Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-177/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-804/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X3 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-572 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-804/2019 saylı qətnаməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişlər. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(033)-77/2015 saylı qətnaməsi ilə valideynlərindən miras qalmış Car kəndində yerləşən 0,63 ha torpaq sahəsinin 0,2904 ha hissəsi naturada ayrılaraq Cavabdeh1 mülkiyyətinə verilmişdir. Yerdə qalan hissə isə digər bacı-qardaşların hər birinə 0,84 ha olmaqla mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Ondan başqa digər bacı-qardaşları öz paylarına dair vərəsəlik şəhadətnaməsi alaraq öz paylarını satmışlar. Sevda Əliyevaya düşən pay ilə Cavabdeh1 düşən pay arasında olan torpaq sahəsi onun payına düşən hissə idi və açıq saxlanılmışdı. Bu yaxın vaxtda görmüşdür ki, Cavabdeh2 həmin torpaq sahəsində tikinti işləri aparır. Ondan soruşduqda o, həmin torpaq sahəsini ona Sevda Əliyeva və Cavabdeh1 satdığını bildirmişdir. Sevda Əliyevanın satdığı torpaq sahəsi düzgündür. Lakin Cavabdeh1 həmin ərazidə torpaq sahəsi yoxdur. Həmin Rayşamanın adı ilə satılan torpaq sahəsi isə mərhum valideynlərindən qalan torpaq sahəsinin ona düşən hissəsi, qalan yeri isə bələdiyyəyə məxsus hissəsidir. Cavabdeh1 alıcını aldadaraq özünə məxsus olan çıxarışda göstərilən yeri deyil, başqa bir yeri, yəni özünün olmayan yeri satmışdır. Nəticədə onun vərəsəlik hüququ və mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlərin alqı-satqı müqaviləsi imzaladıqları zaman onun razılığı və ümumiyyətlə onun iştirakı və məlumatı olmamışdır. Beləliklə onun mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuşdur. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəmə müraciət etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinə vəsatətlər təqdim etsə də məhkəmə həmin vəsatətləri təmin etməmişdir. Göstərilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-804/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclaslarına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)- 804/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(033)-77/2015 saylı qətnaməsinə əsasən, Zaqatala rayonu Car kəndi ərazisində yerləşən, ******* saylı, RX seriyalı xx xxxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestri çıxarışında göstərilmiş 0,63 ha torpaq sahəsinin ona məxsus 7 / 15 hissəsi (2940 kv.m.), torpaq sahəsinin dalanla olan sərhəddindən şimala doğru kəndarası yol ilə olan sərhədboyu 43 metr, qonşu ilə olan sərhədboyu 41 metr, həmin nöqtədən isə 43 metr olan sərhəddə paralel olmaqla digər sərhəddə qədər 67 metr ölçülməklə yerdə qalana hissədən naturada ayrılması qət edilmişdir. Qətnamə xx xxx 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. Zaqatala rayonu Car kəndində yerləşən 0.2904 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 78 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində **********69 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətində olan 0,2904 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Zaqatala rayonu Car kəndində yerləşən 0.144 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində **********39 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı məhz AN-İ seriyalı ******* nömrəli xx xxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız olduğunu, satılan torpaq sahəsinin bir hissəsinin onun, digər hissəsinin bələdiyyənin mülkiyyətində olduğunu iddia etmiş və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, yəni mülkiyyət hüquqlarının pozulmasına istinadla hazırkı məhkəmə baxışının predmeti olan tələbləri irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(033)-77/2015 saylı qətnaməsindən görünür ki, Zaqatala rayonu Car kəndi ərazisində yerləşən, ******* saylı, RX seriyalı xx xxxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestri çıxarışında göstərilmiş 0,63 ha torpaq sahəsinin ona məxsus 7/15 hissəsi (2940 kv.m.), torpaq sahəsinin dalanla olan sərhəddindən şimala doğru kəndarası yol ilə olan sərhədboyu 43 metr, qonşu ilə olan sərhədboyu 41 metr, həmin nöqtədən isə 43 metr olan sərhəddə paralel olmaqla digər sərhəddə qədər 67 metr ölçülməklə yerdə qalana hissədən naturada ayrılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2 dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Car kəndində yerləşən 0.2904 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 78 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində **********69 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən məhkəməyə göndərilmiş AN-İ seriyalı ******* nömrəli xx xxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 Zaqatala rayon Car kəndində yerləşən ümumi sahəsi 0,2904 ha olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDK-nın yanında DƏDRX-nin Zaqatala şəhər ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Satıcı daşınmaz əmlakı 10100 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2 dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Zaqatala rayonu Car kəndində yerləşən 0.144 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində **********39 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və işin faktiki hallarına uyğun qəbul edilmişdir. iş materialları ilə müəyyən edildi ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(033)-77/2015 saylı qətnaməsinə əsasən, Zaqatala rayonu Car kəndi ərazisində yerləşən, ******* saylı, RX seriyalı xx xxxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestri çıxarışında göstərilmiş 0,63 ha torpaq sahəsinin ona məxsus 7/15 hissəsi (2940 kv.m.), torpaq sahəsinin dalanla olan sərhəddindən şimala doğru kəndarası yol ilə olan sərhədboyu 43 metr, qonşu ilə olan sərhədboyu 41 metr, həmin nöqtədən isə 43 metr olan sərhəddə paralel olmaqla digər sərhəddə qədər 67 metr ölçülməklə yerdə qalana hissədən naturada ayrılması qət edilmişdir. Qətnamə xx xxx 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. Zaqatala rayonu Car kəndində yerləşən 0.2904 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 78 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində **********69 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətində olan 0,2904 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Zaqatala rayonu Car kəndində yerləşən 0.144 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində **********39 reyestr nömrəsi, ilə qeyd alınmışdır. Kollegiya hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi ƏMDK-nın yanında DƏDRX-nin Zaqatala şəhər ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olmuş, Cavabdeh1 mülkiyyətində olan 0,2904 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsini Cavabdeh2 satmış, sonuncu da, daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində **********39 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə öz adına rəsmiləşdirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Apellyasiya şikayəti sadəcə mülahizələrə əsaslandığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 9.3-cü mаddəsinə müvаfiq olаrаq hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qeyd olunаn Məcəllənin 14.2-ci mаddəsinə müvаfiq olаrаq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-804/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393, 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-804/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-177/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-177/2020
23.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver