Məhkəmə qərarları › İş №2(107)-1773/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1773/2020

12.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1773/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Beydulla oğlunun nümayəndəsi və vəkili X21 iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan xidmət” X15rşı vərəsəlik hüququ üzrə mübahisələr tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-316/2020 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Beydulla oğlunun nümayəndəsi və vəkili X35 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-316/2020 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin edilmiş, 1) X6 miras qalmış ünvan 1 A ünvanında yerləşən 0.006 ha torpaq sahəsinin və 81.97 kv.metr sahədən ibarət yaşayış sahəsi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunsun, həmin əmlaka bütöv şəkildə onun adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi, 2) X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X19 tərəfindən qəbul edilməsi, 3) X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə İddiaçı adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi qət edilmişdir. İşin halları İddiaçı ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1) X6 miras qalmış ünvan 1 A ünvanında yerləşən 0.006 ha torpaq sahəsinin və 81.97 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə onun adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi, 2) X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X19 tərəfindən qəbul edilməsi, 3) X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə onun adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə cavabdeh qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” X31 xüsusi notariusuna birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında İddiaçı izahatında göstərmişdir ki, o anadan olandan bəri ünvan 1 A ünvanında yaşayır. 0.006 ha torpaq sahəsində yerləşən 117 kv.metr fərdi yaşayış evinin 81.97 kv.metr hissəsi və torpaq sahəsi tam X12, 35.03 kv.metr yaşayış evi əmisi X13 adınadır. X2 xx xxxxxx 2017-ci ildə vəfat etmişdir. X50 isə xx xxxxxxxx 2005-ci ildə vəfat etmişdir. Atası vəfat etməzdən əvvəldə və sonrada mənzildə bacısı Sevinc Niftəliyeva ilə birgə yaşayırlar. Mirası onlar qəbul etsələr də bacısı Sevinc mirasın onun adına keçməsinə razıdır. Valideynləri xx xxxxx 1957-ci ildə nikaha girmişlər. Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanda yerləşən 35.03 kv.metr sahədən ibarət olan yaşayış evi əmisi X13 adına olmuşdur. O, xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra evində yalnız arvadı X19 yaşamışdır. Onun qızı Bahar Niftəliyeva bu ünvanda yaşamamış, hətta ata və anasının dəfninə belə gəlməmişdir. X32 Niftəliyeva arasında nikah xx xxxxxx 1966-cı ildə Mingəçevir Şəhər VVAQ şöbəsində bağlanmışdır. Ərindən qalan 35.03 kv.metr sahədən ibarət yaşayış evindən ibarət mirası qəbul edən Lətifə Niftəliyeva əmlakı xx xxxx 2018-ci ildə ona vəsiyyət etmişdir. Lətifə Niftəliyeva xx xxxxxx 2018-ci ildə vəfat etmişdir. O vəfat etdikdən sonra miras əmlakı İddiaçı idarə etmişdir. Mirasın qəbulu ilə bağlı o notariusa müraciət etmişdir. Sənədlərdə Nəsimi küçəsi 3 kimi qeyd olunan ünvan başqa şəxsə verildiyindən çıxarış alınması ilə əlaqədar hazırki müddətə qədər sənədlərini notariat kontoruna təqdim edə bilməmişdir. Ona görə də, məhkəməyə müraciət edərək, 1) X4 miras qalmış ünvan 1 A ünvanında yerləşən 0.006 ha torpaq sahəsinin və 81.97 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə onun adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi, 2) X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X23 tərəfindən qəbul edilməsi, 3) X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə onun adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında şahid X1 ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, İddiaçı onun yaxın qohumudur. O həqiqətən də anadan olandan bəri Mingəçevir şəhər Nəsimiküçəsi 3 A ünvanında yaşayır və hal hazırda əmlakı tək idarə edir. Birinci instansiya məhkəməsinin iclаsında şahid X51 şahid X24 ifadəsinə uyğun ifadə verərək göstərdi ki, İddiaçı onun yaxınqohumudur.O həqiqətən də anadan olandan bəri Mingəçevir şəhər Nəsimiküçəsi 3 A ünvanında yaşayır və hal hazırda əmlakı tək idarə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Beydulla oğlunun nümayəndəsi və vəkili X35 аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Beydulla oğlunun nümayəndəsi və vəkili X35 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, həmin qətnamə qəbul edilərkən o, işə cəlb olunmamışdır. Qeyd olunan qətnamənin qəbul edilməsi onun hüquqlarına toxunur. Belə ki, o, mərhum X25 və X8 övladıdır. O, uşaq vaxtı Bəydulla Niftəliyev və Lətifə Niftəliyeva tərəfindən övladlığa götürülmüşdür. Bu barədə ona Mingəçevir şəhər VVADQ şöbəsi tərəfindən 2004-cü ildə AZ-1 358780 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun atası kimi X25, anası kimi isə X19 göstərilmişdir. Lakin, mülki iş iizrə mübahisə həll olunarkən o, cavabdeh və ya maraqlı şəxs kimi işə cəlb olunmamışdır. Eyni zamanda da iddiaçı bu faktı məhkəmədən gizlətmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmışdır. Belə olan halda işə onun iştirakı olmadan baxılması onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 bəndində təsbit olunmuş hüququnu kobud şəkildə pozmuşdur. Onun bu maddədə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Qeyd olunan qanunvericliyin tələbindən də göründüyü kimi o, mərhum atası X14 1-ci növbədə vərəsəsidir. Ancaq iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən bu faktı məhkəmədən gizlətmiş, məhkəmə isə işi mahiyyəti üzrə həll edərkən bu halı araşdırmamışdır. Bundan başqa məhkəmə onun iştirakı olmadan işə baxarkən qərəzli mövqe tutmuş, yalnız iddiaçı və onun vəkilini dindirməklə əsassız nəticəyə gəlmişdir. Qeyd olunanlar bir daha onu sübut edir ki. məhkəmə işə baxarkən onun Konstitusiya ilə qorunan hüquqları tam şəkildə pozulmuşdur. Məhkəmə, məhkəmə prosessində onun iştirakını təmin etsəydi, o, bu barədə məhkəməyə məlumat verərdi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi müdafiə vasitələrindən istifadə edərdi. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı və onun vəkilinin izahatına və onlar tərəfindən təqdim olunmuş sənədlərə istinad edərək səhv nəticəyə gəlmiş və işi hər tərəfli, tam və obyektiv araşdırmamışdır. Məhkəmə qətnamə qəbul edərkən təqdim olunmuş yazılı sübutlara düzgün qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını kobud şəkildə pozmuşdur. Beləliklə qeyd olunanlar bir daha onu sübut edir ki, məhkəmə qətnamə qəbul edərkən həm maddi, həm də prosessual hiiquq normalarının tələblərini pozmuşdur. Çünki, iddiaçı öz maraqları naminə iddia qaldırmış, öz mənafelərindən çıxış etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 316/2020 nömrəliqətnaməsiniləğvedib, iddiatələbininrəddedilməsihaqqındaqətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Beydulla oğlunun nümayəndəsi və vəkili X35 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Beydulla oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili X42 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-316/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi İddiaçı Maraqlı şəxs Beydulla oğlunun onun əmisi Beydullanın oğlu yox nəvəsi, yəni, qızı Baharın oğlu olduğunu bildiyi üçün onun barəsində məhkəməyə məlumat verməmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Beydulla oğlunun nümayəndəsi və vəkili X35 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 316/2020 nömrəli qətnaməsi qismən-X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X19 tərəfindən qəbul edilməsi, X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə İddiaçı adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdeh Mingəçevir Regional “Asan xidmət” X15rşı vərəsəlik hüququ üzrə mübahisələr tələbinə dair iddiasının X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X19 tərəfindən qəbul edilməsi, X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə İddiaçı adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi hissəsi qismən təmin edilməli, X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi X19 tərəfindən qəbul edilməsi və X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunmalı, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X9 ölümü xx.xx.2015-ci il tarixli 465 № ilə qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 ölümü xx.xx.2017-ci il tarixli 479 № ilə qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 ölümü xx.xx.2015-ci il tarixli 135 № ilə qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X13 ölümü xx.xx.2014-cü il tarixli 672 № ilə qeydə alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X22 ilə X10 nikahı xx.xx.1957-cı ildə Mingəçevir şəhər VVAQ şöbəsində qeydə alınmışdır. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşdə olan Mingəçevir regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 187/13 nömrəli arayışından görünür ki, X8 ölümü xx.xx.2018-ci il tarixli 174 № ilə qeydə alınmışdır. İşdə olan ARƏN Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, AR vətəndaşı xx.xx.1942-ci il tarixdə Goranboy rayon Şadılı kəndində anadan olmuş X19 barəsində ARƏN-in “Vətəndaşıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2019-cu ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1) Həyat yoldaşı: X48 oğlu (xx.xx.1927) ölüb, 2) Qızı: X20 (xx.xx.1969) İşdə olan ARƏN Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, AR vətəndaşı xx.xx.1927-ci il tarixdə Şamaxı rayon Camcamlı kəndində anadan olmuş X26 barəsində ARƏN-in “Vətəndaşıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2019-cu ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1) Həyat yoldaşı: X19 (xx.xx.1942) ölüb, 2) Qızı: X20 (xx.xx.1969) İşdə olan ARƏN Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, AR vətəndaşı xx.xx.1940-cı il tarixdə Mərəzə rayonunda anadan olmuş X27 barəsində ARƏN-in “Vətəndaşıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2019-cu ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1) Həyat yoldaşı: X39 qızı (xx.xx.1935) ölüb, 2) Oğlu: X33 oğlu (xx.xx.1959) ölüb, 3) Qızı: İddiaçı (xx.xx.1960), 4) Qızı: X11 (xx.xx.1963), 5) Qızı: X16 (xx.xx.1967) İşə əlavə olunmuş Mingəçevir Şəhər Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, mərhum X8 ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhər, Nəsimi küçəsi, ev 3 A” qeyd olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, mərhum X13 ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhər, Nəsimi küçəsi, ev 3 A” qeyd olunmuşdur. İşdə olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. ünvan 4 A ünvanında qeydiyyatdadır. İşdə olan DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrinin çıxarışının surətindən görünür ki, Mingəçevir şəhəri İmadəddin Nəsimi küçəsi, 3 A ünvanında olan 0.006 ha torpaq sahəsində ümumi sahəsi 117 kv.metr olan yaşayış sahəsinin 81.97 kv.metri X12, 35.03 kv.metr hissəsi X13 adına xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir Regional “Asan xidmət” X31 xüsusi notariusu Elxan Hüseynovun xx xxxxxxx 2019-cu il tarixli 1431 saylı məktubundan görünür ki, “Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli 2V-300 nömrəli Vəsiyyətnamənin surətindən görünür ki, X19 ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən, istənilən daşınar və daşınmaz əmlakını ünvan 4 A ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1246-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11 və 308-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, İddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı ərizə tələbi təmin olunmalı 1) X6 miras qalmış ünvan 1 A ünvanında yerləşən 0.006 ha torpaq sahəsinin və 81.97 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə onun adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi, 2) X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X23 tərəfindən qəbul edilməsi, 3) X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə onun adına vərəsəlik hüququna dair şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X19 tərəfindən qəbul edilməsinin, X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunmasını qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, həmin hissədə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın qismən təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci və 1160-cı maddələrinə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsi X17 məxsus olmuşdur. O, xx xxxxxx 2014-cü ildə ölmüşdür. Vərəsəlik açılmış, onun vərəsələri olan arvadı-X19 və oğlu-Maraqlı şəxs Beydulla oğlu miras əmlaka sahiblik etmiş və faktik olaraq əmlakı idarə etmişdir. xx.xx.2018-ci ildə X19 ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən, istənilən daşınar və daşınmaz əmlakını ünvan 4 A ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. X19 xx xxxxxx 2018-ci ildə ölmüşdür. Vərəsəlik açılmış, ondan miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsi vəsiyyət üzrə vərəsəlik qaydasında İddiaçı tərəfindən qəbul edilmiş, onun vərəsəsi olan oğlu-Maraqlı şəxs Beydulla oğlu da, mirası qəbul etmişdir. X3 miras qalmış əmlaka qanun üzrə vərəsələrin məcburi pay hüququ vardır. X7 miras qalmış əmlakın yalnız X19 tərəfindən, həmçinin X3 miras qalmış əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi qanuni və əsaslı deyildir. Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailətəminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2014cü il tarixli qərarı). Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Beydulla oğlunun nümayəndəsi və vəkili X35 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-316/2020 nömrəli qətnaməsi qismən-X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X19 tərəfindən qəbul edilməsi, X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə İddiaçı adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdeh Mingəçevir Regional “Asan xidmət” X15rşı vərəsəlik hüququ üzrə mübahisələr tələbinə dair iddiasının X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X19 tərəfindən qəbul edilməsi, X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə İddiaçı adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi hissəsi qismən təmin edilməli, X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi X19 tərəfindən qəbul edilməsi və X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi həmin fakt üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Beydulla oğlunun nümayəndəsi və vəkili X35 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-316/2020 nömrəli qətnaməsi qismən-X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X19 tərəfindən qəbul edilməsi, X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə İddiaçı adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Mingəçevir Regional “Asan xidmət” X15rşı vərəsəlik hüququ üzrə mübahisələr tələbinə dair iddiasının X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X19 tərəfindən qəbul edilməsi, X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə İddiaçı adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi hissəsi qismən təmin edilsin. X7 miras qalmış ünvan 1 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi X19 tərəfindən qəbul edilməsi, X3 miras qalmış Migəçevir şəhəri Nəsimi küçəsi 3 A ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar