Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1702/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)589/2021 saylı qərardadından cavabdeh X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyinə görə ödənilmiş ümumilikdə 34.000 manat məbləğində pulun 20.000 (iyirmi min) manat məbləğində hissəsinin cavabdeh X2 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı və X5 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)5688/2019 saylı mülki iş üzrə onu həm iddiaçıya, həm də cavabdehə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmasını, təqdim etdiyi iddianı icraata qəbul edilməsini, 13 aprel 2017-ci il tarixdə X6 məxsus “Zamin Əmlak" tikinti şirkəti ilə keçmiş gəlini İddiaçı arasında bağlanmış müqavilənin sifarişçi olaraq onunla X8 arasında bağlanmış hesab edilməsi, müqavilədə nəzərdə tutulmuş işlərin 3 ay müddətində yekunlaşdırılması və ona təhvil verilməsi vəzifəsinin X4 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10 mart 2020-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı və X5 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Zamin Əmlak” tikinti şirkəti ilə müqavilə bağlanan zaman keçmiş gəlini İddiaçı şirkətə ödədiyi 28000 (iyirmi səkkiz min) manat və əlavə xərclərə görə ödədiyi 1500 (min beş yüz) manat, habelə haraya xərclədiyini bilmədiyi 500 (beş yüz) manat pul vəsaiti ona məxsus olduğundan, İddiaçı 30000 (otuz min) manat pul vəsaitinin tutularaq (alınaraq) ona ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18 may 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili X9 cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 20000 (iyirmi min) manat məbləğində pulun, 13 sentyabr 2017-ci il tarixindən bu günədək (18 may 2021-ci il) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq hesablanaraq həmin məbləğdə pulun tutulması, o cümlədən mənəvi zərərə görə 5000 (beş min) manat, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(025)-589/2021 saylı qərardadı ilə, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı və X5 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsi üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)-589/2021 saylı qərardadı ilə, İddiaçı nümayəndəsi və vəkili X7 şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(025)-589/2021 saylı qərardadı ləğv edilmiş, işin məhkəmə baxış iclası 04 avqust 2021-ci il tarixə saat 14:30-a təyin edilmişdir. Cavabdeh X3 nümayəndəsi Nümayəndə məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)-589/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh X3 nümayəndəsi Nümayəndə məhkəmə kollegiasının iclasına gəlməmiş, teleqram göndərərək üzrlü səbəblərdən məhkəmə iclasına gələ bilməyəcəyini və prosesin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X1 Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)589/2021 saylı qərardadından şikаyət vermişdir. Lаkin məhkəmə kоllegiyаsı tərəfindən müəyyən edildi ki, həmin qərardaddad şikаyət verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Birinci instansiya məhkəməsi şikayəti geri qaytarmalı olduğu halda qaytarmamış və baxıldıqdan sonra apelyasiya məhkəməsinə göndərilmişdir. İş üzrə icraatın təzələnməsi barədə qərardadlardan şikayət nəzərdə tutulmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)589/2021 saylı qərardadından cavabdeh X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə rayət edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı qərаrа аldı: Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(025)589/2021 saylı qərardadından cavabdeh X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə riayət edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1702/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1702/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver