Məhkəmə qərarları › İş №2(107)-1813/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1813/2021

06.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1813/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi ilə, ilkin İddiaçı cavabdeh X1rşı 399.6 manat cərimə borcunun və yeni qaz sayğaca görə hesablanmış 93 manatın silinməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı evində istifadə olunmuş təbii qaza görəyaranmış 281.2 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 399.6 manat itirilmiş qazın dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumun 40 qəpik xidmət haqqın tutulması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tаrixli qətnaməsindən cavabdeh X2 İdarəsinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tаrixli (hakim İbrahim Fəttahov) qətnaməsi ilə lkin iddia təmin edilmiş,Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı abonent koduna hesablanmış 399.6 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 93 manat məbləğində pul silinmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı qazdan istifadəyə görə 281.2 manat məbləğində pul alınaraq Cavabdeh İB-nin hesabına ödənilməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı İddiaçı alınaraq Cavabdeh İB-nə ödənilməsi, qətnamənin ilkin iddia üzrə icrası, yəni 399.6 manat məbləğində borc və sayğaca görə hesablanmış 93 manat hissədə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai İcra və Probasiya Şöbəsinə, qarşılıqlı iddia üzrə icrası, yəni qazdan istifadəyə görə yaranmış 281.2 manat manat hissədə cavabdehin yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. işin hаllаrı : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu X6 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən onun hesablanmış 399.6 manat cərimənin və yeni qaz sayğacına görə hesablanmış 93 manatın silinməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 281.2 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 399.6 manat itirilmiş qazın dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumun, 40 qəpik xidmət haqqı tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı iddia tələbinin müdafiə və qarşılıqlı iddianı isə qismən qəbul edərək tələbi belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayır, Azəriqaz İB Göyçay rayon şöbəsinin əməkdaşları evinə quraşdırılmış sayğacı yenisi ilə əvəz etmişlər və barədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.01.2019-cu il tarixdə akt tərtib etmişlər. Bundan sonra 22.02.2019cu il tarixdə dəymiş ziyan barədə ona bildiriş verilmiş, ondan yeni sayğacın quraşdırılması üçün 93 manat ödəniş tələb edilmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evindən kənarda yerləşir. Qarşılıqlı iddianı isə qismən qəbul edir, ona görə ki, cavabdehə qazdan istifadə etdiyinə görə yaranmış borcunu ödəyəcəyinə öhdəsinə götürür. Buna görə də iddianın təmin qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdeh Azəriqaz İB qarşılıqlı iddia ərisəzində tələbini belə əsaslandırmışdır, Cavabdeh Ağsu X6 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri iddiaçının yaşadığı evdə quraşdırılmış məişət qaz sayğacını götürərək növbədənkənar yoxlamaya göndərmişlər. Bununla bağlı 18.07.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Evdən açılmış ELSTER-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar yoxlamaya göndərilmiş, tərtib edilmiş 30.01.2019-ci il akta əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair 30.01.2019-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı abonent koduna 3996 m3 – 399.6 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa hazırda İddiaçı qazdan istifadəyə görə 281.2 manat olmaqla, ümumilikdə 680.8 manat borcu vardır. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apellyasiya şikаyətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh X2 İdarəsinin nümayəndəsi X5 birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа Apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, Apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşə əlavə olunmuş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 18.07.2018-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. İşə əlavə olunmuş 30.01.2019-cu il tarixli aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanında quraşdırılan qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, yoxlama zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi aşkar olunmuşdur. İşə əlavə olunmuş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin 22.02.2019-cu il tarixli bildirişindən görünür ki, abonent İddiaçı 399.6 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, ümumilikdə 21.02.2019-cu il tarixə Göyçay Xidmət Sahəsinə 560.8 manat qaz pulu borcu olduğu qeyd edilmişdir. Həmçinin 93 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə mənzilinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İşə əlavə olunmuş İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə qazdan istifadəyə görə 680.8 manat borcu olduğu qeyd edilmişdir. Həmin borcun 399.6 manatı itirilmiş qazın bərpası üçün hesablanmış vəsait, 281.2 manat isə qazdan aylar üzrə qazdan istifadəyə görə yaranmış borcdur. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ELSTER-G4 markalı ******* nömrəli nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən, hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı da olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən, məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin mübahisəli hüquq münasibətləri üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nda göstərilir ki, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2-ci bənd). Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (4.5-ci bənd). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7-ci bənd). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8-ci bənd). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9-cu bənd). Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə gödə isə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndində isə qeyd olunmuşdur ki, istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda sadalanan qaydaların məna və mahiyyətini nəzərə alıb hesab edir ki, iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından və iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyindən məhkəmə kollegiyası onun gəldiyi nəticə ilə razılaşır. Cavabdeh apelyasiya şikayətində Cavabdeh İB-in nümayəndələri tərəfindən tərtib edilmiş aktları sübut kimi göstərsə də, ancaq sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçı tərəfindən törədilməsinə dair məhkəmələrə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin iddiaçı tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə apelyasiya şikayətinin dəlilləri ilə də razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən aktda göstərilən pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından və qeyd olunan akt iş üzrə iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan, həmin aktın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də cavabdeh X2 İdarəsinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya tələbi təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tаrixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh X2 İdarəsinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar