Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1812/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2, digər İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun vəkili X41 və nümayəndəsi X3 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atalarından qalmış miras əmlak - ünvan 1 2 saylı evin 1\6 hissəsinə İddiaçı1, 1\6 hisəsinə isə İddiaçı2, 1\6 hisəsinə isə İddiaçı3 payı müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, onların ünvan 1 2 saylı evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnаməsi ilə iddia rədd edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, onların atalarından miras qalmış evə münasibətdə mülkiyyət hüquqları pozulmuş, cavabdehlər onların həmin evdə yaşamalarına mane olur və oradan məcburi çıxardırlar. Mübahisəli ev zəlzələdən sonra inşa edilsə də atasına məxsus evin yerində dövlət tərəfindən inşa edilmiş və həmin mirasda payları olan şəxslərin hüquqları pozulmamlıdır. Həyət tikilisinə mütəxəssis tərəfindən baxış keçirilməsini və yaşayış üçün yararlı olubolmamasını tələb etmiş, bu tələbi təmin edilməmişdir. X19 həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Məhkəmə qətnaməsində bu hala əks yanaşma qeyd edilir. Bundan əlavə iddiaçılar hamısı mərhum ataları X1 ailə üzvləri olması məhkəmənin diqqətindən yayınmışdır. Bundan başqa birinci instansiya məhkəməsi xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını da düzgün tətbiq etməmişdir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən onlar keçmiş mülkiyyətçinin ailə üzvləri hesb edilir.Qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-885/2019 saylıqətnаməsi ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2, digər İddiaçı3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnаməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun vəkili X41 və nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki,İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnaməsi ona münasibətdə qismən ləğv edilməklə, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək İddiaçı1 iddia ərizəsi təmin edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı1 münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdə olan Rayonlararası Texniki inventarizasiya Bürosu tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, X7 adına 1967-ci ildə daşdan tikilmiş Zaqatala rayonu Aşağı Tala kəndində 1600 kv.m. torpaq sahəsində yerləşən 2 otaqlı “s çokolnom etajom” yaşayış evi qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayonu Aşağı X46 tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş İE seriyalı 819794 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1960-cı il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur.Onun atası X20, anası X8r. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş arayışdan görünür ki, iddiaçı X21 xx.xx.1968-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Onun atası X20, anası X8r. İşdə olan Zaqatala Rayonu Aşağı X46 tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş A3 seriyalı 643228 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1964-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Onun atası X20, anası X8r. İşdə olan Zaqatala rayonu Aşağı Tala ərazi nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə təkrar verilmiş AZ-1 seriyalı 361664 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1990-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İşdə olan Zaqatala rayonu Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1997- ci il tarixdə verilmiş 1V-JQ seriyalı 480078 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1997-ci ii tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxx 2019-cu il tarixli 909 nömrəli arayışından görünür ki, mərhum X20 rəhmətə gedən günədək (xx.xx.1990-cı il) İddiaçı2 Zaqatala rayonu Aşağı Tala kəndində yaşamışdır. Mərhum öldüyü gündən, hazıradək onun adları qeyd olunan varisləri vardır: X17 qızı – doğum tarixi 1958, 1986-cı ildən qeydiyyatdan çıxıb, qızı-İddiaçı1 – doğum tarixi 1960, qeydiyyatdadır, oğlu-Cavabdeh1 – doğum tarixi 1962, qeydiyyatdadır, qızı-İddiaçı2 – doğum tarixi 1964, Bakı qeydiyyatında olsa da, atası evində yaşayır, oğlu-Cavabdeh2 – doğum tarixi 1966, qeydiyyatdadır, qızı X21 – doğum tarixi 1968, 1999-cu ildən qeydiyyatdan çıxıb. İşdə olan Zaqatala RİHB-in Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 907 nömrəli arayışdan görünür ki, mərhum X6 miras qalmış ev 2012-ci ildə baş vermiş məlum zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən baxış keçirilən zaman evə qəzalı rəyi verilmişdir. Həmin ev sökülərək, əvəzinə yeni 2 mərtəbəli fərdi yaşayış evi mərhum X7 bacısı X9 adına yazılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X42 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş **********53 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin kimin adına qeydiyyata alınması və Cavabdeh1 və Cavabdeh2 Məmməcan oğlunun adlarına fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində və keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxxx 2019-cu il tarixli 121 nömrəli arayışından görünür ki, 2012-ci ilin may ayının 7-nə qədər və zəlzələ hadisəsindən sonra Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən X12 məxsus fərdi yaşayış evində aşağıda adları qeyd olunan şəxslər yaşamışdır. X5 – doğum tarixi 1958, 1986-cı ildən qeydiyyatdan çıxıb, qızı-İddiaçı1 – doğum tarixi 1960, qeydiyyatdadır, oğlu Cavabdeh1 – doğum tarixi 1962, qeydiyyatdadır, ailəlidir, qızı İddiaçı2 – doğum tarixi 1964, Bakı qeydiyyatında olsa da, həmin evdə yaşayır, oğlu-Cavabdeh2 – doğum tarixi 1966, qeydiyyatdadır, ailəlidir, qızı-X21 – doğum tarixi 1968, 1999- cu ildə ərə köçüb. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-400/2014 nömrəli qərarından görünür ki, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinə, Zaqatala Rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Cavabdeh1, X13, X26 qarşı Zaqatala RAİK-in xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarının, JN - 1281A və JN-1540A KOD 40200028 nömrəl torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, Zaqatala RAİK-in xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarı X10, Cavabdeh1, X13, X26 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv edilmişdir. Həmin qərarla həm də JN - 1281A və JN- 1540A KOD 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ləğv edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(033)-213/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 arvadı X4, uşaqları X23 və X27 birlikdə ünvan 1 2 saylı ünvanda yerləşən 2 mərtəbəli 5 otaqlı yaşayış evinin birinci mərtəbəsinə köçürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(107)-638/2015 nömrəli qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(033)- 213/2015 nömrəli qətnaməsi qismən, X4 və X9 ünvan 1 2 saylı ünvanda yerləşən 2 mərtəbəli 5 otaqlı yaşayış evinin birinci mərtəbəsinə köçürülmələri hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(107)-638/2015 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(033)- 213/2015 nömrəli qətnaməsi qismən, qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması hissəsində ləğv edilmiş, “qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması” müddəası qətnamədən xaric edilmiş, qətnamə iddiaçı Cavabdeh2 və onun yetkinlik yaşına çatmamış qızı-xx xxx 2003-cü ildə anadan olmuş X14 ünvan 1 2 saylı ünvanda yerləşən yaşayış evinə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(033)- 823/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X4 və X2 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı ünvanda yerləşən yaşayış evinə köçürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(107)-174/2016 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(033)- 823/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar X4 və X2 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı ünvanda yerləşən evə köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(102)- 2341/2016 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(107)-174/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(033)-7/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mərhum atalarından miras qalmış daşınmaz əmlakdan paylarının naturada bölünməsi, paylar naturada ayrılanda onlara eyni torpaq sahəsindən və yaşayış evində eyni mərtəbədə paylarının ayrılması, Cavabdeh2 və iddiaçıların köçürüləcəyi sahənin giriş-çıxışının naturada müəyyənləşdirilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək mərhum ataları X6 miras qalmış ünvan 1 2 ünvanında yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, əvəzinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən tikilmiş ümumi sahəsi 190,5 kv.m., yaşayış sahəsi 115,8 kv.m., yardımçı sahəsi 74,7 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evinin naturada bölünərək, 1-ci mərtəbəsi üzrə - sahəsi 16,3 kv.m. (3,7mx4,4m), hündürlüyü 2,85 kv.m. olan 1 saylı mətbəx otağı İddiaçı1 və sahəsi 18,5 kv.m. (4,2mx4,4m), hündürlüyü 2,85 kv.m. olan 3 saylı yaşayış otağı İddiaçı3, 2-ci mərtəbəsi üzrə - sahəsi 22,9 kv.m. (4,4mx5,2m), hündürlüyü 2,85 kv.m., olan 6 saylı yaşayış otağı İddiaçı2 mülkiyyətinə mirasdan pay olaraq verilməsi, mərhum ataları X6 miras qalmış ünvan 1 2 ünvanında yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, əvəzinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən tikilmiş fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə-sahəsi 30,8 kv.m. (4,4mx7,0m), hündürlüyü 2,85 kv.m. olan 2 saylı yaşayış otağında Cavabdeh2 və 2-ci mərtəbəsi üzrə sahəsi 25,1 kv.m. (4,4mx5,7m), hündürlüyü 2,85 kv.m. olan 7 saylı yaşayış otağında Cavabdeh1 ailəsi ilə birlikdə yaşamalarının nəzərə alınması, mərhum ataları X6 miras qalmış ünvan 1 2 ünvanında yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, əvəzinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən tikilmiş fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə- sahəsi 19,8 kv.m. (4,4mx4,5m), hündürlüyü 2,85 kv.m., olan 4 saylı dəhliz otağı, sahəsi 9,40 kv.m. (2,0mx4,7m). olan 5 saylı açıq eyvan, pilləkən və pilləkən meydançaları, o cümlədən, girişçıxış da daxil olmaqla, binanın ümumi əmlakı kimi binada yaşayanların ümumi istifadəsində saxlanılması. həmin fərdi yaşayış evinin 2-ci mərtəbəsi üzrə-sahəsi 19,8 kv.m. (4,4mx4,5m), hündürlüyü 2,85 kv.m. olan 9 saylı dəhliz otağı, sahəsi 9,40 kv.m. (2,0mx4,7m) olan 10 saylı açıq eyvan, pilləkən və pilləkən meydançaları ikinci mərtəbədə yaşayanların ümumi istifadəsində saxlanılması, mərhum ataları X6 miras qalmış ünvan 1 2 ünvanında yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin naturada bölünərək, 0,0734 ha hissəsi mirasdan pay olmaqla, qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilsin. İddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 0,0734 ha həyətyanı torpaq sahəsinin ölçüləri və koordinatları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Yerqurluşu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2017-ci il tarixli 28 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş sxemlər üzrə müəyyən edilməsi, mərhum ataları X6 miras qalmış ünvan 1 2 ünvanında 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən 135,9 kv.m. sahəsi olan altıaçığın naturada bölünərək, 67,95 kv.m. hissəsi giriş-çıxışı fərdi yaşayış evinin arxa sağ hissəsindən olmaqla, mirasdan pay olmaqla, qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilməsi, mərhum ataları X6 miras qalmış ünvan 1 2 ünvanında 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən miras əmlak 42,0 kv.m. sahəsi olan mal damı fərdi yaşayış evində payları 1/6 hissədən az olduğuna görə qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçılar İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, İddiaçı2 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(107)-2426/2017 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mərhum atalarından miras qalmış daşınmaz əmlakdan paylarının naturada bölünməsi, paylar naturada ayrılanda onlara eyni torpaq sahəsindən və yaşayış evində eyni mərtəbədə paylarının ayrılması, Cavabdeh2 və iddiaçıların köçürüləcəyi sahənin giriş-çıxışının naturada müəyyənləşdirilməsi tələbi barədə iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(102)- 2604/2018 nömrəli qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(107)- 2426/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvan 1 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həyət darvazasından daxil olduqda həyətin axırında sol tərəfdə tikili var, həmin tikili 2 otaqdan ibarətdir. İddiaçıların dediklərinə görə həmin tikili 1981-ci il tarixdə tikilib, orada İddiaçı1 və İddiaçı2 yaşayır. Həmin tikili ilə üzbəüz FHN tərəfindən tikilmiş 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi vardır. Həmin evin birinci mərtəbəsində 2 otaq, bir mətbəx var, orada Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır, ikinci mərtəbəsində isə Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Lakin evdə olmadıqlarından otaqlara (üç bağlı qapı var) baxılması mümkün olmadı. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin ataları X7 ünvan 3 ünvanında yerləşən, 1966-cı ildə tikilmiş, yaşayış sahəsi 80 kv.m olan iki mərtəbəli, 4 otaqlı yaşayış evi olmuşdur. X20 xx xxxxx 1990-cı ildə, arvadı Xanım Ramazanova isə xx xxxxxx 1997-ci ildə ölmüşdür. Məməcan Ramazanov xx xxxxx 1990-cı ildə ölərkən ondan miras qalmış yaşayış evinə miras açılmışdır. Ancaq onun vərəsələrindən heç biri mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Miras əmlakla bağlı vərəsələrin dairəsi müəyyənləşməmiş, lakin iddiaçılar məhkəməyə müraciət edərək 1/6 paylarının müəyyən edilməsini, mülkiyyət hüquqlarının tanınmasını və evə istifadə hüquqları tanınmaqla köçürülmələrini xahiş edirlər. Cavabdehlər isə iddianı qəbul etməmişlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X19 həmin ünvanda qeydiyyatda olmaqla mübahisəli evdə yaşamışdır. Beləliklə də miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(033)- 823/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X4 və X2 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı ünvanda yerləşən yaşayış evinə köçürülmələri ilə bağlı cavabdeh X15 və qeyrilərinə qarşı iddia qaldırmışlar. Kollegiya qeyd etməyi lazım bilir ki, X19 həmin ünvanda yaşamasaydı iddia tələbi ona qarşı yönələ bilməzdi. İşin bu halı X11 həmin evdə fakitiki olaraq yaşadığıdını cavabdehlərlə birgə təsərrüfat apardığını təsdiqləyir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 iddia ərizəsi təmin edilməlidr. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllə Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 532. Birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur (ikinci hissə). Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (üçüncü hissə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 оktyаbr 2009-cu il tаrixədək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsаsən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlili ilə qismən razılaşır. Apellyasiya şikayəti qismən İddiaçı1 münasibətdə əsaslıdır. Belə ki, İddiaçı1 həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(033)- 823/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X4 və X2 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı ünvanda yerləşən yaşayış evinə köçürülmələri ilə bağlı cavabdeh X15 və qeyrilərinə qarşı iddia qaldırmışlar. Kollegiya qeyd etməyi lazım bilir ki, X19 həmin ünvanda yaşamasaydı iddia tələbi ona qarşı yönələ bilməzdi. İşin bu halı X11 həmin evdə fakitiki olaraq yaşadığıdını cavabdehlərlə birgə təsərrüfat apardığını təsdiqləyir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 iddia ərizəsi təmin edilməlidr. Bundan əlavə baxılan iş üzrə iddiaçı və cavabdehlərin miras qoyanın övladları olduğu, miras əmlakın xx.xx.1988-ci il tarixdə ilkin qeydiyyata alındığı və miras qoyanın xx xxxxx 1990-cı ildə öldüyü, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində miras əmlakın qəzalı vəziyyətə düşdüyü, FHN tərəfindən evin sökülərək, yerində dövlət vəsaiti hesabına iki mərtəbəli yeni evin inşa edildiyi işin mübahisə olunmayan hallarıdır. Miras qoyanın öldüyü tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar birinci növbə vərəsələr hesab olunurlar. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Bundan baəqa qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsi ilə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının da qüvvəsi tanınmışdır. Bu baxımdan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınamış, lakin daha əvvəllər səlahiyyətli dövlət orqanları tərəfindən qeydiyyatı aparılmış əmlaklara mülkiyyət hüququ da eyni qaydada müdafiə olunmalıdır. Hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, miras əmlaka dair Rayonlararası Texniki İnventarizasiya Bürosu tərəfindən xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18-ci maddəsinə əsasən daşınmaz əmlak məhv olduğu halda həmin əmlaka qeydiyyatın ləğvi Mülki Məcəllənin 150-ci maddəsinə uyğun olaraq aparılır. Mülki Məcəllənin 150.1-ci maddəsi daşınmaz əmlak tam məhv olduğu və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirdiyi halda qeydiyatın ləğvini maraqlı şəxsin məhkəmə qaydasında tələbi əsasında mümkün hesab edir. Bu zaman əmlakın məhv olması vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Yuxarıda istinad olunan maddi hüquq normaları qəzalı vəziyyətə düşmüş daşınmaz əmlakın sökülərək yerində yeni evin inşa edilməsini həmin əmlakın məhv olması kimi qiymətləndirməyə imkan vermir, həmçinin bu halı qeydiyyatın ləğvi əsası kimi nəzərdə tutmur. Mənzil Məcəlləsinin 28.5-ci maddəsi də mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmirinin (bərpasının) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət hesabına təmiri və ya bərpası, o cümlədən sökülərək yerində yeni yaşayış sahəsinin tikilməsi əmlakın məhv olması və həmin əmlaka mövcud mülkiyyət hüquqlarına xitam verilməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan vərəsələrin miras əmlaka paylarının müəyyən olunması tələbindən əvvəlki əmlakın sökülərək yerində yeni tikilinin inşa olunması əsası ilə imtina edilməsi qanuni deyil. Əksinə, miras əmlaka payların müəyyən edilməsinə qanuni əsaslar olduğu halda, müvafiq məhkəmə qətnaməsi vərəsələrin qanunvericilikdə müəyyən edilmiş qaydada mövcud tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas ola bilər. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı evlərin dövlət hesabına təmiri və ya bərpası həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni tikilinin ölmüş mülkiyyətçinin vərəsələri sırasından olan və ya olmayan hər hansı şəxsin adına sənədləşdirilməsi əmlaka mülkiyyət hüququ ilə bağlı hər hansı hüquqi nəticə doğurmur. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı yalnız daşınmaz əmlakın dövlət reyestri orqanlarında aparılır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların atalarından miras qalmış əmlaka paylarının müəyyən olunması tələbinin təmin olunmasından miras əmlak qəzalı vəziyyətə düşdüyü, onun yerində FHN tərəfindən yeni tikilinin inşa edildiyi və yeni tikilinin miras qoyanın bacısının adına sənədləşdirildiyi, o cümlədən mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı əsasları ilə imtina edilməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, iddiaçıların mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmə tələbləri miras əmlaka payların tanınması tələbindən asılı olduğu üçün tələbin birinci hissəsinə qanunun tələblərinə uyğun qiymət verilmədən ikinci hissə üzrə məhkəmənin gəldiyi qənaət də əsaslı hesab oluna bilməz. Ona görə də alleyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı1 mərhum atasından qalmış miras əmlak - ünvan 1 2 saylı evin 1\6 hissəsinə payının müəyyən edilərək, həmin paya onun mülkiyyət hüquqlarının tanınması, onun ünvan 1 2 saylı evə istifadə huququnun tanınması və həmin evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, İddiaçı1 mərhum atasından qalmış miras əmlak - ünvan 1 2 saylı evin 1\6 hissəsinə payı müəyyən edilməli, həmin paya onun mülkiyyət hüquqlarının tanınmalı, onun ünvan 1 2 saylı evə istifadə huququ tanınmalı və həmin evə köçürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, digər iddiaçıların apelyasiya şikayəti əsassızdır. Belə ki, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh2 adına xx.xx.2015-ci il tarixdə verilmiş 154 nömrəli arxiv arayışına əsasən, Zaqatala rayonu Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında ailə tərkibi və sair aşağıdakı kimi olmuşdur: 1.X16-ailə başçısı, xx.xx.1937-ci il təvəllüdlü, xx.xx.1997-ci il tarixdə ölüb, 2.X23-baldızı, xx.xx.1926-cı il təvəllüdlü, pensiyaçı, 3.iddiaçı X28xx.xx.1960- cı il təvəllüdlü, 4.Cavabdeh2-xx.xx.1966-cı il təvəllüdlü, X4-xx.xx.1967-ci il təvəllüdlü, gəlini, X24-xx.xx.1990-cı il təvəllüdlü, nəvəsi və 7.X23-xx.xx.1995-ci il təvəllüdlü, nəvəsi. Yaşayış evi 1967-ci ildə ikilib, yaşayış sahəsi 60 kv.m.-dir. Həyətyanı torpaq sahəsi 0,08 ha, o cümlədən, tikilialtı 0,02 hektardır. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasındakı ailə münasibətləri artıq kəsilmiş, İddiaçı3 ailə həyatı quraraq yaşayış yerini dəyişmiş, digər İddiaçı2 Bakı şəhərində qeydiyyatdadır, 1996-cı ildə həmin evdən çıxmışdır. Fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunvericiliyə görə mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Hazırkı halda işin faktiki halları və tərəflərin izahatlarından görünür ki, digər iddiaçılar vərəsəlik açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddət ərzində mirasın qəbul edilməsi ilə əlaqədar öz hüquqlarından istifadə etməsi, miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməsi və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirməsi iş materialları ilə sübut olunmadığından məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılar vərəsəlik hüquqlarını itirmişdir. Eyni zamanda iddiaçılarMənzil Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan ümumi təsərrüfat aparmaq vəzifələrini də icra etməmişlər.Mənzil Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 apelyasiya şikayətləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı1 mərhum atasından qalmış miras əmlak - ünvan 1 2 saylı evin 1\6 hissəsinə payının müəyyən edilərək, həmin paya onun mülkiyyət hüquqlarının tanınması, onun ünvan 1 2 saylı evə istifadə huququnun tanınması və həmin evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı1 mərhum atasından qalmış miras əmlak - ünvan 1 2 saylı evin 1\6 hissəsinə payı müəyyən edilsin. Həmin paya onun mülkiyyət hüquqları tanınsın. Onun ünvan 1 2 saylı evə istifadə huququ tanınsın. İddiaçı1 ünvan 1 2 saylı evə köçürülsün. İddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə, yəni iddiaçılar İddiaçı2 və İddiaçı3 mərhum atalarından qalmış miras əmlak-ünvan 1 2 saylı evin 1\6 hisəsinə payının müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, onların ünvan 1 2 saylı evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələrinin rədd edilməsi hissəsində və 10 manat dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1812/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1812/2020
12.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver