləşdirilməsini aydınlaşdırmaq və notariat ofisi tərəfindən mərhum X14 miras qalmış əmlaklara açılmış vərəsəlik işində olan bütün sənədlər əldə olunmuşdur. Notariat işindən görünür ki, Notariat ofisinə Balakən rayon Mahamalar inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2018-ci ilin yanvar ayında 71 saylı arayış verilmişdir. Həmin arayışa əsasən müəyyən olunmuşdur ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X15 vərəsələri yalnız mərhumun qardaşları qeyd olunmuşdur. Arayışda qeyd olunmuş mərhumun qardaşlarından yalnız Cavabdeh1 təsərrüfatda qeydiyyatda olmağı yazılmaqla notariat ofisi tərəfindən Cavabdeh1 mirası qəbul etməsi nəticəsinə gəlinmişdir. Notariat ofisindən vərəsəlik işi əldə olunduqdan sonra Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vəkil sorğusu göndərilərək 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X15 vərəsələri barədə məlumatın verilməsi xahiş olunmuşdur. Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi vəkil sorğusuna verilmiş 19 sentyabr 2022-ci il tarixli 804 saylı arayışda qeyd edir ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi X26r. Vərəsəlik işində olan arayış (2018-ci il tarixli Cavabdeh1 Rəfiqə Xəlilovanın təsərrüfatında olmasına dair arayış) və Mahamalar İcra nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli arayışlar biri-biri ilə ziddiyyət təşkil etdiyi üçün arayışlar arasında olan ziddiyətə izah verilməsi üçün icra nümayəndəliyinə sorğu göndərilmişdir. Cavabda bildirilmişdir ki, X1 sakini olmuşdur və 11 noyabr 2001-ci ildə vəfat etmişdir. Mərhumə vəfat etdikdən sonra ona məxsus təsərrüfatda qızı X31 qeydiyyatda olmuşdur. X31 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X31 vəfat etdikdən bir müddət sonra dayısı Cavabdeh1 tərəfindən 2018-ci ildə bacısı X9na vərəsə açılması barəsində icra nümayəndəliyinə müraciət olunmuşdur. Müraciətə əsasən, X15 yeganə övladı X23 olması barədə Balakən rayon Notariat Ofisinə təqdim etmək üçün arayış tərtib olunaraq tərəfimizdən Cavabdeh1 verilmişdir. Balakən rayon Notariat Ofisinin rəhbərliyi tərəfindən icra nümayəndəliyi ilə əlaqə yaradılaraq Rəfiqə Xəlilovanın yeganə varisinin X31 olması və onun xx.xx.2017-ci il tarixdə vəfat etdiyinə görə 2-ci dərəcəli varislərinin yazılması lazım olduğunu, 2-ci dərəcəli varisləri ana, atası vəfat etdiyinə görə qardaş və bacıları haqqında arayışın tərtib olunaraq təqdim olunmasının vacibliyi bildirilmişdir. Bunun üçün 2018-ci ilin yanvar ayında qardaş və bacılardan ibarət arayış tərtib olunaraq aidiyyatı üzrə təqdim olunmuşdur. Buradan görünür ki, cavabdeh icra nümayəndəliyi ilə əlbir olaraq Rəfiqə Xəlilovanın yeganə vərəsəsinin Cavabdeh1 olması göstərməsi miras əmlaka vərəsəlik işi açaraq miras əmlakı Cavabdeh1 adına rəsmiləşdirmək, sonuncuda öz növbəsində adına rəsmiləşdirilmiş əmlakı həyat yoldaşı Cavabdeh2 adına bağışlamaqla mərhumə İsmayılzadə Xatirənin yeganə vərəsələrini mirasdan məhrum etmək məqsədi daşımışdır. İcra nümayəndəliyi tərəfindən verilmiş və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, təsərrüfatbaşına kitablar arxiv idarəsinə verilmişdir. Təsərrüfatbaşına kitablar arxiv idarəsinə verilsə də, İcra nümayəndəliyi tərəfindən Cavabdeh1 arayış verilərək sonuncunu mərhumə Rəfiqə Xəlilovanın təsərrüfatında qeyd etməsini məhkəmə araşdırmamışdır. İcra nümayəndəsinin X61 vəfat etdikdən sonra onun təsərrüfatını qardaşı Cavabdeh1 idarə etməsi, dəfn xərclərini ödəməsi və arayışda qeyd olunan digər məlumatları bilməsi qeyri mümkündür. Çünki həmin dövrlərdə Ş.Mahamaxanov icra nümayəndəsi vəsifəsində işləməmiş, arayışda qeyd etdikləri həqiqəti əks etdirə bilməz (qətnamədə qeyd olunan arayışa münasibət bildirilməmişdir). Eyni zamanda Cavabdeh1 2022-ci ildə miras barədə arayış tələb etmiş, icra nümayəndəliyi tərəfindən 2001-ci ilə aid məlumatların icra nümayəndəliyində olmadığını, Balakən rayon Dövlət Arxiv İdarəsinə təqdim edildiyi üçün mümkün olmadığı bildirilmişdir. İcra nümayəndəliyi tərəfindən 2001-ci ilə dair məlumatların icra nümayəndəliyində saxlanılmadığı təqdirdə Cavabdeh1 Rəfiqə Xəlilovanın təsərrüfatında göstərməsi bir daha icra nümayəndəliyi tərəfindən Cavabdeh1 adına verilmiş arayışların əsassız və qanunsuz olmasını təsdiq edir. Mülki iş materiallarına Cavabdeh1 ilə Cavabdeh2 arasında olan “Bağışlama müqaviləsi” əlavə olunmuşdur. Həmin bağışlama müqaviləsinə əlavə olunmuş 2018-ci il aprel tarixli 343 nömrəli arayışdan görünür ki, fərdi yaşayış evində X41, X39 və İsmayılzadə Ağa Həsən oğlu qeydiyyatda olmuşlar. Arayışın qeyd hissəsində yazılır. Cavabdeh1 həyat yoldaşı ilə birgə ayrı təsərrüfatda olub. Görünür ki, X4 təsərrüfatında X30 və onun 3 azyaşlı övladları qeydiyyatda olmuş və təsərrüfat onlar tərəfindən idarə olunmuşdur. Məhkəmənin mötəbər sübut qismində qəbul etdiyi icra nümayəndəliyi tərəfindən notariat ofisinə vərəsəlik işi üçün verilmiş Cavabdeh1 X15 təsərrüfatında olmasına dair arayış həqiqəti əks etdirməməklə yanaşı, yuxarıda da qeyd etdiyi kimi miras əmlaka qanunsuz və heç bir əsas olmadan sahiblənmək məqsədi daşımışdır. Görünür ki, İcra nümayəndəliyi tərəfindən müxtəlif məzmunlu arayışların verilməsi nəticəsində vərəsəlik hüququndan iddiaçı və 3 azyaşlı övladı məhrum olmuşlar. Məhkəmə tərəfindən icra nümayəndəliyinin bir-birinə zidd arayışların verilməsini araşdırmamış, icra nümayəndəliyi tərəfindən cavabdehin adına verilmiş arayışları sübut qismində qəbul etmişdir. İcra nümayəndəliyi tərəfindən vəkil sorğusuna verilmiş arayışlara və Balakən Arxiv idarəsindən verilmiş arayışa ümumiyyətlə qətnamədə münasibət bildirilməmişdir. Balakən rayon Arxiv idarəsinin 02 fevral 2023-cü il tarixli arayışından görünür ki, X19 təsərrüfatbaşı kitabdan çıxarışda 1996-2000-ci illər üzrə X28 və X44, 2001-2005ci illər üzrə X28-vəfat edib karandaşla qeyd edilib, təsərrüfatda X44 qalmışdır. Eyni zamanda Cavabdeh1 məhkəmədə vermiş olduğu izahatda bildirmişdir ki, evi bacısının adına özü almışdır. Bacısı və bacısı qızı vəfat etdiyi üçün miras əmlak ona qalmalıdır. O 2003-cü il tarixdən həmin evdə yaşamağa başlamışdır. Məhkəmədə şahid qismində dəvət etdiyimiz şəxs Şahid2 izahatı qətnamədə tam əksini tapmamışdır. Şahid2 izahatında bacısı vəfat etdikdən sonra X38 miras əmlaka faktiki sahiblik etməsini, evdə yaşamasını, Cavabdeh1 ailə qurduqdan sonra həmin evdə yaşadığını bildirmişdir. Lakin qətnamədə qeyd olunan izahat öz əksini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, onlar, məhkəmə kollegiyasından Balakən Rayon Məhkəməsinin 2(019)-187/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 bildirdi ki, şikayəti əsaslı hesab edir. Qeyd olunan şikayətlə bağlı Ali Məhkəmənin də mövqeyi bəllidir. Eyni zamanda məhkəmə iclasına icra nümayəndəliyi tərəfindən təhrif olunmuş formada arayışlar da verilmişdir. Həmin ilkin arayışlarda da qeyd edilir ki, Xəlilova Rəfiqə vəfat etdikdən sonra onun yeganə vərəsəsi Cavabdeh1 qalmışdır. Cavabdeh1 təsərrüfatda qeydiyyatda olmuşdur. Ancaq mülki iş materiallarına əlavə olunmuş bağışlama müqaviləsi vardır. Bağışlama müqaviləsində həmin təsərrüfatda hansı ki, İsmayılzadə Xatirənin 3 övladının qeydiyyatda olması müəyyən olunur. Hesab edir ki, burada icra nümayəndəliyi təhrif olunmuş məlumatlar verdiyi üçün onun barəsində də xüsusi qərar çıxarılmalıdır. Artıq 3 ildir ki, hüquqlarını müdafiə etdiyi şəxs pozulmuş hüquqlarını bərpa edə bilmir. Bağışlama ilə bağlı hissədə, həm ləğv və həm də etibarsızlığın eyni hüquqi nəticə yaratdığından, əhəmiyyətinə varmadan iddia ərizəsində ləğvini tələb etsələr də, hazırda tələbin həmin hissəsində müqavilənin etibarsız hesab edilməsi kimi qəbul edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir. Bildirmək istəyir ki, birinci instansiya məhkəməsi iddia tələbini mirasın qəbul edilməsi əsasından rədd etmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətində qanunsuz vərəsəlik haqqında şəhadətnamənin verilməsi müddətinin qanuni verilmə müddətində verilməmə faktından AR MM-nin 1272-ci maddəsi ilə, eyni zamanda AR Konstitusiya Məhkəməsinin həmin işlərlə əlaqədar qərarlarını əsas tutaraq iddianın müddətinin keçdiyindən iddianı rədd etmişdir. İlk öncə bildirir ki, iddia tərəfindən əqdin mübahisələndirilməsi ilə bağlı hissədə hüquqi müddətlərin itirilib-itirilməməsi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəf 16 mart 2018-ci il tarixli 2V-127 nömrəli qanun üzrə vərəsəlik üzrə mübahisələndirmə hüququnu itirmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün qərar qəbul etmişdir. Göstərdiyi hallar nəzərə alınaraq, eyni zamanda iddia tələbində əqdin etibarsızlığının mübahisələndirilmədiyinə görə, yalnız əqdin ləğvinin mübahisələndirilməsi və iddiaçının da buna subyektiv hüququnun olmaması baxımından iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. 2017-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra cavabdeh mülkü öz adına keçirib. Həyat yoldaşı sağ olanda da bunu edə bilərdilər. 2014-cü ildə o, həbs olunanda həyat yoldaşı 3 uşaqla Balakənə köçüb. Anasından qalan evdə yaşamağa icazə vermədikləri üçün həyat yoldaşı rayona köçüb və burada kirayə yaşayıb. 2001-ci ildə qaynanası rəhmətə getdikdən sonra həyat yoldaşının dayısı bildirib ki, Məhəmməd adlı şəxs Qazaxıstandan gəlib və qalmağa yeri yoxdur. Bundan sonra Məhəmməd adlı şəxs həmin evdə məskunlaşmışdır. Həyat yoldaşı isə buna etiraz etməyib. 2017-ci ildə həyat yoldaşı vəfat edənə qədər evin sənədləri onlarda olub. Həyat yoldaşı ondan sənədləri neynəyəcəyini soruşduqda ona sənədləri dayısına verməsini bildirmişdir. Kənd icra nümayəndəsinin 2018-ci ildə verdiyi arayışda vərəsə kimi cavabdeh şəxslər göstərilmişdir. Amma kənd icra nümayəndəsinin 2022-ci ildə verdiyi arayışda vərəsə kimi həyat yoldaşı İsmayılzadə Xatirəni birinci varis kimi göstərmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, X64 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3, Xəlilova (Bayramova) Zülfidə Kamil qızı, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin vaxt qüvvədə olan 1273-1-ci maddəsinə görə vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Kollegiya ilk növbədə qeyd edir ki, Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(019)-187/2023 saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin mübahisə olunmayan hallarına görə, mirası qoyan X27 cavabdehin bacısı olub və 11 noyabr 2001-ci il tarixdə ölüb. X27 öldükdən sonra ondan Balakən rayonu, Mahamalar kəndində 0.08 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 82.40 kv.metr olan fərdi yaşayış evi miras qalıb. 2018-ci ilin yanvar ayında cavabdeh ərizə ilə notariusa müraciət edərək, bacısı X14 miras qalmış əmlaka dair onun adına Şəhadətnamə verilməsini xahiş edib. 15 fevral 2018-ci il tarixli Çıxarışa əsasən, sözügedən ev və torpaq sahəsi mülkiyyət hüququ üzrə X15 adına qeydə alınıb. Bundan sonra, notariat orqanı tərəfindən həmin əmlaka dair cavabdehin adına 16 mart 2018-ci il tarixli, 2V-127 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib və 28 mart 2018-ci il tarixli Çıxarışa əsasən miras əmlak daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb və sonuncu 06 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinə əsasən həmin evi və torpaq sahəsini arvadı Cavabdeh2 bağışlayıb. 02 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən sözügedən ev və həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Hazırda iddiaçı, sözügedən əmlakın 11 noyabr 2001-ci il tarixdə ölmüş qaynanası X14 miras qaldığını, sonuncunun ölümündən sonra onun yeganə birinci növbəli vərəsəsi olan X23 miras əmlaka sahiblik və onu idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini, sonuncunun ölümündən sonra onun birinci növbəli vərəsəsi kimi yetkinlik yaşına çatmayan üç övladığının və onun qaldığını, lakin notariat orqanı tərəfindən qanunsuz olaraq miras əmlakın ikinci növbəli vərəsə olan cavabdehin adına rəsmiləşdirildiyini, sonuncunun isə miras əmlakı müqaviləyə əsasən arvadı X34 bağışladığını göstərib, sözügedən hüquqmüəyyənedici sənədlərin etibarsızılığını tələb edir. Cavabdeh isə iddiaçının arvadı X23 öz sağlığında nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə, nə də ki, mirasa sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etmədiyini və miras əmlakın qanuni əsaslarla yalnız onun tərəfindən qəbul edildiyini və miras əmlakın bağışlama müqaviləsinə əsasən bütövlükdə aravadı Cavabdeh2 mülkiyyətində olduğunu göstərib, iddiaya etiraz edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilib və həmin Qərarla Konstitusiya Məhkəməsinin Plenumu, Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini, mütənasiblik baxımından konstitusiyanın prinsiplərinə və Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığı üçün qüvvədən salınmışdır. Həmin Qərar mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı hazırki iş birinci apellyasiya icraatında olduğu vaxt çıxarıldığından hazırki işə tətbiq edilməlidir. Hazırkı halda mirası qoyan X15 11 noyabr 2001-ci il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaka vərəsəlik açılıb və onun birinci növbəli yeganə vərəsəsi olan qızı X31 isə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməyib. Belə olan halda qəbul edilmiş sözügedən miras əmlak onun açıldığı gündən məhz birinci növbəli vərəsə kimi X23 mülkiyyətində olub və notariat orqanı tərəfindən həmin əmlaka dair ikinci növbəli vərəsə kimi cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən yuxarıda sadalanan normaların tələbləri pozulub. Ona görə də, 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab olunmalı və həmin şəhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunmasını da xahiş etmişdir. Bundan əlavə məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 bildirmişdir ki, bağışlama ilə bağlı hissədə, həm ləğv və həm də etibarsızlığın eyni hüquqi nəticə yaratdığından, əhəmiyyətinə varmadan iddia ərizəsində ləğvini tələb etsələr də, hazırda tələbin həmin hissəsində müqavilənin etibarsız hesab edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmi artırılan zaman nə bağışlama müqaviləsinin ləğv, nədə ki, etibarsızlığı ilə bağlı normalara istinad edilmədiyini və məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsivəkili Nümayəndə1 Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi ilə bağlı tələbin müqavilənin etibarsız hesab edilməsi kimi qəbul edilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, həmin hissədə iddiaçının iddia tələbi qeyd olunmuş müqavilənin etibarsız hesab edilməsi kimi qəbul olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrində mülkiyyət hüququnun tanınması və qorunması təsbit olunmuşdur. Konstitusiya normalarına əsaslanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – qüvvədə olan MM) müddəalarında təsbit edilmişdir ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Əşya hüquqlarının pozulmasını ehtimal edən şəxs onların müdafiəsi üçün müvafiq əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiqi, habelə əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması iddiaları ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, şəxsin vicdanlı əldə edən olmasının müəyyən edilməsi üçün ilk olaraq mülkiyyətçinin vicdanlı əldə edən şəxsə münasibətdə əmlakın əvəzli əldə edilməsi, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilməməsi və bilmək iqtidarında olmaması sübut edilməlidir. Mülki Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 adına X23 mülkiyyətində olmuş əmlakla bağlı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinin pozulması, Cavabdeh2 Cavabdeh1 həyat yoldaşı olması və mübahisələndirilmiş əmlakın Cavabdeh2 tərəfindən əvəzsiz əldə edilməsi, nəticədə, sonuncunun vicdanlı əldə edən olmasını istisna edir və nəticə etibarilə Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin etibarsızlığına səbəb olur. Ona görə də, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi etibarsız hesab olunmalı, həmin müqavilə əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməyərək yanlış nəticəyə gəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsi fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı hesab edilə bilməz. Odur ki, iddiaç İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsinin ləğv edilərək iddia təmin edilməli və yeni qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab olunsun. 16 mart 2018-ci 11 tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. Həmin çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi etibarsız hesab olunsun. Bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarış ləğv olunsun. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-170/2025
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-170/2025
05.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver