Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1787/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, iddiaçı X8 və ċavabdeh Cavabdeh1 iştirakı ilə İddiaçı X8 ċavabdehlər Cavabdeh1, Qax rayon Dövlət Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X19rşı “Qax rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-173 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilərək ləğv edilməsi və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı X35 tərəfindən verilmiş ******* saylı Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-228/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı X17 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X15 cavabdehlər Cavabdeh1, Qax rayon Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X19rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax rayon Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-173 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı X35 tərəfindən verilmiş ******* saylı Çıxarışın ləğv edilməsi barədəqətnamə çıxarılmasına xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-228/2020 nömrəli (hakim M.Qarayev) qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Cavabdeh1, Qax rayon Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X19rşı Qax rayon Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-173 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı X35 tərəfindən verilmiş ******* saylı Çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X8 apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını apelyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. İşin halları: İddiaçı X17 iddia tələbini onunla əsaslandırmışdır ki, o Gürcüstan Respublikasının vətəndaşıdır. Mərhum atası X12 Azərbaycan Respublikasının vətəndaşıdır və öldüyü günə qədər Qax şəhərində yaşamışdır.Mərhum atası X6 Qax şəhər sakini Cavabdeh1 xx.xx.2016-cı il tarixdə aldadaraq atasına məxsus olan ünvan 1 ünvanında yerləşən evini və 0.3 ha həyətyanı torpaq sahəsini alqı-satqı müqaviləsi ilə qanunsuz özəlləşdirmişdir. Həmin Alqı-satqı Müqaviləsini qanunsuz hesab edir. Çünki onun və qardaşı X9 qəyyumunun və onun bu alqı-satqıya dair razılığı olmamışdır. Qardaşı X18 hazırda Şəki Psixatriya xəstəxanasındadır. Həmin Alqı-satqı olarkən də qardaşı Psixi Xəstəxanada olmuşdur. Cavabdeh1 mərhum atasının baxıcısı olmuşdur. Sonuncu mərhum atasını və onu aldadaraq Notariat kontoruna aparmış və qanunsuz olaraq yuxarıda qeyd edilən əmlakını ələ keçirmişdir. Belə ki, mərhum atası gözündən əməliyyat olunmuşdur. Bu səbəbdən Cavabdeh1 atasına baxıcılıq etmişdir. xx.xx.2016-cı il tarixdə onlar Cavabdeh3na gedərək cavabdeh X2 ilə öz aralarında müqavilə bağlamışlar ki, sonuncu atasına və qardaşına baxmalı və atası öldükdən sonra atasına məxsus olan 0.3 ha həyətyanı torpaq sahəsi ona verilməlidir. xx.xx.2016-cı il tarixdə qeyd olunan bu müqavilə bağlanmalı idi. Aralarında olan razılaşmaya görə Notariat kontoruna gedərkən bir çox şahidləri olmuşdur. Lakin o Gürcüstan Respublikasının vətəndaşı olduğundan, Azərbaycan dilində oxuya və yaza bilmədiyindən istifadə edərək cavabdeh Notariusu və onu aldatmışdır. Həmin vaxtı alqı-satqı müqaviləsinin bağlandığını başa düşməmişdir. O, Gürcüstan Respublikasının vətəndaşıdır və Azərbaycan dilində yalnız danışa bilir. Oxuya və yaza bilmir. Hesab edir ki, Cavabdeh1 onu və ahıl yaşında olan xəstə atasını aldatmışdır. Həmçinin Alqı-satqı müqaviləsində atasına məxsus olan ünvan 1 ünvanında yerləşən evini və 0.3 ha həyətyanı torpaq sahəsini 5500 manat pul müqabilində satdığı qeyd edilmişdir. Lakin faktiki olaraq həmin mülkiyyətin qiyməti 5500 manat deyil, 30-40 min manat dəyərindədir. Cavabdeh həmin pulu hansı bank hesab nömrəsinə köçürməsini təsdiq edən heç bir sənəd mövcud deyildir. Çünki sözügedən müqavilə formal bağlanmışdır. Bu barədə Qax rayon Prokurorluğuna müraciət etsə də iş mülki xarakterli olduğundan cinayət işi başlanılmamışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayon Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-173 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı X35 tərəfindən verilmiş ******* saylı Çıxarışın ləğv edilməsi barədəqətnamə çıxarılmasına xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(024)- 228/2020-saylıqətnaməsi çıxarılarkən maddi və prosesual hüquq normaları kobud şəkildə pozularaq ədalətsiz qərar qəbul edilmişdir. İşə baxılarkən məlum Pendemiya səbəbinə görə Bakı şəhərində yaşadığı üçün məhkəməyə gələ bilməməyi barədə teleqramı nəzərə alınmamış və işə iştirakı olmadan baxılmışdır. Həmçinin qətnamə oxuya bildiyi dildə tərcümə edilərək ona təqdim edilməmişdir. Mərhum atası X6 cavabdeh X2 xx.xx.2016-cı il tarixdə aldadaraq atasına məxsus olan ünvan 1 ünvanında yerləşən evini və 0.3 ha həyətyanı torpaq sahəsini alqı-satqı müqaviləsi ilə qanunsuz özəlləşdirmişdir. Həmin Alqı-satqı Müqaviləsini qanunsuz hesab edir. Çünki onun və qardaşı X10 bu alqı-satqıya dair razılığı olmamışdır. Hazırda o, Şəki Psixatriya xəstəxanasında müalicə olunur. X2 mərhum atasının baxıcısı olmuşdur. Sonuncu mərhum atasını aldadaraq Notariat kontoruna aparmış və qanunsuz olaraq yuxarıda qeyd edilən əmlakını ələ keçirmişdir. Qeyd etdiyi kimi o, Gürcüstan Respublikasının vətəndaşıdır və Azərbaycan dilində yalnız danışa bilir, oxuya və yaza bilmir. Qax rayon Dövlət notoriusu onlara hüquqlarını düzgün izah etməmişdir. Atası gözdən əlil olmuş və iki gözü kor olmuşdur. Onlar xx.xx.2016-cı il tarixdə Cavabdeh3na müraciət edərək Cavabdeh1 atasına ölənədək baxacağı təqdirdə atasına məxsus olan 0,3 ha torpaq sahəsini ona verəcəkləri barədə müqavilə bağladığını zənn etmişlər. Bu fakta dair onun bir çox şahidləri vardır. Həmçinin mübahisəli əmlakın qiymətinin 5500 manat deyil 30-40 manat dəyərində olmasını göstərmişdir. Qax Rayon Məhkəməsi alqı-satqı müqaviləsini əsaslı hesab edərək iddia tələbini rədd etmişdir. Ona görə də Qax Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X17 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli evə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, həmin ev və torpaq sahəsi satılarkən qardaşının razılığı alınmamışdır. Atası yaşlı olduğundan bağlanmış müqavilənin mahiyyətini başa düşməmişdir. Bundan əlavə həmin ev satılarkən nəyə görə notarius onun razılığını almış, qardaşı Arazın isə razılığı alınmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, o qeyd olunan evi tam qanuni əsaslarla almışdır. Belə ki, mülkiyyətçi Nemət Maxsudov özünə məxsus olan evi və torpaq sahəsini satmış, o da alıcı kimi almışdır. N.Maxsudov şəxsən notariat kontoruna gəlmiş, müqaviləyə də şəxsən özü imza etmişdir. Həmin vaxt iddiaçı ilə əri də notariat kontorunda olmuş, və aparılan bütün əməliyyatlardan xəbərdar idilər. Apelyasiya şikayətinə etiraz edir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Qax rayon Dövlət Notariat Ofisinin və DƏDRX-nin 12 saylı X26 nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-228/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən həmin tarixdə X3 şəhəri, X.Həsilova küçəsi, ev 48 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m, yardımçı sahəsi 16.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evini 5500 (beç min beş yüz) manata Cavabdeh1 satmışdır. Həmçinin alqı-satqı zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568, 646 və 647-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən müqavilə tərəflərinə-yəni alıcı və satıcıya izah olunmuşdur. Qax rayon Notariat ofisinin məhkəməyə təqdim etdiyi notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m, yardımçı sahəsi 16.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evi X7 məxsus olmuşdur. Qax rayon notariat ofisinin məhkəməyə təqdim etdiyi notariat işinə əlavə edilmiş digər sənədlərin surətlərindən də görünür ki, X1 ofisinə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m, yardımçı sahəsi 16.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evini , qeyri-yaşayış sahəsini və torpağı və sairəni satmaq. (bağışlamaq, ipoteka qoymaq, həmçinin sair qaydada üzərinə sərəncam vermək) istədiyini bildirmiş, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmamasını və ya ona qoyulub qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın reyestrindən əldə edilməsini xahiş etmiş, həmin məlumatın əldə edilməsi ilə bağlı rüsumunun və xidmət haqqının ödənilməsi barədə qəbzləri ərizəyə əlavə etmişdir. Qax rayon Notariat ofisinin notariusu tərəfindən Afət Məmmədovaya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Afət Məmmədova xx.xx.2016-cı il tarixdə 4Ə-173 saylı alqı-satqı müqaviləsinə əsasən X12 özünə məxsus olan ünvan 4 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini Cavabdeh1 satması, həmin alqı-satqı müqaviləsi zamanı Afət Məmmədovanın da atası Nemət Maxsudova məxsus yuxarıda qeyd edilən fərdi yaşayış evinin satılmasına razılıq verərək həmin razılıq ərizəsini imzalaması, ərizədə olan imzasının notariat qaydada təsdiq edilərək yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinin sənədlərinə əlavə edildiyi, alqı-satqı zamanı ona notarius tərəfindən qanunvericiliyin tələblərinin izah edildiyi və məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında **********95-10301 reyestr nömrəli, ********** qeydiyyta nömrəli və xx.xx.2019-cu il qeydiyyt tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m, yardımçı sahəsi 16.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Cavabdeh1 tam, evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin 0.03 ha torpaq sahəsi isə paylı mülkiyyətindədir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyasının iclasında tərəflərin izatından, eləcə də tədqiq edilmiş sübutlar əsasında müəyyən edildi ki, X12 xx.xx.2016-cı il tarixdə mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 50 kv.m, yardımçı sahəsi 16.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evi 5500 (beç min beş yüz) manata Cavabdeh1 satmış və bu barədə həmin tarixdə aralarında 4Ə-173 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı zamanı müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568-ci, 646-cı və 647-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən Nemət Maxsudova izah olunmuşdur. Həmçinin iddiaçı Afət Məmmədova həmin vaxtı Notariat Kontoruna ərizə təqdim edərək sözügedən daşınmaz əmlakın satılması ilə əlaqədar heç bir etirazının olmamasını bildirmiş, həmin ərizə notariat kontorunda təsdiq olunmuş, eyni zamanda notarius tərəfindən qanunvericiliyin tələbləri ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Məhkəmə kollegiyası hazırki iş üzrə özünün mövqeyini mülki qanunvericiliyin əqdlər institutu ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini Cavabdeh1 satdığından və sonuncu həmin əmlakı qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ödədiyindən, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İkincisi, iddiaçı iddia ərizəsində, eləcə də apelyasiya şikayətində mübahisəli yaşayış evi satılarkən özünün və qardaşının razılığının alınmamasını, notariat kontorunda imza etdiyi ərizənin mahiyyətini bilmədiyini mübahisələndirmişdir. Kollegiya iddiaçının bu dəlili ilə də razılaşmır. Ona görə ki, mülki işin 73-cü səhifəsindəki ərizənin məzmunundan göründüyü kimi iddiaçı atasına məxsus olan torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehə satılmasına etirazının olmadığını bildirmişdir. Halbuki qeyd olunan mübahisəli əmlak satılarkən iddiaçı tərəfindən belə ərizənin verilməsinə ehtiyac yox idi. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının bu dəlilləri də əsassızdır. Üçüncüsü, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərn yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. X21 qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə də hər hansı əqdin (o cümlədən də alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə də məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində qeyd etdiyi dəlillərlə razılaşmır və həmin dəlilləri inandırıcı hesab etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X17 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-228/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1787/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1787/2020
29.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver