Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1707/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X25, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili X18 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(033)-418/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında 25 fevral 2016cı il tarixli şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbi dəyişdirilərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və 5000 (beş min) manat pulun qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X11 vəsatətlə müraciət edərək İddiaçı ona və qeyrilərinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(033)-418/2021 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mərhum X14 məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X30 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına Zaqatala Dövlət Notariat Kontoru tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manat özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(033)-418/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə Zaqatala rayonunda güclü zəlzələ hadisəsi baş vermişdir. Zəlzələ nəticəsində mərhum babası X14 məxsus 0.20 həyətyanı sahəsinin üstündə yerləşən daşınmaz əmlaka ziyan dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin daşınmaz əmlaka komissiya baxış keçirmiş, müəyyən olunmuşdur ki, həmin evin bərpa gücləndirmə işinin aparılmasına ehtiyac var. 2016-ci ildə həmin bərpa gücləndirmə işin aparılması üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən mərhum babası X12 adına 5000 (beş min) manat məbləğində pul vəsaiti X30 köçürülmüşdür. Zaqatala rayon Mazıx kənd sakini, onun dayısı-Cavabdeh1 və Zaqatala RİHB-nın keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 əlbir olaraq qanunsuz varislik haqqında arayış verərək vərəsələrin hüquqlarını pozmuşdur. Mərhum babası X12 yaşadığı və 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş evin bərpa gücləndirilməsi işləri ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ayrılmış 5000 (beş min) manat vəsaitin götürülməsi məqsədi ilə keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 tərəfindən 18 fevral 2016-cı il tarixdə mərhum İsmayıl Abdullayevin digər varislərin razılığı olmadan mərhum İsmayıl Abdullayevin 7 varisi olmasına baxmayaraq mərhumun Cavabdeh1 və X6 ibarət iki varisinin olması barədə rəsmi məlumatları tam əks etdirməyən 93 nömrəli arayış tərtib edilməklə digər varislərin hüquqları pozulmuşdur. Belə ki, Zaqatala RİHB-nin Mazıx kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 26.12.2012-ci il tarixli, 867 nömrəli, 17.04.2020-ci il tarixli, 263 nömrəli və 23.02.2021-ci il tarixli 81 nömrəli arayışlardan görünür ki, mərhum babası X12 vəfatından sonra X20, X7, X8, X3, İddiaçı, Cavabdeh1 və X4 ibarət 7 varisi qalmış, varislərdən biri sayılan X20 2019-cu ildə vəfat etmişdir. Zaqatala RİHB-nin keçmiş Mazıx kənd İƏD üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş 18.02.2016-cı il tarixli 93 nömrəli arayışda yalnız ikisinin adı qeyd edilməklə digər varislərin hüquqları pozulmuş, keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmışdır. Bu hərəkətləri ilə Zaqatala RİHB-nin keçmiş Mazıx kənd icra nümayəndəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Şikayət ərizəsi ilə Respublika Baş Prokurorluğuna vərəsəlik hüquqlarının pozulmasına dair müraciət etmişdir. Həmin müraciətə Zaqatala rayon prokurorluğunda baxılmış və Zaqatala rayon məhkəməsində baxılması tövsiyyə olunmuşdur. Göstərdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi işə birtərəfli qaydada baxmış, ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir. Belə ki, 2012-ci il may ayının 7-də Zaqatala rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində ata evləri zədələnmişdir. Həmin müddət ərzində iddiaçının onların bütün hərəkətlərindən məlumatı olmuşdur. İddiaçı özünün zəlzələdən maddi ziyan görmüş evi üçün dövlətdən təmir pulu da almışdır. Ataları sağlığında mübahisəli yaşayış evini qardaşı olan Şaban Abdullayevə ailə içində vəsiyyət etmişdir. Cavabdeh də həmin vəsiyyətdən xəbərdar idi. Ev zəlzələ nəticəsində zədələnəndə iddiaçı həmin vaxt aidiyyatı qurumlara müraciət edərdi. Buradan görünür ki, iddiaçının həmin evə heç bir hüququ olmamışdır. İddiaçı əvvəlcə İnzibati Məhkəməyə müraciət etmək istəsə də, ona bildiriləndən sonrakı müddət ötürülüb, o, rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili X28 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayətin dəlilləri tam əsassız olduğundan təmin edilməməlidir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf və Zaqatala rayon notariat ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh qətnamənin tam ləğvini tələb etsə də, əslində iddianın təmin olunan “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən şəxslərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(033)-418/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: 28 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zaqatala rayonu, Mazıx kənd sakini X2 mərhum atası X9 miras qalmış əmlaka və torpaqlara keçmiş Mazıx kənd icra nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş vərəsəlik haqqında arayışa əsasən Zaqatala notariat kontorunda 7 nəfər vərəsə olmasına baxmayaraq 2 nəfərin adına vərəsəliyin açılması, mərhum atasının adına zəlzələdə zərər görmüş evin təmiri üçün ayrılmış 5000 manat pulun qardaşı Cavabdeh1 götürməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş 04 iyun 2020-ci il tarixli müraciəti əsasında toplanmış 124C-20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 mart 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 286757 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 21 fevral 2008-ci il tarixdə ölmüş və bu barədə ölüm haqında akt qeydləri kitabında 01.03.2008-ci il tarixdə müvafiq qeyd edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 mart 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 286758 nömrəli və 02 fevral 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 797901 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 07 iyul 2001-ci il tarixdə ölmüş və bu barədə ölüm haqında akt qeydləri kitabında 09.07.2001-ci il tarixdə müvafiq qeyd edilmişdir. Zaqatala Rayon ZAQS Bürosu tərəfindən 24 mart 1960-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02.03.1960-cı il tarixdə anadan olmuş Cavabdeh1 atası X21, anası X19r. Zaqatala Rayon ZAQS Bürosu tərəfindən 30 avqust 1958-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuş İddiaçı atası X21 anası X19r. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 18.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli arayışdan görünür ki, mərhum X12 varisləri X20 və Cavabdeh1dur. 24 fevral 2016-cı il tarixli 08 nömrəli Azərpoçt MMC-nin X34 tərəfindən verilmiş arayışdan görünür ki, Zaqatala Rayonu Mazıx kənd sakini X12 adına FHN tərəfindən 5000 manat vəsait daxil olmuşdur. V-36(2016) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş Cavabdeh1 tərəfindən 25.02.2016-cı il tarixdə verilmiş ərizədən görünür ki, 21.02.2008-ci il tarixdə ölmüş X9 irs qalmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Zaqatala rayonu Poçt filialına göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin ona çatacaq hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş reyestrdə 2V-61 nömrəsi ilə qeyd edilmiş 25.02.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 21.02.2008-ci il tarixdə ölmüş X14 çatacaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Zaqatala rayonu Poçt filialına göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən Cavabdeh1 1/1 hissədə pay almalıdır. 29 yanvar 2021-ci il tarixli 05 nömrəli Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışdan görünür ki, Mazıx kənd sakini Cavabdeh1 təsərrüfatının Mazıx kənd XDS icraiyyə Komitəsinin 1980-1982 illərin t/başına kitablarında mərhum atası X12 təsərrüfatından ayrılması barədə qeydiyyatı vardır.Əsas; 1980-1982 illərin t/başına kitabı № 4 ş/h - 302 Fond nömrə126, siy. 2, s/v -134. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 23.02.2021-ci il tarixdə verilmiş 81 nömrəli arayışdan görünür ki, 2008-ci ilədək Zaqatala rayonu Mazıx kəndində qeydiyyatda olmaqla yaşamış X12 varisləri X20, X7, X8, X3, İddiaçı, Cavabdeh1 və X10r. V-101(2021) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən 01 mart 2021-ci il tarixdə verilmiş ərizədən görünür ki, 04 iyul 2001-ci il tarixdə ölmüş X13 irs qalmış Zaqatala rayonu Mazıx kəndində yerləşən torpaq sahəsindən İddiaçı çatası hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. V-36(2016) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş İddiaçı tərəfindən 06 may 2020-ci il tarixdə verilmiş ərizədən görünür ki, 21 fevral 2008-ci il tarixdə ölmüş X9 irs qalmış Zaqatala rayonu Mazıx kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 28.04.2008-cı il tarixdə verilmiş 298 nömrəli arayışdan görünür ki, 21.02.2008-ci il tarixdə vəfat etmiş X15 bir yerdə yaşadığı qızı İddiaçı dəfn etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 08.09.2021-ci il tarixdə verilmiş 412 nömrəli arayışdan görünür ki, 2001-ci ilədək Zaqatala rayonu Mazıx kəndində qeydiyyatda olmaqla yaşamış X16 varisləri X21, X20, X7, X8, X3, İddiaçı, Cavabdeh1, X10r. Cavabdeh1 tərəfindən ünvan ünvanlandığı 06.05.2020-ci il tarixli ərizədən görünür ki, 21 fevral 2008-ci il tarixdə vəfat etmiş atası X9 miras qalmış ev və torpaq sahəsindən ona vərəsə kimi payın verilməsini xahiş etmişdir. İddiaçı ilə aralarında mübahisə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən 03.05.2011-ci il tarixdə verilmiş 304 nömrəli arayışdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X12, Abdullayeva Havva Ş, X5 mülkiyyətinə verilmişdir. Mazıx Bələdiyyəsi tərəfindən təqdim edilmiş 05.05.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Mazıx kənd sakini X12 vəfatından sonra onun adına olan 0.20 ha həyətyanı sahə və 0.68 ha pay torpağının 21.02.2008-ci ildən 2019-cu ilin sonunadək vergilərini İddiaçı ödəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin; 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunun; - 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. - 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. -58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. -59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. - 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi, ona görə ki, apellyasiya şikayətlərinə nəzər saldıqda görünür ki, apellyator öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. İkincisi, kollegiyanın tədqiqi zamanı müəyyən edildi ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X12 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində X21 tərəfindən fərdi yaşayış evi tikilmiş, lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 2012-ci il tarixdə Zaqatala və ətraf rayonlar ərazisində baş vermiş zəlzələ nəticəsində İsmayıl Abdullayev tərəfindən tikilmiş fərdi yaşayış evinə zərər dəymiş və dəymiş zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X14 5000 manat vəsait ayrılaraq Azərpoçt MMC-nin X30 göndərilmişdir. X21 21 fevral 2008-ci il tarixdə öldüyündən həmin vəsaitin alınması üçün onun oğlu olan Cavabdeh1 vərəsəliyin müəyyən edilərək X15 adına verilmiş miras əmlak hesab olunan 5000 manat vəsaitin alınması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması məqsədi ilə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən 18.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli arayışa əsasən 21 fevral 2008-ci il tarixdə ölmüş X12 varislərinin X1 və Cavabdeh1 olduğu müəyyən edilmiş və həmin arayış əsasında Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən X14 məxsus miras əmlaka (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən X30 göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən ibarət) dair Cavabdeh1 adına 25 fevral 2016-cı il tarixli 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Üçüncüsü, məhkəmə kollegiyasının tədqiqi zamanı həmçinin müəyyən edildi ki, notarius tərəfindən miras qoyan X14 məxsus olan miras əmlakla bağlı vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius tərəfindən hər hansı bir araşdırılma aparılmadan cavabdehin yazmış olduğu ərizə (şəhadətnamənin verilməsi ilə bağlı) və kənd icra nümayəndəsi tərəfindən verilmiş məktub əsas götürülərək yalnız Cavabdeh1 adına 25 fevral 2016-cı il tarixli, 2V-61 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, iş materiallarından müəyyən edilir ki, miras qoyan X12 Cavabdeh1 başqa digər vərəsələri də vardır. Notarius isə işin bu halına xüsusi əhəmiyyət verməməklə həmin sənədlərin bu kimi vacibliyini diqqətə almamışdır. Bundan əlavə notarius tərəfindən vərəslik işi açılarkən digər vərəslərin, o cümlədən iddiaçınınn iradə ifadəsi nəzərə alınmamış (mirası qəbul və imtina etmələri barədə,) bununla da iddiaçının açılmış vərəsəlik işindən xəbərsiz olmaqla, vərəsə kimi hüquqları pozulmuşdur. Mirası rəsmi qaydada sənədləşdirən vərəsə də notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırki iş üzrə iddiaçının öz iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının miras qalmış əmlakdan imtina etməsi halı da müəyyən edilməmiş, əksinə iddiaçının atasından miras qalmış əmlakla bağlı idarəçiliyi müəyyən edilmişdir. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, qanun üzrə vərəsəliyi qəbul edən, hazırkı iş üzrə Cavabdeh1 öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan iddiaçı barəsində notariusa məlumat verməməklə Mülki Məcəllənin 1300-cü maddəsinin, notarius isə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(033)-418/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1707/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1707/2021
26.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver