Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-181/2020 15.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlu oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qoxmuq kənd sakini olan qonşusu Cavabdeh tərəfindən sahibsiz torpaq sahəsində tikdiyi mal tövləsinin tikinti normalarına uyğun olmadığını, antisanitariya qaydalarının pozulduğunu nəzərə alaraq həmin sahibsiz torpaq sahəsində tikdirdiyi mal tövləsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylıqətnaməsi ilə İddiaçı Qoxmuq kənd sakini olan qonşusu Cavabdeh tərəfindən sahibsiz torpaq sahəsində tikdiyi mal tövləsinin tikinti normalarına uyğun olmadığını və antisanitariya qaydalarının pozulduğunu nəzərə alaraq onun həmin sahibsiz torpaq sahəsində tikdirdiyi mal tövləsinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, doğulduğu vaxtdan mərhum anası X5 məxsus Şəki rayonu, Qoxmuq kəndində 1113,42 kv.m torpaq sahəsində inşa edilmiş evdə yaşayır. Həmin ev dədə-baba evi olmaqla XX əsrin əvvəllərində tikilmişdir. Kəndlərində əksər vətəndaşlarda olduğu kimi o da həmin evi öz adına rəsmləşdirməmişdir. Buna görə də həmin yaşayış evinə faktiki olaraq sahiblik və istifadə etsə də hal-hazırda rəsmi olaraq onun mülkiyyətində deyildir. Bildirdi ki, üzun müddətdir ki, Cavabdeh ilə qonşudur. Həmin ev isə cavabehin atası X3 məxsus torpaq sahəsində tikilmişdir. Həmçinin sonradan həmin torpaq sahəsində digər yardımçı tikililər, o cümlədən tövlə də inşa edilmişdir. Qeyd edilən tövlə onun yaşadığı evin təxminən 1 metrliyində tikilmişdir. Cavabdeh mal tövləsini tikdikdə onlar öz etirazlarını bildirmişlər. Cavabehin tikintinin tikilməsi normalarını pozduğunu bildirdikdə cavabdeh onları eşitməmiş və «gedin haraya istəyirsiniz şikayət edin» sözlərini demişdir. Ailəsi, xüsusən də o, yaşlı bir insan kimi və azyaşlı nəvələri evdə yaşaya bilmirlər. Belə ki, həmin tövlədən kəskin üfunət iyi gəlir, mal-qaranın səsi, milçəklər və antisanitariya onların sağlamlıqlarına çox mənfi təsir göstərir. Bütün bunlar onları öz evlərində yaşamasına maneə olur. O, dəfələrlə Qoxmuq kənd İcra Nümayəndəliyinə şikayət etmişdir. O, bu məsələ haqqında xx.xx.2019-cu il tarixdə Şəki şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, ona qanunamüvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli birici instansiya məhkəməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi məhkəmə kollegiyasından xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylı qətnaməsinin ləğv edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylı qətnaməsi dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, həmin kənddə cavabdehlə qonşuluqda iddiaçının adına hər hansı daşınmaz əmlak qeydə alınmamışdır. İddiaçının yaşadığı fərdi yaşayış evi iddiaçının anası X4 adına qeydə alınmış 1113,42 kv.m torpaq sahəsi üzərində inşa edilmişdir. Həmçinin mübahisə predmeti olan tövlənin yerləşdiyi torpaq sahəsi Cavabdeh adına deyil, onun atası X2 adına qeydə alınmış torpaq sahəsində tikilmişdir. Məhkəmə kollegiyası işin hallarını qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X10 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, həmin kənddə cavabdehlə qonşuluqda iddiaçının adına hər hansı daşınmaz əmlak qeydə alınmamışdır. İddiaçının yaşadığı fərdi yaşayış evi iddiaçının anası X4 adına qeydə alınmış 1113,42 kv.m torpaq sahəsi üzərində inşa edilmişdir. Həmçinin mübahisə predmeti olan tövlənin yerləşdiyi torpaq sahəsi Cavabdeh adına deyil, onun atası X2 adına qeydə alınmış torpaq sahəsində tikilmişdir. Bundan başqa iddia tələbində, həmçinin məhkəmə iclasında iddiaçının vermiş olduğu izahatda iddiaçı qeyd edilən mübahisələndirilən tövlənin sahibsiz torpaq sahəsində tikildiyini bildirmişdir. Lakin iş materialları, həmçinin yerli baxış zamanı qeyd edilən tövlənin sahibsiz torpaq sahəsində deyil, cavabdehin mərhum atası X3 aid olan 1000 kv.m torpaq sahəsi üzərində tikilməsi müəyyən olunur. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən təyin edilən xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh məxsus JN-581 saylı dövlət aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmamışdır. Cavabdeh məxsus JN-581 saylı dövlət aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmadığına görə cavabdehin hasar daxilində inşa etdiyi tövlənin tikinti normaları çərçivəsində tikilib-tikilməməsini müəyyən etmək də mümkün olmamışdır. Beləliklə iddiaçının dəlilləri hər hansı bir formada öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kolleghiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülk iiş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul İddiaçı tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(075)-1524/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul İddiaçı tutularaq Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AllB******************** hesаbınа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-181/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-181/2020
15.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver