Məhkəmə qərarları › İş №2(107)-1809/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1809/2020

29.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1809/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi X3 və cavabdeh «xxxxxxxx» X7 nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxx» X4rşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-640/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» ASC tərəfindən onun **********00234 saylı enerji hesabında əsassız qeydə alınmış 1009.91 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» ASC tərəfindən onun **********00234 saylı enerji hesabında əsassız qeydə alınmış 1240.84 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ŞəkiRayonMəhkəməsinin xx xxxx 2020-ciiltarixli, 2(075)-640/2020 nömrəli(hаkim P.Hacıyev) qətnaməsi ilə İddiaçı «xxxxxxxx» X10 tərəfindən **********00234 saylı enerji hesabında əsassız qeydə alınmış 1240.84 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiаçı tələbini belə əsаslаndırmışdır ki, o, Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuşdur və hazırda Şəki rayonu Orta Zəyzid kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Yaşadığı ünvanda yerləşən fərdi yaşayış evi sayğac quraşdırılmaqla enerji təchizatı ilə (kod: **********00234) təmin edilmişdir. Evi elektrik enerjisi ilə təmin edən elektrik sayğacı evdən kənarda ictimai yolda quraşdırılmışdır. Həmin sayğac uzun müddətdir istismardadır və onun standartlara uyğun işləyibişləməməsi sual altındadır. Mənzildə istifadə edilən elektrik enerjisinin dəyəri tərəfindən ödənilməkdədir. Lakin bununla belə son vaxtlar cavabdehin əməkdaşlarının təqdim etdiyi bildirişlərdə şişirdilmiş borc məbləğinin qeyd olunduğu və hər ay həmin borcun daha da artdığı görülməkdədir. Bununla əlaqədar cavabdeh təşkilat həmin borcun yaranma mənbəyi ilə bağlı heç bir açıqlama verməmiş, tələb etdiyi hesabdan çıxarış təqdim edilməmişdir. Bunun üçün internet vasitəsilə onlayn rejimdə hesabını yoxladığı zaman 1009.91 manat borc qeydiyyatının aparıldığı məlum olmuşdur. Hazırda da mənzilin elektrik enerjisinin dayandırılması tələbi ilə həmin mübahisəli borcu ona ödətdirməyə çalışırlar. Onun hesabında həmin borcun olması mümkün deyildir. Ona görə ki, mənzildə təbii qazla işləyən isitmə sistemi olduğundan və hər ay qaz sərfiyyatına görə 150-200 manat ödəniş etdiyindən mənzildə elektrik enerjisindən çox istifadə edilməsi mümkün deyildir. Cavabdeh təşkilatla əlaqə saxlayaraq borcun yaranma səbəbləri ilə bağlı sənədlər tələb etsə də, heç bir təqdim etməmiş, eyni zamanda borcun sayğacla və ya aktla yazılması ilə bağlı məlumat verməmişdir. Elektrik sayğacı həyətyanı sahədən kənarda– yolda quraşdırıldığından onun qorunmasına heç bir cavabdehlik daşıya bilməz. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən, sübutlara düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Şəki Rayon Məhkəməsi qətnamə qəbul edərkən həm prossesual həm də ki, maddi hüququ normalarını pozmuşdur. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-640/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, mövcud qaydalara uyğun olaraq cavabdeh «xxxxxxxx» X10 hər altı aydan bir sayğacları yoxlamadan keçirməlidir. Lakin sözügedən cəmiyyət tərəfindən onlara məxsus olan sayğac yoxlamadan keçirilməmiş, bu səbəbdən də sayğac elektrik sərfiyyatını normativdən artıq hesablamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh «xxxxxxxx» X7 nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, abonent tərəfindən sayğacın nasazlığı, o cümlədən elektrik sərfiyyatının düzgün hesablanmaması ilə bağlı heç vaxt şikayət daxil olmamışdır. Hesablanmış borc da hər hansı akt nəticəsində deyil, məhz abonent tərəfindən istifadə edilmiş sərfiyyatla bağlıdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-640/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş ; 2010-ci ilin may ayından 2012-ci ilin iyun ayına qədər olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 767.82 manat olmuş və İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 523.20 manat pul ödəmişdir. Qalıq borc 767.82-523.20=244.62 manatdır. 2012-ci ilin iyun ayından 2015-ci ilin avqust ayına qədər olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 1348.62 manat olmuş və İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 1417.14 manat pul ödəmişdir. Qalıq borc 13xx.xx-1417.14=-68.52 manatdır. 2015-ci ilin avqust ayından 2020-ci ilin mart ayına qədər olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 3265.08 manat olmuş və İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 2338.00 manat pul ödəmişdir. Qalıq borc 32xx.xx-2338.00=927.08 manatdır. Abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı ümumilikdə 244.62- 68.52+927.08=1103.18 manat qalıq borcu qalmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-298/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, abonent müqaviləsinin olmaması əsası ilə istehlakçının hesabında yazılmış borc əsassız hesab edilərək silinmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(107)-39/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-298/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 102/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(107)-39/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-2(84)-298/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni İddiaçı münаsibətdə düzgün həll etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq olunmuş sənədlər əsasında müəyyən olunur ki, İddiaçı yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00234 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İddiaçının 2010-ci ilin may ayından 2020-ci ilin mart ayına qədər elektrik enerjisinin istifadəyə görə ümumilikdə 1103.18 manat borcu yaranmışdır. İddiaçıya yaranmış borcu ödəməsi üçün «xxxxxxxx» X10 tərəfindən xəbərdarlıq göndərilsə də o, müqavilənin şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, iddiaçı yaranmış borcun elektrik sərfiyyatı ilə bağlı olmadığını və ya yaranmış borcun məhz sayğacdakı nasazlıqla əlaqələndirsə də bunu təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, iddiaçı cavabdeh cəmiyyətlə aralarında müqavilənin olmadığını bildirsə də, məhz həmin sayğacın onların yaşadığı ünvana quraşdırıldığını, eləcə də 2007-ci ildən məhz həmin sayğac əsasında hesablanmış enerji sərfiyyatının pulunu ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-640/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar