Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1808/2020 15.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması, torpağa mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1029/2020 nömrəli qərardadından iş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 0,34 hektar və 0,8127 hektar torpaq sahələrinin alqı-satqısına dair müqavilələrin etibarsız sayılması, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX, qeydiyyat nömrəsi ******* olan çıxarışın və seriyası RX qeydiyyat nömrəsi ******* olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 Əliş oğlu və X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, 300000 (üç yüz min) manat məbləğində borcun və maddi ziyana görə 200000 (iki yüz min) manat kompensasiyanın, cəmi 500000 (beş yüz min) manat məbləğində pulun İddiaçı, Cavabdeh2 Əliş oğlu və X1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1029/2020 nömrəli (hakim E.Mehdiyev) qərardadı ilə Cavabdeh1 xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxx 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1029/2020 nömrəli qərardadından iş üzrə Cavabdeh1 şikayət verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərardadının ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 şikayəti Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1029/2020 nömrəli qərardadı ilə təmin edilməmiş və şikayətə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, şikayət təmin olunmamalı, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1029/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.3-cü mаddəsinə əsаsən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin 156.1-ci mаddəsinə əsаsən, hakim qarşılıqlı iddianı həmin iddiа ilk tələbin qarşılıqlı ödənilməsinə yönələrsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırаrsа və hər iki iddia arasında qarşılıqlı əlaqə оlаrsа və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Kollegiyab əlavə olaraq qeyd edir ki, cavabdeh ona qarşı qaldırılmış iddiadan öz mənafeyini müxtəlif vasitələrlə müdafiə edir. Cavabdeh iddiaya etiraz etməklə yanaşı iddiaçıya qarşı iddia tələbi irəli sürə bilər. İrəli sürülən tələbin əlahiddə və yaxud illin tələblə əlaqəli olmasından asılı olaraq iddianın qarşılıqlı olub-olmaması müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi Cavabdeh1 şikayətinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia iddiaçıya qarşı verilməli olduğu halda, Cavabdeh1 qarşılıqlı iddiasını İddiaçı ilə yanaşı, həmçinin iş üzrə iddiaçı olmayan Cavabdeh2 Əliş oğluna qarşı və iş üzrə tərəf olmayan X3 qarşı vermişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq verilmədiyindən icraata qəbul edilə bilməz. Odur ki, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, Cavabdeh1 həmin tələblə yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1029/2020 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1029/2020 nömrəli qərardad ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin olunmamalı, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 1029/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-1029/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1808/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1808/2020
15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver