Məhkəmə qərarları › İş №2(107)-1719/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1719/2020

02.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1719/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, iddiaçılar İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızı, onun nümayəndəsi (vəkil) X1 (eyni zamanda İddiaçı2 vəkili), İddiaçı2, cavabdehlər Cavabdeh1 Sülhət qızı və Cavabdeh2 iştirakı ilə İddiaçılar İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızı və İddiaçı2 cavabdehlər İsmayıllı rayon notariat ofisi, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi, Cavabdeh1 Sülhət qızı və Cavabdeh2 qarşı vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların və bağışlanma müqaviləsinin ləğv olunması və miras əmlakı qəbul etmələri faktının müəyyən olunması tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-365/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızı və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızı və İddiaçı2 məhkəməyə müraciət edərək xx xxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixlərdə İsmayıllı rayon notariat ofisi tərəfindən Cavabdeh1 Sülhət qızının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 Sülhət qızı ilə Cavabdeh2 arasında bağlanmış bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi və onların valideyinlərindən miras qalan əmlakı qəbul etmələri faktının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-365/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddiaçılar İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızı və İddiaçı2 cavabdehlər İsmayıllı rayon notariat ofisi, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi, Cavabdeh1 Sülhət qızı və Cavabdeh2 qarşı xx xxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixlərdə İsmayıllı rayon notariat ofisi tərəfindən Cavabdeh1 Sülhət qızının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 Sülhət qızı ilə Cavabdeh2 arasında bağlanmış bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi və onların valideyinlərindən miras qalan əmlakı qəbul etmələri faktının müəyyən olunmasına dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızı və İddiaçı2 apelyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-365/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 bacısı, Cavabdeh2 isə qardaşının oğludur. X12 2002-ci ildə, ataları Sülhət Süleymanov 2011-ci ildə, qardaşı Razi Süleymanov isə 2016-cı ildə vəfat etmişlər. JN-060F KOD 40728038 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsi atası Sülhət Süleymanov, anası Sahilə Süleymanova, qardaşı Razi Süleymanov və bacısı Cavabdeh1 birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində atası tərəfindən ümumi sahəsi 85.3 kv.m olan iki mərtəbəli beş otaqlı fərdi yaşayış evi inşa edilmişdir. İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsi və fərdi yaşayış evi valideyinlərindən miras qalmışdır. 2011-ci ildə atası vəfat edənədək onunla birlikdə yaşamışdır. Atasına ömrünün son illərində o baxmışdır. Həmin vaxt qardaşlarının ayrıca evləri olmuş və onlar evlərində ailələri ilə birlikdə yaşamışlar. 2011-ci ildə atası vəfat edəndə bacısı Cavabdeh1 ailəli olmuş və ailəsi ilə birlikdə yaşamışdır. Atası vəfat edəndən bir il sonra bacısı Cavabdeh1 ailəsindən ayrılaraq ata evinə qayıtmışdır. Digər Cavabdeh2 nə özü nə də atası Ramis Süleymanov miras əmlakda yaşamamışlar. 2010-cu ildə atası vəsiyyətnamə qoyaraq İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsini və fərdi yaşayış evini naturada bölgü göstərilməklə ona və digər qızları Mailə Babaşova, Cavabdeh1 və oğlu Razi Süleymanova vəsiyyət etmişdir. Atası vəfat etdikdən sonra miras əmlakını həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə qəbul edərək qoruyub saxlamış və miras əmlakdan istifadə etmişdir. Qardaşı İddiaçı2 da onunla birlikdə miras əmlakın qorunub saxlanılmasında iştirak etmiş və miras əmlakını faktiki qəbul etmişdir. Digər varislərin heç biri qanunla müəyyən olunmuş vaxt ərzində miras əmlakını nə qanun üzrə, nə də vəsiyyətnamə üzrə qəbul etməmişlər. Cavabdeh1 adının JN-060F KOD 40728038 nömrəli şəhadətnamədə olmasına baxmayaraq atası vəfat edəndə və həmin vaxtdan bir il ərzində miras əmlakda yaşamamış, ərə gedəndə atasının razılığı ilə getmədiyi üçün atası onu həyətə buraxmamış və özü də atası evinə gəlməmişdir. Atasının vəfatından bir il sonra Cavabdeh1 ərindən boşanaraq ata evinə qayıtmışdır. 2019-cu ildə Cavabdeh1 onun xəbəri olmadan JN-060F KOD 40728038 nömrəli şəhadətnamədə adının olmasından istifadə edərək özünün yeganə vərəsə olması barədə notariat ofisinə yalan məlumat verərək valideyinlərindən miras qalan İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsi və fərdi yaşayış evinə dair öz adına İsmayıllı rayon notariat ofisindən xx xxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. xx xxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 valideyinlərindən miras qalmış əmlaka dair öz adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydə alınmış xx xxxxxx 2019 və xx xxxxxx 2020-ci il tarixli çıxarışlar almışdır. Cavabdeh1 xx xxxxxx 2019 və xx xxxxxx 2020-ci il tarixli çıxarışlar əsasında valideyinlərindən miras qalmış İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsi və fərdi yaşayış evini xx xxxxxx 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında qardaşı X10 Süleymanova bağışlamışdır. Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında valideyinlərindən miras qalmış İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsi və fərdi yaşayış evinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydə alınmış xx xxxxxx 2020ci il tarixli çıxarış almışdır. O, xx xxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixlərdə İsmayıllı rayon notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi və onun valideyinlərindən miras qalan əmlakı qəbul etməsi faktının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş edirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızı və İddiaçı2apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsi işə birtərəfli qaydada baxmış, ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində işin mahiyyəti üzrə həll edilməsi üçün maddi hüquq normalarına düzgün istinad etməmiş, tətbiq olunan hüquq normalarını düzgün tövsüf etməmiş, vərəsəlik hüququ haqqında şəhadətnamələri və Çıxarışları ləğv etmək üçün kifayət qədər əsaslar olduğu halda, onları nəzərə almamış, cavabdehlər və şahid kimi dindirilmiş, işin nəticəsində tam maraqlı olan ikinci cavadehin atası tərəfindən səsləndirilmiş və heç bir mötəbər sübutla təsdiqini tapmayan bir fikirlə qanunsuz, əsassız və ədalətsiz nəticəyə gəlmiş, iş üzrə təqdim olunmuş real sübutlara qiymət vermədən, cavabdehlərin öz istəyinə uyğun səsləndirdiyi fikri sübut kimi qəbul edərək, onların istəyinə uyğun qiymətləndirmiş, iş üzrə faktiki halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsini əsaslandırmaq üçün sübut kimi istinad elədiyi cavabdehin fikri, işin faktiki hallarına uyğun deyil, Belə ki, məhkəmə “Mirasın Cavabdeh1 tərəfindən qəbul edilməsi faktını əsalandırmaq üçün belə bir fikrə istinad eləyir ki, güya Cavabdeh1 mərhum ataları vəfat etməmişdən əvvəl 2011-ci ildən ata evinə qayıtmış, onunla birlikdə yaşamış ona baxmış və ataları vəfat etdikdən sonra da atalarından miras qalmış evdə yaşamaqla, miras əmlakını qoruyub saxlamışdır. Güya onlar isə miras əmlakının qəbulu ilə əlaqədar heç bir hərəkət etməmişlər”. Bütün bunları nəzərə alaraq İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-365/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o 1978-ci ildə ata evindən çıxaraq ailəsi ilə birlikdə özünə məxsus evdə yaşamışdır. Lakin buna baxmayaraq onun da həmin evdə payı var . Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli ev tikilərkən o fəhləlik etmişdir. O, atasının sağlığında həmin evdən çıxsa da, həm atasının sağlığında, həm yas mərasimində o evə gəlibgetmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızının nümayəndəsi və vəkili (eyni zamanda İddiaçı2 vəkili) X4 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki ki iş üzrə qətnamə çıxarılarkən maddi və prosessual normalar düzgün tətbiq edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 Sülhət qızı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, atası 2011-ci ilin sentyabr ayında vəfat etmiş, atası öləndən sonra, daha doğrusu 2012-ci ilin yanvar ayından həmin evdə o yaşamış, bütün kommunal xərcləri o ödəmişdir. İddiaçıların hər biri ata və analarının sağlığında həmin evdən çıxaraq, özlərinə məxsus evdə yaşamışlar. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, babası 2011-ci ilin sentyabr ayında vəfat etmiş, babasının ölümündən sonra da həmin evdə bibisi Mədinə və digər əmisi yaşamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərtəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(037)-365/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: xx xxxx 2003-cü il tarixli JN-060F KOD 40728038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi X11, X7, Cavabdeh1 Sülhət qızı və X5 birgə mülkiyyətinə verilmişdir. xx xxxxxx 2010-cu il tarixdə İsmayıllı RİHB-nın Xankənd İƏD üzrə nümayəndəliyi tərəfindən reyestrdə 02 nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, mərhum X11 ona məxsus 0.07 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli yaşayış evinin üst mərtəbəsindəki evi və şüşəbəndi X2, alt mərtəbəsi sol tərəf içəri evi qızı Babaşova Mailə Sülhət qızına, sağ tərəf içəri evi Cavabdeh1 Sülhət qızına və qıraq evi X8 vəsiyyət etmişdir. 1 dekabr 2019-cu il tarixli reyestrdə 2V-677 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş çıxarışa əsasən İsmayıllı rayon Zeyvə kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin xx xxxxxx 2002-ci il tarixdə vəfat etmiş mərhum X3 çatan hissəsindən vərəsə Cavabdeh1 Sülhət qızının tam hissədə pay alması göstərilmişdir. 2 dekabr 2019-cu il tarixli reyestrdə 2V-679 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş çıxarışa əsasən İsmayıllı rayon Zeyvə kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmiş mərhum X9 çatan hissəsindən və mərhum X9 məxsus ümumi sahəsi 85.3 kv.m olan fərdi yaşayış evindən vərəsə Cavabdeh1 Sülhət qızının tam hissədə pay alması göstərilmişdir. xx xxxxxx 2019-cu il tarixli çıxarışın surətindən müəyyən edilir ki, X11, X7, Cavabdeh1 Sülhət qızı və X5 birgə mülkiyyətində olan İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsinə və X6 mülkiyyətində olan fərdi yaşayış evinə dair Cavabdeh1 Sülhət qızı öz adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydə alınmış çıxarış almışdır. xx xxxxxx 2019-cu il tarixli 407-2838/204 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində 0.12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi X6 mülkiyyətinə verilmişdir. xx xxxxxx 2020-ci il tarixli çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 85.3 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 Sülhət qızının adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydə alınaraq çıxarış verilmişdir. xx xxxxxx 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Mədinə Süleymanov tərəfindən Cavabdeh2 bağışlanmışdır. xx xxxxxx 2020-ci il tarixli çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 85.3 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydə alınaraq çıxarış verilmişdir. Ödəniş qəbzlərindən müəyyən edilir ki, əmlak vergisi və kommunal xidmətlər üçün haqlar ayrı-ayrı vaxtlarda Cavabdeh1 tərəfindən ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixli 38 nömrəli ölüm qeydi haqqında arayışdan görünür ki, Sahilə Süleymanova xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişdir. xx xxxxxx 2020-ci il tarixli 37 nömrəli ölüm qeydi haqqında arayışdan görünür ki, Sülhət Süleymanov xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. xx xxxx 2020-ci il tarixli 76 nömrəli ölüm qeydi haqqında arayışdan görünür ki, Razi Süleymanov xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan Məcəllənin 1167-ci maddəsinə əsasən Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Qeyd olunan Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qeyd olunan Məcəllənin 1202–ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat Haqqında Azərbaycan Respublikası Qanununun” 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, mərhum Sahilə Süleymanova 2002-ci ildə, Sülhət Süleymanov 2011-ci ildə, Razi Süleymanov isə 2016-cı ildə vəfat etmişlər. İddiaçılar vərəsə kimi mirasın qəbulu barədə qanunvericliklə müəyyən edilmiş müddət ərzində notariat kontoruna ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, mirası qəbul etmələrinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməmişlər. Birinci cavabdeh miras əmlakı qoruyub saxlamış, həmin əmlakı faktiki qəbul edərək komunal xərclərini və vergisini vaxtlı-vaxtında ödəmiş, mirasın qəbulu barədə notariat kontoruna müraciət edərək öz adına xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda vərəsəliyin özləri tərəfindən qəbul edilməsini sübut etmə vəzifəsi iddiaçıların üzərilərinə düşür. Başqa sözlə iddiaçılar birinci cavabdehin vərəsəliyi qəbul etməməsini deyil, özlərinin vərəsəliyi qəbul etmələrini sübut etməlidirlər. Lakin iddiaçılar özləri tərəfindən vərəsəliyin qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, Cavabdeh1 adına xx xxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadərtnamələr əsasında xx xxxxxx 2019 və xx xxxxxx 2020-ci il tarixli çıxarışlar verilərkən, həmçinin Cavabdeh1 ilə Cavabdeh2 arasında xx xxxxxx 2020-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanarkən və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində çıxarış sənədi hazırlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə ki, apelyasiya şikayətinə nəzər saldıqda apelyator öz mənafeyindən çıxış etmiş, apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apelyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. İkincisi, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar öz valideynlərinin ölməsi halını, bundan sonra cavabdehin mirası qəbul etməklə rəsmiləşdirməsini bilirdilər. Üçüncüsü, kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1cimаddəsinəgörəаpellyаsiyаinstаnsiyаsıməhkəməsiqətnаmənidəyişdirmədən, аpelyаsiyаşikаyətiniisətəminetmədənsаxlаyаbilər Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İsgəndərova (Süleymanova) Fərihə Sülhət qızı və İddiaçı2 tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-365/2020 nömrəli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar