Məhkəmə qərarları › İş №2(107)-1793/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1793/2020

29.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1793/2020 29.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-156/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazm dəyərinin ödənilməsində ondan alınmış 140 manat artıq pulun və 10 manat dövlət rüsumunun cavabdehdən tutulub ona qaytarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-156/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Zərdab rayonunun Şahhüseynli kəndində yaşayır. Evinə gedən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Təbii qazdan istifadə etməsinə görə 2018-ci ilin noyabr ayında 7 manat qalıq, 12.33 manat məsrəf gəlmiş, həmin borcdan 15 manat ödəmişdir. Dekabr ayında 4.33 manat əvəzinə 38 manat qalıq, 14 manat məsrəf gəlmiş, 18 manat ödəniş etmişdir. Yanvar ayında 14 manat məsrəf, 48 manat qalıq gəlmişdir. 30 manat pul ödəmişdir. Fevral ayında məsrəf qarışıq 74 manat bildiriş gəlmiş, 30 manat ödəniş etmişdir. Sonda aldadıldığını görüb mart və aprel aylarında təbii qazdan istifadəyə görə pul ödəməmişdir. Aprel ayının sonuna kimi ona süni surətdə 2 aycy/105.manat borc yazılmışdır. 103 manat 60 qəpik pul ondan artıq alınmışdır. 4 aya $25 manat pul ödəmişqir. Cavabdeh tərəf onun məhkəməyə müraciət etməsini bildikdən sonra sayğacını açmışlar. May ayının sonuna kimi ödədiyi pul 160 manat olmuşdur. 570 kub metr qaz sərfıyyatı fərqi ilə ondan pul almışlar. 6-cı ayda 3 manat, 7-ci ayda 5 manat, 8-ci ayda 6 manat, 9-cu ayda 10 manat, 10-cu ayda 7.60 manat, 11-ci ayda 21 manat, 12-ci ayda 30 manat, yarım ildə cəmi 82.60 manat pul ödəmişdir. Cəmi 242.60 manat ödəmiş, bunun da 102 manatı qazm ödənişidirsə, deməli ondan 140 manat artıq pul alınmışdır. 2019-cu ilin dekabr ayında ona iki dəfə qəbz verilib birində limiti keçməsi, digərində keçməməsi göstərilmişdir. 2020-ci ilin yanvarın 1-nə 30 manat pul ödəmişdir. Aym 1-dən 10-a kimi sayğaclar sıfırlanmalıdır. Sıfırlanma vaxtı da ədalətsizliyə məruz qalmışdır. Belə ki, yandırmadığı qazm pulunu ondan tələb etmişlər. 2018-ci ilin yay aylarında qış göstəricisinə xas olan məbləğlər yazılmışdır. Belə ki, yanvarda 1020, fevralda 1260, martda 1467, apreldə 1542, mayda 1587, iyunda 1630, iyulda 1970, avqustda 1704, sentyabrda 1737, oktyabrda 1806, noyabrda 1933, dekabrda 2097 kub metr qaz sərfıyyatı göstərilmişdir. Dəfələrlə cavabdehdən artıq ödədiyi 140 manat pulu tələb etsə də, nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-156/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X8 İstismar İdarəsi ilə Zərdab rayon Şahhüseynli kənd sakini X3 arasında 9036 saylı xx.xx.2016-cı il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı Müqaviləsi” bağlanaraq abonent kodu **********000220 olmaqla, Zərdab xidmət sahəsində qeydiyyata alınmışdır. X1 mənzilinə quraşdırılmış qaz sayğacının göstəricisi hər ay oxunaraq istifadə etdiyi qaza görə borc barədə bildiriş ona təqdim olunmuşdur, istehlakçı 2020-ci ilin aprel ayına istifadə etdiyi təbii qaza görə borcunun 30 manatını ödəsə də, xx.xx.2020-ci il tarixə borcu 54.02 manat təşkil edir və Müqavilənin 2.3,-ci bəndinə əsaəsn hesablanmış borc tam olaraq onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Apelyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci, hazırkı iddiaçı X2 evinə gedən qaz xəttinin üzərində qaz sayğacının quraşdırılmış, qaz sayğacının göstəricisi hər ay oxunaraq istifadə etdiyi qaza görə borc barədə Niyətxan Şirəliyevə bildiriş təqdim olunmuş, bütün ödənişlər qaz sayğacının göstəricisinə əsasən aparılmışdır. X7 həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında “sonda aldadıldığını görüb mart və aprel aylarında təbii qazdan istifadəyə görə pul ödəmədiyini” özü təsdiq etmişdir. “Cavabdeh” X8 istismarı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda da Niyətxan Şirəliyevin xx.xx.2020-ci il tarixə aylıq borcunun 54.02 manat təşkil etdiyi göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-156/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(035)-156/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar