Məhkəmə qərarları › İş №2(107)-1742/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1742/2020

12.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1742/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda üçüncü şəxs X8, vəkili X5, Cavabdeh və nümayəndəsi Nümayəndə, digər üçüncü şəxslər X6 və X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-914/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan, Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən fərdi yaşayış evindən istifadəsinə və köçürülməsinə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(025)- 914/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCnin M/H: AZE03NABZ********************, SWİFT İBAZAZ2X, İBAN AZ61İBAZ********************, VÖEN **********, Hesablaşma nömrəsi ABB Nərimanov filialı kod 805540 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-914/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Qətnamədən narazı qalan iddiaçı X12 və vəkili Şirinov Nadirşah Pirmurad oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2864/2019 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3479/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli tarixli, 2(107)- 2864/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan, Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən fərdi yaşayış evindən istifadəsinə və köçürülməsinə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə oğlu Babayev Cavid arasında nikah pozulmuşdur. Cavabdeh Qəbələ Rayon Məhkəməsinə müraciət edərək əvvəllər yaşadığı Qəbələ rayonu Çuxur Qəbələ kəndində onun tərəfindən inşa edilərək müvəqqəti yaşamaq üçün oğlu Cavidə verdiyi özbaşına tikilmiş, dövlət reyestrində qeydiyyata alınmamış yaşayış evinə köçürülməsini istəmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh həmin evə (istifadə hüququ verilmədən) köçürülməsi qət edilmişdir. Hal hazırda qətnamə icra olunmamışdır. O, hal-hazırda Gülnarın köçməli olduğu həmin evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldıraraq mülkiyyət hüququ əldə etmiş, sözügedən evə sərəncam hüququ Cavidə deyil, ona aiddir. Odur ki, həmin ev onun mülkiyyətində olduğu üçün evdən cavabdehin istifadəsinə və köçürülməsinə xitam verilməlidir. Cavabdehə kompensasiya verilməsi və evə köçürülməkdən könüllü imtina barədə təklif etmişdir. Lakin bu barədə razılıq əldə edə bilməmiş və ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavidlə cavabdeh Gülnar arasında olan nikah Gülnarın əxlaqsız hərəkətlərinin nəticəsi olaraq baş vermişdir. Gülnar Cavidlə nikahda ola-ola, onlarla bir damın altında yaşadığı halda ailənikah öhdəliklərini kobudcasına pozmuş, ərinə xəyanət etməsi açıq-aşkar müəyyən olunmuş, məşuqu ilə birləşərək gecə vaxtı ərinə zor tətbiq etmiş, onu döymüş, əl-qolunu bağlamış, daha sonra uşaqlarını ataraq məşuquna qoşulub, bir daha qayıtmamaq məqsədi güdərək könüllü evi tərk edib çıxıb getmişdir. Belə ki, övladı Caviddən bir neçə oğlanların şəkillərini, polis təhqiqatın sənədlərini, Gülnarın oğlanlara yazışmalarını götürmüşlər. Bundan sonra Cavid və onun övladlarının səhhətində problemlər yaranmışdır və həmin sənədlər əllərindədir. Cavid əvvəlki məhkəmə proseslərində iştirak etmiş, Cavabdeh əxlaqsızlığı ilə bağlı əxlaqsız şəkillərini məhkəmənin hakiminə təqdim etmişdir. Belə ki, Cavid Babayev 2005-ci ildə Cavabdeh ilə ailə qurmuşlar. 2007-ci ildə onların birinci uşaqları doğulmuş, lakin anasının diqqətsizliyindən 2010-cu ildə uşaq su kanalına düşərək boğulub ölmüşdür. Bundan sonra onların Osman və Məhəmməd adlı iki övladları doğulmuşdur. Lakin Cavabdeh ərinə xəyanət edərək Mingəçevir şəhərində yaşayan bacısı qızının əri Elmir Ərzimanlı ilə gizli eşq münasibətləri qurmuş,ailəsindən gizli şəkildə 2017ci il dekabrın 23-də isə qabaqcadan razılaşdıraraq Elmirlə birlikdə Cavidə zor tətbiq etmiş, əl-qolunu bağlayıb döymüş və X23 qoşulub, ailəsini və uşaqlarını ataraq Mingeçevir şəhərinə getmişdir. Getdikdən sonra evdə qalan telefondakı yazışmalar, fotoşəkillər, başqa-başqa oğlanların telefon nömrələri, Gülnarın Elmirlə görüşdüyünü və bir neçə başqa-başqa oğlanların şəkilləri təsdiq edir. Gülnar atdığı addımla onu və ailə üzvlərini rüsvay etmişdir. 2017-ci il dekabr ayında baş vermiş biabırçı hadisədən sonra Cavid Babayev və onun uşaqlarının sağlamlığında ciddi problemlər yaranmış, uşaqlar qorxu keçirmişlər. Bundan sonra onlarla bir damın altında yaşamasını mümkün saymır. Gülnarla onların bu evdə yaşaması nə adət-ənənələrinin, nə də milli şüurun və formalaşmış milli psixologiyanın çərçivəsinə yerləşə bilməz. Lakin onun bu hərəkətlərinə baxmayaraq, özünə ayrı yaşayış yeri təşkil etmək üçün ona razılaşdırılmış kompensasiya verməyə hazırdır.Hesab edir ki, o, öz mülkiyyətindən sərbəst və istədiyi kimi istifadə etmək üçün cavabdehə özünə yaşayış sahəsi əldə edənə kimi zəruri xərclərin ödənilməsi (kompensasiya verilməsi) şərti ilə mülkiyyətində olan evdən istifadəsinə xitam verməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh hal-hazırda valideyinləri ilə normal şəraitdə yaşayır. Yaşamaq üçün onun mülkiyyətində olan evə ehtiyacı yoxdur. Həmin evə köçmək istəyi cavabdeh üçün zərurətdən deyil, prinsipdən irəli gəlir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə oğlu Babayev Cavid arasında nikah pozulmuşdur. Cavabdeh Qəbələ Rayon Məhkəməsinə müraciət edərək əvvəllər yaşadığı Qəbələ rayonu Çuxur Qəbələ kəndində onun tərəfindən inşa edilərək müvəqqəti yaşamaq üçün oğlu Cavidə verdiyi özbaşına tikilmiş, dövlət reyestrində qeydiyyata alınmamış yaşayış evinə köçürülməsini istəmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh həmin evə (istifadə hüququ verilmədən) köçürülməsi qət edilmişdir. Hal-hazırda qətnamə icra olunmamışdır. Gülnarın köçməli olduğu həmin evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldıraraq mülkiyyət hüququ əldə etmişdir. Hal-hazırda sözügedən evə sərəncam hüququ Cavidə deyil, ona aiddir. Odur ki, həmin ev onun mülkiyyətində olduğu üçün, evdən cavabdehin istifadəsinə və köçürülməsinə xitam verilməlidir. Cavabdehə kompensasiya verilməsi və evə köçürülməkdən könüllü imtina barədə təklif etmişdir. Cavabdehlə bu barədə razılıq əldə edə bilməmiş və ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Öz mülkiyyətindən sərbəst və istədiyi kimi istifadə etmək üçün cavabdehə özünə yaşayış sahəsi əldə edənə kimi zəruri xərclərin ödənilməsi şərti ilə (kompensasiya verilməsi) mülkiyyətində olan evdən istifadəsinə xitam verməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh hal hazırda valideyinləri ilə normal şəraitdə yaşayır. Onun yaşamaq üçün onun mülkiyyətində olan evə ehtiyacı yoxdur. Həmin evə köçmək istəyi cavabdeh üçün zərurətdən deyil, prinsipdən irəli gəlir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. MPM-in 376.2-ci maddəsinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi, eyni zamanda üçüncü şəxs X19, vəkili X13 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı Qəbələ rayonunu X18 məktub yazaraq ,həmin kənddə kirayə evləri aylıq qiyməti haqqında müraciət etmişdir. Qəbələ rayonunu X24 tərəfindən müraciətlərinə cavab olaraq Qəbələ rayonunu Çuxur Qəbələ kəndində təklif və tələb nəzərə alınmaqla kirayə verilən fərdi yaşayış evlərinin orta aylıq qiyməti 100-130 manat civarında olduğunu bildirmişdirr. Bu subutu əsas götürərək kompensasiya məbləğini 5000 manata qədər verə bilərlər. Cavabdeh məhkəməyə təqdim etdiyi arayışda evin aylıq kirayəsi və evin dəyəri ilə razı deyillər. İddiaçı məhkəməyə iddia ərizəsi verəndə, iddia ərizəsində kompensasiyanın məbləği göstərilməmiş, lakin, məhkəmə prosesləri zamanı onlar tərəfə kompensasiyanın məbləğini 3000 manat təklif etsələrdə Cavabdeh bununla razılaşmamışdır. Məhkəmə kollegiyasının kompensasiya məbləğinin 9000 manat müəyyənləşdirilməsi ilə razı olmadıqlarını, həmin ev 3 otaqdan ibarət olduğunu və həmin evdə 5 nəfər sakin olmaqla 3 ailə yaşadığını, ailə başçısının koma vəziyyətdə olduğunu, Çuxur Qəbələ kəndində evlərin qiyməti 25000 manatdan çox olmadığını nəzərə alaraq kompensasiya məbləğini 5000 manata qədər verə bildiklərini bildirdilər. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-914/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh bildirdi ki, 2005-ci ildə Cavid Babayevlə ailə həyatı qurub keçmiş qaynatası İddiaçı evinə gəlin köçərək qeydiyyata alınmışdır. Sonradan birgə nikah dövründə onun və Cavid Babayevin maddi vəsaitləri hesabına hal hazırda mübahisə edilən ev tikilib. Nikahları pozulduqdan sonra iddiaçı evi qeyri-qanuni yollarla, öz mülkiyyətinə qeydiyyata aldırmışdır. Evə köçürülməyi ilə əlaqədar 2017-ci ildən bu günə qədər dəfələrlə Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə, Ədliyyə Nazirliyinə, Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatına müraciətlər etmişdir. Lakin evə köçürülməsi mümkün olmamışdır. O iddiaçı tərəfindən təklif edilən 5000 manat kompensasiya məbləği ilə həmçinin məhkəmə kollegiyasının təklif etdiyi 9000 manat kompensasiya məbləği ilə razı olmadığını, həmin evə köçürülməsini, həmin evə köçürülməsi mümkün olmadıqda 15000 manat kompensasiya verməklə evdən çıxarılmağına razılıq verdiyini bildirdi. Cavabdeh nümayəndəsi Nümayəndə bildirdi ki, Çuxur Qəbələ kəndi qədim və turizm yeri olduğundan həmin kənddə evlər 25000 manata deyil, 40000-45000 manat civarındadır. İddiaçı və məhkəmə kollegiyası tərəfindən təklif edilən kompensasiya ilə razı olmadığını,15000 manat kompensasiya verilərsə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs X14 bildirdi ki, Cavabdeh 5000 manat kompensasiya verilməsinə maddi imkanlarının çatdığını, lakin 9000 manat kompensasiya verilməsinə maddi imkanlarının çatmadığını bildirdi. Apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Üçüncü şəxs X20 bildirdi ki, cavabdeh tərəfə 5000 manat kompensasiya verilməsinə maddi imkanlarının çatır, lakin 9000 manat kompensasiya verilməsinə maddi imkanları çatmır, apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1356/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli tarixli, 2(107)-2864/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-1356/2020 saylı qərarında göstərilmişdir ki, Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı kompensasiyanın məbləğini ümumiyyətlə iddia ərizəsində göstərməmiş və işə baxan məhkəmələr bununla bağlı hər hansı dəqiqləşmə aparmamış və iddiaçının cavabdehin mənzilə köçülməməsinə görə hansı məbləğdə kompensasiya təklif etməsi müəyyən olunmamış qalmışdır. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Subyektiv hüquqa malik olan mülkiyyətçi müvafiq bazar qiyməti ilə kompensasiyanın məbləğini müəyyən etdiyi, lakin məhkəmə tərəfindən həmin məbləğ ağlabatan və müəyyən müddət üçün cavabdehin davamlı olaraq özünü yaşayış sahəsi ilə təmin etmək üçün kifayət etmədiyi qənaətinə gələrsə, bu halda hansı məbləğə uyğun olaraq əldə olunmuş istifadə hüququna xitam verilməsi və ya mənzilə köçürülmənin qarşısının alınmasının mümkünlüyü müəyyən edilməlidir. Hazırkı işin halları baxımından iddianı rədd edən məhkəmələr faktiki olaraq hansı məbləğin cavabdehin əldə etmiş olduğu evdən istifadə etmək imkanına xitam verilməsinə kifayət edən məbləğ olmasını da müəyyən etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyd edilən mənzilə 2007-ci il tarixdə köçmüş və həmin vaxt mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli ev xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. (hazırkı iş üzrə məhkəmələr yanlış olaraq mübahisəli evin İddiaçılə birlikdə digər şəxslərin paylı mülkiyyətində olmasını müəyyən etmişlər, halbuki yalnız mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı ilə birlikdə digər şəxslərin paylı mülkiyyətindədir, mənzil üzərində isə yalnız İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır) Nəzərə alınmalıdır ki, iddia tələbi irəli sürülərkən artıq mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan onun hər hansı əsasla yaşamaq imkanı əldə etmiş şəxsə kompensasiya verilməklə mənzilə köçürülməsinin qarşısının alınmasını, yaranmışdırsa istifadə hüququna xitam verilməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Hətta mülkiyyətçi olmasa belə evi tikmiş və oradan hər hansı məhdudiyyət olmadan istifadə edən şəxsin də belə hüququnun olması, yəni kompensasiya verilməsi müqabilində orada yaşamaq imkanı əldə etmiş şəxsin köçürülməsinin qarşısının alınması tələb etmək imkanı məhdudlaşdırıla bilməz. Lakin birinci instansiya məhkəməsi düzgün olmayaraq iddianı rədd edərkən cavabdehin mübahisəli evə istifadə hüququnun olmamasına əsaslanmışdır ki, bu isə mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Apelyasiya instansiya məhkəməsi isə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad edərək cavabdehin mübahisəli evdə yaşamaq hüququ əldə etdiyindən onun həmin evdən istifadə ilə bağlı hüquqlarına məhdudiyyət yaradılmasının mənzil hüququnu müəyyən edən Konstitusiyanın 43-cü maddəsinə və «İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinin tələbinə zidd olmasını müəyyən etmişdir. Göründüyü kimi apelyasiya instansiya məhkəməsi faktiki olaraq birinci instansiya məhkəməsinin mövqeyindən fərqli əsaslarla (halbuki birinci instansiya məhkəməsi cavabdehin mübahisəli evdə istifadə hüququnun olmamasına əsaslanmışdır) çıxış edərək iddianın təmin olunmalı olmaması nəticəsinə gəlsə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, yaranmış istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi məsələsinə hüquqi qiymət verərkən apelyasiya instansiya məhkəməsi işin faktiki hallarını dəqiq müəyyənləşdirilməmiş, 2017-ci ildən cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu həyata keçirmədiyi, mənzilə köçürülməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra mənzilə köçməyi tələb etmədiyi, 2019-cü ildən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla evə münasibətdə hüquq münasibətlərinin dəyişməsi, cavabdehin mübahisəli evdən əldə etdiyi yaşamaq imkanı əşya hüququ ilə bağlı olmadığı nəzərə alınmamış və cavabdehin mənzilə köçməməsinin səbəbləri, cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının olub-olmaması aydınlaşdırılmamış, bu münasibətlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-914/2019 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X34 tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya 406-17/208 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. Texniki pasportun torpaq sahəsinin 1:100 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,26 ha, faktiki sahə 0,445 ha, tikinti altı sahə 0,0162 ha və digər sahələr 0,4288 ha təşkil edir. Pasportun mərtəbələr üzrə otaqların təsnifatından məlum olurki, «LiterA» sahəsi 34,5 kv.m və 3.8 kv.m dəhlizlərlən, sahəsi 19.2 kv.m olan mətbəxdən, sahəsi 2.7 kv.m olan hamamdan və sahələri 16.8, 23.2, 20.5 kv.m olan yaşayış otağlarından ibarətdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(025)- 260/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, X21 ilə Cavabdeh arasında xx xxxx 2007-ci il tarixdə Qəbələ rayonu Zarağan kənd icra nümayəndəliyində bağlanaraq, 21 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2012-ci il tarixdə anadan olmuş X22 və 10.07.201-cü il tarixdə anadan olmuş X3 iddiaçı X7 alınaraq saxlanılması üçün Cavabdeh himayəsinə verilməsi və yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə qətnamə icra olunduğu vaxtdan hesablanmaqla hər ay sabit pul pul məbləğində 200 (iki yüz) manat (uşaqların hər biri üçün 100 (bir yüz) manat olmaqla) alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(025)-324/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarına əsasən JN-145A nömrəli (kod:40617018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə iddiaçılar İddiaçı, X15, X20 və X6 ümumi birgə mülkiyyətlərinə verilmiş Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinin Cavabdeh bağışlamasın dair Qəbələ rayon Notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli 4Ə-1310 reyestr nömrəli Bağışlama müqaviləsi həmin müqavilə əsasında sonuncunun adına verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (reyestr nömrəsi**********57; qeydiyyat nömrəsi-**********; qeydiyyat tarixi-xx.xx.2013) ləğv edilməsi və iddiaçı CavabdehX14 ilə birgə nikahları dövründə yaşadıqları Qəbələ rayonu Çuxur Qəbələ kəndində özbaşına inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(107)-1835/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2018ci il tarixli, 2(025)-324/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçılar İddiaçı, X15 və X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. xx xxxxxx 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X10 və Cavabdeh müraciətləri əsasında toplanmış HK- 1/1209 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və X11 barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qəbul edilmiş qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti Çuxur Qəbələ kənd İƏD tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, 149 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yaşayır. Hazırda öyrənilən işdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1356/2020 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli tarixli, 2(107)- 2864/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilərkən bir sıra göstərişlər müəyyən etmiş və həmin göstərişlərdən biri də məhz “yaranmış istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi məsələsinə hüquqi qiymət verərkən apelyasiya instansiya məhkəməsinin işin faktiki hallarını dəqiq müəyyənləşdirilməməsi, 2017-ci ildən cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu həyata keçirmədiyi, mənzilə köçürülməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra mənzilə köçməyi tələb etmədiyi, 2019-cü ildən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla evə münasibətdə hüquq münasibətlərinin dəyişməsi, cavabdehin mübahisəli evdən əldə etdiyi yaşamaq imkanı əşya hüququ ilə bağlı olmadığı nəzərə alınmamış və cavabdehin mənzilə köçməməsinin səbəbləri, cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının olub-olmaması aydınlaşdırılmaması” olmasıdır. Qeyd edilən məsələlər məhkəmə kollegiyası tərəfindən araşdırılarkən müəyyən edildi ki, həqiqətən cavabdehin iki az yaşlı uşağı ilə birlikdə yaşayış sahəsinə ehtiyacı var, o dəfələrlə mübahisəli fərdi yaşayış evinə köçməklə, məlum məhkəmə qətnaməsinin icrasını tələb etsədə, iddiaçılar faktiki olaraq məhkəmə qətnaməsinin icrasına maneçilik törətmişlər. Hətta buna görə iddiaçılardan X1 Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, bu X30 Məhkəməsin xx xxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, həmçinin cavabdeh bununla bağlı müxtəlif dövlət orqanlarına müraciətlər etmişdir (sözügedən qərarların və məktubların surətləri iş materiallarına əlavə edilir). Həmçinin, tədqiq edilən iş materiallarından o da məlum olur ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə köçərkən faktiki olaraq bu ev rəsmi olaraq dövlət reyestrində qeydə alınmasada, sonradan bu hüquq rəsmi olaraq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2014-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən bəlli olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdehin 2017-ci ildən mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, hansıki bu qətnamə ilə evə köçürülmə özü özlüyündə həmin evdən istifadə hüququnu özündə ehtiva edir. Digər tərəfdən iddiaçılar da cavabdehin məlum fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsini tələb etməklə, əsində sonuncunun evdən istifadə hüququnun olduğunu etiraf etmişlər. Lakin, iddiaçılar ərizələrində məhz cavabdehə təklif ediləcək hansı məbləğin qarşılığında bu hüquqa xitam verilməsini ərizələrində qeyd etməmişlər. Sadalanan məsələlər, yəni iddiaçılardan cavabdehin mübahisəli fərdi yaşayış evində olan istifadə hüququnun qarşılığında hansı məbləği təklif etmələri araşdırılmış və iddiaçılar ilkin olaraq bu hüququn xitam verilməsi qarşılığında cavabdehə 3000 manat kompensasiya təkilf etsələrdə, sonradan bu məbləğin yekun olaraq 5000 manat məbəğində təklif etmişlər, öz növbəsində cavabdeh isə 15000 manat kompensasiya təkilf edildiyi halda iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Bu baxımdan da məhkəmə kollegiyası göstərilən halların hazırkı işə təsirinin xüsusi əhəmiyyət daşıdığını qəbul edərək, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, yaşayış yeri, isti ocaq hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. Dünyanın beşikdən məzaradək hər bir sakini öz mövcudluğunu təmin etmək üçün ömrü boyu zəruri qida ilə yanaşı yaşayış yeri əldə etmək üçün çalışır. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməsini haqlı saysada, təklif olunan kompensasiya məbləğini (5000 manatı) yetərli saymır. Təklif olunan 5000 manat kompensasiya məbləğinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Kompensasiyanın məbləği qeyd olunan meyarlara əsasən müəyyənləşdirilmir. MM-in 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı vermir. Çünki, işdə olan və Cavabdeh tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Qəbələ rayonu Çuxur Qəbələ kəndində sözügedən fərdi yaşayış evi ilə eyni şəraitli evlərin aylıq kirayə haqqı 350-400 manat təşkil edir. İşdə olan arayışdan görünür ki, Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən eyni şəraitli fərdi yaşayış evlərinin qiyməti 40000-45000 civarındadır. Bundan başqa işdə olan və İddiaçı tərəfindən təqdim edilmiş arayışa, eləcədə mübahisəli fərdi yaşayış evi ilə bağlı qiymətləndirmə rəyinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, Qəbələ rayonunun turizm zonası olması və turizm zonalarında qiymətlərin digər zonalarla müqayisədə kifayət qədər yüksək olması səbəbindən sözügedən fərdi yaşayış evi ilə eyni şəraitli evlərin aylıq kirayə haqqının 100-130 manat, mübahisəli evin dəyərinin isə daşınmaz əmlakın qiymətlənduirilməsi barədə rəyə əsasən 10000 manat təşkil etməsi inandırıcı deyildir. Digər tərəfdən iddiaçılar özləri də izahatlarında Çuxur Qəbələ kəndində yerləşən evlərin qiymətinin 25000 manat olduğunu etiraf edirlər. Bundan əlavə, məhkəmə kollegiyası onu xatırlatmağı zəruri bilir ki, tərəflərin birgə nikahından iki az yaşlı uşaqları doğulmuş və bu uşaqlar cavabdeh ananın himayəsindədir. Qeyd edilən əsaslara görə, məhkəmə kollegiyası kompensasiya məbləğinin 9000 manat müəyyənləşdirilməsini məqsədə müvafiq hesab edir. Həmçinin bu məbləğ iddiaçılara təklif edilsədə, sonuncular bu məbləği qəbul etməkdən imtina etmişlər. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır.Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdikləri dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. MPM-in 220.4-cü maddəsinin tələbinə görə sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərirlir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-914/2019 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair iddiası üzrə kompensasiya məbləği 9000 manat müəyyən edilməli, İddiaçı Cavabdeh qarşı 5000 manat “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-914/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair iddiası üzrə kompensasiya məbləği 9000 (doqquz min) manat müəyyən edilsin. İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat “kompensasiya verilməsi yolu ilə yaşayış evindən istifadəyə və köçürməyə xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCnin M/H: AZE03NABZ********************, SWİFT İBAZAZ2X, İBAN AZ61İBAZ********************, VÖEN **********, Hesablaşma nömrəsi ABB Nərimanov filialı kod 805540 hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar