Məhkəmə qərarları › İş №2(107)-174/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-174/2023

17.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-174/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(075)-85/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1, 2/3 hissədə isə X11 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospekti, 127 saylı (yeni qaydalarla: Az5500, Şəki şəhəri, Y.Səfərov küçəsi, ev 1) evin yerləşdiyi 0.1736 ha torpaq sahəsində anbar tikilisi inşa edilmişdir. Sözügedən anbar tikilisi qaz kəmərindən 0.30 metr aralı məsafədə yerləşir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 oğlu tərəfindən Şəki şəhəri, N.Nərimanov prospektindən keçən d-76 mm diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdikləri tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı İB-nin nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq ”Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Şəki şəhəri N.Nərimanov prospektindən keçən d-76 mm diametrli aşağı təzyiqli yerüstü qaz kəmərinin 18 (on səkkiz) p/m. hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində tikili inşa edilmişdir. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

5. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə 30 avqust 2022-ci il tarixdə məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

7. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi, həmçinin Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, ev 127 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi rəhmətlik atası X13, 1/3 hissəsi isə onun mülkiyyətindədir. Göstərmişdir ki, qeyd edilən ünvanda 2 ayrı-ayrı - ona və qardaşı Elşada məxsus ev mövcuddur. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 atasının vərəsələridirlər. Bildirmişdir mülkiyyətində olan torpaq sahəsində tikili olan anbar inşa etmişdir. Həmin anbar mülkiyyətində olan torpaq sahəsindədir. Həmin tikili olan anbar ona məxsus texniki pasportda “K” şərti işarəsi altında işarələnmiş hissədə inşa edilmişdir. Həmin anbarın eni 2.4 metr, uzunluğu isə 5.80 metr olmaqla mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh5 qardaşı Cavabdeh1 izahatına oxşar məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus anbar tikilisi ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1, 2/3 hissədə isə X11 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospekti, 127 saylı (yeni qaydalarla: Az5500, Şəki şəhəri, Y.Səfərov küçəsi, ev 1) evin yerləşdiyi 0.1736 ha torpaq sahəsində inşa edilmişdir. Həmin tikili cavabdehlərin mülkiyyətində olan 0.1736 ha torpaq sahəsinin hüdudları daxilində tikilmişdir. Bu barədə ƏMDK tərəfindən Texniki Pasport tərtib edilmiş və həmin texniki pasportda həmin tikili “K” tikilisi kimi qeydə alınmışdır. Sözügedən anbar tikilisinin qaz kəmərindən 0.30 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, anbar tikilisinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaydaların 3.4 bəndinin tələblərinə əsasən isə məhəllələrarası (həyətlərarası) yerüstü qaz kəmərləri yaşayış və ictimai binaların xarici divar boyu çəkilə bilər. Bundan əlavə qeyd olunur ki, mübahisəli anbar tikilisinin divarı 1962-ci ildə inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili cavbdehin adına qeydiyyata alınmış torpaq sahəsində inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir.

10. Bu kontekstdə məhkəmə hesab edir ki, mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili üzərində onun hüquqları Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində “mülkiyyət” hüququ kimi qorunmalıdır.

11. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tərəfindən tərəfindən Şəki şəhəri, N.Nərimanov prospektindən keçən d-76 mm diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdikləri tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir.

12. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə 150 manat ekspertiza xərci İddiaçı İB-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir.

13. Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(075)-85/2022 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı İB-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tərəfindən tərəfindən Şəki şəhəri, N.Nərimanov prospektindən keçən d76 mm diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdikləri tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 10.40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə 150 manat ekspertiza xərcinin İddiaçı İB-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»na istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

15. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 200013/25 invertar nömrəli qaz kəmərinin pasportundan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi ərazisində 1979-cu ildə 2323,9 pm dərinliyində polad materiallı qaz borusu quraşdırılmışdır.

16. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı İB-nin Zaqatal RQİİ tərəfindən tərtib olunmuş 05 mart 2021-ci il tarixli aktından görünür ki, qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri tələblərinə zidd olaraq, Şəki şəhəri, N.Nərimanov prospekti, 127 ünvanında Cavabdeh1 tərəfindən D-76 mm-lik aşağı təzyiqli yerüstü qaz xətt qaz kəmərinin mühafizə sonasında, kəmərdən 0 metr məsafədə üst hissəsi talvar (altıaçıq) olan mağaza tipli tikili, inşa edilmişdir. Uzunluğu 18 metr məsafədə dm 76 mm-lik qaz xətti tikinti bünövrələrinin altından keçir.

17. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 5311 invertar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 127 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi X14, 1/3 hissəsi Cavabdeh1 adına qeydə alınmışdır.

18. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 20 noyabr 1987-ci il tarixli, 2/437 nömrəli qeydə alma vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 127 nömrəli yaşayış evinin 3/2 hissəsi X14, 3/1 hissəsi Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

19. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 28 sentyabr 2021-ci il tarixli, 5311 invertar nömrəli, **********12-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, ev 127 (yeni qaydalarla AZ 5500, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi X14, 1/3 hissəsi Cavabdeh1 mülkiyyətindədir.

20. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən verilmiş, 05 oktyabr 2021-ci il tarixli, **********12- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, ev 127 (yeni qaydalarla Şəki şəhəri, Yusif Səfərov küçəsi, ev 1 ünvanında 0.1736 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109 kv.metr köməkçi, 108.1 kv.metr yaşayış sahəsindən ibarət lan fərdi yaşayış evinin 3/1 hissəsi Cavabdeh1, 2/3 hissəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır.

21. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 03 iyun 1996-cı il tarixli, 1/267 nömrəli çıxarışdan görünür ki, Şəki şəhər 24-cü rayon, N.Nərimanov küçəsi, ev 127-də yaşayan Cavabdeh1 həyətyani torpaq sahəsinin Azərbaycan Respublikasında fərdi mənzil tikintisi üçün ayrılan minimum normadan az, yəni 213.8 kv.metr olduğunu nəzərə alınaraq, həyətyani torpaq sahəsinə bitişik olan boş istifadəsiz 150 kv.metr torpaq sahəsi onun həyətyanı torpaq sahəsinə qatılaraq cəmi torpaq sahəsi 353 kv.metr olmaqla həmin torpaq sahəsində sahəsi 50 kv.metr tövlə tikintisinə icazə verilmişdir.

22. İşdə olan 21 fevral 2022-ci il tarixli, 114 saylı vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, “Dağ dibi” məhəlləsi, N.Nərimanov küçəsi, 127 saylı evdə yaşayan X21 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, onun vərəsələri X5, Cavabdeh3, X8, X18, X22, Cavabdeh5, X15, Cavabdeh1, X7 və X9r.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli, 10/6293 saylı rəydə göstərilmişdir ki, Şəki şəhəri. N.Nərimanov prospektindən keçən d-76 mm diametrli aşağı təzyiqli qaz kəmərinin layihəsmeta sənədlərinin təqdim edilməsi barədə vəsatət təmin edilmədiyi üçün, müqayisəli analiz aparmaqla həmin qaz kəmərinin layihə-smeta sənədlərinə uyğun çəkilməsini müəyyən etmək mümkün olmadı.

24. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospektində yerləşən 127 nömrəli yaşayış evinin (yeni qaydalarla: Az5500t Şəki şəhəri, N. Nərimanov küçəsi, ev 1) aşağı təzyiqli qaz kəmərinə bitişik inşa edildiyini nəzərə aldıqda, həmin fərdi evin ‘'Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaydaların 3.4 bəndinin tələblərinə əsasən isə məhəllələrarası yerüstü qaz kəmərləri yaşayış və ictimai binaların xarici divar boyu çəkilə bilər. Ekspertiza xərci 100 manat təşkil etmişdir.

25. İşdə olan 01 mart 2006-cı il tarixli, AZ-İ 179983 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 06 fevral 2006-cı il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 82 nömrə ilə qeyd edilmişdir.

26. İşdə olan 16 mart 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qaz xətti istismara verildikdən sonra, onun üzərində vətəndaşın istəyi ilə hər hansı bir dəyişiklik aparılarsa, bu işlər onun öz vəsaiti hesabına aparılmalıdır və mövcud qanunvericilikdə bu kimi işlərin görülməsi üçün heç bir güzəşt nəzərdə tutulmur.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli, 10/2813 saylı rəydə göstərilmişdir ki, Qərardadın birinci üçüncü və dördüncü sualları üzrə İddiaçıya məxsus anbar tikilisi ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1, 2/3 hissədə isə X11 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospekti, 127 saylı (yeni qaydalarla: Az5500, Şəki şəhəri, Y.Səfərov küçəsi, ev 1) evin yerləşdiyi 0.1736 ha torpaq sahəsində inşa edilmişdir. Həmin tikili cavabdehlərin mülkiyyətində olan 0.1736 ha torpaq sahəsinin hüdudları daxilində tikilmişdir. Bu barədə ƏMDK tərəfindən Texniki Pasport tərtib edilmiş və həmin texniki pasportda həmin tikili “K” tikilisi kimi qeydə alınmışdır. Sözügedən anbar tikilisinin qaz kəmərindən 0.30 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, anbar tikilisinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaydaların 3.4 bəndinin tələblərinə əsasən isə məhəllələrarası (həyətlərarası) yerüstü qaz kəmərləri yaşayış və ictimai binaların xarici divar boyu çəkilə bilər. Bundan əlavə qeyd olunur ki, mübahisəli anbar tikilisinin divarı 1962-ci ildə inşa edilmişdir.

28. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

29. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, sözügedən qaz kəməri iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi 1979-cu ildə inşa edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir.Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər.

30. Bundan əlavə məhkəmə icraatı zamanı Məhkəmə Ekspetiza Mərkəzindən daxil olmuş 10/2813 saylı rəydə də tikili (anbar) ilə mübahisəli qaz kəməri arasında olan məsafə 0.3 m-likdə yerləşdiyindən cavabdehə məxsus mağazanın qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir.

31. Həmin tikintiyə icazə verilərkən qaz təchizatı müəssisəsinin razılığının olması qeyri müəyyəndir.

32. Ona görə də, Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(075)- 85/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddiasının təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tərəfindən Şəki şəhəri, N.Nərimanov prospektindən keçən d-76 mm diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdikləri tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(075)-85/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

35. İddiaçı nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi Elmar Mikayılov məhkəməyə elektron ərizə göndərərək səhhətiylə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirərək məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün də bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

39. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

40. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7-ci bəndində göstərilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. İddiaçı Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(075)-85/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 29-31-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 9-10-cu bəndlərində qeyd olunmuş əsaslarla iddianı rədd etməkdə haqlı olmuşdur. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili cavabdehin adına qeydiyyata alınmış torpaq sahəsində və qaz kəmərinin çəkilməsindən 17 il öncə inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir.

47. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(075)-85/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(075)-85/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar