Məhkəmə qərarları › İş №2(107)-1787/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1787/2021

29.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1787/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 qızı, İddiaçı1 və onun vəkili Vəkil Cavabdeh1 nümayəndəsi X2 iştirakıları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qızının Cavabdeh1, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə və X23 Xidmət mərkəzinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli (hakim Ruslan Əlizadə) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X8 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X23 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi» tələbinə dair iddiası rədd edilmişdir işin faktiki halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X19 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X23 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X19 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, şəhadətnamənin ləğvi və çıxarışın ləğvi ilə bağlı iddia tələblərinə miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, atası ölməmişdən əvvəl onun evində yaşamış və atasına o baxmışdır. Bacısı Əfruz gəlini ilə dolanmadığından onun oğlu ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşayır. Mirası faktiki olaraq heç biri qəbul etməmişdir. Lakin Əfruz özünü tək vərəsə kimi göstərərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Atasının ölümündən sonra bacıların hamısının şifahi razılığı əsasında Əfruzun oğlu və gəlini həmin evə köçərək yaşamasına razılıq verilmişdir. Lakin oğlu orada birgə yaşayış qaydalarına riayət etmir. Onun orada yaşaması qonşular tərəfindən də pis qəbul olunur. Əfruz özü həmin evə ayda 1 dəfədən artıq getməmişdir. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izah etdi ki, babası 2016-cı ildə vəfat edib. Onun 5 nəfərdən ibarət vərəsələri qalmşdır. Lakin mirası bir nəfər saxta sənədlər əsasında qəbul etmişdir. Notarius belə öz funksiyasını düzgün olaraq icra etməmişdir. Cavabdeh1 da iddiaçılar kimi mirasda bərabər payçıdır. Cavabdeh də iddiaçılar kimi mirasın qəbul etmə müddətini ötürmüşdür. Cavabdeh həmin evə öz oğlunu yerləşdirmişdir. Cavabdeh də ayda 1 dəfə olaraq həmin evə gedib-gəlmiş ola bilər, bu isə mirasın faktiki qəbul edilməsi demək deyil. İddiaçı1 nümayəndəsi X3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, atasına sağlığında İddiaçı1 baxmışdır. Hazırda da miras ona çatmalıdır. Nə onlar nə də cavabdeh vaxtında mirası qəbul etməmişdir. Lakin cavabdeh adına şəhadətnamə almışdır. Bu səbəbdən də, hazırda mirasdan payını istəyir. Cavabdehin oğlunun həmin evə köçməsindən xəbərləri olubdur. Onların hamısının şifahi razılığı əsasında Azər həmin evə köçmüşdür. İddiaçı2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı X19 iddia tələbini müdafiə edərək izah etdi ki, atası 2016-cı ildə vəfat etmişdir. Ondan Yevlax rayonu, Qoyuninəsi kəndində iki otaqlı ev miras qalmışdır. Hamısının ailəsi və öz evləri var. Mirası faktiki olaraq heç biri qanunla müəyyən edilmiş müddətdə qəbul etməyib. Müddəti onlar və cavabdeh də buraxmışdır. Lakin 2019cu ildə cavabdeh notariusa özünü tək vərəsə kimi göstərərək, adına vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməni alarkən, ona avtomobillə bağlı zəng gəlmişdir. Lakin avtomobil etibarnamə əsasında satılmışdır və atasına məxsus deyildir. Bu səbəbdən də həmin işə qarışmamışdır. Cavabdehin oğlunun həmin evə köçməsindən xəbəri var idi. Hazırda həmin miras qalmış ev atalarının bütün vərəsələri arasında bərabər bölünməlidir.İddiaçı X19 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı3 izah etmişdir ki, atalarının beş vərəsəsi var. Cavabdeh özünü tək vərəsə kimi göstərərək mirası qəbul etmişdir. Mirası heç kim qəbul etməyib, miras qoyan belə həmin evdə yaşamamışdır. Atası Təranənin evində yaşamışdır. Yasdan sonra da hamı dağılışıb öz evinə getmişdir. Ondan sonra da həmin evə getməmişlər. Cavabdeh isə həmin evə öz oğlunu və gəlinini yerləşdirib. Bu da mirasın faktiki olaraq qəbul edilməsi deyil. Onlar mirası faktiki olaraq qəbul etməsələr də, paylarından da imtina etməmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, Musa Səlimov 2016-cı ildə vəfat etmişdir. Onun ölümündən sonra iddiaçılar mirasla maraqlanmamışlar. Həyat yoldaşı Əfruz isə həmin evdə oğlu və gəlini ilə birlikdə bir müddət köçüb yaşamışdır. Əfruz notariusa müraciət edərək, qanunla müəyyən edilmiş qayda da mirası qəbul etmişdir. Yəni mirası həm faktiki, həm də qanuni şəkildə cavabdeh qəbul etmişdir. Hal-hazırda da həmin evdə onun övladı yaşayır. Faktiki olaraq ev bacıların hamısının şifahi razılığı əsasında Əfruza verilmişdir. O da həmin evə oğlu və gəlinin yerləşdirmişdir. Cavabdeh1 nümayəndəsi X4 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X16 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, Musa Səlimov 2016-cı ildə vəfat etdikdən sonra cavabdeh mirası faktiki olaraq qəbul etmişdir. Daha sonra isə notariat kontoruna müraciət edərək, mirası rəsmi olaraq da qəbul etmişdir. İddiaçılar isə əksinə mirasın qəbul edilməsi ilə bağlı müddəti buraxmışlar. Mirası nə faktiki nə də rəsmi olaraq qəbul etməmişlər. Bunu özləri də etiraf edir. Hazırki iddia əsassızdır. Cavabdeh1 nümayəndəsi və vəkili X16 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan hüquqi nəticəyə gələrək işi hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdırmadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, 22.06.2021-ci il tarixli 147 saylı Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsi tərəfindən verilən arayış -bu arayışla təsdiq edilir ki, miras qoyan Səlimov Musa 1994-cü ildən ölən günə qədər qızı -İddiaçı1 evində onun himayəsində yaşamışdır, Bakı şəhəri Nəsimi rayonu, 77 saylı MKİS tərəindən verilən 531 saylı 23.06.2021 tarixli arayış- bu arayışla təsdiq edilir ki, miras qoyan X20 10.05.1997-ci il tarxidən 14.04.2016-cı il tarixə qədər İddiaçı1 xüsusi mülkiyyəti olan Bakı şəhəri Hüseyn Seyidzadə küç ev 17, mənzil 4-də daimi pasport qeydiyyatında olmuşdur(ölümünə 2 ay qalana qədər) Yevlax rayonu Qoyunbinəsi kənd İcra Nümayəndəsi tərəfindən verilən 23.06.2021-ci il tarixli 658 saylı arayış- bu arayışla təsdiq edilir ki, miras qoyan X20 1994-cü ildən ölən tarixə2016-cı ilə qədər qızı (iddiaçı) İddiaçı1 evində onunla yaşamış və X6 Təranə baxmışdır. Yuxarıda qeyd edilənlərə və xüsusən də 5-ci bənddə qeyd edilən tərəflər arasındakı faktiki hallara dair həm iddiaçılar həm də cavabdeh özünün məhkəməyə verdiyi izahatı ilə təsdiq edilir ki, miras açılan vaxt-yəni 30 iyun 2016-cı il tarixdə və ondan sonrakı tarixlərdə miras fərdi yaşayış evinin faktiki sahibliyi İddiaçı1 olmuş və məhz İddiaçı1 razılığı ilə bacısı oğlu həmin evə müvəqqəti olaraq köçməsinə razılıq vermişdir. (Cavabdehin məhkəməyə verdiyi izahatda bacılarının razılığı ilə oğlunun köçməsi etiraf edilmişdir) . Belə ki, həm qeyd edilən arayışlarla həm də cavabdehin izahatı ilə təsdiq edilir ki, miras əmlakı məhz İddiaçı1 miras açılan gündən faktiki olaraq qəbul etmiş və qanunvericiliyin tələbinə görə də mirası faktiki qəbul etdiyi vaxtdan da ona mülkiyyət hüququ yaranmışdır. Belə ki, miras qoyanın 5 qızının hər birinin öz ayrıca yaşayış evləri olduğu üçün, qeyd edilən fərdi yaşayış sahəsi baxımsız qalmaması və bacsıoğlunun ailəsinin öz anası (cavabdeh ilə) ailə münaqişələri olması, bacısıoğlunun başqa yaşayış yerinin olmamasını nəzərə alıb müvəqqəti olaraq miras evə köçməsinə razılıq vermişdir. Bundan başqa iş materialları və tərəflərin izahatında da göründüyü kimi miras əmlaka cavabdehin oğlunun müvəqqəti köçməsi məhz vərəsələrin razılığı ilə olmuşdur ki, bu da miras əmlak üzərində idarəçiliyin, faktiki sahibliyə dair iradə ifadəsini ifadə edir. Cavadehin məhkəməyə bildirdiyi dəlil-yəni guya miras əmlak digər vərəsələrin razılığı ilə məhz cavadehə verilməsi isə iş materiallarına əlavə edilmiş “vərəsəlik işinə dair notariat işinin” materialları ilə təkzib edilir. Vərəsəliyə dair “notariat işində” olan cavabdeh tərəfindən verilən 25.07.2019-cu il tarixli ərizədə cavabdeh notariusa ondan başqa vərəsələrin olmadığını bəyan edir və notariusa yalan məlumat verməklə mübahisə predmeti olan vərəsəlik şəhadətnaməsinin alınmasına nail olur. Bundan başqa, iş materiallarına əlavə edilən Ölüm haqqında Şəhadətnamədən görünür ki, miras qoyan Musa Səlimov 30.06.2016-cı il tarixdə vəfat etmişdir. Yəni miras açılan tarix-30.06.2016-cı il tarixdir. Məhkəmədə cavabdehin təkzibi isə bundan ibarətdir ki, guya iddiaçılar miras əmlakı ona vermişlər. Cavadeh öz təkzibini əsaslandıra bilmir ki, hansı əsasla 2016-cı ildə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməmiş, hansı əsasla 3 il sonra notariusa müraciət etmiş və xüsusi ilə hansı əsasla notariusa müraciıt zamanı qanun üzrə vərəsələrin sayı və kimlikləri barədə bilə-bilə yalan məlumat vermişdir. (Əgər digər vərəsələr razı idisə o halda notariusa ərizə verə bilərdilər və ya yalan məlumat verməyə ehtiyac qalmazdı). İş materiallarına əlavə edilmiş bütün yazılı sənədlər, iddiaçıların izahatları və cavabdeh tərəfin verdiyi izahatla müəyyən edilir ki, miras fərdi yaşayış evi üzərində həm mirasqoyanın sağlığında həm də onun ölümündən sonra faktiki qəbul etmə, miras əmlakı faktiki idarə etmək yolu ilə məhz İddiaçı1 olmuşdur. İddiaçı1 faktiki razılığı ilə əmlakın saxlanması və normal təsərrüfatın aparılmasının təmin etmək üçün cavabdehə deyil, onun oğluna müwəqqəti olaraq köçüb yaşamağa icazə verilmişdir. Cavabdeh isə miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə formal, (notariusa ərizə ilə miras açıldıqdan 3 il sonra müraciət etmişdir) nə də ki qeyri-formal qəbul etmişdir Odur ki, aellyasiya şikayətinin təmin olunaraq, mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1096/2021 saylı 24.06.2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 1983cü iləd ailə qurmuş, və Qoyunbinəsində yaşamışdır. X1 vəfatından sonra maşın və ev qalmışdır. Bacıları atasına onun baxdığından evi ona vermişlər, Cavabdeh1 da bununla razılaşmışdır. X1 vəfatından təxminən 2 ay sonra bacısı, Cavabdeh1 oğlu X11 həmin evdə qalmağa başlamışdır. Ceyhun Səfərov bacılarının və özünün razılığı ilə orada qalmışdır. Atasının vəfatından sonra ehsan vermək üçün arada evə baş çəkmiş, evdə olan hər şeyi satdıqlarını və evə yaxşı baxmadıqlarını görmüşdür. Lakin özü heç vaxt evə nəzarət etməmiş, evin səliqə-səhmanı ilə məşğul olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 qızı ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil bildirmişdir ki, X20 30 iyun 2016-cı il tarixdə vəfat etmişdir. 30 iyun 2016-cı ildən mərhumun 5 övladından heç biri İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qızı və hazırki iş üzrə Cavabdeh1 miras qəbul edilməsi üçün notariat orqanına müraciət etməmişlər. Mərhum öldüyü vaxta qədər İddiaçı1 ilə bir yerdə yaşamışdır. Bunu iş materiallarında olan arayışlar təsdiq edir. Bundan başqa o da qeyd edilməlidir ki, mərhum X20 vəfatından bir ay öncə Yevlax rayonu, Qoyunbinəsi kəndinə rəsmi qeydiyyata düşmüşdür. Birinci instansiya məhkəməsi işin qeyd edilən halına qətnamədə münasibət bildirməmişdir. Bundan başqa işin digər halı Cavabdeh1 25 iyul 2019-cu ildə X23 Xidmət mərkəzinə müraciət etməsi ilə bağlıdır. Cavabdeh həmin zaman ünvan 1 ünvanında yaşamasına baxmayaraq Yevlax Rayon Notariat kontoruna deyil X23 Xidmət mərkəzinə müraciət etmişdir. Cavabdeh 25 iyul 2019-cu il tarixdə notariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə yazmışdır. Notariat ofisinə müracitə edərkən yalan məlumat verməsi səbəbindən mirası qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X4 bildirmişdir ki, apellyasiya şikayəti tam əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa Cavabdeh1 nümayəndəsi X4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, mərhum Musa Səlimova çox hallarda İddiaçı1 baxmış, oğlu Ceyhun Səfərov əvvəldən Qoyunbinəsi kəndində yaşamışdır. Onun həmin evdə yaşamasına heç kim narazılıq etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq edən Cavabdeh1 nümayəndəsi X16, Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin və X23 Xidmət mərkəzinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 05 aprel 2021-ci il tarixdə verilmiş 597 saylı arayışdan məlum olur ki, X20 vəfat edənə kimi, Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşamış və onun övladları aşağıdakı kimidir: qızı İddiaçı3; qızı X19; qızı Cavabdeh1; qızı X12; qızı İddiaçı1. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli 29 aprel 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən məlum olur ki, X9 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evi vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən ərizənin surətindən məlum olur ki, Cavabdeh1 X10 miras qalmış Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 X10 qalmış mirası Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini qəbul etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 X10 miras qalmış Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini qəbul etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X20 30 iyun 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən məlum olur ki, X20 vəfat edənə kimi, Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşamış vəfatından sonra təsərrüfatında onunla birgə yaşayan aşağdakı ailə üzvləri qalmışdır: X17 vəfat edib; Cavabdeh1. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən ərizənin surətindən məlum olur ki, Cavabdeh1 X10 miras qalmış Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X13 məxsusdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 23 iyun 2021-ci il tarixdə verilmiş 658 saylı arayışdan məlum olur ki, X20 1994-cü ildən 2016-cı ilə kimi İddiaçı1 evində yaşamış və Səlimov Musaya o baxmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nəsimi RİH-nin Nəsimi rayon Mənzil kommunal Təsərrüfatı birliyinin 77 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən 23 iyun 2021-ci il tarixdə verilmiş 531 saylı arayışdan məlum olur ki, Seyidzadə küçəsi ev 17, mənzil 4 17 aprel 2003-cü il tarixdən İddiaçı1 məxsusdur. X5 10 may 1997-ci il tarixindən 14 aprel 2016-cı il tarixə kimi qeydiyyatda olub. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qoyunbinəsi Bələdiyyəsi tərəfindən 22 iyun 2021-ci il tarixdə verilmiş 147 saylı arayışdan məlum olur ki, X20 1994-cü ildən vəfat etdiyi günə kimi İddiaçı1 evində yaşamışdır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 25 iyul 2019-cu il tarixdə notariat ofiinə müraciət edərək, X7 miras qalmış Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini rəsmi olaraq qəbul etmişdir. Ona görə də hesab etmişdir ki, iddiaçıların iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbəli vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay- sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ- ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Bundan başqa Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddənin mənasına görə yalnız vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır, lakin bu zaman vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məhkəmə kollegiyası iddia tərəfinin məhkəmə kollegiyasının iclasında Cavabdeh1 25 iyul 2019-cu ildə ünvan 1 ünvanında yaşamasına baxmayaraq Yevlax Rayon Notariat kontoruna deyil X23 Xidmət mərkəzinə müraciət etməsi, notariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə yazması ilə bağlı qeyd edir ki, cavabdeh tərəf mirasın qəbulu ilə bağlı istənilən notariat ofisinə müraciət edə bilər. Qanunvericilikdə bununla bağlı hər-hansı bir məhdudiyyət müəyyən edilməmişdi. Bundan başqa o da qeyd edilməlidir ki, notariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə yazsa da, məhkəmə kollegiyasının iclasında miras əmlakın məhz iddiaçılar tərəfindən faktiki qəbul edilməsi sübut edilmədiyindən, kollegiya bu faktın heç bir hüquqi əhəmiyyəti qalmadığı qənaətinə gəlir. Belə ki, mirasın faktiki qəbul edilməsi miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulları vasitəsi ilə həyata keçirilir. Qeyd edilənlərin əksinə məhkəmə kollegiyasının iclasında iddiaçılar xüsusən də İddiaçı1 Musa Səlimovun vəfatından sonra Ceyhun Səfərovun orada qalmasına üç bacısının etiraz etmədiyini, Musa Səlimovun vəfatından sonra arada bir ehsan vermək məqsədi ilə oraya getdiyini bildirmişdir. Onun miras əmaka faktiki sahiblik etməsi və onu idarə etməsi nə onun tərəfindən, nə də digər iddiaçılar tərəfindən həyata keçirilmədiyi müəyyən edildi. Ona görə də məhkəmə kollegiyası iddia tərəfinin qeyd etdiyi cavabdeh tərəfin rayon inzibati ərazi dairəsində kənarda yerləşən notariat kontoruna müraciət etmələri və həmin notariar kontorunun notariat işini açdıqdan sonra müvafiq araşdırma apara bilməməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar nə atasının ölməsi ilə bağlı mirası faktiki qəbul etmiş, nə miras əmlakın idarə edilməsində iştirak etməmiş, nə də mirasın qəbulu ilə bağlı müvafiq ərizə ilə notariat kontoruna müraciət etmişlər. Bütün bunların əksinə Cavabdeh1 iddiaçıların razılığı ilə həmin evə yiyələnmiş və həmin evi miras kimi faktiki qəbul etmiş, oğlu ilə gəlinin həmin evə yerləşdirmişdir. Belə ki, mirasın faktiki qəbul edilməsi dedikdə, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunudan belə bir nəticə çıxarmaq mümkün olur ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Mirası faktiki qəbul edilməsi-miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulları vasitəsi ilə həyata keçirilir. Qeyd edilən üsullar müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması və s. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçıların apelyasiya şikayətlərinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar