Məhkəmə qərarları › İş №2(107)-1811/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1811/2020

20.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1811/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı-nın direktoru X2 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilin alqısatqısına dair müqavilələrin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-298/2019 nömrəli qətnaməsindənCavabdeh3 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı-ın direktoru X3 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilin alqı-satı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə xx xxxx 2018-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi və xx xxxx 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-298/2019 nömrəli (hakim E.Məmmədov) qətnaməsi iləiddiа təmin edilmiş, İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 аpelyаsiyа şikаyəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-298/2019 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-2481/2019 nömrəli (sədrlik edən Ə.Məcidov, hakimlər İ.Quliyev, M.Əsədli) qətnaməsinə əsasən iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-298/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması, Cavabdeh3 tərəfindən verilmiş аpelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 və vəkili Vəkil1 kassasiya şikаyəti verərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 2481/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2224/2020 nömrəli qərarı ilə Cavabdeh3 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)- 2481/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yeni apelyasiya icraatı zamanı İddiaçı-nın direktoru X2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə (elektron kabinetə) elektron ərizə ünvanlayaraq iddiadan imtina etdiyini, iddia tələbinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsi üzrə işin icaatına xitam verilməsini, iddianın maliyyə arayışının etibarsız hesab edilməsi hissəsi üzrə isə ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə təqdim olunmuş sənədlərlə birlikdə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iddiaçı tərəfin “iddia tələbinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsindən” imtina etməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1-ci. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçınıniddiadanimtinaetməsi, iddianıncavabdehtərəfindənetirafedilməsivətərəflərinbarışıqsazişiqanunaziddolarsavəyahə rhansıbirşəxsinhüquqlarınıvəqanunlaqorunanmənafeyinipozarsa, məhkəməbeləhərəkətləriqəbuletmir. Beləhallardaməhkəməmübahisəyəmahiyyətiüzrəbaxır. Həmin Məcəllənin 370.1-ci maddəsinə görə, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həl edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı-nın direktoru X2 nümayəndəsinin iddiadan hissəvi imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan hissəvi imtina məhkəmə tərəfindən qəbul edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-298/2019 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata “iddia tələbinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsi üzrə” xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 və onun vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İddiaçı-nın direktoru X2 nümayəndəsi (vəkil) Vəkil2 iddiadan hissəvi (iddia tələbinin alqısatqı müqaviləsinin ləğv edilməsinə dair hissəsindən) imtinası qəbul edilsin. İddiaçı-nın direktoru X2 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilin alqısatqısına dair müqavilələrin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-298/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata hissəvi, yəni “alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsində işin icaatına xitam verilsin. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2010-ci il tarixli, 2(107-1811/2020 nömrəli qərardadı ilə iddia tələbinin “maliyyə arayışının etibarsız hesab edilməsi” hissəsində baxılmamış saxlanılması nəzərə alınsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar