Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1764/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X11, Eyvazova (Əliyeva) Sənubər Əhmətxan qızı, X7, Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı və X8 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, atası X6 və anası X9 vəfatından sonra miras qalmış və Yevlax rayonu, Qaramanlı kəndi ərazisində yerləşən 1,76 ha torpaq sahəsinin, habelə JN:101, KOD 90107018 saylı torpağın mülkiyyətin verilməsinə dair şəhadətnaməyə əsasən 4 , 52 ha torpaq sahəsindən məxsus 1,506 ha hissəsinin ¾ hissəsində onun, ¼ hissəsində isə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1630/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X10 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN:1xx xxx 90107018 saylı torpağın mülkiyyətə verilməsinə dair akta əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X10 və onun ailə üzvlərinə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə İddiaçı, Cavabdeh və X4 hər birinin 1/3 hissədə payı müəyyən edilmiş və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kоllegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 625/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)- 1630/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1 və Abışov X12 Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kоllegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1541/2020 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsindən Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə apelyasiya icraatına xitam verilmiş, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qaytarılmış, eləcədə Maraqlı şəxs1 və Maraqlı şəxs2 izah edilmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki kоllegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-625/2020 saylı qətnaməsindən təqdimat vermək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilərlər. Müraciət vəkil tərəfindən tərtib edilməlidir. Daha sonra, sözügedən qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X3 apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədə tərəflərə Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək hüququ izah edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kоllegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 625/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)- 1630/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)- 1630/2019 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinə artıq Şəki Apelyasiya Məhkəməsində baxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. MPM-in 47.2-ci maddaəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə qərarlarından şikayət etmək hüququna malikdirlər. İşdə iştirak etməyə cəlb olunmayan, apellyasiya instansiyası məhkəməsinin aktı ilə maraqlarına toxunan şəxslərin hüquqlarının müdafiəsi Mülki Prosessual Məcəllədə təsbit edilmişdir. MPM-in 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. MPM-in 402-ci maddəsində apellyasiya məhkəmələrinin qətnamə və qərardadlarından kassasiya şikayəti verilməsi hüququ nəzərdə tutulmuşdur. MPM-in 403.1-ci maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər kassasiya şikayəti ilə müraciət etmək hüququna malikdirlər. MPM-in 403.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə baxmayaraq iş materiallarından görünür ki, X3 hüquqlarının müdafiəsi üçün qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etməli olduğu halda, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)- 1630/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsindan narazı qalan X1 apelyasiya şikayəti ilə bağlı apelyasiya icraatına xitam verilməli və MPM-in 403-cü maddəsinin tələbləri X2 izah edilməlidir. Belə ki, X3 iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə onun hüquqlarının pozulmasını hesab edirsə, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki kоllegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-625/2020 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin məhkəmənin Mülki Kollegiyasının qərarlarından təqdimat vermək hüququna malikdir. X2 izah edilməlidir ki, şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyi sərgiləmişdir. MPM-in 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X1 Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməli, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qayatarılmalı və yuxarıda izah edilən qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmələri izah olunmalıdır. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 384-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsindən X3 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə apelyasiya icraatına xitam verilsin. Apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər X2 qaytarılsın. X2 izah edilsin ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki kоllegiyasının xx xxxx 2020ci il tarixli, 2(107)-625/2020 saylı qətnaməsindən təqdimat vermək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Müraciət vəkil tərəfindən tərtib edilməlidir. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1764/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1764/2020
25.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver